Vinsent Van Qoq, “kartofyeyənlər” və “Starry Night”

0

 

Vinsent van Qoq Qərb dünyası sənət tarixinin ən tanınmış və təsirli rəssamlarından biridir. 10 ildən artıq bir vaxt ərzində arasında 860 yağlı boya ilə çəkilmiş tablonun da olduğu 2100 rəsm və şəkillərin müəllifidir. Bu əsərlərin çoxu yaşamının son iki ilində ərsəyə gəlib. Bunların arasında peyzaj, natürmort, portret və avtoportretlər olmaqdadır və müasir sənətin təməli olan cəsarətli rənglərlə seçilir.

1853-cü ildə Hollandiyanın Brabant bölgəsində anadan olub. İmkanlı ailədə dünyaya göz açan Van Qoq səssiz, ciddi, özünə qapanıq və hər zaman rəsm çəkən bir uşaq idi. Gəncliyində sənət əsərlərini tanıdaraq satan Vinsent Londona göndərildikdən sonra depressiyaya girdi. Burada bir müddət yaşadıqdan sonra evinə, ailəsinin yanın qayıdır. Hollandiya donanmasının vitse-admiralı İohannes Van Qoq  (əmisi) Vinsentin keşiş olması üçün çox çalışır, lakin onun vaiz olmaq arzusunu bildikdə məyus olur. Beləliklə, Belçika yevangelist( insan öləndə, əbədiyyən yaşayır: mən gözləyəcəyəm, o vaxta qədər ki, mən geri dönəcəyəm.) komitəsi Brüsseldə yeni, pulsuz məktəb açmaq fikrində idi, burada şagirdlər ancaq yemək və mənzil üçün az miqdarda pul verməli idilər.Vinsent komitəyə müraciət edir və onu məktəbə götürürlər. 3 ay təhsil aldıqdan sonra təyinatla Belçikanın cənubunda yerləşən daş kömür şaxtaları rayonu Borinaja göndərilir. O burada səfalət içində yaşayırdı.Bütün meylini kitablara salmışdı və dönə-dönə özünə eyni şeyi təkrar edib, özünü suala tutub “İndi mən nə etməliyəm? Mən nəyə daha çox yararam? Bu dünyada mənim əsl yerim haradır” deyə, əlinə keçən hər kitabda necə olacağına, nəyə can atacağına cavab axtarırdı.

O, həyatının ən ağır dəqiqqələrini yaşayırdı. Bunu özü də dərk edirdi. Hiss edirdi ki, özündə nəsə qiymətli bir şey var, anlayırdı ki, dünyada sonuncu səfeh, axmaq deyil. İnsanlara az da olsa xeyir verə bilər. Amma necə?

Adi rəsmi vəzifəyə yaramırdı, qabiliyyəti çatan hər şeyi sınaqdan çıxarmışdı və əslində daxilində ona nəyin lazım olduğunu, onu nəyin bu qaranlıqdan çıxara biləcəyini hiss edirdi.

Ağ kağız və karandaş tapan Vinsent artıq cızma-qara etməyə başlamışdı. Bu yeni məşğuliyyətin maraqlı xüsusiyyəti vardı: bu məşğuliyyət onun özünə aid idi, başqasına yox. O, öz şəkilləri barədə nə danışa, nə də yaza bilirdi. Vinsent ömründə heç nəyi bu şəkillər kimi qısqanclıqla gizlətmirdi. Bəlkə onlardakı son ştrixinə qədər hər şey yalnız dəyərsiz bir diletanlıqdan başqa bir şey deyil, nə olursa olsun, bu şəkillər onunçun müqəddəsdir. O, bu sənətə ömrünün sonuna kimi kiçik qardaşı Teo Van Qoqun maddi dəstəyi ilə davam elədi. Onlar arasındakı illərlə davam edən məktublaşma da buna sübutdur.

İlk başlarda çəkdiyi şəkillərdə (əsasən Borinajdakı kömür çıxaranlar və kəndlilərin təsviri) ömrünün sonlarına yaxın yaratdığı canlı rənglər görünmür. Məsələn: Hollandiyada çəkdiyi “kartof yeyənlər”

İlgili resim

 

Bu əsəri çəkməklə O, əslində Hollandiya ilə vidalaşır və oradan bir xatirə kimi saxlayır. Bundan sonra o qardaşının köməyilə Fransaya inkişaf etmək üçün gedir. Burada Pol Sezan, Qogen, Anri de Tuluz-Lotrek və s kimi rəssamlarla tanış olur. Bu tanışlıqlar onun həyatında böyük dəyişikliklərə gətirib çıxarır. Əsərlərindəki rənglər canlanmağa başlayır. Parisdə o qayğısız həyatla, dostluqla, məhəbbətlə təmin olunmuşdu. Lakin artıq palitrası onu qane etmirdi, ona elə gəlirdi ki, istədiyi ifadə tərzini hələ də yaradıb, təkmilləşdirməyib. Əvvəlcə o fikirləşdi ki, məsələ onun çəkdiyi şəklin kobudluğundadır və yavaş yavaş soyuq mühakimə ilə işləməyə çalışdı. Rəngləri artıq adət etdiyi bol axınla deyil, nazik qatlarla yaxmağa çalışırdı. Lakin, hər şey faydasız idi. Bir daha hiss edirdi ki, nəinki tamam orijinal olmalı, həm də istədiyi şeyi ifadə etməyə imkan verən üsul tapmalıdır və qərara gəldi ki, artıq dünyanın harasındasa, elə bir yerdə olmalıdır ki, tək qalsın. Beynində yalnız bu düşüncə fırlanırdı: Mən günəş istəyirəm! Günəşsiz rəssamlıq yoxdur. Yetkinliyə çatmaq üçün mənə isti günəş lazımdır. Paris qışı məni iliklərimə qədər dondurub, hətta mənə elə gəlir ki, bu şaxtanın nəfəsi mənim fırçalarıma və rənglərimə dəyib onları dondurub.

Dostları və qardaşının məsləhəti ilə Vinsent Arla köçür. Fransanın cənub şərqində yerləşən bu şəhər sakit, səssiz qaynar günəşi olan bir yer idi. Uzun müddət Vinsent burada təklikdən əziyyət çəkir. Hətta Arl sakinləri onu sevmir və ona Fu-Ru (axmaq kürən) ləqəbi verirlər. Dayanmadan molberti çiyninə alıb səhərdən axşama kimi meşədə, küçədə dəli kimi rəsm çəkən bu adama hamı qəribə baxırdı. Palitrası tamamilə dəyişən Vinsentin əsərlərində cəsarət rəngi sayılan sarıya rast gəlməmək mümkün olmur və 2000-dən çox rəsm çəkməsinə baxmayaraq o, yalnızca birini sata bilir.

İlgili resim

ayçiçek tablosu ile ilgili görsel sonucu

 

 

Müxtəlif şayiələrə görə o hətta qulağını da burada kəsib. Bəlkə şiddətli qulaq agrısı, bəlkə içindəki ağrını avtoportrerində göstərə bilmək və ya bəlkə də həqiqətən də hansısa bir qadına görə. Getdikcə psixoloji problemlər yaşayan rəssam bu şəhərdə uzun müddət yaşadıqdan sonra buradakı insanların qınaqlarına tab gətirməyərək qardaşı Teonun məsləhətilə Sen- Remidə yerləşən ruhi xəstələr üçün müalicəxanaya yatmaq qərarına gəldi. O, özü də burada sağalacağına ümid edirdi. Vəziyyəti gündən-günə pisləşən, ürək getməsindən əziyyət çəkən Vinsent buradan çıxmaq və dəli olmadığını sübut etmək üçün qardaşına məktub yazır və onun yanına köçür. Bir müddət qardaşı və onun ailəsi ilə birgə yaşayır.

Burada bir müddət davam etməyi bacaran Vinsente artıq rəssamlıq sevinc gətirmirdi. O işləmək istəyirdi, lakin bu ona yüngüllük gətirmirdi.Nə lazım idisə, hamısını çəkmişdi. Artıq təbiət onda yaradıcılıq ehtiraslarını oyatmırdı və bilirdi ki onda olan yaxşı nə varsa, hamısı ölüb qurtarıb. Və son dəfə günəşi izləyən Vinsent silahi sinəsindən vurdu və 2 gün sonra yaraları səbəbilə öldü.(37 yaşında)

Bu ağrıya tab gətirməyən Teo Vinsent öldükdən düz yarım il sonra həmin gündə vəfat etdi.(33 yaşında)

 

Müəllif: Sevinc Şükürova (izləyici)

Redaktə: Ziya Mehdiyev

 

Əlavə oxu:

Van Qoq sarısı

Bir səfilin müəmması – Van Qoq

Van Qoq- Buğda tarlası və qarğalar.(Wheatfield with crows)

Van Qoq – Sarıqlı qulaqla Avtoportret(Self-Portrait with Bandaged Ear)

Van Qoqun təsirləndiyi yapon rəssam: Utagawa Hiroshige

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin