ÜZ SKELETİNİN ASİMMETRİK XÜSUSİYYƏTLƏRİ

0

AZƏRBAYCAN  RESPUBLİKASI  SƏHİYYƏ  NAZİRLİYİ

AZƏRBAYCAN  TİBB  UNİVERSİTETİ

İNSAN  ANATOMYASI  KAFEDRASI

 

 

ÜZ SKELETİNİN  ASİMMETRİK XÜSUSİYYƏTLƏRİ

 

 

 

 

 

Hərbi Tibb Fakultəsi,

1127A qrup tələbəsi

QULUZADƏ İ. M.

 

Elmi rəhbərlər:

t.ü.f.d., baş müəllim,

CƏFƏROVA  Ü. T.

 

assistent

ƏLİYEVA  S. A.

 

Bakı-2017

 

 

 

Tədqiqat işinin aktuallığı. Səbəbi müxtəlif olan üz asimmetriyaları ilə tez-tez rastlaşırıq. Üz asimmetriyaları istər mexaniki, istərsə də genetik faktorlardan qaynaqlana bilir. Ən çox qarşılaşdığımız səbəblər isə travmalar, infeksiyalar, inkişaf anomaliyaları, əzələ problemləri, üz kəlləsinə təsir                       edən  sindromlar, gicgah-çənə  oynağı  problemləridir.

 Üz-çənə asimmetriyalarının səbəbləri sırasında qığırdaq asimmetriyaları ən əsasıdır. Bu və digər anomaliyalar elmi tədqiqat işləri aparmaq istəyimizi zəruriləşdirdi. Üz asimmetiyası haqqında əsaslı məlumatların toplanılması müasir  müalicə  üsullarının  yaranmasına  imkan  verəcək.

Tədqiqat işinin məqsədi. Yuxarıda qeyd olunanları nəzərə alaraq biz tədqiqat işimizdə üzün asimmetriyasına aid ədəbiyyat məlumatlarının toplanılmasını qarşımıza məqsəd qoymuşuq. Elmi ədəbiyyatlardakı məlumatlara görə  üz  skeletində  olan  asimetriyaları  aşağıdakı  kimi  təsnif  olunur.

  • Anadangəlmə  (Kongenital)  asimmetrik  ağlayan  üz
  • Aşağı  dodağı  endirən  əzələnin  hipoplaziyası;
  • Çənə  asimmetriyası;

 

ANADANGƏLMƏ ASİMMETRİK AĞLAYAN ÜZ

(CONGENİTAL ASYMMETRİC CRYİNG FACE)

Anadangəlmə asimmetrik ağlayan üz ağız bucağını endirən əzələnin – musculus depressor anguli oris birtərəfli mövcud olmadığı (ageneziyası) və ya düzgün inkişaf etmədiyi zaman ortaya çıxan bir            anomaliyadır.  Xəstəliyin ən önəmli əlaməti ağlama zamanı ağız bucağının aşağı və bayıra doğru hərəkətinin məhdud olması və ya heç olmamasıdır (şəkil 1; B). Belə xəstələrdə üzün digər mimiki əzələləri normal olur  və yalnız sakit vəziyyətdə üzün simmetrik olduğu müşahidə olunur (şəkil 1; A). Anadangəlmə asimmetrik ağlayan üzdəki asimmetriya ən çox uşaqlıq  dövründə  aydın  görünür.[3]

Yenidoğulmuşlarda xəstəliyin rast gəlmə tezliyi 1:160 nisbətində müşahidə olunsa da, vaxtından əvvəl doğulmuş (hamiləliyin 37-ci  həftəsindən  əvvəl  dünyaya  gəlmiş)  uşaqlarda  bu  göstərici  azdır.[2]

Şəkil 1. A-üz nahiyəsi sakit vəziyyətdə

B-üz nahiyəsi ağlama zamanı.

 

Uşaqlıq dövründə xəstəliyin aydın müşahidə olunmasının səbəbi isə ağız bucağını endirən əzələnin zəif inkişafı ilə bağlıdır, yaş keçdikcə bu asimmetriya azalır. Çox vaxt sərbəst (digər xəstəliklərdən təcrid olunmuş) şəkildə təsadüf olunur. Lakin digər anomaliyalarla birgə dayaq-hərəkət, tənəffüs, sidik-cinsiyyət, mərkəzi sinir sistemi, üz-boyun anomaliyaları ilə birlikdə də müşahidə edilə bilər.[1] Paralel şəkildə ən çox kardiovaskulyar qüsurlarla və müxtəlif xromosom mutasiyaları ilə birgə  rast  gəlinir [1].  Xəstəliyin  diaqnozu  fiziki  müayinələr  nəticəsində qoyulur.

 

 

AŞAĞI DODAĞI ENDİRƏN ƏZƏLƏNİN HİPOPLAZİYASI

(HYPOPLASİA MUSCULUS DEPRESSOR LABİİ İNFERİORİS)

Üz skeletinin asimmetriyası dedikdə ilk olaraq üz siniri iflici haqqında düşünürük. Lakin nadir hallarda da olsa, mimiki əzələlərin hipoplaziyası (yəni anadangəlmə zəifliyi) və ya ageneziyası (yəni tam inkişaf  etməməsi)  da  təsadüf  olunur.

Şəkil 2. Xəstənin sakit vəziyyətdə şəkli.

 

Şəkildə (şəkil 3) aşağı dodağı endirən əzələnin inkişafdan qalması ilə  bağlı  anadangəlmə  üz  asimmetriyasını  görürük. [5]

Şəkil 3. Xəstənin mimiki hərəkəti ilə ortaya çıxan asimmetriya.

 

Üz şöbəsində anadangəlmə asimmetriya ilə qarşılaşdıqda, doğuş zədəsi ilə əlaqədar inkişaf edən üz siniri iflici ilə daha nadir hallarda rast gəldiyimiz – postnatal dövrdə inkişafdan qalmış əzələ anomaliyalarını fərqləndirmək lazımdır. Xəstənin anamnezində uzun müddətli çətin doğum, doğuş zədəsi (ginekoloji maşa-forseps ilə müdaxilə) nəticəsində baş vermiş asimmetriya üz siniri iflici ilə əlaqədardır.[1] Belə            xəstələrdə asimmetriya xüsusən ağlama zamanı aydın görünür. Anadangəlmə üz asimmetriyası olan xəstələrin çoxunda asimmetriya səbəbi posttravmatik üz iflicidir.[4]  Aparılan araşdırmalar göstərir ki, anadangəlmə üz iflicinə  hər 2000 insandan birində rast gəlmək olar. Dəqiq rəqəm verilməsə də asimmetriyadan əziyyət çəkən xəstələrin 90% -dən çoxunda travmatik  səbəblər üstünlük təşkil edir.

 

 

ÇƏNƏ SÜMÜYÜNÜN ASİMMETRİYASI

Heç bir insan tam simmetrik üz quruluşuna malik deyil. İnsan üzünü diqqətlə incələsək, üzün sağ və sol hissələri arasında az da olsa asimmetriya müşahidə edə bilərik. Çənə sümüyünün bir istiqamətə meyl etməsi çənə asimmetriyası adlanır. Çənə sümüyünün birtərəfli az və ya çox dərəcədə inkişafı, çənə sümüyünün ageneziyası (inkişaf etməməsi)  çənə  asimmetriyasını  yaradan  əsas  səbəblərdəndir.

Şəkil 4. A-üz nahiyəsi sakit vəziyyətdə;

B-üz asimmetriyası danışarkən.

 

Çənə sümüyündə olan birtərəfli şişlər, zədələnmələr və ya cərrahi müdaxilələr nəticəsində çənə sümüyünün itirilməsi, səhv birləşmiş sınıqlar, kondilus çıxıntının patalogiyaları da çənə asimetriyasına səbəb ola bilər.

 

Şəkil 5. A-üz nahiyəsi sakit vəziyyətdə;

B-üz asimmetriyası danışarkən.

 

Çənə sümüyünün kondilusu xüsusilə çənə asimmetriyasına diaqnoz qoyulmasında böyük əhəmiyyət kəsb edir. Kondilus çıxıntıda çox cüzi bir böyümə olarsa belə, üzdə asimmetriyaya səbəb ola bilir. Əgər çənə cismi (corpus mandibulae) və ya çənə şaxəsində (ramus mandibulae) cərrahi müdaxilə etməzdən əvvəl müayinə zamanı kondilus çıxıntılar diqqətlə yoxlanılmazsa əməliyyatdan sonrakı dövrdə kondilus patolgiyası olduğu kimi  qaldığı  üçün  problemin  yenidən  ortaya  çıxmasına  səbəb  olur [6;7].

Üzdəki asimmetriya kliniki müayinə ilə asanlıqla təsbit edilə bilər. Çənənin mövqeyinə görə ilk baxışda asimetriyanın olub olmadığını müəyyən  eymək  mümkündür.

Deformasiya çənə sümüyünün bir tərəfli inkişafdan qalması nəticəsində ortaya çıxarsa çənə ucu deformasiya olan tərəfə sürüşəcəkdir (şəkil 4; A, B). Bunun əksinə olaraq deformasiya bir tərəfli çənə sümüyünün həddindən  artıq böyüməsi ilə bağlı olduqda çənə ucu əks tərəfə doğru istiqamətlənir             (şəkil 5; A, B). Buradan belə nəticəyə gəlmək olur ki, çənə ucu daima qısa  olan  tərəfə  doğru  istiqamətlənir  (şəkil 4 və 5).

Çənə asimmetriyası xəstənin tənəfüsünə, qidalanmasına, gicgah-çənə oynağının funksialarına və psixososial vəziyyətinə təsir edə bilər. Buna  görə  də  xəstəliyin  müalicə  olunması  zəruridir.

 

   

      ƏDƏBİYYAT SİYAHISI

 

  1. Şadlinski V.B.
  2.  Pape KE, Pickering D. Asymmetric crying facies: an index of other congenital anomalies. J Pediatr 1972; 81(1): 21-30.
  3.  Dubnov-Raz G, Merlob P, Geva-Dayan K, Blumenthal D, Finkelstein Y. Increased rate of major birth malformations in infants with neonatal “asymmetric crying face”: a hospital-based cohort study. Am J Med Genet 2007;143(A): 305-10
  4.  Toelle S.P., Bolthauser E. Long-term outcome in children with congenital unilateral facial nevre palsy. Neuropediatrics 2001; 32(2): 130-5.
  5. Cayler GC: Cardiofacial Syndrome. Arch Dis Child 44:69, 1969.
  6.  Levin SE, Silverman NH, Milner S: Hypoplasia of the Depressor Anguli Oris Muscle and Congenital Abnormalities, vvith special reference to the Cardiofacial Syndrome. S afr Med J, 61 (7):227-31, Feb1982
  7.  Bays RA. Ortognathic surgery-the practical use of functional principle. In Shelton DW? Irby WB (Ed) Current Advances In Oral And Maxillofacial

Surgery: Vol.V.The CV Mosby Com SdLouis, 1986: 144- 191

  1.  Digman RO, Grabb Mandibular laterognathism. Plast Reconstr Surg 1963:31:564-9

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin