Van Qoqun təsirləndiyi yapon rəssam: Utagawa Hiroshige

1

Utaqava Hiroşiye (Utagawa Hiroshige – 歌川 廣重) və ya İçiyusayi Hiroşiye (Ichiyūsai Hiroshige) imzası ilə tarixə adını həkk etdirən Ando Tokutaro (Andō Tokutarō) 1797-ci ildə “New Tokyo” şəhərində anadan olmuşdur. Hiroşiyenin bu qədər önəmli bir ad olaraq hallanmasının səbəblərindən biri onun peyzaj kompozisiyalarının və qravürlərinin dünyaca məşhur qərb impressionist və postimpressionistlər tərəfindən qəbul edilməsi, hətta ondan təsirlənmələri idi. Belə ki, o dövrdə Yaponiya ilə Avropa arasında ticarət əlaqələrindəki inkişaf özünü incəsənətdə də biruzə vermişdi. Artıq Qərblə Uzaq Şərq bütünləşməyə çalışırdı. Əgər hər ikisinə bir məktəb olaraq baxsaq, hər məktəbin öz fırçası, öz rəngi və bu iki şeyi birlikdə istifadə edə biləcəyi öz üsulu var idi. Yəni şərqli rəssam öyrəşdiyimiz kimi heç də həmişə fırçanı boyaya batırıb rəsm çəkməyə başlamırdı. Üsullar fərqli idi. Elə Utaqava Hiroşiyenin rəsmləri də qərblilərin diqqətini buna görə çəkdi.

Utaqavanın bioqrafiyasını araşdırmağı başqa vaxta saxlayıb bir məqamı bildirsək, yerində olardı: Atası və anası Utaqava daha yeniyetmə olarkən ölmüşdü və yanğınsöndürmə idarəsinin müdiri olan atasının yerinə o özü keçməli olmuşdu. Gənc Utaqavanın işi də, maaşı da az idi. Güman ki, elə incəsənətlə əlaqəsi də buradan başladı. Məşhur yapon rəssam Toyokuninin (Utagawa Toyokuni) tələbəsi olmaq istəsə də, bu mümkün olmadı və buna görə də, o  Toyohironun (Utagawa Toyohiro) tələbəsi oldu. Kim bilir, bəlkə də, Toyokuninin tələbəsi olsa idi, Utaqava orta statistik bir rəssam olacaqdı. Çünki Toyohironun özünəməxsus peyzaj təsvir üslubu Hiroşiyenin rəsmlərində özünü çox bariz şəkildə göstərir. Bu üslublara Çin incəsənətinə yaxın olan Kano üslubu (bax: Kano) və impressionist üsluba yaxın Şijo üslubu (bax:Shijo) aiddir. Elə ən çox da Şijo üslubuna görə qərbli impressionist və postimpresionistlər Hiroşiyeni və Şijo üslubunu qavradılar. Aşağıdakı nümunələrə diqqət edək:

 

Edouard Manet, Emile Zola’nın Portresi, ile ilgili görsel sonucu
Edouard Manet, Emil (Emile Zola) Zolyanın portreti (1868) – (Divardakı rəsmə diqqət edin)

 

İlgili resim
Claude Monet, Qırmızı Kimonolu xanım Monet, 1876.
Related image
Paul Gauguin, Qızlar, 1889
Image result for Vincent van Gogh, Agostina Segatori
Vincent van Gogh, Agostina Segatori (Rəsmin sağ tərəfinə diqqət)

 

 

Mary Cassatt, Lamba ile ilgili görsel sonucu
Mary Cassatt, Lampa, 1890-1891. Muzey:Yale

Müqayisə üçün Hiroşiyenin qadın əsərinə baxaq:

Ritratto di beltà, Utagawa Hiroshige
Utaqa Hiroşiye,Beltanın portreti ,1795

 

 

Image result for Vincent van Gogh, Çiçekli Erik Ağacı,
Vincent van Gogh, Çiçəkli Alça Ağacı. 1890

Müqayisə üçün Yutaqavanın (Utagawa Hiroshige) eyni mövzudakı rəsm əsərinə baxaq:

Image result for Vincent van Gogh, Çiçekli Erik Ağacı,
Utagawa Hiroshige, Kameido’da Çiçək Açan Baxça. 1857
Vincent van Gogh,Köprü ile ilgili görsel sonucu
Vincent van Gogh, Yağışda Körpü. 1887

İndi isə Yutaqavanın rəsminə baxaq:

Vincent van Gogh, Yağmurda Köprü ile ilgili görsel sonucu
Utagawa Hiroshige, Ohashi Körpüsü və Atake, 1857

 

Van Qoqun (Vincent Van Gogh) Van Qoq – “Sarıqlı qulaqla avtoportret” (Self-portrait with bandaged ear) əsərində arxa fonda divardan asılmış olan portret isə Sato Toriyakonun Fuci (Fuji) dağı  və iki geyşadan bəhs edən rəsmidir.

 

Orijinal rəsmə diqqətlə baxsanız, Van Qoqun divardan asdığı rəsmdən fərqli olduğunu görəcəksiniz. Çünki biz  “Sarıqlı qulaqla avtoportret” əsərində Van Qoqun öz yaratdığı versiyanı görürük(Bax: Sarıqlı qulaqla Avtoportret ).

Utaqava Hiroşiyenin rəsm qalereyası:

 

Utagawa Hiroshige: Mandarin Ducks and Mizu-aoi - Museum of Fine Arts
Rəsm: Mandarin və Mizu-aoi 1830-1835,Museum of Fine Arts
https://data.ukiyo-e.org/mfa/scaled/sc139867.jpg
Qırmızı yaxalı quş və qırmızı ləçəkli alça( Red-cheeked Bird and Red Plum Blossoms)Museum of Fine Arts
Tokioya (Qədim adı ilə Edo) açılan qapı

 

https://media1.britannica.com/eb-media/50/121150-050-3EF82741.jpg
Rəsm: No. 26 Mochizuki part of the series Sixty-nine Stations of the Kisokaidō, 1830–44. 22 × 35.1 cm. © Photos.com/Jupiterimages

 

 

https://media1.britannica.com/eb-media/86/94686-050-54709F1D.jpg
Tokaidoda 53-cü stansiya(Fifty-three Stations of the Tōkaidō), 1833–34. Brooklyn Museum, Gift of Dr. and Mrs. Maurice H. Cottle, 79.253.10

 

https://media1.britannica.com/eb-media/46/27046-004-115E8813.jpg
Azuma körpüsü,857, “from the series One Hundred Views of Edo”. 36 × 24.1 cm.

 

Japanese Bunraku theatre; woodblock print by Utashige, 19th century. The puppeteers appear on stage with their puppets; the narrator is shown at the right.
Yapon Bunraku Teatrı, Courtesy of the Puppentheatermuseum, Munich

 

 

 

 

 

 

Ukiyo-E və ümumilikdə yapon incəsənətini anlamaq üçün izləyin:

Mənbə və əlavə oxu:

Britannica:Hiroshige

JAPONİZMİN EMPRESYONİST SANAT AKIMI ÜZERİNE
ETKİLERİ

Sarıqlı qulaqla Avtoportret

 

Redaktə etdi: Şəfiqə Babayeva

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin