Tanımalı olduğumuz 16 türk rəssam və əsərləri

0

Osman Həmdi bəy, Fikrət Mualla, Abidin Dino, İbrahim Çallı başda olmaqla məşhur türk rəssamlarının ən önəmli tablolarını sizlər üçün cəmlədik.

1. Xoca Əli Rza (1858 – 1930) – “Göl kənarı”


Xoca Əli Rza türk rəssamlığında mənzərə şəkli çəkən ilk rəssam deyil, amma saray baxçalarından çıxıb bir impressionist kimi çəmənliklərdə və sahillərdə şəkil çəkən ilk türk rəssamıdır. Detallara göstərdiyi diqqət və rənglər haqqındakı məlumatı onun üslubunu fərqli edən nöqtələrdir. Əsərdə şeirsayağı bir üslub vardır. Bu rəsmdə olduğu kimi bütün mənzərə şəkillərində mavilər və yaşıllar üstünlük təşkil edir. Rəssam fiqurları ölçünü müəyyənləşdirmək üçün işlədir.
Xoca Əli Rza Avropaya getməsə və impressionizmi görməsə belə, rəsmlərinə qərb tərzi qatmıştır.

2. Şəkər Əhməd Paşa (1841 – 1907) – “Narlar və Heyvalar”


Həndəsi cəhətdən səbətdəki heyva və narların düzülüşü, bir-birləri ilə yaratdığı kompozisiya rəsmin ən diqqət çəkən xüsusiyyətidir. Eyni zamanda, rəsmin həqiqi duruşu, rənglərin bir-biriylə uyğunluğunda önəmlidir. Şəkər Əhməd Paşanın rəsmlərindəki rəng zənginliyi, təbiətdəki gerçəkliyi vermək qayğısı, onu natura lirikası deyə biləcəyimiz bir üsluba yaxınlaşdırdı.
Parisdə Luvr muzeyinə sağ ikən rəsmi qəbul edilən ilk türk rəssamıdır. Tablolarında fərqli bir perspektiv anlayışı vardır. Daha çok natürmort rəsmləri ilə tanınır.

3. Osman Həmdi bəy (1842 – 1910) – “Tısbağa Tərbiyəçisi” (1906)


“Tısbağa Tərbiyəçisi”nin 1906-cı və 1907-ci illər olmaqla iki fərqli versiyası vardır. Bu yazıda gördüyümüz 1906-ci il versiyasıdır. İki versiya arasındakı əsas fərq 1906-cı il versiyasında 5 tısbağa, 1907-ci il versiyasında isə 6 tısbağa olmasıdır.
Osman Həmdi bəyin bu tablosu, xüsusilə, ilham qaynağına dair dəqiq məlumatların olmadığı dövrdə, geri qalmış bir cəmiyyəti müasirləşdirməyə çalışan bir ziyalının  yorğun halını danışdığı şəklində izah edilmişdir. Tısbağaların ilham qaynağının Lalə dövründəki Sadabad əyləncələri əsnasında hava qaraldıqdan sonra kürəklərinə şam düzərək sərbəst buraxılan tısbağalar olduğu irəliyə sürülmüşdür. Bu şərhə görə, Sənay-i Nəfisə, Əsar-ı Atika Muzeyi, Duyun-u Ümumiyə kimi bir çox qurumu qurmaq və idarə etmək vəzifəsini öhdəsinə götürən Osman Həmdi bəy tabloda özünü tərbiyəçi, öz iş tərzinə uyğunluq göstərməyən adamları isə yeməyə çatmağa çalışan tısbağalar olaraq göstərərək onları tənqid edir.
Başqa fikirlərə görə, düşüncəli tərzdə dayanan adam səbr tələb edən tısbağaları tərbiyə etmək işini əlindəki ney və kürəyindəki nəkkarəni çalaraq bacarmağı umur. Bu fikrə görə də, tərbiyəçi Osman Həmdi bəyin özüdür. Tərbiyəçinin çətin işi əlindəki musiqi alətləri ilə həll etməyə çalışması Osman Həmdi bəyin də dəyişikliklərə qarşı mübazirə aparan bir cəmiyyəti sənət yolu ilə çağdaş səviyyəyə gətirməyə çalışdığını, buna görə də, sənət məktəbi və muzey açmağa çalışdığını vurğulayır.

4. İbrahim Çallı (1882 – 1960) – “Üsküdar”


Rəssam Roben Əfəndidən də rəsm dərsləri alan Çallı, Şəkər Əhməd Paşanın məsləhəti ilə 1906-cı ildə indiki adı Memar Sinan Gözəl Sənətlər Universiteti olan dönəmin Sanayi-i Nefise məktəbinə girdi. Altı illik məktəbi üç ildə bitirdi.
Türk rəsmində İbrahim Çallı və dostları “1914 dövrü türk rəssamları”, “Türk impressionistlər” və “Çallı nəsli” olarak xatılanır. Çallı rəsim sahəsində qərb anlayışına istiqamətlənmiş bir dövrə girərkən əleyhədar güclərdən biri olmuşdur. Əsərlərinin əksəriyyətində müşahidə olunan impressionist anlayış Avropa incəsənətində görülən impressionist cərəyanın qaydalarını dəqiqliklə tətbiq etməkdən çox, spesifik bir xarakter sərgiləmişdir. Bu xarakter Çallının kompozisiyanı yaradan ünsürlərin seçimində və bədii dili yaratması ilə ortaya çıxmışdır.

“Üsküdar” tablosunun önəmi rəssamın paletindəki bütün rəngləri ustalıqla istifadə etməsidir. Rəsmə baxarkən özünüzü Çallı ilə bərabər o illərdə Üsküdarda gəzirmiş kimi hiss edə bilərsiniz.

5. Bədri Rəhmi Eyyuboğlu (1911 – 1973) – “Topxana”


Bədri Rəhmi Eyyuboğlu qrafik sənətlərin fərqli şaxələrindən çox əsər miras qoymuşdur. Bu tablo rəssamın müşahidə qabiliyyətini dəqiq olaraq ortaya qoyur.
Avropa mədəniyyətini izləyən İstanbulda modernizmin simvol olmasını məqsəd edən kütləni, sənət yaxınlığı, gecə həyatı, çayxana mədəniyyəti ilə 1900-1950 arasında səmt mədəniyyətinə sahib olan Topxana, Bədri Rəhmi və dostlarının görüş yeri. Canlı və parlaq rənglərə üstünlük verən rəssam, sağ tərəfə yerləşib, oval cəbhəsi və açıq rəngiylə əsərin qırılma nöqtəsini birbaşa verərək diqqət çəkmək istəmişdir.

6. Mahmud Cüda (1904 – 1987) – “Sara” (1929)


Mahmud Cüdanın az sayda nü (nude) əsərlərindən biri olan bu rəsmə çəhrayı libas geyindirməsinin hekayəsi maraqlıdır. 1929-cu ildə çəkdiyi üç nü tablodan birinə çəhrayı volanlı libas 1931-ci ildə evləndiyi yoldaşı Nazimə xanımın Akademiya gecəsində geydiyi libasdır. Cüda çox sevdiyi həyat yoldaşıyla ilk qarşılaşmasında üzərində gördüyü bu libası nü tablosunun üzərinə geyindirir. Bəs nü tablosunu çəkdiyi Sara kimdir? O dövrdə Akademiyada işləyən modellərdən biri. Əslində, rəssamın natürmortları çox bilinsə də, bu tablosu çox təsirlidir.

7. Feyhaman Duran (1886 – 1970) – “Cəlaləddin Arif Bəy” (1907)


Türk rəssamlığında portret sənətinin ilk və ən önəmli təmsilçisidir. Müşahidəçi bir anlayışı əks etdirən əsərlərində rəng və dizayn uyğunluğunuu önə çəkir. Eyni zamanda, ən gözəl Atatürk portretlərini çəkən rəssamdır.
Portretini çəkdiyi Cəlaləddin Arif bəy son Osmanlı Məclis naziridir. Cəlaləddin Arif bəy Fransada hüquq doktoranturasını bitirdikdən sonra İstanbula dönüb son Osmanlı Məclisinə başçılıq etmiş, Cümhuriyyət elan edildikdən sonra məclis başçılığı üçün Mustafa Kamalla zidd düşmüşdür. Avropadan rəsm toplamaqla məşğul olan Cəlaləddin bəy Feyhaman Duranla da dostluq qurub və portretini çəkdirib.

8. Fikrət Mualla (1903 – 1967) – “Caz Orkestri”


Öz həyatı hər nə qədər acı, hüzn, xəstəlik, alkoqol kimi çətinliklərlə dolu olsa da, bütün əsərlərinə yaşama sevinci hakimdir. Rəsmdə Fikrət Mualla coşğulu bir musiqi ab-havası yaratmışdır. Dizayn və müşahidə ustası Mualla Parisdə Henry Matissenin rəng istifadəsindən təsirləndi, zahiri cərəyanın (subyektivliyə üstünlük verib, gerçəkliyə bağlı qalmamaq) təsiri altına düşdü. Rəngli kağızlar üzərinə quaj ilə çəkdiyi rəsmlər onun imzasıdır. Caz ifaçılarını təsvir etdiyi çox sayda rəsmi vardır. Nəticədə, bu əsər rəssamın bir dönəmi, bir şəhəri, bir tərzi necə yaddaşlarda iz buraxacaq şəkildə işləyə biləcəyini göstərən qəribə mövzulardandır.

9. Nəzmi Ziya Güran (1881 – 1937) – “Küçə Mənzərəsi”

İmpressionizmi ən üst səviyyədə təmsil edən rəssamın bu tablosu şah əsərləri arasında göstərilir. Rəsmdə İstanbul insanının bu təbii və şəhər mühiti içində axıb gedən həyatını təsvir etmişdir. Sənətçi tipik tərzi olan dəyişkən işıq anlayışını bu rəsminə də köçürmüşdür.

10. Nuri İyem (1915 – 2005) – “Üç Gözəl”


Nuri İyem mahur, gözəl, çəkingən, melanxolik, utancaq qadınlarla zövqümüzü oxşayır. Bu qadın üzləri həm uşaqkən itirdiyi bacısının xəyali obrazı, həm də zamanı aşan ikonik bir simvol olaraq Nuri İyem sənətinin önəmli bir nümunəsidir. “Üç  Gözəl” mövzusu, yunan və Roma mifologiyasında qarşımıza çıxır. Bu üç ilahə nəşə, görünüş, öyünc adlarıyla gözəllik, təbiət, cazibə, yaradıcılıq və məhsuldarlığı təmsil edir. İyemin də bu rəsmi ilə Anadolu qadınına tərif dolu gözlərlə baxdığı bəllidir.

11. Namiq İsmayıl (1890 – 1935) – “Taxtda Uzanan Qadın” (1917)

Namiq İsmayıl daha çox nü (nude) tabloları ilə bilinir. Bu rəsm Osmanlıda elit təbəqəyə aid qərbə, xas geyimləri olan bir qadın fiqurunun rəsmə alınmasını və arxa planda kitablarla dolu rəf isə qərbləşmə dönəmi sonrası üst təbəqədən kitab oxuyan qadını göstərir. Yerdəki xətt lövhəsi, vaza, stol, yastıqlar, qadının üzündəki hüzn, düşüncəli görünüşü, rəsmdəki əşyalar rəsmin duyğu atmosferinə görə seçilmişdir. İşlədilən pastel tonları duyğu atmosferini bütün rəsmə yayıb. Rəsmdə qadının üzünə cəmlənmiş işıq bu qadının duyğulu, zərif xarakterini önə çıxarmışdır. Qadının əli eyni işığın içində işlədilərək onun zərif duruşuna təsir göstərmişdir.

12. Hale Asəf (1905 – 1938) – avtoportret


Hale Asəf qısa ömründə bir tərəftən xəstəliklərlə mübarizə aparmış, bir tərəftən rəsm istəyilə Avropa – İstanbul arasında gedib-gələrək yaşamış önəmli bir qadın rəssamdır. Asəf, eyni zamanda, ilk türk qadın rəssamlardan Mehri Müşfiqin qardaşı qızı idi.
Bu portret Parisdəki müəllimi Andre Lotenin (Andre Lhote) ona qazandırdıqları ilə kubizm təsirində çəkdiyi avtoportretdir. Texnikasının gözəlliyi qədər özünü bir türk qadını kimi təsviri də çox önəmlidir. Qadına xas tərəflərini geridə qoymuş, möhkəm dayanan, özündən əmin gənc türk qadınlarını bu avtoportret vasitəsiylə əks etdirmişdir.

13. Abidin Dino (1913 – 1993) – “Uzun gəzinti” (1956)


Abidin Dino sənətin hər sahəsində göstərdiyi işlərlə çağdaş mədəniyyətin inkişafında çox səy göstərmiş bir sənətçidir. Dino, əslində, həyatı boyu çəkdiyi, bir növ vizit kart funksiyasını görən əl və barmaq şəkilləri ilə bilinir. Pikassonun (Picasso) deyimi ilə, ən düzgün əl və barmaq çəkən iki nəfərdən biridir. Onun bu tablosu üçün Nazim Hikmət şeir yazmışdır.
Bu adamlar, Dino,
Əllərində işıq parçaları,
bu qaranlıqda, Dino,
bu adamlar haraya gedər?
Sən də, mən də, Dino,
onların arasındayıq,
biz də, biz də, Dino,
gördük açıq mavini.

14. İbrahim Balaban (1921 – ) – “Qarışıqlıq” (1958)


Anadolu insanının həyatından və xalq əfsanələri əsasında cəmiyyət üçün real əsərlər yaradan 94 yaşındakı usta rəssam Balaban bu gün hələ Nazimdən “Şair Baba” deyə bəhs edir və “o, bir Günəş idi, məni işığı ilə aydınlatdı.” deyir. Nazim Hikmət, onun “Zırman” tablosu üçün bu şeiri yazmışdır:
Seçköyündən Feyzioğlu Əlinin qızı,
Xırman yerində su tökür dombaylara.
Dombaylar qızğın kərpicdən,
dombaylar qırmızı qara.
Mən də dombaylar kimi,
Əydim başımı torpağa.
Su tök!
Sərinlənəm!

15. Nurullah Bərk (1906 – 1982) – “Ütüçü Qadın”


Rəsmdə konturlar dəyişməyən bir ünsür kimi yer almışdır. Bu rəsmdə, formalar əvvəlki rəsmlərdə olduğu kimi çox hissəli deyildir. Parçalanmalar formanı pozmayacaq şəkildə bəzi yerlərdə kontur işlədilmədən rənglər və tonlarla istifadə olunmuşdur. Öncəki rəsmlərində mərkəz olan kompozisiya burada dəyişmiş, fiqur bu dəfə rəsmin ortasında yox, sol tərəfində yer almışdır. Milli formaların üzərində bu rəsmdə daha önəmlə dayanılmışdır. Mövzu olaraq yenə gündəlik həyatlarındakı insan motivləri işlənmişdir.

16. Avni Arbaş (1919 – 2003) – “Atlı” (1986)


Dostu Nazim Hikmətin də bu rəsmi gördükdən sonra “Avninin Atları” adlı şeirini yazdığı “Atlar” silsiləsi bir tərəfdə mübahisə yaradarkən Avni Arbaş “bəzən özümü at kimi hiss edirəm” deyib. Panel işçisi can qorxusu ilə araya girib “aman əfəndim, əstağfurullah” deyə qarşılıq verir. “Halbuki, – deyir -, at olmaq gözəl bir şeydir”.

Mənbə:

http://www.leblebitozu.com/bilmeniz-gereken-16-turk-ressam-ve-tablolari/

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin