Vudi Allenin ən sevdiyi 12 film

0

Vudi Allen (Woody Allen) Amerikan kino rejissoru, ssenari müəllifi, aktyoru və prodüseridir. 1935-ci ildə Nyu-Yorkda yəhudi ailəsində doğulmuşdur və hələ də orada yaşamaqdadır. İlk filmini 1966-cı ildə çəkmişdir. Həmçinin pyeslərin və hekayələr məcmuələrinin müəllifidir.
20 dəfə Akademiya mükafatlarına namizəd göstərilən və 4 dəfə bu mükafatlara layiq görülən Vudi Allenin sevdiyi filmlərə baxdığımız zaman rejissoru tanıyanlar listin çox da təəccüblü olmadığını görəcəkdir. Sevdiyi filmlərə öz filmləri daxilində istinadlar gətirən Allenin “Manhattan”da “Böyük illuziya”ya (Grand Illusion), “Sevgi və ölüm”də (Love and Death) “Yeddinci möhür”ə (Seventh Seal), “Ulduz tozu xatirələri”ndə (Stardust Memories) “8 ½”ə istinadları görə bilərsiniz.
Vudi Allenin sevdiyi filmlərin siyahısını təqdim edirik:

1.Zəfər yolları (1957) IMDb: 8.5

Birinci dünya müharibəsi xaos şəraitində fransız generalı Broluard general Mireauya almanların idarəsindəki And təpəsinin nəyin bahasına olursa olsun ələ keçirilməsi əmrini verir. General Mireau əsgərlərin həyatını təhlükəyə atan,ölüm yürüşü xarakterli bu vəzifəni şəxsi qazancları uğruna qəbul edir. Vəzifə boyunca heç bir şey gözlənildiyi kimi getmir və birliyin uğursuzluğa uğrayacağı qətiləşir. Bu nöqtədən sonra Mireaunun mövqeyi və rütbəsi üçün təhlükəyə atdığı bu əsgərlər üzərindən oynadığı kirli oyunlar və insanlıqdan kənar hərəkətlər müharibənin xaotik şəraitində insan həyatının dəyərsizliyini ortaya qoyur.

2. Vətəndaş Keyn (1941) IMDb: 8.4

Tanınmış iş adamı Çarlz Foster Keyn varlı bir həyatın əhatə etdiyi hər çeyə sahibdir: çoxlu pul, şöhrət, prestij və qadınlar. Lakin ani ölümünün ardından ölmədən öncə dediyi son söz olan “Rosebud” bir pünhan doğurur. Yaxın çevrəsindəki heç kimin mənasını bilmədiyi bu kəlmə Keynin ölümünə və həyatına dair bəzi sirrlərin varlığına işarə edir. Bu kəlmənin mənasını aydınlaşdırmağa çalışan jurnalist Ceri Tompson Fosterin dostları, ailəsi və iş yoldaşları ilə reportajlar aparmağa başlayır. Bu şəxslər Keyn haqqındakı məlumatları anlatdıqca jurnalist tapmacanın parçalarını birləşdirməyə başlayır.

3. Rashomon (1950) IMDb: 8.3

Meşədə təsadüfən bir adamın qan içində cəsədi tapılır. Adamın arvadı da təcavüzə uğramışdır. Bu hadisənin şahidi yalnız 3 nəfərdir. Bunların biri yolçu, biri odunçu, biri isə quldurdur. Artıq geriyə hər birinin hekayəsini ayrı-ayrı dinləmək qalmışdır. Lakin bütün hekayələr bir-biri ilə ziddiyyət təşkil etməyə başlamışdır. Aralarından biri tam olaraq gerçəyi anlatmaqdadır, lakin o kimdir?

4. Velosiped oğruları (1948) IMDb: 8.3

Müharibədən sonra yaşanan 2 illik işsizlik dövrünün sonunda, nəhayət iş tapa bilən Antonio çox xoşbəxtdir. İşi üçün özünə lazım olan velosipedi almaq üçün yataqlarını satmalı olmuşdur, lakin Antonio, nəhayət pul qazana biləcəyi üçün xoşbəxtdir. Yeni işinin ilk günündə velosipedi oğurlanan Antonia nəyə uğradığını bilmir. Antonio yaşadığı ailəvi və dünyəvi problemləri həll edə bilmək üçün təcili olaraq velosipedinə qovuşmalıdır.

5.Unudulmuşlar (1950) IMDb: 8.3

Dünyanın unudulmuş şəhərlərindən olan Meksikada keçən film dövrün Meksikasını olduqca təsirli şəkildə əks etdirir. Meksikanın yoxsul məhəllərindən birində yaşayan bir qrup uşaq doğulduqları gün cinayətlə qarşılaşmaqdadır. Hər biri yaşamaq üçün oğurlamaq ya da müxtəlif böyük və ya kiçik cinayətlərə yönəlməyə məcburdur. Ailələrinin vəziyyətləri də uşaqlarından fərqli deyildir. Bu gənclərdən biri olan El Jaibo həbsdən qaçır və çöldəki həyatına qaldığı yerdən davam edir. Jaibo cinayətə yönəlməyə davam edərkən ətrafındakıların həyatına da bərpa etməsi mümkün olmayan xəsarətlər verəcəkdir.

6. Yeddinci möhür (1957) IMDb: 8.2

 

Müharibədən bezmiş bir orta əsr cəngavəri giziri ilə birlikdə Səlib yürüşlərindən qayıdır. Fəlakətin yüksəldiyi Avropanı gördükcə Allahdan şübhə etməyə və onun yolundan dönməyə başlayan cəngavər çox keçməmiş ölümün eşiyinə gəlir. Lakin ölümə meydan oxuyaraq Ölümü şahmat oynamağa dəvət edən cəngavər uduzarsa, canını verməyə razıdır.

7. Yabanı çiyələklər (1957) IMDb: 8.2

Əsəbi və inadkar professor İsak Borq həyatda yalnız qalan, illərini bakteriya elminə verən 78 yaşında bir fizikçidir. Məzun olduğu Lund universitetindən alacağı şərəf nişanı üçün Stokholmdan Lund şəhərinə yola düşən professor bu səfər əsnasında müxtəlif qarabasmalar görəcəkdir. Ölümə addım-addım yaxınlaşdığını hiss edən adamın qarabasmalarında problemli keçmişi qarşısına çıxacaqdır.

8. 400 zərbə (1959) IMDb: 8.1

1950-ci illərin əvvələrində Parisdə yaşayan 12 yaşındakı Antonie ailəsi ilə yaşadığı problemlər və məktəbdəki müəllimi tərəfindən tez-tez danlanıldığına görə nə məktəbdə, nə də evdə hüzur tapa bilmir. Dərslərini yerinə yetirmədiyi üçün dostları ilə birlikdə məktəbdən qaçdıqları gün küçədə anasını başqa bir adamla görən Antonie şoku üzərindən atmadan məktəbə qayıdır və dərsini yerinə yetirməməsinin səbəbi olaraq anasının öldüyü yalanını söyləyir. Ana və ata sağlam bir şəkildə məktəbə gəldikləri zaman isə gerçəklər açığa çıxır və Antonie bir müddətlik uzaqlaşdırma cəzası alır. İndi isə ailəsindən çəkindiyi üçün evə getməyə qorxan Antonie yaxın dostları ilə birlikdə dəniz kənarına qaçmağa qərar verirlər. Məqsəd atasının yazı makinasını oğurlayıb sataraq pul qazanmaqdır. Ancaq işlər gözlənildiyi kimi getmir.

9. Böyük illüziya (1937) IMDb: 8.1

Birinci dünya müharibəsində aristokratiya sinfindən gələn komandir De Boeldieu ilə işçi sinfindən gəlmə leytenant Marechal kəşfiyyat turuna çıxırlar. Lakin vəzifələrini uğurla tamamlamadan alman əsgərləri tərəfindən əsir götürülürlər. Alman komandir Von Rauffenstein də, eynilə Boeldieu kimi aristokrat bir ailədən gəlmədir. O əsirlərinin özü ilə birlikdə yemək yeyə biləcəklərini əmr edir. Yemək əsnasında Boeldieu ilə Rauffenstein aralarındakı ortaq nöqtələri görməyə başlayırlar, bunların hamısı da siniflərə əsaslanır. Lakin bu ortaqlıq onların əsir düşərgəsinə göndərilməsinin qarşısını almır. Komandir və leytenant düşərgədə digər əsgərlərilə dost olur və onların qaçış planına qoşulurlar. Əsir düşərgəsindən tunel qazaraq qaçmağı yoxlayacaqlar.

10. Burjuaziyanın sirli cazibəsi (1972) IMDb: 8.0

Burjuaziyanın sirli cazibəsi cəmiyyətdən 6 nəfərin yemək yemə planının problemlər səbəbilə davamlı olaraq alınmaması kimi olduqca bəsit bir mövzudan yola çıxaraq sadəcə komediyanın deyil, fövqəltəbii cərəyanın da ən gözəl və əyləncəli örnəklərindən birini əks etdirir. Terrorist hərəkətlər, eşqbazlıqlar və həbs edilmələr arasında davamlı olaraq təxirə salınan yemək kino tarixinin ən təəccüblü yuxu səhnələrindən birinə də səbəb olmuşdur.

11. Xatırlayıram (1973) IMDb: 8.0

1930-cu illərin Riminisində olduqca isti təbiətli,rəngli  insanlarla dolu Amarcord həmin tarixlərdə yüksəlişdə olan faşizmi mərkəzinə və hədəfinə alır. Hər kadrının önəm kəsb etdiyi bu film mütləq izlənilməsi lazım olan filmlərdəndir.

12. 8 ½ (1963) IMDb: 8.0

Quido Anselmi maraqla gözlənilən yeni proyektini reallaşdırmağa çalışarkən yazıçı tutulması tərzində bir maneə ilə rastlaşan məşhur bir italyan rejissorudur. Yeni proyekti bioqrafik hadisələr də əhatə edən fantastik filmdir. Lakin rejissor birdən-birə baş verən bu vəziyyət səbəbilə sənətə və filminə qarşı hiss etdiyi bütün marağını və həyəcanının itirmiş vəziyyətdədir. İş üzərinə diqqətini cəmləməyə və bir şəkildə tamamlamağa çalışan Quido zamanla bir qrup keçmişə dönüş (flashback) və yuxularla xatirələri və fantaziyaları arasında gedib-gəlib reallıq hissini itirməyə başlayır.

Mənbə: https://onedio.com/haber/huysuz-zeki-ve-komik-aykiri-yonetmen-woody-allen-in-19-favori-filmi-752773

http://www.filmloverss.com/woody-allen-in-favori-filmleri/

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin