Nikola Tesla haqqında gəzən yalanlar, miflər, saxta iddialar: Uğurları və uğursuzluqları – Həqiqi Nikola Tesla.

7

Giriş

Nikola Tesla bir dahi idi. Nikola Tesla qeyri-adi bir insan idi. Nikola Tesla günümüzdə ən əhəmiyyətli texnologiya vasitələrinin istifadə olunmasına səbəb olmuş ən əhəmiyyətli bir elm insanı, ixtiraçı və böyük bir addır. Bəli Tesla, öz sahəsində bacarıqlı və peşəkar biri idi amma biznes sahəsində, bacarıqlı bir elm adamı olduğu qədər də bacarıqsız bir iş adamı idi. Əlbəttə bu onun nüfuzunu aşağı salacaq bir məsələ deyil, ancaq bəzi səhvlərinin təməlində məhz bu bacarıqsızlığı dayanıdı. Məqalədə bu barədə də qeyd edəcəyik…

İxtira etdiyi məhsullarının çox az bir qismini qoruya bildi. Bir çoxunun patentlərini ya heç ala bilmədi ya da ona buna oğurlatdı. Əsasən də bir çox bacarıqlı kapitalist kimi ”əmək oğrusu” olan iş adamı, böyük ixtiraçı, biznesmen Thomas Edison üçün işlədiyi zamanlarda patentlərinin bir qismini Edisona ”qapdırdı”. Bu, Teslanın ilk dəfə başına gələn bir şey deyildi. Və təəssüflər olsun ki, son da olmayacaqdı. Xüsusən də özünün bunu edəcəyinə inandığı ”insanlara pulsuz elektrik vermək” məqsədi daşıyan çalışmaları həm elmi müstəvidə keçərli olmadığı üçün, həm də maddi cəhətdən dəstək olunmadığına görə həyata keçirilmədi. Həyata keçirilən fikirlərinin bəziləri böyük bir uğursuzluq idi. Bəli, bir çoxunuz üçün bu təəccüblü gələ bilər amma nəticədə Tesla bir insan idi. Səhvlər etdi, yanlış iddialar irəli sürdü, hətta bəzi zamanlarda intellektual bütünlüyünü itirərək həqiqətlərin, elmin və məntiqin sərhədlərindən kənara çıxdı. Bu kimi məsələlər yalnız Teslanın başına gəlmiş bir vəziyyət deyildi. Elm tarixində Alfred R.Wallace kimi böyük elm adamları, elmin sərhədlərindən çıxaraq spiritualizmə, həqiqi olmayan absurd iddialara doğru yönləndiklərini görərik. Nikola Tesla da bu səhvə mütəmadi olaraq yol verirdi.

Bu məqaləmizdə bu günə qədər Teslaya aid edilən bir çox yanlış məlumatlara, ünvanlara, şan-şöhrətə və müvəffəqiyyətə yer verəcəyik. Tesla haqqında ”mifləşdirilmiş” iddialardan bəziləri o qədər güclüdür ki, tamamilə yanlış olmasına baxmayaraq saysız hesabsız Tesla fanatları tərəfindən bu iddiaları ”doğru” olaraq qəbul edilmişdir. Tesla ilə əlaqəli ən böyük problem, haqqında irəli sürülən hər iddianın, fanatları tərəfindən reallaşmışcasına qəbul edilməsi və daha da şişirdilərək yayılmasıdır. Teslanın irəli sürdüyü bəzi iddialar o qədər absurddur ki, günümüzdə bir fiziki asanlıqla işindən və bütün karyerasından məhrum edə bilər. Ancaq o dövrlərdə bir çox elm və texnologiya məhsulu “sehr” kimi göründüyü üçün Tesla kimi dahi insanların absurd iddiaları “mümkün” kimi görünürdü. Çünki “sağlam düşüncə” deyilən bir şey o zamanlarda bugünkündən diqqət çəkəcək qədər fərqli idi. Məsələn, radionun ixtiraçısı Guglielmo Marconi hələ radio siqnalları üzərində işləyərkən, Tesla çoxdan əlaqələri qurduğunu iddia etmişdi. Bu iddia üzərindən sual yaranır. Tesla kiminlə əlaqə qurmuşdu?

Teslanın öz iddialarına görə Mars planetindən, yad planetlilərlə əlaqə qurmuşdu. Və bunun üzərindən daha da irəli gedərək əlindəki texnologiyalar sayəsində Mars planetindən çox daha uzaq planetlərlə “anlıq əlaqə” qura biləcəyini irəli sürdü. Lakin bunların əksinə bugün bilirik ki, kainatın sürət limiti olan işıq sürətində yayılan dalğalarla Mars planeti ilə əlaqə qurmaq belə məsafə baxımından təqribən 12.5 dəqiqədə 1 dəfə həyata keçəcək. Və ən vacibi Mars planetində yad planetlilərin yaşamadığını bilirik.

Bugün tipik bir elm adamı Dünyadan kənar sivilzasiya barədə hər hansı bir arqument gətirməmişdən qabaq, on neçə il yemədən, içmədən, daim işləyən, sınaq, araşdırma və analizlər edərkən, Teslanın əlində işləyən bir radio olmadığı halda marsılarla əlaqə qurduğunu deməsi, bəlkə radikal Tesla fanatlarında deyil amma elmdən həqiqətən anlayışı olan, araşdıran, şübhə ilə yanaşan insanlarda absurd iddiayaya qarşı bəzi xəbərdarlıq siqnallarının aktiv olmasına səbəb olacaqdır.

Sual verə bilərsiz və ya düşünə bilərsiz ki, Tesla haqqında niyə belə bir məqalə hazırladıq? İlk olaraq dəqiq bir şəkildə bildirmək istəyirik ki, bu məqaləni yazmaqda məqsədimiz Teslanı “etibarsızlaşdırmaq”, “ucuzlaşdırmaq”, “şöhrətinə xələl gətirmək” deyil. Çünki Tesla kimi bir elm adamını etibarsızlaşdırmaq, onun şöhrətinə xələl gətirmək bizim gücümüzün və biliyimizin çatacağı bir şey deyildir. Teslanın hörməti və insanlıq üçün etməyə çalışdıqları bizlər üçün çox qiymətlidir.

Məqsədimiz nədir?

İlk olaraq Tesla bir pop ulduzu deyildir. Teslanın indiki radikal fanatları, sözün əsl mənasında “çox absurd” düşüncələrə sahibdirlər. Məqsədimiz bunların qarşısını əsaslı faktlarla almaqdır. İkincisi, elm tarixi ilə əlaqəli qeydlərin və doğruların deyilməsi vacibdir. Bizlər üçün, həqiqətlər və elmlə əlaqəli dürüstlük, bir insana duyduğumuz heyranlıqdan daha öndə gəlir. Üçüncüsü, Tesla ilə əlaqəli olaraq mifləşdirilmiş, şişirdilmiş iddialar elmi prizmadan baxdıqda narahat edici bir məsələdir. Daha vacibi isə bir çox uğurlar Teslaya aid olmadığı üçün ortada digər elm insanlarının haqqı, əməyi oğurlanmaqdadır. Teslanı yüksəldib dağ başına qoyacağıq deyə bəzi texnologiyaların həqiqi ixtiraçılarını heçə saymaq, elm və elm tərəfdarları üçün hörmətsizlikdir. Və son olaraq, Tesla ətrafında fırlanan yalanları, saxta iddiaları yox etmək, Teslanın günümüzə verdiyi qatqıları göstərməkdir. Teslanın saxta iddialara və yalanlara ehtiyyacı yoxdur. Qısaca desək, sizlərə həqiqi Nikola Teslanın portretini çəkib göstərəcəyik…

Yalanlar və saxta iddialar.

Yalan iddia 1: Tesla ən çox patent sahibi olan ixtiraçıdır. Tarixin ən böyük ixtiraçısıdır.

Cavab 1: Elm insanlarının uğurlarını və zəhmətlərini patent sayına görə sadələşdirmək düzgün deyildir. Lakin bir elm insanının sahib olduğu patent sayı, onun elmi və texnologiya baxımından aktiv olduğu zaman dilimində nələr bacara bildiyinin önəmli bir göstəricisidir. Teslanın patent sayı ilə əlaqəli bol miqdarda sual işarələri mövcuddur. Ancaq rəsmi qeydlərə görə Teslanın bugünə qədər Amerika torpağında əldə etdiyi 111 ayrı patenti (patent ailəsi) aşkar olunmuşdur. Cəmi 26 ölkənin arxivlərindən çıxarılmış ən az 278 patenti məlumdur. Bəzilərinə görə bu rəqəm 300-dən artıqdır. Bəzi qaynaqlar (təəssüflər olsun ki, ifrat dərəcədə Tesla fanatı olduğu üçün tərəfsiz qaynaqlar tapa bilmirik) Marconi və Edison kimi insanlara “qapdırdığı” patentləri də heç bir rəsmiyyət olmamasına baxmayaraq Teslanınkılara qatmaqla yanaşı, bu da azmış kimi dublikat patentləri də qanuni sayılmasına baxmayaraq bunları da əlavə edərək ümumi patent sayını 700-ə qədər çıxardaraq şişirdiblər. Bunların bir qismi yerində ola bilər amma böyük bir qismi yanlışdır.

Nə dərəcədə yanlış olduğunu məqalə daxilində qeyd edəcəyik. Qısacası, 110 patent ailəsi və təxminən 300 patentə sahib olduğunu demək daha düzgün bir cavab olardı. Lakin bu say Teslanı “tarixin ən böyük ixtiraçısı” etməz. Bu haqda şəxsi və subyektiv fikirlərə sahib ola bilərsiz. Tesla sizin üçün ən böyük ixtiraçı ola bilər amma rəsmi və əsaslı bir şəkildə Teslanı “ən böyük ixtiraçı” elan edə bilməzsiz.

Beynəlxalq səviyyədə “Dünyanın ən məhsuldar ixtiraçıları” adlı siyahıda Teslanın adı yoxdur. Təəccüblənməyin. Çünki bu siyahıda olan ixtiraçıların paten ailə sayı 200-ün üzərində olmaqla, təqribi 120 şəxsin adı mövcuddur. Siyahıda ən sonuncu adam 203 patent ailəsi və 382 patent ilə Gerald McBearty olduğu halda, siyahının ən üst zirvəsində insanlıq tarixinin ən məhsuldar ixtiraçısı olan Kia Silverbook yer tutub. Kia Silverbook 1994-2015-ci illər arasında 4728 ədəd patent ailəsinə və 9843 ədəd patentə sahibdir. Bu patentlərin hansı sahələrdə olduğuna baxsaq printer, rəqəmsal kağız, internet, elektronika, DNT texnologiyaları, MEMS, VLSI kimi günümüzü əhatələndirən texnologiyalara məxsusdur.

Sadecə tək bu deyil. Siyahıda 2-ci yerdə qərarlaşan yaponiyalı ixtiraçı Shunpei Yamazaki aktiv olduğu 1976-2015-ci illər arasında maye kristal ekranlar, yaddaş kartları, günəş panelləri və OLED texnologiya sahələrində 4281 patent ailəsinə və ümumi 15068 patentə sahibdir. 4-cü sırada yer tutan 1211 patent ailəsinə və ümumi 1271 patentə sahib olan amerikalı Lowell Wood nüvə silahları sahəsində gördüyü işlərlə tanınır. Yenə siyahıda üst yerlərdə yerləşən 1392 patentə sahib olan Kanadalı ixtiraçı Leonard Forbes, CCD-lər VLSI kimi texnologiya sahələrində məşğul olmuşdur. Siyahıda yerləşən digər adların, avtomatlaşdırma, optik qeydiyyat, genetikası dəyişdirilmiş orqanizmlər, siqnal və görüntü emalı, kabelsiz ünsiyyət və kompyuter şəbəkələri, avtomobil təhlükəsziliyi və texnologiyaları, fotoqrafiya, kompyuter arxitekturası və texnologiyaları, 3 ölçülü dövrələr, radio idarəsi və ünsiyyəti, biotexnologiya, dərman ötürülməsi, toxuma mühəndisliyi, kompyuter proqramlaşdırma, elektrik, karbon nanotüplər, implantlar, günəş panelləri, inteqrasiya dövrələr, lazer, video emalı, batareyalar, tibbi cihazlar və s. kimi bir çox sahələrdə patentləri var. Bu insanlar iddia edilənin əksinə “boş insanlar deyil”, həyatımızı rahatlaşdıran texnologiyaları istifadə etməyimizə səbəb olan insanlardır.

Bəzən bu qədər insandan etirazlar gəlməkdədir. Bu kimi etirazların ən başında gələn “2015-ci ildə ixtira etməklə, 1930-cu ildə ixtira etmək arasında fərq var” iddiasıdır. Lakin bu iddianın əsassız olması, “ən məhsuldar ixtiraçı” adlı siyahıda ən üst pillələrdə yerləşən Thomas Edison, George Albert Lyon, John O’Connor, Melvin De Groote, Francis Richards, Carleton Ellis kimi şəxslərin Tesla ilə eyni dövrdə yaşamaqları ilə görünür. Bu şəxslərin etdiyi ixtiralar arasında avtomobil sektoru, dəmiryolu sektoru, paslanmayan polad, polyester istehsalı, titrəşməsiz benzin yandırılması və s. çox əhəmiyyətli ixtiralar vardır.

Yalan iddia 2: Tesla çox fazalı Dəyişən Cərəyan və bununla işləyən generatorların ixtiraçısıdır. Qısacası AC-ni (Alternating Current / Dəyişən Cərəyan) ixtira edən Tesladır.

Cavab 2: Xeyr. Tesla deyil. İddianın gerçəyinə baxarsaq uğurlu bir şəkildə işləyən ilk AC generator, Teslanın doğumundan 24 il əvvəl, 1832-ci ildə Hippolyte Pixii tərəfindən ixtira edilmişdir. Tesla AC ilə ilk çalışmalarına başlayarkən Avropada bir çox ixtiraçı AC ilə işləyən məhsullar ixtira edirdi. Bəli bu texnologiyalar qismən nadir bir şey idi və yeni yeni özünə dəb qazanırdı. Amma bu fakt çox dəqiqdir ki, AC generatorlarının və AC-nın özünün ixtiraçısı Tesla deyildir.

Tesla AC-yə toxunmamışdan əvvəl Almaniya çoxdan 2 ayrı AC generatorunu uğurlu bir şəkildə istifadə edirdi. Teslanın uğuru isə Amerikaya köçdükdən sonra gəldi. Çünki bu ərəfələrdə Amerika hələ AC ilə tanış deyildi. Buda Teslanın özünün ixtira etdiyi AC generatorlarıını ticarətə tanıtması üçün əla bir fürsət idi. Məhz bu iddianında kökü burdan qaynaqlanır. Lakin Tesla Nyu Yorklu biznesmenləri AC məsələsində razı salmaq üçün bir xeyli müddət çabalasa da sonda müsbət rəy ala bilmədi. Bu səbəbdən Edison ilə Tesla arasında AC (Alternating Current / dəyişən cərəyan) və DC (Direct Current / sabit cərəyan) müharibəsi başladı. Teslanın problemi iki fazalı generator fikrindən əlçəkməməsi idi. 1887-ci ildə August Haselwander və C.S.Bradley, tarixin ilk 3 fazalı AC generatorunu ixtira etdi. Mikhail Dolivo Dobrovsky isə 1888-1891-ci illər arasında etdiyi işlərdə 3 fazalı generatorları istifadə edərək elektrik istehsalını və yaymağı bacarmışdı. Bugün edilən araşdırmalar göstərir ki, Teslanın qəbul etmədiyi 3 fazalı generatorlar, özünün fikrindən əlçəkmədiyi 2 fazalı generatorlardan daha sərfəlidir.

Yalan iddia 3: Tesla transformatorların ixtiraçısıdır

Cavab 3: Xeyr. Bu da yanlışdır. Tesla, iddianın əksinə ilk transformatoru ixtira etməmişdir. Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Ganz firması, 1870-ci ilin sonlarında ilk transformatoru ixtira edərkən Tesla hələ məzun olmamışdı. İlk transformatorun ixtiraçısı Karoly Zipernowsky, Miksa Deri və Otto Blathy-dir. Tesla 1880-ci ildə telefon və səs ötürmə sahəsində ilk işinə başladı və burda AC-nin nə qədər böyük bir faydasının olduğunu gördü. Macarların bu işi böyütmə məsələsində yüksək potensiala sahib olmadığını görən Tesla özü bu işə əl qoydu. Radikal Tesla fanatları bu iddianın əsassız olduğunu gördükdən sonra “Tesla ilk transformatoru ixtira etməmiş ola bilər amma günümüzdə istifadə etdiyimiz modern transformatorları Tesla ixtira edib” deyə iddia ortaya atdılar. Təbii ki, bu da yanlış iddiadır. Tesla günümüzdə istifadə olunan modern transformatorların da ixtiraçısı deyil. Çünki, ilk modern transformator 1885-ci ildə William Stanley tərəfindən ixtira olunub ki, Stanley bunun dizaynını özündən əvvəl gələn Gaulard və Gibbsdən götürmüşdür. Yəni, bu sahədə uzun müddət müsbət istiqamətdə çalışmalar edilmişdir. Məsələn, Gaulard 1884-cü ildə öz transformatorunu istifadə edərək Lanzodan Turinə qədər cərəyan ötürülməsini uğurla həyata keçirmişdir. Bundan əlavə “Z.B.D Transformator Firması” adlı Macar firması səmərəsiz olsa da işləyən transformatorlar ixtira etmişdir. Məhz bu səbəbdən William Stanley daha səmərəli modern transformator ixtira etdi.

Bu mövzudakı qaynaqlarla əlaqəli bir məsələdə Teslanın bəzi yazılarında 1882-ci ildə işləyən “ilk və böyük ölçülü transformatoru xəyal edərək xəyalında dizayn verdiyi” haqqındakı qeydləridir. Amma bu transformatorların ixtira olunmasına dair heç bir rəsmi sübut tapılmamışdır. Digər tərəfdən Teslanın AC transformatoru ixtirasından illər əvvəl bir çox fərqli transformatorların dizaynı, hal-hazırda işlədiyi IEEE, Smithsonian universiteti, Berkshire muzeyi, Great Barrington tarix cəmiyyəti və Tom Blalock kimi tarixçilər tərəfindən təsdiqlənib. Qısacası bu sahədə mükafat “fikri ixtira etdiyini iddia edənə” deyil, “fikri həyata keçirənə” verilir. Bu, William Stanleydir. Tesla, Stanleyin tək fazalı və üç fazalı transformatorlarının əksinə cüt fazalı AC transformatorları üzərində işləyirdi. Və işlərini yalnız deyil, Westinghouse və Oliver Shallenberger ilə birlikdə edirdilər.

Yalan iddia 4: Tesla induksiya bobinini ixtira etmişdir.

Cavab 4: Xeyr. Bu da yanlışdır hətta demək olar ki, Tesla haqqında yayılmış ən məşhur iddialardan biridir. Bilməyənlər üçün qısaca şərh verək: İnduksiya bobini aşağı gərginlikli sabit cərəyan (DC) istifadə edərək yüksək gərginlikli dəyişən cərəyan (AC) istehsal edən bir cihazdır. Cihazın daxilində olan “induksiya”-nı ilk kəşf edən adam ən böyük fiziklərdən biri olan Michael Faradeydir. Həmçinin William Sturgeon da bu sahədə vacib işlər görmüşdür. Məsələnin özəyinə gəldikdə isə 1834-cü ildə bu işə başlayıb, 1836-cı ildə bitirib induksiyadan istifadə edərək ilk dəfə bobin ixtira edən Nicholas Collandır. Collan bu işə əl qoyduqda hələ Tesla dünyaya göz açmamışdı.

Yalan iddia 5: Tesla səs dinamikalarının ixtiraçısıdır.

Cavab 5: Xeyr. Digər iddialar kimi bu iddiada əsassızdır. İddia edilir ki, Tesla səs ötürülməsi üzərində işlədiyi illərdə ilk səs dinamikasını ixtira edib. Lakin bütün rəsmi sənədlər göstərir ki, ilk səs dinamikalarının ixtiraçıları C.W.Rice ilə Edward Kelloggdur. Bu ikili, cihazın ilk prototipini 1921-ci ildə ixtira edib, 1925-ci ildə isə patentlərini almışdır. Qaldı ki, Teslaya, Tesla bunu ixtira etdiyini iddea belə edə bilməz, çünki ondan illər əvvəl Werner Von Siemens maqnetik olaraq idarə edilən dinamikalar üzərində işləyirdi.

Yalan iddia 6: Tesla radarın ixtiraçısıdır.

Cavab 6: Xeyr. Tesla, 1917-ci ildə radar ixtira etdiyi iddia edilsə də radarı ilk ixtira edən alman ixtiraçı Christian Hulsmeyer olub. Çünki, ilk dəfə gəmidə radarı uğurlu bir şəkildə istifadə edə bilən şəxs məhz odur. Bəzən radarın ixtirasına dair 1886-1889-cu illər arasında ilk addımı atan alman fizik Heinrich Hertz adı qeyd edilir. Amma Hertzin bu sahədə araşdırmaları laboratoriya şəraitində idi və onun çalışmaları daha çox radar cihazlarının altındakı təməl fiziki fenomenlə əlaqəli idi. Yəni,Hertz sırf radar üzərində işləməsə də onu, radar iddiasının banisi kimi qeyd etmək olar.
Bundan əlavə Guglielmo Marconi də 1899-cu ildə radar ixtirası üzərində çalışmalar edib. Daha sonra ilk uğurlu lazer sistemlərinə dair Lee De Forest, Edwin Armstrong, Ernst Alexanderson, Guglielmo Marconi, Albert Hull, Edward Victor Appleton kimi şəxslərin çalışmaları olub. Hətta bu sahədə 1934-cü ildə Alman təyyarələrini təyin etmək üçün ruslarıda radar sistemləri üzərində çalışanlar arasında qeyd etmək olar. Ümumiyyətlə bu radar iddiası o qədər geniş yayılmış bir iddiadır ki, dərsliklərdə və internet üzərindəki məqalələrdə belə Teslanın adı qeyd olunmayıb.

Yalan iddia 7: Tesla Floresan lampasının ixtiraçısıdır.

Cavab 7: Xeyr. Bu da yanlış bir iddiadır. 1857-ci ildə Floresan lampasının ixtira məsələsi üzərində laboratoriyada işləyən ilk insan Alexander E.Becquerel olub. Lampanın ilk ixtira fikrinə gəldikdə isə bu biraz qeyri-dəqiq mövzudur çünki Floresan lampa ilk dəfə kim tərəfindən ixtira edildiyi dəqiq deyildir. Akademik qaynaqlara görə ehtimallar arasında Thomas Edison, George Inman, Edmund Germer və bir neçə ixtiraçının adı hallanır. Çox vaxt ixtira sahibi kimi səs çoxluğu ilə George Inman göstərilsə də Edmund Germer hər ikisindən əvvəl Floresan lampanı ixtira etmişdi. Başqa bir lampa ixtiraçısı olan Daniel McFarlan Moore adlı ixtiraçı isə Floresan lampaların “atası” olan Moore lampalarını ixtira etmişdir. “Bəs Tesla?” deyə bir sual versəz, bəli Tesla Floresan lampalarla işləmişdir, hətta Neon lampalara bir çox önəmli əlavələr etmişdir, eynən Thomas Edison kimi. Amma dəqiq olan bir nöqtə odur ki, Tesla Floresan lampanın ixtiraçısı deyildi. Tesla sadecə var olan bir sistem üzərində təkminləşdirmə işləri edərək onu daha da irəliyə doğru aparmışdır.

Yalan iddia 8: Tesla mikrodalğa ötürücüsünün ixtiraçısıdır.

Cavab 8: Xeyr. Yanlışdır. Günümüzdəki mikrodalğa sobaları, mikrodalğa istehsalı olan texnologiyaları və hətta radar sistemlərinin işləməsini təmin edən maqnetronların ixtiraçısı Alfred W.Hull-dur. Əlbəttə Hull özü də özündən əvvəl gələnlərin zəhməti və fikirləri üzərində yüksəlmiş və ondan sonra gələnlər isə onun uğurlarını təkminləşdirmişdir. Məsələn, ilk uğurlu mikrodalğa radio relesi 1931-ci ildə Andre C.Clavier idarəçiliyi altında bir qrup tərəfindən işə salınmışdır. İlk dəfə uğurlu bir şəkildə mikrodalğa enerji ötürülməsi, 1964-cü ildə William C.Brown tərəfindən helikopter vasitəsi ilə həyata keçirilmişdir. İlk mikrodalğa sobanı icad edən şəxs isə Percy Spencerdir. Bu sahədə bəzi önəmli şəxslər arasında Sir John Turton Randall, Harry Boot, Sir Henry Tizard kimi şəxslərin adı qeyd olunur. Tesla mikrodalğa ötürücülərinin ixtiraçısı və ya iddia sahibi deyildir. IEEE, mikrodalğa ötürücü texnologiyalarının iddia sahibi kimi Maxwell, Morse, Hertz və Marconi kimi önəmli şəxslərin adlarını çəkdiyi halda, Teslanın adını belə yada salmamaqdadır.

Yalan iddia 9: Tesla, Niaqara şəlaləsi üzərində Hidroelektrik stansiyasını ixtira edərək dünyanın ilk AC hidrostansiyasını inşa etmişdir.

Cavab 9: Yalnışdır. Əvvəlki iddiada qeyd etdiyimiz kimi alternativ cərəyanın ixtiraçısı Tesla olmadığı üçün, alternativ cərəyan ilə işləyən stansiyaların da ixtiraçısı deyildir. Mövzünün özəyindəki fakta baxsaq avropada 1878-1885-ci illər arasında AC stansiyaları nəzərə çarpacaq miqdarda var idi. Tesladan çox öncə 1885-ci ildə Westinghouse öz komandasına William Stanley, Oliver Shallenberger, Benjamin Lamme və bir neçə şəxsin adını əlavə edərək Şimali Amerikada bu stansiyalar üzərində işləmişdir. Teslanın komandaya qatılması isə 1888-ci ilə təsadüf edirdi.

Niaqara şəlaləsi ətrafında Teslanın heykəli

Bu iddiaya qarşı kiçik bir misal olaraq 1893-cü ildə qurulan Redlands elektrik stansiyasını qeyd edə bilərik. Stansiyada istifadə olunan generator 3 fazalı AC generatoru idi. Bu stansiyanı icad edənlər arasında Elihi Thomson, Almirian Decker və Louis Bell kimi şəxslər vardır. Avropada ilk AC generatoru ilə işləyən hidroelektrik stansiyası isə 1891-ci ildə Frankfurtda inşa edilən elə 3 fazalı AC generatoru ilə işləyən bir stansiyadır. Bundan əlavə AC generatorları ilə bağlı problemləri ilk dəfə nəzərə alan və həll etməyə çalışan da Tesla deyildir. Məsələn, Charles P.Steinmetz, Tesladan çox əvvəl generatorlardakı gecikmə problemini qeydə alıb və nəzəri fizika hesablamalarını praktikaya tökərək bu problemi həll etmişdir.

Yalan iddia 10: Tesla, insanlara elektriki pulsuz yaymaq üçün texnoloji avadanlıqlar təkminləşdirdi.

Cavab 10: Bu bəlkə də Tesla haqqında ən çox şişirdilmiş, ən fantastik iddialardan biridir. İlk olaraq stansiyalar istifadə edilərək təbii qaynaqların istifadəsinin sonunda, aylıq məvaciblərini ödəmək məcburiyyətində olan və ştatında minlərlə işçi tutan firmaların elektriki hər hansı bir zaman çərçivəsində “pulsuz” olaraq paylamağını düşünmək sadecə xəyalpərəstliyin nəticəsidir. Çünki, heç bir nüfuzlu şirkət həm maddi cəhətdən həm də “imkansızlıq” baxımından bu işi üzərinə götürə bilməz. Bəs o zaman bu iddiadakı pik nöqtə hardadır? Məsələ orasındadır ki, Tesla, elektriki qısa məsafələrə naqilsiz olaraq ötürməyi kəşf etdi, onu pulsuz ötürməyi deyil. Bir şeyin naqilsiz ötürülməyi onun pulsuz ötürülməyi demək deyil. Məsələn, mobil telefonla naqilsiz əlaqə qurmaq, naqilsiz internet və s. artıq özünüz düşünün. Həqiqi bir fəlsəfə ilə bu iddiaya baxsaq daha ən başdan necə absurd bir iddia olduğunu görərik. Öz qaynağında qablaşdırılan suyun belə pulsuz olmadığı bir dünyada elektrikin sırf naqilsiz olduğu üçün pulsuz olacağını iddia etmək tamamilə axmaqlıqdır. Qaldı ki, elektrikin “limitsiz” olmağı, limitsiz olmaı belə qlobal iqtisadi-siyasi sistem daxilində bu qaçınılmaz olaraq ödənişli olardı. Məsələn, Günəş panelləri. Qısaca, “pulsuz elektrik” xəyalından imtina etmək lazımdır.

Digər yandan Teslanın pulsuz elektrik kimi bir iddia üzərində çalışması və ya bir uğuru yoxdur. Bəli, Tesla çox qısa məsafələrə elektriki naqilsiz olaraq ötürməyi bacarmışdı ki, bu böyük bir nailiyyətdir. Bugün bəzi telefon enerji depolama cihazı bu şəkildə işləyir. Ancaq bu o demək deyil ki, Tesla bu enerji ötürülməsini daha uzaq məsafələrə ötürə bilmişdir. Xeyr. Öz işlərinə görə ayrılan milyonlarla dolları istifadə etməsinə baxmayaraq elektriki tam olaraq müəyyən bir məsafəyə doğru məhsuldar bir şəkildə ötürməyi bacarmamışdı. Əslinədə isə, elektrik ötürülməsini “Tesla qülləsi” və ya “Tesla Bobini” deyilən qüllələri istifadə edərək hər istiqamətə ötürmək mümkündür. Bunda bir sıxıntı yoxdur. Sıxıntının olduğu nöqtə bu elektrikin məhsuldarlığına baxdığımızda gözə çarpacaqdır. Əgər Teslanın məhsullarını bir neçə yüz metr aralıda istifadə etməyə başlasaq, istehsal etdiyimiz eletrikin demək olar ki, böyük bir hissəsini boşa və ya havaya sərf etmiş olardıq. Çünki elektrik, qarşısına çıxan maneələrə bağlı olaraq gücünü itirən bir enerjidir. Hava, elektrik üçün yaxşı bir izolyasiya rolu oynayır və bu səbəbdən elektrik öz məhsuldarlığını və gücünü tez bir zamanla (məsafənin kvadratı ilə tərs mütənasib olaraq) aşağı salar. Yəni, real faktla barışaraq deyə bilərik ki, hər istiqamətə elektrik yayan bir mexanizmin məhsuldar elektrik ötürməsi üçün istifadə edilməsini düşünmək, mühəndislik və fizika bilgilərindən yoxsul olmağın göstəricisidir. Elektriki ötürmək üçün niyə naqildən istifadə edirik? Bunu heç düşündünüzmü? Çünki naqillər elektriki tək bir istiqamətdən və ən aşağı səviyyədə ötürə bilməyimizə imkan yaradır. Bəli, Teslanın qüllələri ilə sağa-sola elektrik yaya bilərsiz, bəlkə də bir neçə cihazı işə sala bilərsiz, amma bunu edərkən istifadə etdiyiniz elektrikin məhsuldarlığı o qədər aşağı olacaq ki, etdiyiniz iş sadecə göz oxşamaq üçün işə yarayacaq, bəlli bir səviyyədən sonra işləməyəcək. Teslanın əlində bu problemlə bağlı hər hansısa bir çarəsi yox idi. Günümüzdəki mühəndislik bilgisi çərçivəsində bu problemin həlli yoluna dair bir cavab bilmirik.

Yalan iddia 11: Wardenclyffe qülləsi əslində böyük bir nailiyyət idi.

Cavab 11: Xeyr. Heç bir nailiyyət deyildi. Wardenclyffe qülləsi Teslanın ən böyük xəyalı və ən böyük uğursuzluğu idi. Amma Tesla elə bir inadçı xasiyyətə sahib insan idi ki, uğursuzluğu heç vaxt qəbul etmədi. İnşa edəcəyi “Wardenclyffe qülləsi” adlı böyük bir qüllə vasitəsi ilə fantastik miqdarda elektriki, inanılmaz uzaq məsafələrə ötürə biləcəyini düşündü. Bu istiqamətdə araşdırmaları üçün günümüzün pulu ilə 30 milyon dollar vəsait tələb etdi. J.P.Morgan lahiyəni yoxlamaq üçün ona 4 milyon dollar verdi. Ancaq Teslaya güvənmədiyi üçün patent gəlirlərinin bir qismindən pay tələb etdi. Təsla bu razılaşmadan sonra dərhal işə başladı. İlk olaraq ərazi aldı, sonra işçilər tutdu. Daha sonra yerdən onlarla metr hündürlüyə çatan 16 polad dirək sütun aldı. Lahiyəsində dünyanın özünü keçirici olaraq istifadə etməyi düşünürdü. Belə olan halda polad sütunlar dünya səthinə gömülərək gücünü ondan alacaqdı.

Teslanın ən böyük lahiyələrindən biri Wardenclyffe qülləsi

Hər nə qədər Tesla fanatları Teslanın “maddi cəhətdən imkanı olmadığı üçün” uğursuz olduğunu iddia etsə də həqiqətən Tesla bütün detalları istifadə edərək xəyalındakı qülləni inşa edə bildi. Yəni, iddia edilənin əksinə olaraq Tesla həqiqətən də elektrik göndərici düzəltdi və bu göndərici xəyalındakından heç də fərqli deyildi. Ancaq “kiçik” bir problem var idi. Qüllə işləmədi. Bəli, bu qədər sadə. Qüllə işləmədi. Tesla bu səbəbdən Morgandan daha çox maddi yardım tələb etdi çünki bu pulla qülləsini “təmir edəcəyini” düşünürdü. Ancaq tələbləri inandırıcı deyildi, çünki Tesla nəyin nasaz olduğunu belə bilmirdi.

Və nəhayət günümüzdəki elm adamları Wardenclyffe qülləsini araşdırmağa başladılar. Araşdırma nəticəsində maraqlı nəticələr ortaya çıxdı. Belə ki, araşdırmanın sonunda Teslayla əlaqəli cavabdan çox suallarla üzləşdilər. Daha ən başından Teslanın dizaynları xəyal etdiyi nəticəni verə biləcək mühəndislik dizaynlarına sahib deyildi. Yəni, Teslanın inşa etdiyi qüllə işləsəydi belə Teslanın əldə edəcəyini zənn etdiyi nəticələri verməyəcəkdi. Çünki Teslanın inşa etdiyi qüllə o qədər qəribə idi ki, patentləri arasından hansını test etdiyi belə bilinmirdi. Məsələn, bir patentində Dünyanın ionosfer təbəqəsini istifadə edərək elektriki uzaq məsafələrə çatdırmaq kimi bir ideası var idi ancaq qüllənin dizaynı bu ideanı mümkün qılmırdı.
Əgər bugün modern elm çağının mühəndislik dizaynını nəzərədə tutaraq niyə Wardenclyffe qülləsi kimi bir qüllə inşa edib də elektriki dünyanın digər tərəfinə göndərmirik deyə maraqlanırsızsa…Bunun səbəbi “Teslanı anlamamağımız” ya da “FBİ bütün sənədlərə və lahiyələrə əl qoydu” kimi absurd iddialar deyil. Bunun tək bir səbəbi; Teslanın qülləsinin heç bir işə yaramamasıdır. Tesla uğursuz oldu. Bu qədər. Gizlilik yox, sirr yox, hiylə yox. Sadecə və sadecə müvəffəqiyyətsizlik.

İstədiyiniz fantaziyaları qura bilərsiz. İstədyiniz iddianı şişirdə bilərsiz. Ancaq bu fantaziyaları sübut edənə qədər Tesla fanatizmi heç kimə hər hansısa bir fayda gətirməyəcəkdir. Həqiqəti açığa çıxarmayacaqdır.

Yalan iddia 12: Teslaya əslində Nobel mükafatı veriləcəkdi amma Edison ilə bölüşməyə məcbur olduğu üçün almadı.

Cavab 12: Tesla haqqında geniş yayılmış iddialardan biri eləcə də Tesla-Edison mübarizəsinin mənasız yerlərə çatdığı nöqtələrdən biri “Nobel mükafatı” məsələsidir. “The New York Times” kimi məşhur qəzetlərdə də dərc olunmuş iddia, Tesla və Edisona ortaq bir Nobel mükafatı təklifində olunduğunu, ancaq ikilinin mükafatı bölüşmək istəmədiyi səbəbindən mükafatın bir başqasına verilməsi yönündədir. Hətta Tesla fanatikləri eləsinə gözü qaralmış bir şəkildə Edisondan nifrət edir ki, Edisonun bu təklifi sırf Tesla mükafatı almasın deyə baltaladığını irəli sürməkdədirlər. Əlbəttə işin bu tərəfi tamamilə yalandır. Buna dair heç bir sənəd yoxdur.

Nobel Komitəsi iddialar ortaya çıxdığında mükafatı kimə verəcəklərini çoxdan təyin etdiklərini söyləmişdilər. Onsuz da verdikləri açıqlamada sırf biri mükafatı istəmir deyə mükafatı o şəxsə verilməsindən (almasa belə) əsla imtina etməyəcəklərini söyləmişdilər. Mükafatı almaya bilərsiniz ancaq mükafat yenə də sizə verilmişdir. Nobel Komitəsinin bu iddialara verdiyi reaksiya olduqca açıqdır.

“Bir şəxsin sırf mükafatı istəmədiyi üçün Nobel mükafatına layiq görülməyəcəyi ilə əlaqəli hər hansısa bir iddia tamamilə cəfəngiyyatdır. Mükafata layiq görülən şəxs, ancaq mükafatı qazandığı bütün dünyaya elan edildikdən sonra rədd edə bilər.”

Onsuz da Edison da, Tesla da belə bir mükafatın özlərinə veriləcəyi iddiasını yalanlamışdır. Qısacası bu iddianın həqiqi tərəfi odur ki, hər ikisidə Nobelə layiq işlər görsələr də, ikisi də ömürləri boyu heç bir Nobel mükafatına layiq görülməmişdir. 1915-ci ildə Edisona Nobel mükafatı verilməsi məsələsi gündəmə gəlmişdir. Edison 38 səsdən 1-ni ala bilmişdi. 1937-ci ildə isə eyni mükafatı Teslaya vermə məsələsi gündəmə gəlmişdi. Təsadüfə baxın ki, Tesla da 38 səsdən sadecə 1-ni ala bilmişdi.

Yalan iddia 13: Tesla zəlzələ cihazı ixtira etmişdi.

Cavab 13: Xeyr. İxtira etməmişdi. Teslanın bir növ rezonans cihazı istehsal edərək süni zəlzələlər yarada bildiyi mütəmadi irəli sürülən iddialar arasındadır. Təbii ki, deməyə ehtiyyac yoxdur, “bu sənədlərə FBI tərəfindən əl qoyuldu, buna dair əlimizdə sənəd yoxdur”. Tipik bir absurd iddia. Ancaq absurd iddia tərəfdarları hər zaman bu qədər sıxıcı deyildir. İddianın digər bir versiyasında Tesla ixtira etdiyi cihazdan o qədər qorxmuşdu ki bir çəkic istifadə edərək ixtira etdiyi cihazı parça parça etmişdir.

Bəli. Teslanın qəribə xarakteri bu iddiada da qarşımıza çıxır. İddiasına görə “ixtira edə biləcəyi amma üzərində heç işləmədiyi bir cihaz, Dünyanı bir alma kimi ikiyə böləcək gücə” sahib idi. Böyük ehtimalla belə bir cihaz əsla ixtira edilməyəcək. Digər yandan Wardenclyffe qülləsində etdiyi bəzi çalışmalar ərəfəsində titrəşimlər yarandığına dair bəzi fikirlər səslənməkdədir. Əlbəttə böyük bir cihazın işləməsi zamanı bu tip fiziki titrəşimlərin olması gözləniləndir. Bunun gizli və ya xüsusi bir tərəfi yoxdur. Ancaq yenə də titrəşimlərə dair etibarlı mənbələr mövcud deyildir.
Absurd iddia fanatikləri bir dəfə Teslanın çılğın cihazını test etmişdir. Ən azından belə bir cihazın mümkün olub olmadığını görmək üçün…Nəticə? Bəli, güclü titrəşimlər yaradan bir cihaz ixtira etmək mümkün. Ancaq bu titrəşimlərin hər hansısa birinə və ya bnəyəsə zərər verməsi ya da zəlzələ ilə müqayisə ediləcək dərəcədə nəticələr verməsi imkansızdır.

Qeyri-müəyyənliklər

Bu başlıqda isə Tesla haqqında ortaya atılmış bir neçə məsələyə toxunacağıq hansı ki, həmin məsələlərin nə dərəcədə doğru və ya yanlış olması barədə qəti fikir söyləmək çətin olsa da, çalışacağıq ki, elmi və həqiqətə dayanan qısa izzahlar gətirək.

Qeyri-müəyyən 1: Teslanın fotoqrafik yaddaşı var idi.

İzzah 1: “Fotoqrafik yaddaş” deyə bir şeyin var olduğu günümüzdə belə dəqiq deyildir. Bu istiqamətdə elm adamları tərəfindən araşdırmalar gedir. “Fotoqrafik yaddaş” nədir deyə sual versəz, belə cavab verək ki, yəni görülən hər şeyin qüsursuz olaraq eynən bir foto kimi xatırlanması deməkdir. Əgər belə bir şey mümkündürsə, Tesla bu yaddaşa sahib insanlardan biri ola bilər. Əlbəttə, Tesla bu iddia üzərində heç vaxt test edilməyib və buna dair əlimizdə yetərli dəlillər yoxdur.

Fotoqrafik yaddaş olmasa da ona yaxın olan bir yaddaş növünə “eidetic (təsviri) yaddaş” deyilir. Teslanın belə bir yaddaşa sahib olması da ehtimal edilir. Bu yaddaşa sahib olan insanlar görülən bütün hər şeyi qüsursuz və tam detallı bir şəkildə xatırlaya bilməzlər amma tam təsvirə yaxın bir fikir bildirə bilərlər. Adətən bu tip insanlardakı kiçik problem qeyd dəftərlərinə ehtiyyaclarının olmaması idi. Çünki hər şeyi xatırlaya bilirdilər. Lakin Teslanın üzərində araşdırmalar etdiyi işlərə dair bir çox qeyd dəftərləri mövcuddur. Qısacası bu mövzuya digərləri kimi yalandır demək asan deyil. Amma bunun üzərindən doğru demək də düzgün deyil. Bu barədə suallar qaçınılmazdır.

Qeyri-müəyyən 2: Tesla pul məsələsində çox bacarıqsız idi. Daim kasıb bir həyat yaşadı.

İzzah 2: Teslanın pul ilə olan əlaqəsi çox qarışıq mövzudur. Əgər patentlərinin bəzilərini Edisona qapdırmasaydı və özünün sahib olduğu patentləri daha yaxşı qoruya bilsəydi böyük ehtimalnan maddi durumu daha yaxşı olardı. Yuxarıda qeyd etdiyimiz kimi Tesla, Edison və digərləri kimi bacarıqlı bir biznes adamı deyildi və bu dəqiqdir. Digər bir məsələ isə Teslanın bədxərc olması idi ki, əgər Teslanın maddi büdcəsi yaxşı olsaydı belə onu doğru istifadə etmək məsələsində sağlam düşüncə sahibi deyildi. Böyük ehtimalla Teslanın milyonları olsaydı, bədxərc olduğundan büdcəsini sıfıra endirəcəkdi. Çünki, Tesla hər zaman lüks otellərdə qaldı, pulunun böyük bir qismini həqiqətdən uzaq xəyalpərəst lahiyələrə yatırdı. Əlbəttə bu bir çoxunun gözündə Teslanı “qəhrəman” kimi qələmə verə bilər, amma digərlərinin gözündə “bədxərc” olaraq bilinir. Tesla reallıqdan qopmuş bir insan xarakterinə sahib idi. Bu səbəbdən pul məsələsində fərasətli deyildi. Dostlarından və firmalardan borc aldı. Ancaq aldığı pulları borclarını bağlamaq üçün deyil lüks həyat yaşamaq üçün istifadə etdi.

Qeyri-müəyyən 3: Tesla etibarlı və güvəniləcək bir elm adamı idi.

İzzah 3: Məqaləmizin yuxarı hissəsində Teslanın “Marslılar ilə əlaqəsi”-dən bəhs etmişdik. Amma bu Teslanın etibarlı olub olmamağını sorğulamağımız üçün yetərli bir dəlil deyil. Bir gün dostar ilə parkda gəzinti edərkən yerində dayanmış və sanki ürək getməsi kimi sıxılmalar yaşamışdır. Sonradan bilindi ki, bunun səbəbi çox yuxusuz qalmağıdır. Əsl məsələ bu kimi sıxılımalardan sonra “qəribə görüntülər” gördüyünü iddia etməsidir. Hətta sıxılmalar keçirdiyi anda “AC motorunun əskik bir təsvirini gözündə canlandırdığını” iddia etmişdir. Sanki vəhy gəlirmiş kimi. Əgər həqiqətən belə bir görüntü gördüyünü zənn etsək,Teslanın bu sıxılmanı yaşadığı gündən əvvəlki 6 il ərzində AC mühərriki üzərində çalışmalarını nəzərə alsaq, gözünün qabağına belə bir təsvirin gəlməsi çox da təəccüblü olmaz.

Teslalanın həyatının növbəti dövrlərində bir digər sıxılması da olmuşdur. İddiaya əsasən bir gün axşam vaxtı sevdiyi göyərçinləri yemləyərkən, göyərçinlərin içində olan ağ bir göyərçinin özünə daha çox şəfqət göstərdiyini müşahidə edib. Həmin an birdən gözünün qarşısında iki böyük işıq partlayışı olub və bu işıqlar onunla əlaqə yaradaraq “işinin artıq yekunlaşdığını və yaxın zamanda öləcəyini” bildirmişdi.

Əlbəttə…Bütün bunları Teslanın çox ağır işləməsinə və çox yuxusuz qalmağına calamaq asandır. İş rejiminin daha ağır olmasına görə çox vaxt gecə saat 5 radələrində yatmağa getdiyi və cəmi 2 saat yatıb yeni günə başladığı bilinməkdədir. İldə sadecə bir dəfə 5 saat yatdığına dair qeydlər məlumdur. Gün ərzində sadecə işi haqqında düşünürdü. Bunlar bir iş həvəskarı üçün çox normal haldır. Teslanı dahi edən əsas səbəblərdən biridə yorulmaq bilməyən həvəslə işləməsidir. Amma təəssüflər olsun ki, belə ağır rejimdə işləməsi ağıl cəhətdən çox mənfi təsirlərə məruz qalıb.
Məqaləmizin bu hissəsinə kimi oxuduqdan sonra tutarlı bir sual yarana bilər; düşünəcəksiz ki, bəs Tesla nəyi ixtira etdi, nələri kəşf etdi, hansı uğurları və nailiyyətləri günümüzə gəlib çatıb. Təbii ki, bunada izzahlı və qısa bir formatda açıqlama verəcəyik.

Qeyri-müəyyən 4: Tesla radionun və radio idarəetmənin ixtiraçısıdır.

İzzah 4: Bu mövzu biraz yalan biraz da qeyri-müəyyəndir. Teslanın fayda verdiyi sahələrin başında radio əlaqə texnologiyaları ön plandadır. Burda hər hansısa bir yalan yoxdur. Bu mövzuda əsas saxta iddialar kimin “radio və radio idarəetmənin ixtiraçısı” olmasından gedir. Bu məsələ biraz qarışıq olduğu üçün gəlin mövzunu daha da dəqiqləşdirək. Radio ixtiraçısı uzun müddətdir ki, Guglielmo Marconi olaraq bilinməkdədir. Ancaq son bir neçə ildə radikal Tesla fanatlarının öndərliyində radio ixtirasının Teslaya aid edilməsi istiqamətində bir kompaniya var. Bunun səbəbi Marconini radio ixtira etməsi əsasında Teslaya aid 17 fərqli patentdən faydalanmış olmasıdır. Tesla kabelsiz enerji ötürülməsi sahəsindəki işləri ilə radio ünsiyyət texnologiyalarına böyük bir qatqı əlavə etdi. 1898-ci ildə “Madison Square Garden” meydanında təşkil olunan elektrik sərgisində dövrün texnologiyasının kənarına çıxaraq ilk “radio idarəli oyuncaq gəmini” işlətməyi bacardı. Hətta nümayişinə kiçik bir “şou” əlavə edərək gəminin əslində “səsli əmirlərə tabe olduğunu” iddia etdi (robot kimi). Halbuki uzaqdan idarəetmə ilə söylədiklərinə uyğun olaraq sadecə qayığı idarə edirdi (kimiləri bunu yalan olaraq bilsə də ətraflı burda toxunmayacağıq ki, zənnimizcə bu çox da əhəmiyyətli deyil). Bunlar Teslanın radio dalğalarının ötürülməsi mövzusunda nə qədər müvəffəqiyyətli olduğunu göstərir. Ancaq radio vasitəsi ilə qayıq idarəetmə barəsində iki əsasə məsələ var: Birincisi, qayığı öz başına deyil, radio idarəli vasitələrin “atası” hesab olunan John Hays Hammond ilə birlikdə inkişaf etdirmişdir. Bu da məlum məsələdir ki, Tesla radio idarəetmənin banisi olmadığı açıq aşkardır.

Hammond hələ 12 yaşında radio idarəli vasitələr ixtira edərək Tomas Edisonun yanında işləməyə layiq görülən böyük bir zəkadır. (Təəssüflər olsun ki, adı və şöhrəti tanınmır). Tesla və Hammond arasındakı əlaqə və fikir mübadiləsi qarşılıqlıdır. İkisi də bir birindən çox şey öyrənmişdir. Mövzu ilə əlaqəli ikinci bir məsələ isə radio idarəetməni bacarmağın bugün “radio” olaraq bildiyimiz rabitə vasitəsi ilə heç bir əlaqəsinin olmamasıdır.
Radio patenti mövzusunun da həm Teslaya aid olan həm də Marconiyə aid olan iki nöqtəsi var. İlki, işin tətbiq ölçüsü. Hərşeydə olduğu kimi elmdə də bəzi qaydalar və təlimatlar vardır. Bir patentin alınması üçün fikir yetərli deyil, işləyən bir modelin ixtira olunması lazımdır. Bu səbəbdən Marconi istifadəyə yararlı və işləyən radionu ilk ixtira edən şəxs olaraq və ümumi baxımdan radionun ixtiraçısı qəbul edilir. Amma bunuda mütlqə bir şəkildə qeyd edək ki, Marconinin Teslanın çiyinlərində yüksəlditi danılmazdır. Məsələn, Marconi ixtira etdiyi ilk radio sadecə gölün bir ucundan digər ucuna məlumat ötürə bilərkən, Tesla Bobini istifadə etməsi nəticəsində ingilsi kanalını ötüb keçən dalğalar göndərməyi bacarmışdı. Bundan əlavə Teslanın bəzi ön plan çalışmaları və patentləri səbəb göstərilərək 1943-cü ildə Marconinin radio ilə əlaqəli 4 patenti ləğv edildi. Lakin bütün bunlar Teslaya “radionun ixtiraçısı” ünvanını ən azından tək başına qazandırmamışdır, çünki radionun bildiyiiz mənası ilə işləməsini və uzun məsafələrə çata biləcəyini təmin edən Marconidir. Və qeyd etdiyimiz kimi bunu edərkən Teslanın dizaynlarından çox faydalanmışdır. Bu nöqteyi nəzərdən alınan nəticələrə dayanaraq subyektiv fikirlər əsasında deyə bilərik ki, “radionun ixtiraçısı” titulu Marconi ilə Tesla arasında paylaşılmalıdır.

Mövzu barəsində digər qarışıq bir məsələ isə rəsmiyyətdir. Marconi ilə Tesla arasında çox qəribə hadisələr yaşanmışdır. Marconi 1896-cı ildə ilk kabelsiz teleqraf patentini İngiltərədə almışdı. (ABŞ-da deyil). Tesla 1897-ci ildə əsas radio tətbiqlərinin patentinə Amerikada müraciət etmişdir. 1900-cü ildə bu patentləri almışdır. Bu səbəbədən Marconi Amerikada eyni patent üçün müraciət etdiyində müraciəti rədd edilmişdir. Marconi sonakı 3 il ərzində dizaynlarını davamlı olaraq inkişaf etdirmiş ancaq heç cür Tesla səddini aşa bilməmişdir. (Patent Ofisi hər dəfəsində Teslaya prioritet şansı vermişdi. Hətta Patent Ofisi 1903-cü ildə Marconini Teslanın məhsullarını almadığı üçün “absurd olmaqla” günahlandıran bir açıqlama etmişdir). Ancaq 1900-cü illərin əvvəllərində Marconinin firmasının səhmdar marketlərində sürətlə güc qazanmağa başlaması küləyi əks tərəfə çevirmişdi. Fond dəyəri 3 dollardan 22 dollara yüksələn firmaya Tomas Edison və Andrew Carnegie kimi nəhəng biznesmenlər maddi yatırım işlərinə girişmişdi. Bu maddi dəstəyi çox ağıllı bir şəkildə istifadə edən Marconi 1901-ci ildə Atlantik okeanını ötüb keçən ilk radio dalğasını göndərməyi bacarmışdır. Tesla Marconinin bu irəliləyişi ilə əlaqədar belə bir fikir səsləndirmişdi. “Marconi yaxşı bir dostdur. Qoyun işini etsin. Nə də olsa mənim 17 patentimi istifadə edir”

Bu özünə inam Teslanın radio məsələsində sonunu gətirmişdi. 1904-cü ildə Patent Ofisi qərarını dəyişdirməklə radionun ixtiraçısı olaraq Marconini təsdiq etmişdi. Marconi 1911-ci ildə Nobel mükafatına layiq görülmüşdür.

Sual verə bilərsiz ki, əgər Tesla 17 patentlə radioya əhəmiyyətli qatqılar əlavə etdisə niyə özü radionu Marconi kimi dəqiq və mükəmməl bir şəkildə ixtira etmədi? Cavabı çox sadədir. Çünki, Tesla elektromaqnetik dalğaların necə işlədiyini anlamamışdı. Həmçinin qəribə bir xarakterə sahib idi. Əgər hansısa bir sahədə işləyirsə özünü o sahədə ən üstün bir şəxs olduğuna inanma kimi bir xarakteri var idi. Məsələn, Marconi Atlantik okeanın ötüb keçən radio dalğaları göndərməyi bacararkən, Tesla özünün ifrat dərəcədə eqo səbəbindən bu məsələdə sınaq etməyə ehtiyyacının olmadığını söylədi. Həqiqətdən o dərəcədə qopdu ki, elektromaqnetik dalğaların işıqdan sürətli olduğuna inanırdı. Lakin bunun doğru olmadığını bugün bilirik.

Tesla nələri kəşf etdi, nələri ixtira etdi? Hansı uğurları və nailiyyətləri var?

Yuxarıda qeyd etdiyimiz kimi Tesla böyük bir elm adamı idi buna şübhə yoxdur. Ancaq şişirdiləcək dərəcədə deyildi. Bizim demək istədiyimiz budur: “Yalan” və ”qeyri-müəyyənliklər” adlı başlıq altındakı qeyd etdiklərimiz sahələrə öz çalışmaları ilə töhfələr verdi ki, bu danılmazdır. Ancaq çalışdığı hər sahədə, o sahənin “fikir banisi”, “birinci” olduğunun iddiası və etdiklərinin şişirdilməsi bizlər üçün, eləcə də elm üçün böyük bir nöqsandır. Mövzudan çox uzaqlaşmadan ağlınızda formalaşan sualın cavabına keçid edək. Tesla həqiqətən nələrə imza atmışdır?

Elektrik gücü: Özünə iltifat edilən bir çox “ilk”-in sahibi olmasa da, var olan sistemlər üzərində bir çox mühüm inkişaf etdirici işlər edərək günümüzdəki modern alternativ elektrik cərəyanının isifadəsinə önəmli qatqılar vermişdir. Yəni, elektriklə əlaqəli hər şeyin olmasa da, alternativ cərəyanın önəmli bir hissəsini Tesla və onun çalışmalarına borcluyuq.

Radio: Məqalə daxilində yuxarıda qeyd etdiyimiz kimi radionun ixtira olunmasını Marconi ilə bölüşmək məcburiyyətində olsa da, Marconinin radionu ixtira etməsinə imkan və şərait yaradan hərşeyi Tesla inkişaf etdirmişdir. Bunların arasında yüksək tezlikli generatorlar, yağla insulin edilmiş transformatorlar, sinxronlaşdırılmış dövrələr kimi əhəmiyyətli texnologiyalar mövcuddur.

Yüksək tezlikli induksiya sobaları: Bu da Teslaya aid olan bir fikirdir ancaq bir başqası tərəfindən həyata keçirilmişdir. Dr.Edwin Northrup dünyanın ilk işlək induksiya sobası ilə isitmə prosesini həyata keçirib amma ixtirasında Teslanın fikrilərindən yararlandığını bildirib. Bu səbəbdən Teslanın bu ixtirada fikir qatqıları ön plandadır.

Elektro terapevtiklər: Günümüzdə “Tesla cərəyanı” olaraq da bilinən yüksək gərginlikli, yüksək tezlikli cərəyanları istehsal edən bir cihazı ixtira etmişdir. İddia edilənin əksinə çox yüksək gərginliyin insan bədənindən təhlükəsiz bir şəkildə keçə biləcəyini isbat etmişdir. Bunun təhlükəsizliyi üçün edilməli olan tək şeyin yüksək tezlik tətbiq olunması olduğunu göstərmişdir. Bunun sayəsində Teslanın aparatı günümüzdə hələ də fiziologiya işlərində istifadə olunan əhəmiyyətli texnologiya məhsulu halına gəlmişdir.

Neon və floresan lampalar: Yenə yuxarıda qeyd etdiyimiz kimi bu sahənin “atası” Tesla olmasa da, istər nəzəri cəhətədən istərsə də praktiki olaraq naqilsiz yanabilən işıqlar mövzusunda Teslanın etdikləri danılmazdır. Uran şüşə və ya fosfor örtüklər istifadə edərək neon və floresan lampaların məhsuldarlığını artırmağı bacardı. İşıqlandırılacaq otağın ehtiyyaclarına görə forma veriləbilən lampalar istehsal edərək bu sahədə bir qabaqcıl oldu.

Mexanik güc: Günümüzdə ən yaxşı avtomobillərdə istifadə olunan sürət ölçənlər içərisindəki bəzi aparatlar Tesla tərəfindən dizayn edilmişdir. Tesla sürtünməni istifadə edərək sürət ölçər içərisindəki bəzi işlək nöqtələri birbiri ilə əlaqələndirməyi bacarmışdır.

Süni şimşəklər: Bu kəşfin nə işə yaradığı ilə əlaqədar olaraq heçkimin dəqiq bir fikri olmasa da, Tesla bəzən hündürlüyü 30 metrə çata bilən süni şimşək dəstələri yarada bilmişdi. Ola bilsin bu metod gələcəkdə bəzi təcrübələrdə istifadə edilsin amma hələki bir istifadə sahəsi yoxdur.

Sinxronizasiya elektrik saatları: Dünyanın dörd bir tərəfində eyni anda işləyən və tamamilə eyni sürətlə irəliləyən sinxronizasiya saatları ilk inkişaf etdirən Tesla olub. İdeası 1916-cı ilə qədər istifadəyə keçməsə də mərkəzi Amerikada olan sinxronizasiya saatlarının işləyə biləcəyini 1893-cü ildə sübut etmişdir.

Radar: Bunu da yuxarıda qeyd etdiyimiz kimi radarın banisi Tesla olmasa da bu məsələdə bəzi fikirlərini ortaya atmışdır. Marconi Teslanınkından daha az əlverişsiz radar təyin etmələrini bacarsa da, radarla bağlı daha böyük bir ada sahib olmuşdur.

Kopyalama: Uzaq məsafədən məlumatların ötürülməsi nəticəsində bir məlumatın kopyalana biləcəyini ilk göstərən Tesla olmuşdur. Günümüzün printerlərinə bənzər bir cihazı ilk dəfə Tesla ərsəyə gətirmişdir.

Radio TV yayımı: O zamanlar televiziya olmasa da səs və görüntünün uzun məsafələrə ötürülə biləcəyinə dair ilk işləri Tesla görmüşdür. Ancaq Tesla buna aid heç bir funksional məhsul yarada bilməmişdi. Bu səbəblə ixtira şansını əldən vermişdi.

Əgər ki, müqayisə edəcək olarsaq Teslanın fikiri olaraq günümüz elm və texnologiyasına qatdıqları fiziki olaraq qatdıqlarından bəlkə də çoxdur. Biz bunun daha əhəmiyyətli ya da əhəmiyyətsiz olduğunu mühakimə edəcək bir qurum və ya təşkilat deyilik təbii ki. Ancaq bunu söyləyə bilərik ki, Teslanın etdikləri şişirdiləcək qədər fantastik olmasa da, özünün gələcəyə dair məqsədə uyğun təxmin və proqnozlarının olduğu danılmazdır.

Ümumi nəticə

Serbiya əsilli amerikalı fizik, ixtiraçı, elektrik mühəndisi və futurist Nikola Tesla şübhəsiz 20-ci əsrə damğasını vurmuş ən əhəmiyyətli elm insanlarından biridir. Əsasəndə dəyişən cərəyan üzərində çalışaraq bir sıra inkişaf etdirici qatqılar əlavə edərək yadda qalmışdır. Lakin Nikola Teslanı məşhur edən hətta deyə bilərik ki, ona sanki bir tanrıymış kimi qibtə edən modern elm fanatikləri və bu fanatiklərin heç bir elmi əsasa söykənməyən şişirdilmiş iddialarıdır. Digər bir ifadə ilə deyə desək görəcəksiz ki, bu məqaləmizə bəlkə də Newton, Turing , Euler kimi tarix yazmış minlərlə elm adamlarından heç biri üçün görə bilməyəcəyiniz qədər Tesla fanatizminə aid fikirlər səslənəcək. Artıq o həddə gəlib çatıb ki, Teslanı tərəfsiz olaraq masa arxasında müzakirəyə gətirmək və şişirdilmədən analiz etmək “Teslaizmdən kənardır və cəzası ölüm belə ola bilər”

Bu məsələnin bu qədər şişirdilməsinə səbəb isə youtube portalında “sirli və qəribə” başlıqlı əsassız video çarxlar, “The Prestige” kimi biraz fantastik və maraqlı filmlər eləcə də “History Channel” kimi sənədli film kanallarının qeyri-rəsmi məlumatlarıdır. Bunların yayılması tək elmi müstəvidə deyil həmçinin Nikola Teslanın şan şöhrəti baxımından da ciddi nöqsanlara səbəb olacaq məsələlərdir. Qısacası Rezonans komandası olaraq belə bir yazını ələ aldıq.

Çoxları Teslanın bu hekayəsində onun uğursuzluqlarını nəzərə alıb bunu “Teslanın bacarıqsız” olduğunu təsdiq edən bir yazı olduğunu düşünə bilər. Lakin bunuda başa düşüb bilmək lazım ki, bir elm insanının tək vəzifəsi kəşf və ixtiralar deyil, onu xalqa, cəmiyyətə çatdırmaq və daha səmərəli şəkildə işlək bir vəziyyətə gətirəcək yollar açmaqdır.

Tesla bunu artıqlaması ilə bacardı. Baxmayaraq sosial bacarıq məsələsində o qədər də uğurlu deyildi ancaq qeyd etdiyimiz kimi bu bir elm insanının elmi sahəsindəki şan-şöhrətini qaralaya bilməz. Bunu da qeyd etməliyik ki, tarixdəki ən böyük elm adamları vəzifə şərtlərinə bağlı olaraq doğru istiqamətlərdə qalmağı bacaran və insanları doğru hədəflərə yönləndirməyi bilən, məqsədlərinə çatan elm insanları olmuşdur. Teslanı da çalışmalarına və zəkasına nəzərən bu siyahıda qeyd edə bilərik.

Tarixə nəzər salsaq, heç bir günahı olmamasına baxmayaraq dövlət əli ilə 42 yaşında qətl edilən, 21-ci əsrin ən böyük dahiləri arasında yer alan, “kompyuterlərin atası”, süni-intellektin fikir banisi və saysız hesabsız elmə öz töhfələrini vermiş Alan Turing haqqında belə bir fanatizmin milyardda birinin olmaması, Tesla ilə əlaqədar fanatizmi başa düşməyə əsas verir. Bu qədər şişirdilmiş iddialar axınına baxmayaraq istənilən bir elm tərəfdarı Tesla haqqında tərəfsiz bir araşdırma etdiyi zaman Tesla haqqında edilmiş iddiaların bir çoxunun əsassız, səhv, yanlış olduğunu görəcəkdir.

Bəzən texnoloji ixtiraların “ilk”-lərini müəyyən etmək çətin ola bilər. Çünki çox insan eyni məhsul üzərində işləyirdi, hər biri fərqli prizmalardan yanaşırdı, hər biri eyni hədəfə fərqli formalarda çatmış ola bilər və sadecə 1 adama patent verilməkdədir. Patentlər bu səbəbdən vacibdir ancaq bu kimi hallarda gördüyünüz kimi tarixi də qarışdırmaqdadırlar; hələ də günümüzdəki şişirdilmiş rəqabət mühitini gözümüzün qabağına gətirərsək. Lakin təməl təriflər üzərindən gedəcək olsaq bu nəticəyə gələrik ki, bir şeyin “ixtiraçısını” onu fiziki olaraq ilk ərsəyə gətirən şəxs olduğunu anlamağımız lazımdır. Bir şeyin “fikir atası”, ”fikir banisi” isə o şeylə əlaqədar nəzəri fikirləri ilk ortaya atan şəxsdir. Tesla üçün bu keçərli tərifləri əyib-bükə bilmərik. Tesla o qədər xüsusi bir insan deyildi. Sizlər, (eləcə də bizlər) Tesla üçün edilmiş tərifləri əyib bükərkən haqqına girdiyiniz digər onlarla elm adamı, mühəndis və təşəbbüskarların haqqını ödəyə biləcək mövqedə deyilsiniz. Teslaya aid “ilk ixtiraçı”, və “fikir babası” iddialarının böyük bir qismində əsassızlıq vardır. Bunlarla əlaqədar olan iddia yalnız əsassız olmaqla qalmır, populyar cəmiyyətdə hər keçən il daha da qabarıq, daha da həqiqətdən kənar, daha da anormal bir şəkildə Tesla fanatizmini böyütmək məqsədi ilə istifadə edilməkdədir. Bu məqaləmiz böyük nisbətdə yayılmış yalan və yanlış iddiaları təmizləmək və şişirdilmiş iddiaları həqiqətlə üzləşdirməklə əlaqədar olacaq. Əslində Tesla bu iddiaların mərkəzində olan texnologiyalar üzərində həqiqətən işləmişdir. Hətta bu sahələrdə çox qiymətli məhsullar da vermişdir. Ancaq çox vaxt sahəsinin “birincisi” ya da “ən böyüyü” olmamışdır. Məqaləmizdə mütamadi olaraq gördüyünüz də bu olmuşdur. Tesla bir şeylərin “birincisi”, ”banisi” olmaya bilər ancaq onlara daha əlverişli qatqılar əlavə etmişdir. Bu da onu əhəmiyyətli qılmağa yetərlidir.

Hər nə formatda iddia ortaya atırlarsa, hər nə olursa olsun konkret bir şərh budur ki, Tesla ilə əlaqədar bir çox iddiaların fanatikləri tərəfindən şişirdilmiş bir şəkildə izah edildiyi açıq-aşkardır. Bəli, məqalə daxilində yuxarıda “yalan” olaraq qeyd etdiyimiz sahələrdə böyük kiçik bir çox öz töhfəsini vermişdir. Ancaq Teslanı “yalnız ixtiraçı” olaraq qeyd etmək maraq duyduğu sahələrdə “tək” və ”ən böyük” olduğunu iddia etmək böyük bir səhvdir. Bu yalnız tarixi bir səhv deyil, eyni zamanda digər bir çox insanın əməyini oğurlamaq deməkdir.

Tesla həqiqətdən olduqca qopuq bir həyat yaşadı. Cəmiyyətin normalarını heç bir zaman qəbul edə bilmədi. Pul və təqdimatlarla arası heç yaxşı deyildi ki, bu da uğurlarının baş aşağı getməsinə səbəb oldu. Bəziləri Teslanı bütün bu etdiklərini “qəhrəmancasına” görə bilər. Əlbəttə günümüzdən baxaraq keçmişi mühakimə etmək çox asan deyil. Amma bir çox fərqli baxımdan da bəzi etdikləri “axmaqca” görülə bilər. Əlbəttə çalışdığı sahədə olduqca dahi olan birini beləsinə mühakimə etmək düşünüləcək qədər çox mümkün deyil. Lakin Teslanın həyatını olduqca yanlış bir şəkildə idarə etdiyidə olduqca açıq görülür. Yenə də bizə düşən zəhmət real ilə xəyalı birbirindən ayırd edərək var olan həqiqi nəticələrə çatmaqdır. Teslanın elm tarixindəki yeri əhəmiyyətlidir, dəyərlidir. Bunu danmaq elm tarixində böyük bir nöqsandır. Ancaq etdiyi heç bir şeyi tək başına bacarmamışdır və çox təəssüf ki, yeni fanatizm axınları səbəbi ilə bir çox elm insanının əməyi və haqqı göz ardı edilir, bir çox kəşf və ixtiralar haqsız bir şəkildə Teslaya aid edilməkdədir.

                                  Dahi Teslanın bilinən son fotolarından biri. 1943

Hələ ki, elmi həqiqətə əsaslanmayan iddiaları da həqiqət çərçivəsində Teslanın adına xas bir şəkildə yaymaqdadırlar.
Və son olaraq yazımızın son cümlələrində açıq bir şəkildə qeyd edərək bildiririk ki, bu kimi iddiaların təmizlənməsi, şişirdilmiş iddiaların reallığa qovuşması, elmi həqiqətə çatmaqla yanaşı Tesla ilə əlaqədar daha dolğun və həqiqətlərə qovuşmamız baxımından çox əhəmiyyətlidir.

Mənbələr:

http://www.bbc.com/future/story/20130322-tesla-and-the-lone-inventor-myth

http://www.smithsonianmag.com

http://www.history.com/topics/inventions/guglielmo-marconi

https://en.wikipedia.org/wiki/Radio_control

http://www.wikiwand.com/en/Nikola_Tesla

http://paleofuture.gizmodo.com/making-nikola-tesla-a-saint-makes-us-all-dumber-1308034624

https://skeptoid.com/episodes/4345

http://www.tesla-coil-builder.com/Articles/may_16_1948.htm

http://www.edisontechcenter.org/tesladebunked.html

Is it possible to build an earthquake machine?

Məqalə Evrim Ağacından tərcümə edilib

Redaktə: Lalə Həsənova

7 ŞƏRH

  1. I think your website needs some fresh articles.
    Writing manually takes a lot of time, but there is tool for
    this time consuming task, search for; Boorfe’s tips unlimited
    content

  2. I think your page needs some fresh posts. Writing manually
    takes a lot of time, but there is tool for this time consuming task, search for: Boorfe’s tips
    unlimited content

  3. I have checked your blog and i’ve found some duplicate content, that’s why you don’t rank high in google, but there is a tool
    that can help you to create 100% unique content, search for; Boorfe’s tips
    unlimited content

  4. I have checked your website and i’ve found some duplicate content, that’s why you don’t rank high in google’s search results, but there is a tool that can help you to create 100% unique content, search for; Boorfe’s tips unlimited content

  5. I see you don’t monetize your blog, don’t waste your traffic,
    you can earn extra bucks every month because you’ve got high quality content.
    If you want to know how to make extra money, search for: Boorfe’s tips best
    adsense alternative

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin