Ünsiyyət tipinə görə insanlar. Karl Yung

1

Karl Qustav Yunqun insanları ünsiyyət tiplərinə görə 2 yerə bölür; introversiya,  ekstroversiya. Bəzən ambivalentliyə də rast gəlinir.
Ekstrovert insanlar daha çox ünsiyyətcil, aktiv, optimist, şən, xeyirxah olmaqla yanaşı kənar fikirlərdən də asılı olan, geniş sosial əlaqəyə malik, impulsiv olurlar. Bundan əlavə özündən tez çıxma halları tez-tez baş verdiyindən ani təsirə məruz qalıb hərəkət edirlər. Daima hərəkətdə olmağı sevirlər və aqressivliyə həmçinin riskli hərəkətə meyl edirlər. Hiss və emosialarına ciddi nəzarət etməyən ekstrovertlərə buna görə heç də həmişə etibar etmək olmur.
İntrovert insanlar ekstrovertliyin əksinə olaraq daha passiv və qapalı , sakit düşüncəli, eyni zamanda müdrik, soyuqqanlı, utancaq, özlərini analiz etməyə meyilli olan şəxslərdir. Çoxlarından uzaq olmaq, yalnız dostlar əhatəsində qalmaq onların daimi istəyidir. Öz işlərini əvvəlcədən planlaşdırır, qərar qəbuluna çox ciddi yanaşır, hər şeydə səliqə axtarırlar. Lakin onları özlərindən çıxarmaq çətin məsələdir, çünki bir introvert insan öz hiss və emosialarını nəzarət altında saxlamağı bacarır. İntrovert insanlar üçün əxlaq normaları əhəmiyyət kəsb edir.
Ambiversiya: İnsanda hərdən ekstroversiya, hərdən introversiya əlamətlərinə rast gəlinir.
Siz də hansı tipə mənsub olduğunuzu K.Yunqun şəxsiyyətin ümumpsixoloji tipologiyası testinə başlayaraq müəyyən edə blərsiniz. Aşağıdakı suallardan sizə uyğun gələn cavabı seçin.
1. Sizin üçün nə üstündür?
a) Bir az yaxın dostlar
b) Böyük yoldaşlıq yığıncaqları

2. Hansı kitabları oxumağa üstünlük verirsiniz?
a) Əyləncəli sujetləri olan
b) Qəhrəmanlıqdan bəhs edən

3. İşdə daha çox yol verirsiniz:
a) Gecikməyə
b) Səhvlərə

4. Pis rəftarla rastlaşanda:
a) Həyəcanlanıram
b) Həyəcanlanma olmur

5. İnsanlarla necə görüşürsünüz?
a) Tez, asan
b) Asta, ehtiyatla

6. Özünüzü küsəyən hesab edirsinizmi?
a) Bəli
b) Xeyir

7. Ürəkdən qəhqəhə ilə gülənsinizmi?
a) Bəli
b) Xeyir

8. Özünüzü necə insan hesab edirsiniz?
a) Az danışan
b) Çox danışan

9. Ürəyi açıqsınız yoxsa yox?
a) Bəli
b) Xeyir

10. Daxili yaşantılarınızı təhlil edirsinizmi?
a) Bəli
b) Xeyir

11. İnsanlarla ünsiyyətdə nəyə önəm verirsiniz?
a) Danışmağa
b) Dinləməyi

12. Özünüzdən tez-tez narazı olursunuz?
a) Bəli
b) Xeyir

13. Nə isə düzəltməyi sevirsinizmi?
a) Bəli
b) Xeyir

14. İstərdinizmi ki, intim gündəliyiniz olsun?
a) Bəli
b) Xeyir

15. Qərardan icraya tez keçirsiniz?
a) Bəli
b) Xeyir

16. Əhvalınız tez dəyişir?
a) Bəli
b) Xeyir.

17. Başqalarını zəhlətökən fikirlərinizlə inandırmağı sevirsinizmi?
a) Bəli
b) Xeyir

18. Siz necə hərəkət edirsiz?
a) Sürətli
b) Astagəl

19. Baş verən uğursuzluqlara görə çox həyəcanlanırsınızmı?
a) Tez-tez
b) Az hallarda

20. Çətin vəziyyətlərdə siz:
a) Kömək üçün başqalarına müraciət edirəm
b) Kimdənsə xahiş etməyi xoşlamıram.

Nəticələrin hesablanması. Əgər aşağıdakı variantlarla sizin cavablar uyğun gəlirsə 1 bal qeyd edin. Alınan nəticələri 5-ə vurun.
1b, 2a, 3b, 4b, 5a, 6b, 7a, 8b, 9a, 10b , 11a, 12b, 13a, 14b, 15a, 16a, 17a, 18a, 19b, 20a.
0-35- introversiya
36-65- ambiversiya
66-100- ekstroversiya

Redaktə: Lalə Həsənova

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin