Tolstoy və Dostoyevski qarşı-qarşıya (I hissə)

0

Məqalənin adına aldanıb elə düşünməyin ki, biz burda kiminsə tərəfini tutub, kimi isə pisləyəcəyik. Xeyr! Biz bu məqalədə iki dahi rus yazıçısının həyatı, yaradıcılığı, fikirləri və fəlsəfəsini haqda yazacağıq və əlbəttə ki, kimin tərəfini tutacağınız sonda yalnız sizə qalacaq.

Ədəbiyyat sevənlər iki cəbhəyə ayrılıb: Tolstoy tərəfdarları və Dostoyevski tərəfdarları. Tolstoyu uzun, mənanın detallarda gizləndiyi, həddən artıq çox personajların olduğu (“Hərb və Sülh” əsərində 600-dən çoxdur), sadə xalq haqqında olmayan  “sıxıcı” əsərlər yazmaqda təqsirləndirirlər, Dostoyevskini isə ağır psixoloji təsir verən, maniyalar, isteriyalar dolu, çətin başa düşülən, yenə “sıxıcı” əsərlər yazmaqda təqsirləndirirlər və bunları yalnız yeniyetmələr və gənclər deyil, həm də yetkin insanlar deyir. Bəs kim doğrudur? Kim əsl həqiqəti yazırdı? Yoxsul xalqın həyatı haqda yazan Dostoyevskimi, yoxsa varlı əsilzadə həyatını yazan Tolstoymu? Birincisi, hər iki yazıçı da həm ondan, həm də bundan yazırdı, məsələn, Dostoyevskidən “İdiot”, “Karamazov qardaşları”, Tolstoydan isə “Dirilmə”, “Kazaklar” buna yaxşı nümünə ola bilər. Hər iki yazıçının da bir-biri haqda fikirləri var idi, onlar heç vaxt görüşməyiblər, amma yenə də müəyyən fikirləri var idi, bu haqda hər yazıçıda ayrı-ayrı qeyd edəcəyik. Əvvəlcə gəlin Tolstoydan başlayaq.

Lev Nikolayeviç Tolstoy (1828-1910)

Bioqrafiya

Tolstoy böyük qraf ailəsində dördüncü uşaq idi. Doğuşdan knyagina Volkonskaya olan anası Tolstoyun iki yaşı olanda vəfat etmişdir. Qohumların dediyinə görə Tolstoy onun “ruhi görünüşünü”, yəni anasının bir neçə xüsusiyyətini mükəmməl təhsil, incəsənətə maraq və hətta görünüşcə oxşarlığını knaginya Mariya Nikolayevna Bolkonskayada (“Hərb və sülh”) təsvir etmişdi. Tolstoyun Napoleonun Rusiyaya yürüşündə iştirak etmiş, onun xatirəsində ürəyiyumşaq, zarafatçıl, mütaliəni, ovçuluğu sevən (Nikolay Rostovun prototipi olmuşdur) insan kimi qalmış atası da tez vəfat etmişdir. Uşaqların böyüdülməsində Tolstoya böyük təsiri olmuş: “O mənə sevgidən ruhi həzz almağı öyrətdi” –  uzaq qohumları T. A. Yerqolskaya məşğul olmuşdur. Uşaqlıq xatirələri Tolstoy üçün ən sevincli xatirələr kimi qalmışdır, ailəvi bağlılıq, əsilzadə evində aldığı ilk təəssüratlar onun əsərlərində zəngin material olmuşdur və avtobioqrafik povesti “Uşaqlıqda” öz əksini tapmışdır.

Tolstoyun 13 yaşı olanda ailə Kazana, qohumları və qəyyumları P. İ. Yuşkovanın evinə köçdü. 1844-cü ildə Tolstoy Kazan universitetinin fəlsəfə fakültəsinin şərq dilləri bölməsinə daxil oldu, daha sonra yarımçıq iki il oxuduğu  hüquq fakültəsinə köçürüldü. 1847-ci ilin baharında “səhhətində və ailədə problemlərə” görə universitetdən çıxmaq üçün ərizə verən Tolstoy bütün hüquq elminin kurslarını, praktik tibbi, dil, kənd təsərrüfatı, tarix, qeqrafik statistika öyrənmək, dissertasiya yazmaq, musiqi və rəsmdə mükəmməlliyin ən yüksək dərəcəsinə çatmaq fikri ilə Yasnaya Polnayaya getdi.

Kənddə təhkimli şərtlərinə uyğun olan yeni torpaqlarda sahibkarlıqda müvəffəqiyyətsizliyə uğradığı bir yaydan sonra (bu cəhd 1857-ci ildə yazdığı “Mülkədarın səhəri” povestində də qeyd edilib) 1847-ci ilin payızında Tolstoy universitetin kanditat imtahanlarında iştirak etmək üçün əvvəlcə Moskvaya, sonra Peterburqa getdi. Bu periodda onun həyatının obrazı tez-tez dəyişirdi, o gah günlərlə imtahana hazırlaşır və onlara gedirdi, gah özünü musiqiyə verirdi, gah hərbçi kariyerasına başlamaq haqda fikirləşirdi, gah da konnoqvardiya polkuna yunker kimi qəbul olmağı arzulayırdı. Asketizmə qədər gələn dini inanc əhvalı yığıncaqlarla, kart oyunları ilə, qaraçılarla gəzintilərlə davam etdi. Ailədə onu “ən başıboş gənc” hesab edirdilər. O borclarını yalnız bir neçə ildən sonra ödəyə bildi. Lakin elə bu illər gərgin, özünü analiz və mübarizə ilə dolu idi, bunların hamısı Tolstoyun bütün ömrü boyu yazdığı gündəliklərdə əks olunub. Elə o zaman onda yazmaq istəyi yarandı və ilk tamamlanmamış əsərlərini yazdı.

1851-ci ildə orduda məmur olan  böyük qardaşı Nikolay Tolstoyu onunla birlikdə Qafqaza getməyə razı salır. Tolstoy təhminən 3 il Terekanın sahilində yerləşən Qafqaz kəndində yaşayır, Qızlara (Dağıstanda şəhər), Tiflisə, Vladiqafqaza gedir və hərbi hərəkatlarda iştirak edir. (əvvəlcə könüllü, daha sonra isə qulluğa qəbul olunur.) Əsilzadə əhatəsindən və təhsilli biri olan Tolstoya təsir edən Qafqaz təbiəti və kazakların sadə patriarxal həyatı onu “Kazaklar” avtobioqrafik povestini yazmağa vadar etdi. Qafqaz təəssüratları həm də “Hücum”, “Meşənin qırılması” və həmçinin sonrakı povesti “Hacı Murada” (1896-1904, 1912-ci ildə çap edilmişdir) da təsir etmişdir. Rusiyaya qayıdan Tolstoy gündəliyində yazırdı ki, “qəribə və poetik şəkildə iki əks anlayışın-müharibənin və azadlığın birləşdiyi bu vəhşi ucqarı” sevib. Qafqazda Tolstoy “Uşaqlıq” povestini yazmışdır və onu anonim şəkildə (1852-ci ildə L.N. inisiativləri ilə dərc edilmişdi) “Sovremennik” jurnalında dərc etdirmişdi.

1855-ci ilin noyabrda Tolstoy Peterburqa gəldi və dərhal “Sovremennikin” dairəsinə (N.A. Nekrasov, İ.S. Turgenev, A.N. Ostrovskiy, İ.A. Qonçarov və b.) daxil oldu, burada onu “rus ədəbiyyatının böyük ümidi” (Nekrasov) kimi qarşıladılar. Tolstoy ədəbiyyat fondunun hesabına verilən naharlarda və oxu günlərində iştirak edirdi, yazıçılar arasında baş verən mübahisələrə və konfliktlərə qoşulurdu, lakin daha sonralar “Etiraflar”da (1879-1882) qeyd etdiyinə görə özünü bu əhatədə yad hiss edirdi: “Bu insanlar özlərini mənə iyrəndirdilər, mən də özüm-özümdən iyrədim”. 1856-cı ilin payızında Tolstoy işdən çıxaraq Yasnaya Polnayaya getdi, 1857-ci ilin başlanğıcında isə xaricə getdi. O, Fransada, İtaliyada, İsveçrədə, Almaniyada (İsveçrə təəsüratları “Lyusern” hekayəsində öz əksini tapmışdır) olmuşdur, payızda Moskvaya, sonra isə Yasnaya Polnayaya qayıtmışdır.

1859-cu ildə kənddə uşaqlar üçün məktəb açdı, Yasnaya Polnayanın ətrafında 20-dən çox məktəbin açılmasına yardımçı oldu və bu məşğuliyyət Tolstoyu o qədər özünə çəkdi ki, o, avropa məktəbləri ilə yaxından tanış olmaq üçün 1860-cı ildə ikinci dəfə xaricə getdi. Tolstoy tez-tez səyahət edirdi, 6 ay Londonda qalmışdır (burada tez-tez A.Qersenov ilə görüşürdü), Almaniyada, Fransada, İsveçrədə, Belçiyada olmuş, populyar pedoqoji sistemləri öyrənmişdi. Öz ideyalarını Tolstoy xüsusi məqalələrdə qeyd etmişdır, o deyirdi ki, təhsilin əsasında “təhsil sahəsinin azadlığı” və zorakılıqdan imtina edilməlidir. 1862-ci ildə o, oxu üçün kitabçalarla birlikdə pedaqoji jurnal “Yasnaya Polnayanı” dərc etdirdi, bu isə Rusiyada “Azbuka” və “Yeni Azbuka” kimi uşaq və xalq ədəbiyyatının klassik nümunələrinə çevrildi. 1862-ci ildə Tolstoy olmayan vaxtda Yasnaya Polnayada axtarış keçirilmişdi. (gizli tipoqrafiyan axtarırdılar)

1862-ci ilin sentyabrında Tolstoy 18 yaşlı həkim qızı olan Sofya Andreyevna Berc ilə evləndi və evləndikdən dərhal sonra həyat yoldaşını Moskvadan Yasnaya Polnayaya apardı, burada o özünü tamamilə ailəyə həsr etdi və təsərrüfat işləri ilə məşğul olmağa başladı. Lakin 1963-cü ilin payızında uzun müddət adı “Min səkkiz yüz beşinci il” adlanan yeni ədəbi ideya onu ələ keçirdi. Romanın yaradılma dövrü ruhi dirçəliş, ailə xoşbəxtliyi və sakit yaradıcılıq dövrü idi. Tolstoy Aleksandr epoxası insanlarının xatirələrini və yazışmalarını (bura Tolstoylar və Volkonskilər aiddir) oxuyurdu, arxivlərlə işləyirdi, mason yazılarını araşdırırdı, Borodin sahəsinə gedirdi, iş bir neçə nəşriyyatın əlindən yavaş irəliləyirdi (əl yazılarının nüsxəsini çıxartmaqda ona həyat yoldaşı yardım edirdi, belə bir zarafat yaranmışdı ki, o, o qədər gəncdir ki, sanki gəlinciklərlə oynayır), yalnız 1865-ci ildə “Russkiy Vestnik” jurnalında “Hərb və sülhün” birinci hissəsi dərc olundu. Roman acgözlüklə oxunurdu, zəngin epik səhnələr və şəxsi həyatın canlı təsvirlərinin incə psixoloji analizləri ilə çoxlu rəğbət qazandı. Tolstoyun fantastik fəlsəfəni inkişaf etdirdiyi romanın son hissəsi qızğın mübahisələrə səbəb olmuşdu. Yazıçının əsrin əvvəlinin intellektual insanlarına öz dövrünun aktual suallarını “əmanət etdiyi” haqda fikirlər bildirirdi: romanın müharibə dövrü haqda firki rus postreform cəmiyyətinin narahatçılıqlarının cavabı idi. Tolstoy öz məqsədini “xalqın tarixi haqda yazmaq” kimi adlandırmışdı və janr təbiətini aydınlaşdırmağın mümkün olmadığını düşünürdü.

1870-ci illərdə əvvəlki kimi Yasnaya Polnayada yaşayan, kəndli uşaqlara dərs verən və öz pedaqoji fikirlərini dərc etdirərkən Tolstoy iki əks süjet xəttini: Anna Kareninanın ailə dramını və öz fikirləri, psixoloji rəsmi və həyat tərzi ilə yazıya yaxın olan gənc sahibkar Konstantin Levinin həyatı və ev idilliyası arasında kontrastı əsas götürərək müasir cəmiyyətin həyatı haqqındakı roman üzərində işləyirdi. Yazmağa başladığı dövr Puşkinin yaradıcılığını araşdırdığı vaxta təsadüf edirdi, Tolstoy  1880-ci illərin yeni üslubuna, xüsusilə xalq nağıllarına doğru öz yolunu düzəldərək sözün sadəliyinə doğru irəliləyirdi. Yalnız tendensiyalı kritika həmin romanı sevgi romanı kimi şərh edirdi. “Təhsilli sinfin” var olma mənası və rus kəndli həyatının dərin həqiqətləri Levinə və hətta yazıçının simpatiyası olduğu personajlara (Anna da daxil olmaqla) yaxın olan suallardan ibarətdir, bir çox müasirləri, hamısından əvvəl Dostoyevski üçün bu çox sərt, publistik səslənirdi, o, “Anna Kareninanı” “Yazıçının gündəliyində” çox müsbət qiymətləndirmişdi. “Ailə düşüncəsi”  (Tolstoyun sözlərinə görə romanda ən əsas şey) sosial anlayışa çevrilmişdi, Levinin özünü amansızlıqla ifşa etmələri, özünə qəsd düşüncələri Tolstoyun roman üzərində işlədiyi 1880-ci illərdə özünün keçirdiyi mənəvi böhranın illüstrasiyasi kimi görünür.

Tolstoyun düşüncələrində çevriliş ilk öncə personajların qayğılarında, onların həyatlarını dəyişdirən mənəvi fikirlər qismində, onun incəsənətində öz əksini tapmışdır. Bu personajlar “İvan İliçin ölümü” (1884-1886), “Kreyser sonatası” (1887-1889), “Sergiy ata” (1890-1898, 1912-ci ildə nəşr edilmişdir) povestlərinin, “Canlı meyid” (1900-cü ildə tamamlanmayıb, 1911-ci ildə nəşr edilmişdir) dramının, “Baldan sonra” (1903, 1911-ci ildə nəşr edilmişdir) hekayəsinin mərkəzi olublar. Tolstoyun etiraf publisistikası onun mənəvi dramı haqda çevrilmiş təsvir verir: sosial bərabərsizlik və təhsilli sinfin boşluğu haqda təsvirlər verdikcə Tolstoy kəskin şəkildə özü qarşısında və cəmiyyət qarşısında həyatın və inancın mənası haqda suallar qoyurdu, elmi, incəsənəti məhkəməni, evliliyi, mədəniyyətin naliyyətlərini inkar edərək bütün dövlət institutlarını kritika qarşısında qoyurdu. Yazıçının yeni dünyagörüşü onun “Etiraflar” əsərinin (1884-cü ildə Cenevrədə, 1906-cı ildə Rusiyada nəşr edilmişdir) “Moskvadakı yazışma haqda” (182), “Onda biz nə edək?” (1882-1886, düz 1906-cı ildə Rusiyada nəşr edilmişdir),  “Aclıq haqqında” (1891-ci il, ingilis dilində 1892-ci ildə, rus dilində 1954-cü ildə nəşr edilmişdir), “İncəsənət nədir?” (1897-1898), “Dövrümüzdə köləlik” (1900-cü il, Rusiyada düz 1917-ci ildə nəşr edilmişdir) “Şekspir və dram haqda” (1906), “Susa bilmirəm” (1908) məqalələrində öz əksini tapmışdır. Tolstoyun sosial deklarasiyası xristianlığın mənəvi təlim kimi qəbul edilməsindən ibarətdir, xristianlığın etik ideyaları isə bütün dünya insanlarının qardaşlığı şəklində humanitar açar mənasında verilmişdir. Bu problem kompleksi İncilin analizinə və ilahi yazıları öyrənməyə əsaslanrdı, bunlara Tolstoyun dini fəlsəfi “Doqmatik ilahiyyatın araşdırılması” (1879-1880), “Dörd Evengeliyanın tərcüməsi və birləşdirilməsi” (1880-1881), “Mənim inancım nədən ibarətdir” (1884), “Tanrının səltənəti daxilimizdədir” (1893) traktatlarını ithaf edilmişdi.

Tolstoyun sonuncu romanı yazıçını düşüncələrinin istiqamət dəyişdiyi dövrdə onu narahat edən bütün problemləri özündə cəmləşdirmişdi. Romanın baş qəhrəmanı Dmitriy Nexlyudov yazıçıya mənəvi cəhətdən yaxın idi, mənəvi təmizlənmə yolundan keçir və bu onu yaxşı əməllər etməyə vadar edir. Süjet xətti cəmiyyətin quruluşunu əhatə edən məntiqsizliklər (təbiətin gözəlliyi və sosial dünyanın saxtalığı qiymətləndirmə qarşılaşdırılmasının sisteminə əsaslanır) rus kəndli təbiəti və təhsilli sinfin dünyasında hökmranlıq edən saxtakarlıqlara əsaslanır. Tolstoyun sonrakı xarakter xüsusiyyətləri açıq sözlülük, ön plana gətirilmiş “tendensiya” (bu illərdə Tolstoy qəsdən tendensiyalığın, didaktik incəsənətin tərəfdarı olmuşdur), kəskin kritika satirik başlayan  romanda bütün aydılığı ilə əks olunmuşdu.

Mənəvi düşüncələrinin dəyişməsi yazıçının şəxsi həyatında sosial əhatədən və ailədən ayrılması ilə kəskin çevrilişə səbəb oldu. (Tolstoyun mirasdan imtina etməsi ailədə kəskin narazılığa səbəb olmuşdur) Tolstoyun keçirdiyi şəxsi dram onun gündəliklərində əks olunmuşdur. 1910-cu ilin payızında, gecə vaxtı 82 yaşlı Tostoy, ailəsindən xəbərsiz, sadəcə şəxsi həkiminin müşayiəti ilə Yasnaya Polnayanı tərk etdi. Yol onun üçün dözülməz oldu, Tolstoy yolda xəstələndi və qatardan çıxmağa məcbur oldu, Astapov stansiyasında qalmağa məcbur oldu. Burada o, ömrünün son 7 gününü keçirdi. O dövrdə yalnız yazıçı kimi deyil, həm dini xadim kimi, həm yeni bir inancı yayan biri kimi bütün dünyada məşhurlaşmış Tolstoyun sağlamlığını bütün Rusiya izləyirdi. Tolstoyun Yasnaya Polnayadakı dəfn mərasimi Rusiya miqyasında bir hadisə olmuşdur.

Mənbə: http://www.levtolstoy.ru/tbiography/

Tolstoy nə düşünürdü? Tolstoyizm

Lev Tolstoyun 1880-ci ildən sonra yazdıqları arasında böyük fərq vardır. Lakin bütün bunlar bir insan tərəfindən yazılıb və Tolstoyun yaradıcılığında ən çox təəccübləndirən və yeni gələn fikirlər onun əvvəlki yazılarında da var idi. Hətta ən birincilərində belə biz həyatın rasional mənasının axtarışının, sağlam düşüncə gücünə inam, müasir sivilizasiyanın asılılıqları “incə” şəkildə çoxaltmasını tənqid etmək, hakimiyyətin və cəmiyyətin etdiyi hərəkətlərə hörmət göstərməmək, cəmiyyətin ümumi fikrinə, həmçinin elmdə və incəsənətdə “düzgün tona” laqeydlik açıq şəkildə görünürdü. Lakin ilk yazılarında bu fikirlər qarışıq və əlaqəsiz şəkildə səpələnmişdi, bütün bunlar 1870-ci illərdən etibarən birləşdirildi və doqmatik detallarla işlənmiş doktrinaya – tolstoyizmə çevrildi. Bu təlim Tolstoyun bir çox əvvəlki ardıcıllarını qorxutdu və özündən uzaqlaşdırdı. 1880-ci ilə qədər o nəyə isə aid idisə, bu yalnız konservativlərə aid idi, indi isə tam əksinə aiddir.

Tolstoy həmişə insan şüurunu digər bütün insani hisslərdən yüksəkdə tutmuş rasionalist olmuşdur. Lakin özünün ən böyük romanlarını yazdığı dövrdə onun rasionalistliyi bir az durğunlaşdı. “Hərb və  sülhün” və “Anna Kareninanın” fəlsəfəsi (“İnsan elə yaşamalıdır ki, özünə və ailəsinə ən yaxşısı çatsın”) onun həyata xas olan irrasionalistliyə qarşı olan rasionalistliyinin kapitulyasiyasıdır. Həyatın mənasının axtarışı o vaxt dayandırılmışdı. Həyatın mənası həyatın özü kimi gəlirdi. O illərdə Tolstoyun ən böyük müdrikliyi həyatdakı yerini müdriklik etmədən qəbul etmək və mətanətlə onun gətirdiyi şeyləri qəbul etməkdən ibarət idi.  Lakin “Anna Karenina”nın axırıncı hissəsində artan narahatlıq hiss olunurdu. Məhz həmin vaxtda, Tolstoy onu yazanda (1876) böhran dövrü başlandı və bununla da o, yeni bir dini etik təlimin banisi oldu.

Bu təlim, yəni toltoyizm bütün ənənələrin və mistisizmin çıxarıldığı rasionallaşdırılmış xristianlıqdır. O, şəxsi ölümsüzlüyü inkar etdi və özünü Evangeliyanın öyrənilməsinə həsr etdi. İsanın mənəvi cəhətdən öyrənilməsindən əsas prinsip kimi “Pisliyə qarşı gəlmə” sözünü götürmək lazımdır. O dövlətin hərəkətlərini təsdiq edən kilsənin avtoritetini rədd etdi və dövləti digər zorakı tətbiq orqanları kimi mənəviyyatsızlıqda ittiham etdi. Tolstoyun mövcud bütün zor tətbiq formalarını ittiham etməsi tolstoyizmi siyasi baxımdan anarxizm kimi sinifləndirməyə icazə verir. Bu ittihamlar bütün dövlət də daxil olmaqla hamıya aiddir və Tolstoy digər Avropa ölkələrində olan demokratiya dövlətlərinə Rusiyada olan mütləqiyyətdən çox hörmət etmirdi. Lakin praktikada onun anarxizmi öz oxu ilə Rusiyada mövcud rejimə istiqamətlənmişdi. O düşünürdü ki, konstitutsiya mütləqiyyətdən daha az pis olan bilər (o, konstitusiyanı ikinci Nikolayın taxta çıxmasından sonra yazdığı “Gənc çar” məqaləsində məsləhət görmüşdü) və tez-tez radikalların və inqilabçıların tənqid etdiyi institutları tənqid etmişdir.

Onun aktiv inqilabçıların hərəkətlərinə qarşı fikirləri ikili xüsusiyyət daşıyırdı. O prinsip olaraq zorakılığa, beləliklə siyasi qətllərə qarşı idi. Lakin onun inqilabi terror ilə hakimiyyətin repressiyalarına qarşı fikirlərində fərq var idi. İkinci Aleksandrın inqilabçılar tərəfindən 1881-ci ildə öldürüləndə o kənarda qalmamışdı, lakin qatillərin öldürülməsinə qarşı etiraz məktubu yazmışdı. Əslində, Tolstoy inqilab tərəfində böyük qüvvə olmuşdur və inqilabçılar da ona “böyük qoca” kimi hörmət edirdilər, lakin onun “pisliyə qarşı gəlməmək” fikrini qəbul etmirdilər və tolstoyistləri tənqid edirdilər. Tolstoyun sosialistlər ilə razılığını onun öz kommunistliyi də gücləndirirdi. Onun pisliyi məhv etmək metodları tamamilə fərqli idi (könüllü şəkildə puldan və torpaqdan imtina etmək), lakin onun təliminin neqativ tərəfindən təliminin bu suala cavabı sosialistlərinki ilə üst-üstə düşürdü.

Mənbə: http://rushist.com/index.php/philosophical-articles/4232-tolstovstvo-osnovnye-idei

Tolstoyun Dostoyevski haqqında fikirləri

Indi sizə Tolstoyun Dostoyevski haqqında fikirlərini danışaq. “Dostoyevski işinə qarşı ciddi olan və pis formada olan zəngin mənbədir.” (Məsələn o, Turgenevin mükəmməl formada yazdığını deyirdi) Bu sözləri 1890-cı ildə demişdir. 1894-cü ilin yayında gecə V. Rozanovun “Böyük inkvizitor F.M. Dostoyevski haqqında əfsanə” adlı kitabını oxuyarkən Tolstoy düşüncəli halda bildirmişdir: “Dostoyevski elə yazıçıdır ki, bir müddətlik onun formalarının mükəmməl olmamasını unudaraq onun dərinliklərinə dalmaq lazımdır ki, dibdəki gözəlliyi tapa biləsən.” Yəqin ki, ona Rozanovun fikirləri maraqlı idi. “Sənətkarlığa” gəldikdə isə o, yenə də sərt idi. “Dostoyevskinin formasındakı, eynilə keçidlərindəki və həmçinin dilindəki diqqətsizlik heyrətamizdir. Böyük məzmun, amma, texnika yoxdur” kimi sözləri o illərlə təkrarlamışdır.

Formaya olan bu inamsızlığında, deyəsən, başqa bir şey vardır. Tolstoyu Dostoyevskinin sənət metodologiyası, onun dünyanı qavrayış şəkli qane etmirdi.

Tolstoy öz nəsrini maksimal səviyyədə “vurğulamağa”, onun romanlarında olan personajları aydınlaşdırmağa, müzakirə etməyə, “deqermetizasiya” etməyə çalışır, qəti şəkildə onların qarşılıqlı əlaqələrini quraşdırır, onların itələmə və cəzb etmələrini əlindən gəldiyi qədər dəqiq birləşdirməyə çalışırdı. Tolstoyun ikimənalığa, ehkamlara, qeydlərə dözümü yox idi, o qeyri-müəyyənləri məhv etməyə istiqamətlənmişdi.

Lakin Dostoyevskinin ölüm xəbəri Tolstoyu dərindən sarsıtmışdı. “Mən bu insanı heç vaxt görməmişəm və onunla heç vaxt bilavasitə əlaqələrim olmayıb, amma birdən o öləndə mən başa düşdüm ki, o mənə ən, ən yaxın, sevimli, lazımlı insan idi. <…> Elə bil nə isə məndən çıxdı. Özümü itirdim, sonra isə onun mənə necə dəyərli olduğu aydın oldu, mən ağladım və indi də ağlayıram”.

Mənbə: http://www.peremeny.ru/blog/7687, http://tsput.ru/res/other/Tolstoy/Literature/dostoevskiy.htm

Lev Tolstoy həyat yoldaşı ilə
Lev Tolstoy Anton Çexov ilə, 1901-ci il
Tolstoy nəvələri ilə
Tolstoy Maksim Qorki və Anton Çexov ilə birlikdə
Tolstoyun dəfn mərasimi

 

Redaktə etdi: Lalə Yusifova

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin