Van Qoq (Van Gogh) – Miners’ Wives Carrying Sacks (Mədənçilərin Kisə Daşıyan Həyat Yoldaşları) yaxud “The Bearers of the Burden” (Yük Daşıyıcıları)

0

Van Qoq (Van Gogh)- Miners’ Wives Carrying Sacks (Mədənçilərin Kisə Daşıyan Həyat Yoldaşları) yaxud “The Bearers of the Burden” (Yük Daşıyıcıları)

Aprel, 1881

1874-cü ildə Ceni əmi, Van Qoqu xoşbəxt ola bilmədiyinə görə Parisə göndərdi. Lakin gedərək daha çox dinə bağlanan Van Qoq Qupildəki incəsənət işlərində ticarətin həddindən artıq önə çıxmasına qəzəblənməyə başladı. Van Qoqun məmnuniyyətsizliyi şirkət müştərilərinin diqqətini cəzb etdi və Qoq 1876-cı ildə işdən çıxarıldı. Ana-atasının Ettendəki evinə geri döndü. Burada atasıyla xristianlıq təhsili üzərinə böyük mübahisə yaşadı. Belə ki, Teodorus təşvişə düşdü və oğlunu başqa bir sənət seçməsi üçün razı salmağa çalışdı. Lakin Qoq 1877-ci ildə Amsterdama köçüb Jan əmisi ilə birlikdə yaşamağa başladı və teologiya oxumaq üçün dövlət imtahanlarına hazırlaşdı. Atasının narahatçılığına baxmayaraq ailəsi Qoqa dəstək olmağa davam edirdilər. Lakin yetərincə hazırlaşa bilməyən Qoq  imtahanlarda uğursuzluğa düçar oldu.
Akademik teologiyadaki uğursuzluğu ilə istədiyindən əl çəkməyən Qoq xristianlıq inancını praktiki olaraq yoxlamağa qərar verdi.
1878-ci ildə kömür mədənində yoxsullarla birlikdə işləmək şansı əldə edərək Belçikaya, Borinaja gəldi və bir müddət burada vəzifədə çalışdı. Ətrafında gördüyü ağrı və kədərlərdən təəccüblənən Van Qoq həmin insanların arasında yoxsulluqla yaşamağa qərar verdi. Yeməklərini və paltarlarını daha çox ehtiyacı olan şəxslərə verdi. Öz görünüşü isə getdikcə daha da pisləşirdi, cırıq paltarları az qida qəbul edən bədənindən düşürdü.
Van Qoqu vəzifəyə göndərən kilsə onun hərəkətlərindən məmnun deyildi. Van Qoq İsanı örnək alaraq yaşadığını düşünürdü. Kilsə səlahiyyətliləri isə Qoqun keşişliyin etibarını yerə saldığını düşünərək onu işdən çıxardılar.
Borinaj çirklənmiş təbiəti ilə, mədənçilərin mənfi şərtlərlə yaşadığı və işlədiyi bir yer kimi yaddaşlara yazılmışdı. Geniş ailələr, zibillər ilə kölgələnən, sıx və pis qoxu ilə bürünmüş evlərdə yaşamağa məcbur idilər.
Van Qoq şəhəri tərk etdikdən sonra orada şahid olduğu kədərli xatirələri uzun müddət ağlından silə bilmədi. Daha sonra iki il müddətində ağır kömür kisələri daşıyan mədənçilərin həyat yoldaşlarının necə bir şəfqət ilə işlədiyini təsvir etdi. Xüsusilə insana dərindən təsir edən bir təsvirdə qadınlar daşıdıqları yükün ağırlığı ilə iki büklüm olmuşdular və atdıqları hər addım real bir mübarizə kimi idi. Daha çox qara mürəkkəb və qara qələmlə çəkilən rəsm mədənçilərin və ailələrinin işlədiyi kirli və qırla əhatələnmiş ərazini çox həyati formada təsvir edir.
Bu rəsm Van Qoq üçün sadəcə bir qrup işçinin çətin həyatlarının rəsmi deyildir. Ağaca mismarlanmış kiçik xristian məbədini və uzaqdan görsənən kilsənin zəng qülləsini rəsmə daxil edərək rəsmdə insan həyatını daha geniş bir çərçivədə nümayiş etmişdir. Yəni ki, rəsmə verdiyi alternativ ad “The Bearers of the Burden” (Yük Daşıyıcıları) idi. Məbəddəki çarmıxa çəkilmiş İsa bu qadınların məhkum olduğu ağrı dolu həyatı yansıdır. Kömür tozuna bulanmış bədənlərinə və geyimlərinə baxarkən bəlkə də Qoqun ağlına İncildən bir ayə gəlib: “Torpağa geri dönənə qədər, çörəyini alın təri tökərək qazanacaqsan. Çünki torpaqsan, torpaqdan yaradıldın və yenə torpağa dönəcəksən.” (Yaradılış: 3:19)
Van Qoq bu qadınların insan həyatını doğru xarakterizə etməsini istədiyi üçün görünüşlərini doğru təsvir etmək barədə çox həssas idi. Hollandiyalı sənətçi dostu Anton van Rapparda (Anthon van Rappard) 29 oktyabr 1882-ci ildə yazdığı məktubda qadınların yüklərini necə daşıdığını detalları ilə yazdı:
“Borinajdakı mədənçilərin ağır kisələri necə daşıdığını çətin də olsa, nəhayət ki, kəşf etdim. Kisənin ağzı bağlanır və aşağıya doğru sallandırılır. Altdaki hissələr bir-birinə bağlanır və çox xoş bir kahin paltarı kimi görünür.”
Van Qoq bu yanaşmaya hər zaman sadiq qaldı: əşyaların görünüşünü yaxından incələyərək bunu dünyayla bağlı hisslərinin güclü şəkildə ifadəsiylə bir araya gətirməyin yollarını axtardı.

Tərcümə etdi: İsmət Məmmədova

Mənbə – “İşte Van Gogh!” kitabı

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin