Varlılar oynayır , kasıblar baxır – Futbol

0

“Yalnız futboldan anlayışı olanın, futboldan da anlayışı yoxdur.”

(L. C. Menotti)

 

Giriş

Bu yazıda futbolun sənayeləşməsi və bu prosesin günümüzdəki görünüşündən bəhs olunacaq. Sənaye futboluna yanaşmamız eyni zamanda kapitalizmin zaman və məkan üzərindəki təhkiminin Futboldakı əks olunmalarını da özündə ehtiva etdirərək, kəndlilərin azadca oynadığı oyunun işçi sinifinə satışa çıxarıla bilən bir əmtəə olaraq təqdim edilməsinə, bazarda azad əməkçilər olaraq futbolçular və azərkeşlər məsələsinə də toxunacağıq.

 

Futbol klublarının arasında, məsələn yalnız gəlirinə görə zəngin və yoxsul klublar deyə ayrı-seçkilik etmək, onların aralarındakı əlaqələri görməmizə maneə törədəcək. Belə bir ayrı-seçkiliyə yol verildiyində zəngin klublar yüksək transfer bədəli ödəyərək oyunçu transfer edən klublar olaraq , yoxsul klublar isə oyunçu yetişdirib onlara satan klublar olaraq qavranılacaqdır. Belə bir ayrı-seçkilik, yüksək transfer bədəlləri ilə transfer edən klublarla, onlara oyunçu satan klubların bir-birindən fərqli olduqlarını, yəni aralarında xarici bir əlaqə olduğu mənasını verəcəkdir.

 

Burada vəziyyəti anlaya bilmək üçün əvvəlcə, transferdə (və ya futbolla əlaqəli hər varlıqda) oyunçu alan və ya satan klubların daxili bir əlaqə içində olduğunu məsələsini irəli sürmək lazımdır. Klublar arasındakı daxili əlaqənin varlığı bir-birlərini yenidən meydana gətirdiklərini bizə göstərir. Məsələn Porto və ya Sevilla kimi klubları oyunçu yetişdirən və zəngin klublara satan bir model olaraq alsaq, daxili əlaqəni və tam da bu əlaqələrin bir-birini meydana gətirdiyini gözdən qaçırmış olarıq. Sevilla və Porto kimi klubların varlığı, satdıqları oyunçuları alan klubları meydana gətirərkən büdcəsi daha yüksək klubların varlığı da Sevilla və Porto kimi klubları yaratmaqdadır. Sevillanın Dani Alves’in Barcelonaya satması, bu əlaqəni yenidən meydana gətirərkən, eyni zamanda Sevilla, satdığı oyunçunun yerinə yeni bir oyunçu (ümumiyyətlə gənc ulduz namizədi) alması ,  Sevilla ilə Barcelona arasındakı əlaqənin Sevilla ilə başqa klublar arasında yenidən meydana gəlməsi mənasına gələcəkdir .

İlgili resim

 

Sənaye Futboluna Geden Yol

“Kapitalist istehsal formasının, insan həyatını, zamanı və məkanları yenidən təşkilatlandırmasıyla bərabər futbol da bir ‘oyun’ olaraq dəyişmək məcburiyyətində qalmışdır. Həqiqətən, daha əvvəllər, yəni kəndlilərin azad torpaqlarında və boş zamanlarında oynadıqları futbol, ​​torpaqların xüsusi mülkiyyət mövzusu halına gəlməsi  ilə bir yandan ‘məkansız’ qalmışdır. Kəndlilərin, yeni yaranan şəhərlərə  köçürülməsi(məcburi olaraq) isə oyunu ‘oyunçusuz’ qalmağa vadar etmişdir. Gündə orta hesabla 18 saat işləyən işçilərin, artıq bu enerji tələb edən oyunu oynayacaq halları qalmır. Kapitalizmin zaman və məkan üzərində bu formada təhkim qurmasıyla futbol da artıq məşhur, zəif qanunlu, bəzən 300 adamın bir yerdə  oynayabiləcəyi bir oyun olmaqdan çıxır. “[1]

 

Kapitalizmin zaman və məkan üzərindəki təsiri, kəndlilər üçün məkansız etdiyi futbolun yeni məkanlarını meydana gətirməyə başlamışdır. Bu çevrilmə şəhərlərdə işçi sinifinin, artıq bu yeni məkanlarda oynanan futbolun tamaşaçısı digər tərəfdən də istehlakçısı mövqeyinə gətirmişdir. Artıq futbolun köhnə oyunçularının, kəndlilərin, oyunu oynayacaq nə günləri nə də vaxtları vardır, artıq futbol tətil günlərində yalnız,  əyləncə görünüşü altındakı istehlak  fəaliyyətidir.

 

Kapitalizmin işçi sinifiylə futbolun əlaqəsini dəyişməyə başlamasını tam bir istehlak olaraq göstərə bilmərik. Ştatlara gedib matç izləmək yalnız bilet və ya klubun lisenziyalı məhsullarını satın almaqla göstərilməyib. Stadionlar eyni zamanda iqtidar əlaqələrinin konkret olaraq inşa edildiyi məkanlardır. İqtidar əlaqəsinin kapitalist sistemdə qanunilik qazandırmaq məkanlarından biri olan stadionlarda, meydandakı  “böyük qardaş” oyunçulara, şərəf tribunasından lojalara, qapı arxasından matçları oturaraq izləməyə, bir çox stadionda qadın tualeti olmamasına qədər konkret olaraq görünür. Futbol kapitalizmin özünü yenidən istehsal etdiyi bir sahədir. Bu istiqamətiylə futbol, ​seksizm, irqçilik kimi ideologiyaların qanunilik qazandığı bir sahədir.

 

Eyni zamanda kapitalizmin zaman və məkan üzərindəki təsirinə görə artıq boş zamandan maksimum fayda təmin etməyə yönələn yanaşmanın işçi sinifinin həyatının parçası halına gəlməsi futbolu bir oyun olaraq oynamaq bir yana, futbolla əlaqəni dəyişdirməkdədir. Futbolun planlaşdırılan bir zaman dilimində istehlak edilən və eyni zamanda yenidən meydana çıxarılan bir əmtəə olması, bu əlaqələrin birlikdə müstəqil olmadığı həqiqətini meydana gətirir. Bu tərəfi ilə kapitalizmin zaman və məkan üzərindəki təsiri, işçi sinifini yalnız futbolu oynamaqdan məhrum etməmiş, eyni zamanda işçi sinifinin futbolla əlaqəsini uçuruma çevirmişdir. Bu nöqtədə Təlimçilərdən  gətirəcəyimiz sitat çox mənalı olacaqdır.:

 

“Kapitalizm istehlak və boş vaxt arasındakı əlaqədə televiziya vasitəsi ilə kütlələrə ‘carpe diem’ (günü tutun) mesajını ötürməkdədir. İndiki zamanın yaşanması ön plana keçirildiği zaman, yəni keçmiş və gələcəyin yerini bu gün yaşanmaqda olan indiki zamanın aldığı zaman idman və televiziya arasındakı münasibətlər də  güclənməkdədir. İdman hadisəsinin indiki zamanda yaşanması “idman və oyun sahəsinin sərhədlərinin müəyyən edilməsi, sahə  məhdudiyyətləri, idman etmə müddətinin məhdudlaşdırılması, bir təcrid etmə, zaman və məkan sərhədləri ilə müəyyən bir yeni  ‘dünya’ yaratmaq mənasını daşıyır … Elə isə idman və oyun həmişə ‘indi ‘də olan bir şeydirlər. “[2]

 

Kapitalizmin zaman və məkan üzərindəki təsiri və işçi sinifiylə futbol arasındakı əlaqəni dəyişməsi ilə yanaşı , klublar və futbolçular arasındaki mübasibətlərin dəyişilməsindən də bəhs etmək lazımdır. Bu cəhətdən bazarda dövriyyə vasitəsi olaraq futbolçular önə çıxır. Kəndlilərin tərəfdən də sərhədsiz və saysız oynadıqları futbol, ​​kapitalist istehsal şərtlərində çevrilməyə başlayır. Prosesin gedişi Karl Marksdan çəkəcəyimiz misal ilə  çox gözəl ifadə oluna bilər:

 

“İstehsal və dolanışıq vasitələri ayrılıqda necə sərmaye ola bilmirsə, pul və əmtəələr da ayrılıqda sərmaye deyil. Bunların sərmayeyə çevrilməkləri gərəkdir. Amma bu çevrilmənin özü ancaq müəyyən şərtlər altında ola bilər, yəni bir yandan bir-birindən çox fərqli iki növ əmtəə sahibinin üz-üzə və təmas halına gəlməsi lazımdır, digər bir  yandan başqalarına aid əmək-gücünü satın alaraq, əllərindəki dəyərlər cəmini artırmaq istəyində olan, pul, istehsal vasitəsi və dolanışıq vasitəsi sahibləri, həmçinin öz əmək-güclərini və əməklərini satan azad əməkçilər. … Əmtəə bazarındakı bu qütbləşmə kapitalist istehsalın təməl şərtləri təmin eymiş olur. “[3]

 

Futbolçuların bazarda əməklərini satan azad əməkçilər olaraq mövqeləri, Bosman Qaydaları [4] ilə daha da dəqiqləşdi. Bosman Qaydaları əvvəlində futbolçuların bazarda əmtəə olaraq dövriyyəsini yalnız klublar arasındakı əlaqəylə reallaşdırırdı.

 

Bosman Qaydalarıyla birlikdə əməklərini satan azad əməkçilər olaraq futbolçuların əməklərini satabiləcəkləri klublar get-gedə artarkən, bu vəziyyət eyni zamanda kapitalizmin futbol üzərindəki təhkimini yenidən meydana gətirir. Bosman Qaydalarını  yalnız futbolçu maaşlarına etdiyi təsirlə izah etmək olmaz. Burda əməklərini satan azad əməkçilər olaraq futbolçuların, maaşdan əvvəl əməklərini satabiləcəkləri ən uyğun yerə istiqamətləndikləri görüləcəkdir. Bu səbəbdən, müqaviləsi bitən futbolçu üçün prioritetli hədəf mövqeyində inkişaf etmi. ölkələrin klubları gəlməkdədir. Məsələn, Qalatasarayda Arda Turanın müqaviləsi bitdiyini və sərbəst qaldığını düşünək. Arda Turanın gedəcəyi ölkə Rumıniya olmayacaq  , inkişaf etmiş ölkə klublarından biri olan Manchesterə getdiyi zaman  artıq əməyini ən geniş şərtlərlərlə satabiləcək və bu vəziyyət eyni zamanda inkişaf etmiş ölkələrin klublarının futbolda inhisarlaşmasını istehsal edəcək.

 

Bosman qaydalarının yanında, bu gün kapitalist sistemdə futbolun ən böyük tortu olaraq önə çıxan təşkilatlarda (UEFA və FİFA-nın təşkil etdiyi turnirlər) edilən dəyişikləri qeyd etməyimiz lazımdır. Burada da xüsusilə Çempionlar Liqi önə çıxır. Çempionlar Liqinin hər il təşkil etdilirməsi və inkişaf etmiş ölkələrin ən güclü komandalarının mübarizə (!) yeri olması səbəbiylə ən diqqət çəkən tənzimləmələr bu təşkilatda edilir.

 

Bu quruluşuyla sənaye futbolun göz bəbəyi mövqeyində olan Çempionlar Liqinin təsnifləndirdiyimiz zaman, -Nəhənglər Liqası olaraq adlandırdıqları turnirdə- inkişaf etmiş  ölkələrin ən güclü komandalarının turniri olduğunu görə bilərik. Əvvəlcə qruplara püşkatma ilə yerləşdirilən komandalar onsuz da başdan güc tarazlığına görə siniflənmiş olur. Məsələn Manchester United, Juventus, PSV və S. Bükreşdən ibarət bir qrup olduğunu düşünək. Birinci torbadan gələn Manchester Unitedin qrupdan çıxma şansı çox yüksəkdir. Onu Juventus təqib edir. PSV bəlkə ikinciliyi təmin edə bilər amma S.Bükreş’in şansı çox azdır.

 

Platini dövründə Çempionlar Liqinin statusunda edilən dəyişiklik ilk baxışda daha kiçik büdcəli klubların işinə yarayır kimi görünürdü. Lakin dəyişiklik əslində inkişaf etmiş ölkələrin ən güclü komandalarının xeyrinədir. Platininin ağızlarından bir barmaq bal oğurladığı “kiçik klublar”, qruplara girəbilsələr  də , onları birinci və ikinci püşk torbasından gələn komandalar gözləyir. İnkişaf etmiş  ölkələrin ilk iki və ya üçüncü klubları birbaşa çempionlar liqasına vəsiqə qazanır. Bu vəziyyətdə də üçüncü və ya dördüncü yeri təmin edən komandalar da ilk “playoff”-u keçməkdə bir də çətin çəkmir. Məsələn İngiltərədə əksər hallarda liqanı dördüncü bitirən Arsenal və ya Liverpool hər il rahatca Çempionlar Liqasına qatılır. Qruplara komandaların bölüşdürülməsindən başqa, Çempionlar Liqində dörddəbir və yarı finalda hansı ölkələrin komandalarının iştirak aldığı məlumdur. Burada da inkişaf etmiş ölkələrin ilk dördlükdə oynayan komandalarının olduğu görülür.

Bu nöqtədə kapitalizmin azərkeşi yadlaşdırmaqda ən çox istifadə etdiyi “holigan” anlayışı önə çıxır. Müasirlik olaraq təqdim etdiyi tamaşaçı profili də tam da xarabalıqların örtülməsi ilə inşa edilir. Bu gün xüsusilə İngiltərədə, Ştatlara VIP (very important person) kreslolarda iş müqavilələrinin edildiyi, yalnız matç günü deyil, həftənin hər günü istehlaka istiqamətli olan və meydandakı “oyun” dan çox store’lerdeki məhsullarıyla kapitalizmin barbarlıq sənətini görürük. Bu nöqtədə Walter Benjamindən sitat gətirəcəyik:

 

(…) Bu mədəni zənginliklər, heç istisnasız, dəhşət hissinə qapılmadan düşünülə bilməyəcək bir mənşəyə malikdir. (…) Heç bir mədəniyyət məhsulu yoxdur ki, eyni zamanda bir barbarlıq sənəti olmasın. Və mədəniyyət, özü də öz məhsulu kimi, əldən-ələ köçürülmə prosesində bu barbarlıqdan öz payını alacaqdır. “(6)

 

Bu baxımdan kapitalizmin xarabalıqlardan qurduğu “futbol mədəniyyətinə” qarşı müqavimət göstərən azərkeş qruplarından bəhs lazımdır. Bunların ən başında da İtaliya futbolunda fərqli bir yerə sahib olan liman şəhəri Livornodan bəhs etmək lazımdır.

Livornonun İtalyan futbolundan müstəqil olmadığını da ortaya qoyaraq, kapitalizmin futbol üzərindəki təhkiminin yaratdığı dəyişilməni Toni Negri’nin sözləri ilə qeyd etmək olar:

 

“İtalyanlar xirtdəklərinə qədər futbola batmış vəziyyətdədirlər. Təəccüb və çaşqınlığım isə bu bataqlığa görədir: kədərli də olsa , hər şeyin dəyişdiyini qəbul etmək məcburiyyətindəyəm. Problem Calcio’nun artıq ən üstün dəyərə sahib olmaması deyil, məhv olmuş olmasıdır. Bu sivilizasiyanın əsl böhranıdır. Bu dəyərlər böhranının, konkret olaraq üç nümunəsini verəcəyəm: Köhnədən, hansı klubun tərəfdarı olacağını seçərkən (ya da ailədən götürərkən) insanlar nəyə görə qərar alacaqlarını bilərdilər. Milan AC, Torino və Roma şəhərin kasıb sinfinin (proletariat) “qırmızı” klubları idilər. Digər tərəfdən Inter Milan, Juventus və Lazio boss dəstəsi: Milanın böyük maliyyə burjuaziyasının, Agnelli ailəsinin və Torino’daki Fiat qrupunun, Romanın mülk sahibi aristokratiyasının … Matça getmək hansı sinifə aid olduğunu dərk etmək idi, “tifo” yla spesifik bir şəhər mədəniyyətini ifadə etmək idi, bir şəxsiyyət döyüşü vermək idi. Bu  nəsildən nəslə keçirdi. Qırmızı-qara geyimlər içində uşaqkən atamla birlikdə Milan AC ‘nin matçlarına gedirdik və yetmişinci illərdə , “Qırmızı-Qara Briqadalar”ın qurucuları arasında idim… “(7)

 

Azad tribunaları başında gələnlər Livorno tribunalarının futbolun ümumi şəklindən bir çox fərqlilik ehtiva etdiyini də qeyd etmək lazımdır. Bunun yanında Livorno’ya qarşı simpatiya ilə yaxınlaşan insanların bütün dünyaya yayıldığını da vurğulamalıyıq.

 

Mənbə:
1.B. Aydın – D. Hatipoğlu – Ç. Ceyhan. 2008. “Endüstriyel futbol çağında “taraftarlık” , İletişim kuram ve araştırma dergisi Sayı 26 Kış-Bahar 2008, s.289–316

2.Benjamin, Walter. 2008. Son Bakışta Aşk. Çev: Nurdan Gürbilek, beşinci basım, Metis kitap, İstanbul.

3.Marx, Karl. 1986. Kapital I. Cilt, Çev: Alaattin Bilgi, Sol Yayınları. Ankara

4.Toni, Negri. 1998. “Milan, Kesinlikle!” ,Çev: Ulus Baker, http://korotonomedya.net/kor/index.php?id=7,59,0,0,1,0 (erişim tarihi: 22.01.2010, 23.58)

5.Talimciler Ahmet. 2008. “Futbol değil iş: endüstriyel futbol”, İletişim kuram ve araştırma dergisi, Sayı 26 Kış-Bahar. Sf:89-114

 

Yazar: Osman Bulugil

Tərcümə : Hüseyin Nəsrullah Yaşar

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin