Tərcüməçi/Müəllif nə etməli?

Resonance Enlightenment Society-Rezonans Maarifləndirmə Cəmiyyətinin tərkibində aktiv, təcrübəli, etibarlı və işini bilən, tərcümə komandası fəaliyyət göstərir. Əgər siz də dil biliyinizə və tərcümə bacarığınıza güvənirsinizsə, bizim komandamıza qatıla bilərsiniz! Bunun üçün etməli olduğunuz aşağıdakı şərtlərimizlə tanış olduqdan sonra, əgər şərtlər sizə uyğundursa,  anketimizə buradan daxil olaraq doldurmaqdır. Bundan sonra ümumi üzvlük şərtləri ilə tanış olmaq lazım gələcək. İndi qayıdaq Tərcüməçi/Müəllifin riayət etməli olduğu qayda və göstərişlər.

Qaydalar və Göstərişlər;

1.Tərcümədə məqsədimizi anlamaq.
Rezonansın hədəfi tərcüməni edərkən əsla bir mənbəyə əsaslanmamaqdır. Əgər mövzu ilə bağlı əlavə bilikləriniz, mənbələriniz varsa, (əgər mənbələrinizin dəqiqliyinə inanırsınızsa) onlardan istifadə edə bilərsiniz. Rezonansın məqsədi, sizə ən doğru şəkildə, mövzunu əhatə etməklə informasiyaları çatdırmaqdır. Rezonansın tərcüməsində önəmli olan orijinal mətnə sadiq qalmaq deyil, elmi dəqiqliyə riayət etmək və qaynaqların zənginliyidir. İnformasiyalar məqaləyə professional şəkildə əlavə edildikdə bu kimi dəyişikliklər anlaşıqsızlığa səbəb olmur. Lakin sayta əlavə edilmiş mövcud məqalələrə əlavələr etdikdə mütləq müəllifi xəbərdar edin. Mətni orijinal mənbədən tərcümə etdikdə, məqalənin altında özünüzü “tərcüməçi”, mətnə əlavələr etdikdə isə “müəllif” olaraq qeyd edirsiniz.

2. Biz komandayıq!
Hər məqalə tərcümə edilməzdən əvvəl Tərcüməçi/Müəllif onun daha öncə tərcümə edilib-edilmədiyini araşdırmalıdır. Çünki eyni informasiyanı 2 dəfə tirajlamaq arzuolunan hal deyil. Əgər araşdırma üçün imkanlar yoxdursa, komanda liderinə müraciət etmək olar. Həmçinin tərcümə ediləcək olan mətnin faydalı və aktual olmasına diqqət etmək lazımdır.

3. Dəqiq verilmiş vaxtları ümumiləşdirin.
Tərcümə edəcəyiniz mətnin içərisində dəqiq tarixlər göstərilə bilər. Məsələn, bəzi xəbərlər 2014-cü il, 2020-ci illə bağlı ola bilər. Ya da, xəbərin tərkibində “17 fevral 2016-cı il”, “Qarşıdan gələn il”, “Keçən il” kimi tarixi göstərən ifadələri bacardığınız qədər ümumiləşdirin. Unutmayın ki, tərcümə etdiyiniz məqaləni biz 3 il sonra da istifadə oluna  bilər. Keçmişlə bağlı olan xəbər formatlı mətnləri tərcümə etmək faydasızdır. Məsələn, 2012-ci il 13 sentyabrda Günəş tutulması baş verdi.

4. Etibarlı Mənbələrdən istifadə edin.
İstifadə etdiyiniz mənbənin dəqiqliyini hər zaman yoxlayın. Bəzən, “Google Scholar“, “SpringerLink“, ” ScienceDirect“, ” Web of Science” , Arxiv  , Research Gate kimi axtarış saytlarından istifadə edərək, sizə lazım olan sözlərin tərcüməsini tapa bilərsiniz. Bundan əlavə, tərcümə üçün faydalı olacaq saytlar aşağıda qeyd edilmişdir;

*Elmi jurnalların xəbər saytları – Science NewsNature NewsCell və digərləri
*İngiliscə paylaşan böyük saytlar – ScienceDailyIFLSNew Scientist və digərləri
*Etibarlı Youtube kanalları – VeritasiumVsauce və digərləri
*Elmə önəm verən xarici qazetlər – New York TimesIndependentGuardian və digərləri
* Elm adamlarının blogları – PharyngulaWhy Evolution is True və digərləri
*Böyük muzeylərin internet saytları – SmithsonianNatural History Museum və digərləri
* Sənədli kanalların saytlarından – Discovery ChannelNational Geographic və digərləri
* Etibarlı yazıçıların olduğu sual-cavab saytları – Quora ScienceSnopesReddit və digərləri.

Həmçinin aşağıdakı nüfuslu elm mərkəzlərinin saytları və nüfuslu portallardan istifadə etmək olar.

Biologiya –  Milli Biotexnoloji Məlumat Mərkəzi (National Center for Biotechnology Information, NCBI) və s.

Tibb – PubMed (NCBİ) və s.

Astrofizika – NSSDCA – NASA , Stanford Universiteti Astrofizika DepartamentiHarvard Universiteti Astrofizika Departamenti və s.

Fizika – PHYS , Physics Forums , İOP , BOSTON UNİVERSİTETİ FİZİKA DEPARTAMENTİ və s.

Psixologiya – Amerikan Psixoloqlar Dərnəyinin rəsmi saytı 

Axeologiya – UNESCO Arxeologiya bölməsi və s.

Sosiologiya – Şimali Karolina Universitetin Sosiologiya Departamenti və s.

Ensiklopediyalar : ENCYCLOPEDIA BRITANNICA və s.

Türkcə paylaşım edən etibarlı elm portalları:

Astronomiya – Astronomi DiyarıGök Günce , KozmikAnaforBulutsuGokyuzu

Pop-Science: Evrim AğacıAçık BilimKuark.orgBilim KazanıBilimfiliFizik AkademisiDijitalXRasyonalist Gerçek Bilim

Psevdo-Elm: Yalansavar

Azərbaycanca paylaşımedən etibarlı mənbə: Yaşıl Elm 

*Vikipediya kimi açıq ensiklopediyalar mənbə olaraq göstərilə bilməz.

*İncəsənət və Fəlsəfə ilə bağlı mövzularda mənbələr yox, müəlliflər önəmlidir!

*Mənbələr kitablar olduğu halda elektron versiya varsa, pdf kimi mətnin sonunda qeyd edilməlidir. Digər hallarda istifadə edilən səhifələri qeyd etməklə kifayətlənmək olar.

*Veb materiallardan istifadə edildikdən sonra məqalənin sonuna AKTİV URL KEÇİD qeyd edilməlidir.

5. “Sensasiya” olacaq başlıqlardan uzaq durun.
Bunu əsla unutmayın ki, əgər tərcümə etdiyiniz mənbədə hər şey həddindən artıq gözəl, mükəmməl, fövqəldirsə, böyük ehtimal həmin mövzu doğru deyildir. Məqaləni tərcümə edərkən diqqət edəcəyiniz əsas məsələ insanları sayta cəlb etmək deyil, informasiyaları doğru və dürüst şəkildə kütləyə çatdırmaqdır.

6. Məqalənizin mövzusunu birdən artıq mənbədə araşdırın.
Paylaşacağınız xəbər haqqında çox güman ki, bir çox mənbə mövcud olacaq. Paylaşacağınız mətnin dəqiqliyi üçün, bir neçə mənbəyə müraciət edin.

7. Qrammatik qaydalara riayyət edin.
Tərcümə, Azərbaycan dilinin qrammatik qaydalarına uyğun şəkildə edilməlidir. Durğu işarələri doğru şəkildə istifadə edilməlidir. Saytda yazarkən paraqraflar arasında bir sətir buraxılmalıdır. Məqalə hazır olduqdan sonra məqaləni komanda liderinə yollayın və ondan tez redaktə edilməsini tələb edin.

*”Orfoqrafiya qaydaları” məqaləmizlə tanış olun !

8. Məna itməməlidir!.
Tərcümə zamanı diqqət edəcəyiniz əsas məsələ, ingiliscədən( yaxud digər bir dildən) tərcümə edəcəyiniz cümlənin Azərbaycan dilinin normalarına uyğun olmasıdır. Əgər cümlə olduğu kimi Azərbaycan dil normalarına uyğun gəlmirsə, cümlənin məğzini izah edə biləcək cümlələr tərtib edin.

9. Sitatlar ayrı bir paraqraf olmalıdır.
Tədqiqatçılardan, filosoflardan nümunə gətirəcək sitatlar bu formatda olmalıdır ; əvvəlki paraqrafın axırına “filankəs” belə dedi yazdıqdan sonra, ayrı bir paraqrafda həmin “sitat” yazılmalıdır. Yəni arada “bunu da əlavə etdi”, “sonra dedi ki” kimi sözlər işlədilməməlidir. Orijinal mətndə bu cür yazılar varsa, mətndən çıxarılmalı və bir cümlə kimi yazılmalıdır.

10. Təşkilat, Qurum və Şəxs adları ;
Əgər təşkilat və qurumların Azərbaycan dilində tərcüməsi yoxdursa, xüsusi ad olduğu kimi qalmalıdır.(bəzən qarşısında mötərizə ilə qurumun nə olduğu haqqında qısa açıqlama gərəkdir).
Eyni zaman da, məqalə və jurnal adlarının tərcüməsi yalnız mötərizə içərisində göstərilməlidir. Şəxs adları Azərbaycan diliniun qaydalarına uyğun yazılmalıdır, ancaq adın ingiliscə versiyası mötərizə qeyd edilməlidir. Məsələn: Ziqmund Freyd (Sigmund Freud)

11. “Deadline” .
Ola bilər ki, komanda olaraq böyük bir mətni birlikdə tərcümə edək. Bu zaman mətn hissələrə bölünüb üzvlərə veriləcək ki, iş sürətli getsin. Tərcümələrin deyildiyi tarixdə, hətta daha qısa müddətdə təhvil verilməsi arzu olunandır. Uzun məqalələr üçün tərcümə müddəti kifayət qədər veriləcəkdir.

12. Yoxlamaq:
Sizdən rica edirik ki, tərcümələrinizi bizə göndərməzdən əvvəl, ən azı bir dəfə, yazı xətalarını, cümlə uyğunsuzluğunu və digər ola biləcək xətaları yoxlayın.

13. Əmin olmadığınız mövzularda “Rezonans Maarifləndirmə Cəmiyyət”i olaraq nəzarət komitəmizin tərcümə üzrə nəzarətçisi olan İsmət Məmmədovaya müraciət edərək, suallarınıza cavab tapa bilərsiniz.

Hazırladı: İsmət Məmmədova , Ziya Mehdiyev

*Mətnə əlavələr yalnız idarə heyyəti tərəfindən edilə bilər!