Albert Eynşteyin və Nikola Tesla

0

“Eynşteynin nisbilik işləri gözə çarpan bir riyazi örtükdən ibarətdir. Bu örtük, insanları ovsunlayar, təsir edər və bir tərəfdən də altında yatan səhvləri gizlədir. Eynşteynin nəzəriyyəsi, cahil insanların onu bir kral kimi görməsi üçün bənövşəyi rəngdə geyimlər geyən bir dilənçi kimidir. Nəzəriyyənin tərəfdarları, elm insanı olmaqdan çox metafizikçilərdən ibarətdir. “

     (Nikola Tesla, The New York Times11 İyul 1935)

 

Bu sözlər əslində böyük bir hücumun bir hissəsidir. Onun “bənövşəyi rəng” ilə əlaqədar dedikləri, həqiqətən son dərəcə mərhəmətsizdir. Qərb mədəniyyətində bənövşəyi rəng, İncildə də keçdiyi kimi köhnə zamanlarda çətin əldə edildiyi üçün səltənətə işarə edir. Bizim mədəniyyətimizdə  məxmər parça demək kimi … Tesla, Eynşteyni və nəzəriyyəsini “cəhalət” ilə ittiham etməklə qalmır, bu nəzəriyyənin məqsədinin insanların başını qarışdıraraq səhvlərini gizlətmək olduğunu da açıqca iddia edir.

 

Tesla, 1934-ci ildə yazdığı “Tanrısal dedi-qodunun Parçaları” başlıqlı şeirində bunları deyir:

“Too bad, Sir Isaac, they dimmed your renown

And turned your great science upside down.

Now a long-haired crank, Einstein by name,

Puts on your high teaching all the blame.

Says: matter and force are transmutable

And wrong the laws you thought immutable.”

 

Şeiri belə tərcümə edək

 

Çox təəssüf edirəm, cənab Isaac,

Sizin ününüzü qısaltdılar,

Sizin böyük elminizi alt-üst etdilər,

İndi uzun saçlı bir dəli, Eynşteyn adlı,

Sizin bütün qaydalarınızı pozur.

Deyir ki: maddə və qüvvət çevrilə bilinər,

Sizin dəyişməz qanunlarınızı yalanlayır. “

 

Tesla, 75. ad günü şərəfinə verilən ziyafətdə, Eynşteynin “E = mc2” düsturuyla əlaqədar bunları deyir:“Mən bu günə qədər saysız atomu bir-biriylə çarpıştırdım, heç də diqqətə dəyər bir enerji ortaya çıxmadı.” Bunu deyən Tesla, ilk parçacıq sürətləndiricisinin icadından 50 il əvvəl bu iddianı irəli sürür. Təbii ki həyatında atom çarpıştırmamışdı …

 

Eynşteyn bunlara cavab olaraq ona ad gününündə təbrik məktubu göndərir və  məktubda belə yazır:

“Sevgili Tesla,75ci doğum gününüz olduğunu və yüksək-tezlikli cərəyanlar ilə əlaqədar işlərinizi eşitməkdən məmnuniyyət hiss etdim. Bunlar, bu sahədəki işlərə möcüzə qatqılar təmin edəcək. Həyatınızdakı bütün işlərdə uğurlar diləyirəm. Albert Eynşteyin

 

 

“Və Eynşteyin, Teslanın da dəstəklədiyi amma aralarında iştirak etmədiyi “Eynşteynə Qarşı Olan 100 Yazar”  kitabıyla əlaqədar bu şərhi etməklə kifayətləndi:“Əgər ki iddaları gerçək olsaydı, yalnız bir yazarda kafi olardı.”

 

 

Mənbələrlə oxuma;

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin