Təkamül mexanizmləri:Təbii seçmə-4

0
Darvin

Təkamül mexanizmləri seriyamızın Təbii Seçməyə aid yazdığımız 4-cü yazını sizlərə təqdim edirik. Əvvəlki yazılarlara məqalənin sonundakı keçiddən keçid edə bilərsiniz.

 

 

Dizruptiv (parçalayıcı) seçmə

Stabilləşdirici seçmənin tam əksinə növü sabit saxlamaq əvəzinə parçalayır , yəni kənara çıxmalar bir çox populyasiyanın daxilində müxtəlif əlamətlərinə görə bir-birindən ayrılır.Hətta bəzən populyasiya daxilində növün özünə qarşı formasının yaranması ilə də nəticələnə bilir. Məsələn,qida az olan hövzələrdə durna balığının kürüsündən çıxan fərdlərdən biraz böyük olanları öz növündən olsa da , nisbətən kiçik olan fərdlərlə qidalanır. “Böyük balıq kiçik balığı yeyər” ifadəsi tam yerinə düşərdi , amma sağ qalan kiçik balıqlar üçün də şans artır. Onlar ət yeyən qardaşlarından fərqli olaraq , planktonla qidalanırlar. Üstəlik digərlərinin ölməsi və ya ətyeyən olması onun üçün qidanı artırır. Nəticədə bir populyasiyada iki variasiya yaranır.

Neqativ seçmə

Təkamüllə tanış olan dostlar “Neqativ seçmə” başlığını oxuyanda həmişə bir qədər təəccüblənirlər. Halbuki təəccüblənməyə dəyməz , bu sadəcə olaraq seçmənin nəticəsinin növün məhvinə səbəb olduğu zaman( zərərli allel genlərin seçilməsi) verilən addır. Ayrıca bir mexanizm deyil.

Məhz biz insanlar da neqativ seçmədən yan qaçmırıq. Üstəlik bu bizə ən çox lazım olan şeyi – beynimizi  hədəf alıb. Daha dəqiq desək , neqativ seçmə qavrama genlərimizə təsir edib.

Növ olaraq davamlı şəkildə geriləyirik

İnsan orqanizmində bəzi genlər var ki, biz onlara “təhsil” və ya “qavrama” genləri deyə bilərik. Çünki bu genlər bizi təhsil kariyeramızda irəliyə aparır. Araşdırmalara görə son 80 il ərzində bu genlərin sayı azalıb və bunun səbəbi isə neqativ seçmədir. Azalan genlər təhsilimizlə bağlı olduğundan məsələyə görə bir xeyli düşünmək olar.

Araşdırma İslandiyada, 100 mindən çox insanın üzərində aparıldı. Məlum oldu ki, bu genlərin çox olduğu insanlar adətən genlərindən yararlanaraq professor, akademik kimi təhsil sahəsində yüksəkstatuslu mövqe tutublar, ancaq əsas problem isə onların bir çoxu öz genlərini gələcək nəslə ötürməyib. Yəni valideyn deyillər.

 

Araşdırmaya rəhbərlik edən, həmçinin deCode şirkətinin CEO-su olan genetik Karl Stefansson belə deyir : “Növ olaraq beynimizin gücü ilə özümüzü üstün sayırıq və bunun meyvələrini yeyirik . Təhsil isə qavrama qabiliyyətimizin inkişafı və məşq etdirilməsidir. Buna görə də daha uzun müddətli təhsili (master) təmin edəcək genlərin azaldığını görmək təsirləndiricidir.”

 

Əslində bu insanların kütləşdiyi mənasına gəlmir, çünki bu fikri deyəcək qədər sübutumuz yoxdur.

 

Həmçinin əsas məsələ sosial faktorların bu genlərdən daha təsirli olmasıdır. Nəzərə alsaq ki, illər keçdikcə daha çox insan təhsil almaq şansını əldə edir və onların uşaqları da bu şansa sahibdir, o zaman deyə bilər ki, genetik olmayan faktorlar “qavrama” genlərini təsirsiz edə bilər.  Ən azından ətrafımızda bunu sübut edəcək adamlar var. Elə adamlar ki, onlar qavrama qabiliyyəti zəif olsa da, daha çox tədrislə nailiyyət əldə ediblər.

 

Ancaq araşdırmaçılar deyir ki, bir neçə əsr sonra da indiki vəziyyət qalsa, bəşəriyyət üçün önəmli təsiri olacaq. Mütləq şəkildə məktəb, universitet və s. təhsil ocaqlarının sayı artmalı və davamlı təhsil (master) hamı üçün əlçatan olmalıdır.

Araşdırmanın nəticəsi : bu araşdırmanın baş tutduğu bir neçə onillik ərzində sözügedən dəyişiklikləri müşahidə etmək mümkün olduğuna görə problem ciddidir. Çünki dünya təqvimində bu göz yumub, yaşamaq kimidir və bir neçə əsr sonra bu ciddi hal alacaq.

Fig. 1.

Fig. S2.

Fig. S3.

Fig. 2.

Bəs araşdırma necə aparıldı?
Araşdırmaçılar 1910 və 1990-cı illər arasında doğulan 129.808 insanın genomunu öyrənib, doğum nisbətini tapdılar və “qavrama genlərini” müqayisə etdilər. Bir

insanın təhsilini daha uzun müddət davam etdirməsinin genetik əsasın genomda olan 620.000 müxtəlif işarələrə əsaslanan “çoxgenli sıralama” (polygenic score) olduğunu  qeyd etdilər. Araşdırmaçı komanda  insanın qavramasında genetik faktorlarla sosial faktorların konkret hansı nisbətdə olduğunun ayırd edilə bilinmədiyini, ancaq əvvəlki araşdırmalardan sosial faktorların daha önəmli olduğunu (təxminən 60%) qeyd etdilər. İan Sample-nin “The Guardian” qəzetinə verdiyi müsahibədə IQ səviyyəsinin hər 10 ildə 0.04 qədər düşdüyünü, ancaq daha yaxşı təhsillə bunun 0.3 qədər artacağın da qeyd etdi.

Neqativ seçmə – bu araşdırmada çox qəribə bir fakt aşkarlanıb. Alimlər və digər təhsillə uzun müddət məşğul olan adamların ailə həyatı qurmasını cəmiyyət arasında təhsilə ayrılan vaxtla bağlı olduğu düşünülür. Əslində isə qavrama qabiliyyətinin yüksək olmasını təmin edən genlər çoxdursa, o insanda reproduktiv (cinsi) zəiflik müşaiət olunur. Bunu sözügedən genləri çox olan, ancaq təhsildən uzaq olan adamların ortalamadan daha az uşaq sahibi olması və ya ümumiyyətlə olmaması ilə izah etmək olar.  (Mövzü ilə əlaqədar sample-nin müsahibəsi)

Stefansson bir müsahibəsində belə deyir : “Bu neqativ seçməyə baxmayaraq son illər insanların təhsil səviyyəsi yüksəlib. Cəmiyyətin təhsil səviyyəsini yenə də yaxşılaşdırmağa davam etsək, hələki bu artış davam edəcək. Neqativ seçmənin nə ilə təsirlənəcəyini zaman göstərəcək.

Araşdırma, Proceedings of the National Academy of Sciences bülletenində yayımlanıb.

*MƏNBƏLƏR YAZILARIN ÜSTÜNDƏ KEÇİD KİMİ GÖSTƏRİLİRİB

 

ƏLAVƏ OXU:

The Flynn Effect

Negative Selection

Disruptive selection

 

SERİYANIN ƏVVƏLKİ YAZILARI:

TƏKAMÜL MEXANİZMLƏRİ: TƏBİİ SEÇMƏ-1

TƏKAMÜL MEXANİZMLƏRİ:TƏBİİ SEÇMƏ – 2

Təkamül mexanizmləri:Təbii seçmə-3

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin