Təkamülün Farmokolji dəlilləri:İlbəil dəyişən antibiotiklər

0

Penisilin, kloramfenikol, eritromisin, metalosin, sefalotin, vankomisin, 2. və 3. sefalosporinlər, karbapenem, linezolid

Bunlar gizli bir kod, nə də təsadüfən sıralanmış dərman adları deyil. Bunların hər biri son 76 ildə gözümüzün önündə baş verən təkamülün farmokolji dəlilləridir.

ANTİBİOTİKLƏR ( yun. həyata qarşı) təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddələrdir.

Yuxarıda saydığımız adların hamısı antibiotiklərdir. Hazırda dünyada təxminən 200 növ  antibiotik hazırlanmışdır. Sual yarana bilər ki, niyə bu qədər çox?

 

İlk antibiotik olan penisilin 1929- cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq  tərəfindən kəşf edilmişdir. Bu, 20-ci əsrin ən böyük kəşfi, tibdə isə bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisilin antibiotiki təmiz şəkildə alınmışdır.

 

Çox təəssüf ki, çağımızda bir çox tibb fakültəsində təhsil təkamül perspektivləri olmadan verilir. Bu səbəblə, biologiyada olduğu kimi, tibb sahəsinin də daha çox “əzbərə əsaslanan” olduğu barədə yanlış fikir formalaşır. Təkamül perspektivləri olmadan biologiya və tibbin “darmadağınıq” görünməsi normaldır. Çünki struktur, orqan, funksiya, hətta zaman ilə dərmanlar arasındakı əlaqə təkamül olaraq qeydə alınmadıqca, hər biri birbirindən ayrıymış kimi anlayış yaranır. Halbuki, yazının başındakı dərman adlarıyla tanış olub növlərin təkamül keçirdiyini inkar etmək mümkün deyil.

 

Niyə? Çünki həmin dərman adları xəstəliktörədici bakteriyalarla mübarizəmizdə ard-arda inkişaf etdirərək istehsal etdiyimiz antibiotiklərdir. Bunları istifadə edərək məhv etmək istədiyimiz bakteriyalar isə hər dəfə yeni xüsusiyyətlər qazanır! HƏRDƏFƏ!

Bu məqamda ən çox səhv başa düşülən mövzulardan biri bakteriyaların dəyişiminin “azacıq” olmasıdır.

Başqa sözlə, “Bakteriya eyni bakteriyadır” deyə düşünən bir çox insan olacaqdır. Halbuki bu həm doğru deyil (bakteriyalar fərqli növlərə təkamül edir), həm də bakteriyaların “bakteriya” qalmasından daha normal bir şey yoxdur. Çünki bakteriya dediyimiz qrup (taksonomik) içərisində milyonlarla növ vardır. Buna görə də bakteriyaların eyni qaldığını deməklə “Təkamül edən canlı hələ də canlıdır, niyə cansız bir şeyə təkamül etmədi?” demək arasında çox da fərq yoxdur. Bakteriya bir növ deyil, bir kateqoriya adıdır (taksonomik sinifləndirmədə bir anlayış).

Özünüzə bu sualları verin: Bakteriya nədir? Neçə növ bakteriya mövcuddur? Bakteriyaların taksonomik(red. Təsnifat) səviyyəsi nədir? Necə ayırd edilir?

Bu sualları bilirsizsə ” Bakteriyalar hələ də eyni bakteriyadır” deməyinizin tamamilə səhv bir yanaşma olduğunu görməyiniz mümkün olacaqdır .

1943-cü il  çox vacib bir tarixdir. Çünki penisilin ilk ” modern antibiotik ” olaraq ilk dəfə məhz bu tarixdə inkişaf etdirildi. Bunun xəstəliklərlə müalicəsində necə böyük və vacib bir addım olduğunu təxmin edə bilərsiniz. İltihabi bir xəstəlik zamanı heçbir antibiotik olmadan istifadə edə bilməyəcəyimizi düşünün. Bunun necə qorxulu bir təcrübə olduğunu təxmin etdiniz. Ancaq penisilinin istehsal edilməsindən daha vacib və maraq doğuran bir mövzu var. Sizcə bakteriyaların təkamülü insanın bu mövzuda texnoloji irəliləyişlərini nə qədər müddətdə üstələmişdir? Başqa bir deyişlə təkamül nə qədər sürətlidir? Bir təxmin etməyə çalışın! 30 il?, 50 il?, 70 il?

4 il belə olmamışdır! Bakteriyalar penisilinə sadəcə 2-3 il ərzində müqavimət qazanmışdır. Bu yerdə, “bakteriyalarda müqavimət nə deməkdir?” deyə soruşa bilərsiniz. Bu mövzu aşağıdakı videoda izah edilib:

Eh! Heç insan dinc dayanar? Elm adamlarının fədakar əməkləri sayəsində, 4-5 ildə bir yeni və daha güclü antibiotiklər istehsal edilir. Yazının əvvəlində verilən adlar bu antibiotiklərin xronoloji sırada verilmiş adlarıdır. Hərbirini bakteriyaların təkamül müddətində müqavimət qazanmasına cavab olaraq inkişaf etdirmişlər. Hər biri, əvvəlkindən daha yaxşı və təsirliydi. Bəs təkamülün bizim bu səyimizə cavabı nə olmuşdur?

Bakteriyalar təxminən 2-4 ildə istisnasız olaraq hər birinə müqavimət qazanmışdır. Məhz bu səbəblə bəzi bakterial infeksiyalarda bu dərmanları içmək “kokteyl” içməkdən fərqsizdir. Funksionallığını itirməyə başladılar. Yəni təkamül müddətində onlar “silahlandıqca” biz bu mübarizəni məğlub olmağa davam edirik.

“Təkamül edirlər, başa düşdük. Yaxşı, bundan bizə nə?” deyə soruşa bilərsiniz. Biz bu şəkildə, “kor cahil” şəkildə dərmanlar istehsal etdikcə bakteriyalar daha da güclənir. Çünki təkamül müddətində bir bakteriya bir antibiotikə müqavimət qazandıqdan sonra yox olmur, populyasiya daxilində var olur. Daha sonra bu bakteriyalar digər antibiotiklərə qarşı da müqavimət qazanma fürsəti tapırlar. Yeni antibiotiklərlə qarşılaşdıqca, yəni bakteriya üçün ətraf mühit amilləri dəyişdikcə onlar da təkamül edir. Başqa sözlə, təkamülü düzgün anlamadan , yəni xəstəliktörədici bakteriyalar probleminin kökünə enmədən etdiyimiz hər cəhd müvəqqəti həllərdən ibarət olur. Bu müvəqqəti həllər göyərtəsi fərqli nöqtələrdən deşildiyi üçün batmaqda olan gəmiyə bant ilə yamaq vurmaqdan fərqsizdir. Bu vecsizlik və asan yola qaçmağımız bizə faydadan çox zərər verir. Hər bir yeni antibiotik ilə birlikdə öz əlimizlə daha güclü bakteriyaların təkamülünə şərait yaradırıq. Bəzi zamanlarda xəbərlərdə eşitdiyimiz “Xəstəxanada supermikrob kəşf edildi” , ya da “yeni bir supermikrob qapıda” kimi xəbərlərdə bəhsi gedən bakteriyalar, bu şəkildə çox sayda antibiotikə müqavimət qazanmış, onlarla mübarizə aparmaq üçün əlimizdə yetərincə sursat olmayan bakteriyalardır. Heçbir dərmanın təsir etmədiyi bakteriyalar düşünün! Təkamül tam da bu səbəbdən vacibdir, bu səbəblə öyrənməyimiz, öyrətməyimiz və istifadə etməyimiz lazım olan bir təbiət qaydasıdır. Təkamülü həyatımızın bir parçası halına gətirməyərək elədiyimiz şey , varlğından əmin olduğumuz bir təbiət qanunundan istifadə etməməkdir.

Təkamülün işığı olmadan, biologiyada heçbirşeyin mənası yoxdur” ifadəsi boşuna deyilməmişdir. Diqqətinizi çəkmək istəyirik: Bu ifadə, təkamülün iştirakı olmadan biologiya öyrədilə  bilməz demir, təkamülün işığı olmadan biologiyada ( və biologiyanın bir törəməsi olaraq tibb elmlərində) öyrəndiklərimizin mənası olmayacağını nəzərə çatdırır. Yəni təkamül olmadan əsrlərdir olduğu kimi yenə tibb olar. Amma sonu nə olar? Bu cəhdlərin sonu heçbir yerə getməz. Buna görə də tibbə də, digər saysız sahələrdə olduğu kimi məna qatan təkamüldür.

Təkamülü öyrənmək, öyrətmək və istifadə etməyə məcburuq. Çünki öyrənməyərək göz görə-görə öz növümüzün sonunu hazrlayırıq.

Təkamülsüz olmaz.

 

Mənbə:

Məqalə Rezonanss.com üçün Evrim Ağacından tərcümə edilmişdir.

Tərcümə: Aysel Əliquliyeva

Redaktor: Ziya Mehdiyev

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin