Temperament tipinizi müəyyən edin

0

Temperament şəxsiyyətin fərdi-psixoloji xassələrindəndir və psixi fəaliyyətin dinamikasını əks etdirir. Şəxsiyyətin fəaliyyət və ünsiyyət prosesində təzahür edən bu xüsusiyyəti xarakterdə öz əksini tapır. Özünüzün və ya tərəf müqabilinizin hansı temperament tipinə aid olduğunu bilmək istəyirsinizsə, aşağıdakı mülahizələrdən sizə daha çox yaxın olan variantı seçin.
1.
A) Tələskən, bir yerdə qərar tutmayan
B) Şən və həyatsevər
C) Sakit və soyuqqanlı
D) Utancaq və sıxılan

2.
A) Tündməcaz və hirsli
B) Gümrah və işgüzar
C) İşində təmkinli
D) Yeni şəraitdə özünü itirən

3.
A) Səbirsiz
B) Başlanan işi axıra çatdırmayan
C) Ehtiyatlı və ağıllı hərəkət edən
D) Yeni insanlarla ünsiyyət yaratmaqda çətinlik çəkən

4.
A) İnsanlarla münasibətdə sərt və kobud
B) Özünü yüksək qiymətləndirməyə meyilli
C) Gözləməyi bacaran
D) Öz gücünə inanmayan

5.
A) Qətiyyətli və təşəbbüskar
B) Yeniliyi tez tutmağa qabil olan
C) Qaradinməz və boşboğazlıq etməyən
D) Tənhalığı asan keçirən

6.
A) İnadkar
B) Maraq və meyli sabit olmayan
C) Sakit, rəvan və mimikasız nitqə sahib
D) Uğursuzluq zamanı tez məyus olan

7.
A) Mübahisə zamanı hazırcavab
B) Pis xəbərdən tez təsirlənən
C) Təmkinli və səbirli
D) Özünə qapılmağa meyilli olan

8.
A) Riskə meyilli olan
B) Yeni şəraitə asanlıqla alışan
C) Başladığı işi axıra çatdıran
D) Tez yorulan

9.
A) Arabir işləməyən
B) Yeni işə həvəslə başlayan
C) Boş yerə güc sərf etməyən
D) Zəif, yavaş nitqə malik olan

10.
A) Kin saxlamayan
B) İş maraqlandırmadıqda asanlıqla soyuyan
C) Gün rejiminə ciddi əməl edən
D) Həmsöhbətin xarakterinə çətin uyğunlaşan

11.
A) Sürətli, qarışıq nitqə malik olan
B) Yeni işə tez başlayan, bir işdən başqasına tez keçən
C) Həyəcanın qarşısını asanlıqla ala bilən
D) Göz yaşı tökəcək qədər həssas

12.
A) Müvazinətsiz və qızışmağa meyilli olan
B) Ağır işdən sıxılan, bezar olan
C) Rəğbət və cəzaya az əhəmiyyət verən
D) Özünə və ətrafdakılara qarşı yüksək tələbkar olan

13.
A) Davakar
B) Ünsiyyətli və həssas
C) Kişi, xoşxasiyyət
D) Şübhələnməyə meyilli olan

14.
A) Qüsurlara dözməyən
B) Dözümlü və işgüzar
C) Öz maraqlarında sabit olan
D) Həssas, hər şeyi ürəyinə salan

15.
A) İfadəli mimikanın olmaması
B) Sürətli, aydın və mimikalı nitqin olması
C) İşə gec başlamaq, bir işdən o birinə gec keçən
D) Hədsiz küsəyən

16.
A) İşi dərhal həll etmək
B) Gözlənilməz və çətin şəraitdə özünü ələ ala bilən
C) Hamıya eyni cür münasibət bəsləyən
D) Qapalı, öz fikrini heç kimlə bölüşməyən

17.
A) Yorulmadan yeniliyə can atan
B) Daim gümrah əhval–ruhiyyəyə malik olma
C) Hər şeydə səliqəlilik sevən
D) Az fəal və qorxaq

18.
A) Kəskin sərt hərəkətlərin olması
B) Dərhal yuxuya gedən və oyanan
C) Yeni şəraitə çətinliklə uyğunlaşan
D) Asanlıqla təsir altına düşən

19.
A) Qarşısına qoyduğu məqsədə çatan
B) Müəyyən işi həll edərkən tələsən
C) Özünü ələ ala bilən
D) Ətrafdakılardan onun halına yanmağı gözləyən

20.
A) Əhvalı kəskin dəyişməyə meyilli olan
B) Fikri yayınmağa meyilli, dərinə getməyən
C) Tənbəl, astagəl, ləng
D) Rəğbət və cəzaya hədsiz həssas olan.

Nəticələrin hesablanması:
Hesablayın və baxın, hər variantı neçə dəfə qeyd etmisiniz? Hər variant üçün alınan ümumi cəmi 5-ə vurun.
Məsələn: Siz seçmisiniz:

A variantını 6 dəfə *5=30
B variantını 3 dəfə * 5=15
C variantını 10 dəfə *5=50
D variantını 1 dəfə *5=5
Beləliklə, cavabların faiz (%) dərəcəsinə baxaq: Bu nümunədə A-30% ,B-15% ,C- 50% ,D-5%
Cavab variantları temperament tiplərinə görə uyğundur:
a- xolerik
b- sanqvinik
c- fleqmatik
d- melanxolik
Əgər hansısa temperament tipi 40%-dən çoxdursa, deməli bu tip dominantdır.
30-39% Bu temperament tipinin parlaq ifadəsidir.
20-29%-orta ifadə
10-19%-zəif ifadə
10%-hesablanmır.

Redaktə etdi: Şəfiqə Babayeva (23.11.2017)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin