Vyana klassik məktəbi: Yozef Haydn, Volfhanq Amadey Motsart, Lüdviq van Bethoven

0

                                     Yozef Haydn

V.A. Motsartın, L. Bethovenin müasiri, böyük avstiyalı bəstəkar Yozef Haydnın (ing. Joseph Haydn) yaradıcılıq yolu XVIII-XIX əsr dünya tarixinə düşmüş, Vyana klassik məktəbinin bütün inkişaf mərhələlərini əhatə etmiş və təqribən 50 il davam etmişdir. Maraqlı yaradıcılıq prosesi, fantaziyanın zәnginliyi, qəbul edilmənin təzəliyi, həyatı harmonik və bütünlüklə hiss etmək onun həyatının son illərinə qədər davam etmişdir.

Kareta ustasının oğlu olan Haydn özündə nadir musiqi qabiliyyətləri kəşf etmişdi. 6 yaşında o Haynburqa köçür, kilsə xorunda oxumağa başlayır və skripkada və klavisində çalmağı öyrənir, 1740-cı ildən etibarən isə Vyanada yaşamağa, Müqəddəs Stefan kilsəsində xorda oxumağa başlayır. Lakin kapellada onun yalnız səsini qiymətləndirirdilər, ona solo partiyalar verirdilər, uşaq vaxtından oyanmış bəstəkarlıq qabiliyyəti isə diqqət edilməmiş qalırdı. Onun səsi qırılmağa başlayanda Haydn kapellanı buraxmağa məcbur oldu. Vyanada müstəqil həyatın ilk illəri xüsusilə ağır keçirdi, o, pulsuz idi, aclıq çəkirdi, yalnız bəzi vaxtlar dərs verməyə şagirdlər tapırdı, gəzən ansamblda skripka çalırdı. Lakin həyatın dəyişkənliyi Haydnda açıq xarakter, yumor hissi və heç vaxt dəyişməmiş professional istəklərdə ciddiliyi saxlamağa mane olmamışdı, F. E. Baxın (alm. Carl Philipp Emanuel Bach)  klavir yaradıcılığını öyrənirdi, müstəqil şəkildə kontrapunkt ilə məşğul olurdu, böyük alman bəstəkarlarının işləri ilə tanış olurdu, məşhur italyan opera bəstəkarı və pedaqoqu N. Parporadan (ital. Nicola Antonio Giacinto Porpora) dərs alırdı.

1759-cu ildə Haydn qraf İ. Morsinin kapelmeystrində yer qazandı. Onun kapellası üçün ilk instrumental əsərlərini (simfoniyalar, kvartetlər, klavir sonataları) yazmışdı. 1761-ci ildə Morsin kapellanı dağıtdıqdan sonra Haydn varlı macar maqnatı, incəsənət hamisi P. Esterqazi ilə müqavilə bağladı. Vitse-kapelmeystr, 5 ildən sonra knyaz ober-kapelmeystr vəzifəsinə yalnız musiqi yazmaq daxil deyildi. Haydn, həm də, məşqlər keçirməli, kapellada qayda-qanuna nəzarət etməli, notların və alətlərin saxlanılmasına nəzarət və s. etməli idi. Haydnın bütün yaradıcılığı Esterqazinin malı sayılırdı, bəstəkar başqasından sifariş ala bilməzdi və icazəsiz knyazın əmlakından çıxa bilməzdi.

Lakin bunun, hər şeydən əvvəl bəstəkarın bütün əsərlərini ifa edən gözəl orkestra sahib olmaq və həmçinin alət təminatının olması kimi müsbət cəhətləri Haydnın Esterqazinin təklifini qəbul etməyə vadar etdi. Haydn təxminən 30 il saray xidmətində oldu. Alçaldıcı saray xidmətinə baxmayaraq, Haydn öz ləyaqətini, daxili müstəqilliyini və dayanmadan yaradıcı faəliyyətə istiqamətlənməyini itirməmişdi. Esterqazinin xidmətində olan vaxtı cəmiyyətdən uzaq olmağına, geniş musiqi cəmiyyəti ilə demək olar ki, yaxınlaşmamağına baxmayaraq, Haydn Avropa miqyasında ən böyük ustalardan biri olmuşdur. Haydnın əsərləri müvəffəqiyyətlə böyük musiqi paytaxtlarında ifa olunurdu.

1780-ci illərin ortalarında Fransa publikası “Paris simfoniyaları” adlanan 6 simfoniya ilə tanış oldu. Vaxt keçdikcə əsərlərdə daha çox asılı vəziyyət və tənhalıq hiss olunurdu.

Dramatik və narahat əhval-ruhiyyəsi ilə minor simfoniyalar – “Dəfn”, “Əzab”, “Əlvida” simfoniyaları seçilirdi. “Əlvida”-nı ifa edən zaman  bir-bir Adagio  (ital. adagio – yavaş–yavaş, ağır, sakit – red.)  musiqiçilər səhnəni tərk edirdi, sonda iki skripkaçı qalırdı və onlar sakit və incə melodiya çalırdılar.

Lakin Haydnın əsərlərində dünyaya harmonik baxış onun öz həyatında da hiss olunurdu. Haydnın sevinc qaynaqları təbiətdə, adı xalqın həyatında, öz işlərində, yaxınları ilə münasibətində – hər yerdə  idi. Onun 1781-ci ildə Vyanaya gələn Motsart ilə tanışlığı əsl dostluğa çevrilmişdi. Mənəvi yaxınlıq hissindən yaranmış bu əlaqə bəstəkarların əsərlərində də öz əksini tapmışdı.

1790-cı ildə A. Esterqazi, mərhum knyaz P. Esterqazinin varisi kapellanı dağıtdı. Haydn tamamilə xidmətdən azad oldu, yalnız kapellameystr adını saxladı və mərhum knyazdan təqaüd almağa davam etdi. Sonra keçmiş arzusu- Avstriya sərhədlərindən kənara çıxmaq şansı yarandı. 1790-cı illərdə Haydn Londona iki qastrol səfəri etdi. Bu zaman yazılmış 12 “London” simfoniyası bu janrda Haydnın yaradıcılığının  inkişafını tamamladı, Vyana klassik simfonizminin yetkinliyini təsdiqlədi və simfoniya tarixinin zirvəsində qaldı.  “London” simfoniyaları bəstəkar üçün olduqca cəlbedici və fərqli şərtlərdə ifa edilirdi. Daha qapalı saray salonlarına öyrəşmiş Haydn ilk dəfə ictimai konsertdə iştirak etmişdi və tipik demokratik auditoriyanın reaksiyasını görmüşdü. Onun əmrində tərkibinə görə müasir simfonik orkestrlara yaxın olan böyük orkestrlar var idi. İngilis publikası entuziazm ilə Haydnın musiqisini qəbul edirdi. Oksfordda ona “musiqinin doktoru” titulu verilmişdi. Q. F. Qendelin oraoriyalarından təsirlənərək, iki oratoriya – “Dünyanın yaradılması” və “İlin vaxtları”nı bəstələdi. Bu monumental, epik-fəlsəfi əsərlər həyatın harmoniyası və gözəlliyinin, təbiətin və insanın bütünlüyünü ifadə edirdi və ləyaqətlə bəstəkarın yaradıcılıq yolunu əks etdirirdi.

Haydnın son illəri Vyanada keçdi. Bəstəkar həmişəki həyatı sevən, ünsiyyətcil, obyektiv və insanlara qarşı mülayim idi və həmişəki kimi çox çalışırdı. Haydn həyatdan çox narahat bir vaxtda, artıq Napaleonun yürüşləri başlayanda və Fransa ordusu Avstriyanın paytaxtını ələ keçirən bir vaxtda köçdü. Vyananın mühasirəsi zamanı yaxınlarını “Uşaqlar, qorxmayın, harda ki, Haydn var, orda pis bir şey baş verə bilməz” sözləri ilə ovundururdu.

Haydn özündən sonra böyük bir yaradıcılıq varisi – bütün janr və formalarda (simfoniyalar, sonatalar, kamera ansamblları, konsertlər, operalar, oratoriyalar, messalar, mahnılar və s.) təxminən 1000 əsər  miras qoyub. Daha böyük siklli formalar (104 simfoniya, 83 kvartet, 52 klavir üçün simfoniya) onun yaradıcılığının ən dəyərli hissəsini təşkil edir və ona tarixdə yer verib. Haydnın əsərlərinin alətlərin təkamülündəki rolunun danılmazlığı haqda P. Çaykovski (ing. P. Tchaikovsky) yazırdı: “Haydn özünü yaradıcılığı ilə yox, Motsartın və Bethovenin sonuncu səviyyəyə gətirdiyi ideal və bitmiş formada simfoniyalar və sonatalar yaratması ilə ölümsüz etdi.”

Haydnın yaradıcılığında simfoniya  məişət və kamera musiqisinə oxşayan ən ilkin nümunələrdən, janrın klassik qaydaları təsdiq olunan (hissələrin sikllərinin qarşılıqlı münasibəti və ardıcıllığı – sonata Allegrosu –  yavaş hissə, menuet, sürətli final)  “Paris” və “London” simfoniyalarına qədər uzun yol keçmişdir.  Haydn üçün simfoniya, fərqli hissələri – ciddi, dramatik, lirik-fəlsəfi, yumoristik – bütün və bərabərliyə gətirilmiş, ümumiləşdirilmiş “həyatın rəsmində” məna qazanır. Haydnın simfoniyalarındakı rəngarəng və mürəkkəb dünya açıqlıq, ünsiyyətcillik, dinləyiciyə istiqamətlənmə xüsusiyyətlərinə malikdir. Onun musiqi dilinin mənbəyi məişət janrı, rəqs və mahnı intonasiyaları, bəzən folklordan alınmış ilham olmuşdur. Mürəkkəb simfonik inkişaf prosesinə daxil olanda onlar yeni formalı, dinamik imkanlar kəşf edirlər. Bitmiş, ideal bərabərləşdirilmiş və məntiqi düzülüşlü simfonik siklin hissələri özlərində improvizasiya elementləri iqtibas edir, mükəmməl kənarlaşmalar və gözlənilməzliklər həmişə maraqlı, hadisələrlə dolu fikrin inkişafının özünə maraq yaradır. Sevilən Haydn “sürprizləri” və “oyunları” instrumental musiqinin ən ciddi janrının qəbul edilməsinə kömək etdi, simfoniyaların adlarında möhkəmlənən (“Ayı”, “Toyuq”, “Saat”, “Ov”, “Məktəb müəllimi” və s.) dinləyicilər arasında konkret assosasiyalar yaratdı. Janrın tipik qanunlarını formalaşdıraraq Haydn onların yaradılmasında rəngarəngliyi və XIX-XX əsrlərdə simfoniyanın təkamülünün fərqli yollarının təsvir edilməsini açmışdır. Haydnın yetkin simfoniyalarında orkestrin bütün alət qruplarının olduğu (simli, taxtadan, mis üfləmələr, zərb) klassik tərkibi qurulmuşdu. Həm də bütün alətlərin (iki skripka, alt, violonçel) bərabərhüquqlu iştirakçı olduğu kvartetin tərkibi də stabilləşdirilmişdi. Bəstəkarın ən çox marağını fantaziyasının, həqiqətən, tükənmədən hər dəfə sikllərin yeni quruluşunu açan, orijinal yol ilə materialın qurulduğu və inkişaf etdirildiyi klavir üçün sonatalar cəlb edirdi.  1790-cı illərdə yazılmış sonuncu sonatalar yeni alət olan fortepianonun imkanlarına istiqamətləndirilmişdi. Bütün ömrü boyu incəsənət Haydn üçün daxili harmoniyanın, ruhi müvazinətin və sağlamlığın əsas dayağı və mənbəyi olmuşdur. O ümid edirdi ki, bu gələcək dinləyicilər üçün də belə olar. Yetmiş yaşlı bəstəkar yazırdı: “Bu dünyada xoşbəxtlik və razı insanlar olduqca azdır, hər yerdə insanı kədər və qayğı təqib edir, bəlkə də, sənin işlərin qayğı və işlər il əhatələnmiş insanın bir neçə dəqiqəsini sakitliyə və dincəlməyə ayırmasına xidmət edəcək.”

Müəllif: İ. Oxalova

Mənbə: http://www.belcanto.ru/haydn.html

Volfanq Amadey Motsart

 

“Mənim dərin inancıma görə, Motsart gözəlliyin musiqi sferasında qalxa bildiyi ən yüksək kuliminasiya nöqtəsi deməkdir”

P. Çaykovski

“Necə dərindir! Necə cəsarətlidir və necə incədir!” – Puşkin Motsartın dahi incəsənətinin əsasını bu cür dahiyanə şəkildə ifadə etmişdir. Doğrudan da, onun kimi klassik yaradıcılığın cəsarətli fikirlər ilə mükəmməlliyini yaradan, bəstələrin dəqiq və açıq qaydalarına belə sonsuz individual baxışı olan bəstəkar yəqin ki, tapılmaz. Motsartın musiqi dünyası günəş kimi parlaq, əlçatmaz və sirli, sadə və olduqca mürəkkəb, dərin, insani və universal idi.

V. A. Motsart (ing. Wolfgang Amadeus Mozart) arxiyepiskopun saray xidmətində olan skripkaçı və bəstəkar Leopald Motsartın ailəsində anadan olmuşdur. Dahi istedadı ona 4 yaşından musiqi bəstələməyə, skripkada, klavirdə və orqanda ustalaşmağa imkan verdi. Atası oğlunun dərsləri ilə ciddi məşğul olurdu. 1762-1771-ci illər arasında o bir çox Avropa saraylarının onun uşaqlarının istedadını  tanıdığı (Volfhanqın böyük bacısı istedadlı klavir ifaçısı idi, o isə həm oxuyurdu, dirijorluq edirdi, həm də bir çox alətdə virtuozcasına çalırdı və improvizə edirdi) qastrol səfərləri təşkil etmişdi, hər yerdə onlara heyran olmuşdular. 14 yaşında Motsart “Qızıl spurs” adlı papa ordeninə layiq görülmüşdü, Bolonya Filarmoniyası Akademiyasının üzvü seçilmişdi.

Səyahətlər zamanı Volfhanq janr epoxasına xarakter olan bir çox ölkənin musiqisi ilə tanış oldu. Londonda yaşayan  İ. K. Bax (alm. Johann Christian Bach ) ilə tanışlığından sonra o ilk simfoniyasını yazır (1764), Vyanada (1768) o, italyan operası-buffa janrında opera  (“Saxta sadəlövh”)  və alman zingpili (” Bastyen və Bastyenna”) sifarişlərini alır, bir il əvvəl isə Zaslburq universitetində məktəb opersı ( latın komediyası) “Apollon və Qiasint”  səhnələndirildi. Ən çox isə İtaliyada olmaq məhsuldar oldu, burada Motsart kontrapunktda (polifoniya) J. B. Marininin (ing. Giovanni Battista Martini ) yanında özünü mükəmməlləşdirdi, Milanda opera-seria “Mitridat”, “Pontiya kralı” (1770), 1771-ci ildə isə “Lusio Sullo” operası səhnələşdirilir.

Dahi gənc mesenatları möcüzə-uşaqdan daha çox maraqlandırırdı və L. Motsart onun üçün Avropanın paytaxt saraylarından heç birində yer tapa bilmədi. Onlar konsertmeystr vəzifəsində işləmək üçün Zaysburqa qayıtmalı oldular. Artıq Motsartın yaradıcılığı sifarişlərdən asılı olaraq dini musiqilər və divertisment, kassasiya, serenada (yalnız saray yığıncaqlarında səsləndirilməyən, həm də küçələrdə, avstriya sakinlərinin evlərində çalınan fərqli alətlər üçün  rəqs hissələrindən ibarətdir)  kimi əyləndirici musiqilər yazmağa istiqamətlənmişdi. Bu sahədə işləməyi Motsart Vyanada, onun bu formada ən məşhur əsəri, özünəxas kiçik simfoniya olan, yumor və zərifliklə dolu “Kiçik gecə serenadası” əsərinin yarandığı yerdə davam etdirdi. Motsart orkestr ilə skripka üçün konsertlər, klavir və skripka üçün sonatalar və s. yazırdı. Onun bu dövrdəki yaradıcılığının zirvələrindən biri  üsyankar epoxanın “Fırtınalar və hücum” ədəbi cərəyanına mahiyyətcə yaxın olan, “qulyabani” əhval-ruhiyyəsini özündə iqtibas edən “Sol minor simfoniyası №25” idi.

Arxiyepiskopun despotik bağlarının onu saxladığı Zalsburqdan bezən Motsart Münhendə, Manheymdə və Parisdə yaşamağa çalışdı. Bu şəhərlərə səyahəti zamanı  onda yaranan bir çox emosional (ilk sevgisi- müğənni Aloiza Veber, anasının ölümü) və bədii təəssüratlar daha çox klavir sonatalarına (Rondo alla turca variasiyaları ilə lya minor, lya major), alt və skripka üçün orkestrli simfoniyaya və s. təsir etdi.  Ayrı opera əsərləri (“Ssipionun yuxusu” – 1772, “Çoban şah” – 1775 hər ikisi Zalsburqda; “Xəyali bağban” – 1775, Münhen) Motsartın mütəmadi olaraq opera teatrına istiqamətlənməsinə kömək etmədi. Opera-seria “Krit kralı İodomeney” (Münhen, 1781) Motsartı bütün yetkinliyi ilə göstərdi, bir incəsənət xadimi və bir fərd kimi onun həyati suallarda və yaradıcılıqda cəsarətliliyini və müstəqilliyini isbat etdi. Münhendən Vyanaya – arxiyepiskopun tacqoyma mərasiminin baş verəcəyi yerə gələndən sonra o, arxiyepiskopla əlaqələrini qırdı və Zalsburqa qayıtdı.

Motsartın Vyana debütü möhtəşəm zinqşpil “Saraydan qız qaçırtmaq” (1782, Burqteatr) oldu, onun premyerasından sonra o Konstant Veber (Aloizanın kiçik bacısı) ilə nigahı baş verdi. Saray şairi L. Da Ponte onun liberottasına yazılan Motsartın iki əsas əsərinin – “Fiqaronun toyu” (1786) və “Don Juan”ın (1788) səhnələşdirilməsinə kömək etdi və həmçinin opera-buffa “Hamı belə edir” (1790), Şenbrunnda bir aktlı musiqili komediya “Teatrın direktoru” (1786) səhnələşdirildi.

Motsart Vyanadakı ilk illərində tez-tez çıxış edirdi, öz “akademiyaları” (mesenatlar arasında təşkil edilən konsertlər) üçün klavir üçün orkestrli konsertlər yazırdı. Bəstəkarın yaradıcılığında müstəsna yeri polifoniya sahəsinə onda bədii maraq yaratmış, onun ideyalarına dərinlik və ciddilik vermiş İ. S. Baxın yaradıcılığının araşdırılması tutmuşdur. Bu çox parlaq bir şəkildə “Fantaziyalar”da və və “do minor sonatası”nda (1784-85), Motsartın dostluq və yaradıcılıq bağları ilə bağlandığı İ. Haydna ithaf edilmiş altı simli kvartetlərdə özünü büruzə etmişdir. Motsartın musiqisi nə qədər insanın varlığı məsələsində daha dərinə daxil olurdusa, o qədər onun əsərlərinin forması individual olmağa başlayırdı və o Vyanada o qədər az bəyənilirdi ( 1787-ci ildə ona verilmiş saray kamerdineri vəzifəsində ondan yalnız maskaradlar üçün rəqslər yazması istənilirdi).

Bəstəkar daha çox anlayışı Praqada qazandı, burada 1787-ci ildə “Fiqaronun toyu” və daha sonra bu şəhər üçün yazılan və faciəvi mövzuda Motsartın yaradıcılığı aydın şəkildə göstərən “Don Juan” (1791-ci ildə Motsart Praqada daha bir operanı – “Titin mərhəmətini” səhnəyə qoydu) operasının premyerası oldu. Bu cür cəsarəti və yenilikçiliyi ilə “Praqa simfoniyası” re major (1787) və onun son üç simfoniyası (“№39 mi bemol major”, “№40 sol minor”, “№41 do major”, yay 1788)  seçilir. Bu əsərlər həmin epoxanın ideyaları və fikirlərinin və XIX əsrin simfonizminə gedən yolun olduqca tam və rəngarəng rəsmini verdi. Üç simfoniyadan yalnız “Simfoniya sol minor” bir dəfə Vyanada səsləndi. Motsartın dahi yaradıcılığının sonuncu ölümsüz əsərləri aydınlığa və şüura ithaf edilmiş himn “Sehrli fleyta” və bəstəkar tərəfindən bitirilməmiş kədərli və görkəmli “Rekviem” oldu.

Motsartın ani ölümü sağlamlığının həddən artıq yaradıcılıq işləri ilə yüklənməsinə və “Rekviem”in sirli şəkildə sifariş edilməsinə (sonradan aydınlaşdırıldı ki, anonim sifarişi əsəri sonradan öz adına yaymaq istəyən qraf F. Valzaq-Ştuppax adlı biri imiş) görə olduğu düşünülür. Onun ümumi məzarlıqda basdırılması heç bir zaman sübut edilə bilinməyən Motsartın zəhərlənməsi haqda şaiyələrin yaranmasina səbəb oldu ( məs, Puşkinin “Motsart və Salieri” faciəsi ). Motsartın yaradıcılığı, onun insan xüsusiyyətlərinin bütün cəhətlərini gözəl və tam bir harmoniyada, lakin, yenə də daxili ziddiyyətlərlə göstərməsi bir çox sonrakı nəsil bəstəkarlar üçün ilham mənbəyi oldu. Motsartın yaradıcılıq dünyası sanki çoxyönlü insan xarakterlərini ifadə edən bir-birindən fərqlənən personajlar ilə doludur. Orda  həmin epoxanın əsas xüsusiyyəti olan və kuliminasiyası 1889-cu il Böyük Fransa inqilabı olan həyati başlanğıc öz əksini tapmışdır ( Fiqaro, Don Juan obrazları, “Yupiter” simfoniyası və s. ). İnsan şəxsiyyətinin təsdiq edilməsi, ruhun aktivliyi zəngin emosional dünya ilə bağlıdır – onun daxili çalarlarının və detallarının zənginliyi Motsartı romantik incəsənətin öncüsü etmişdir.

Müəllif: E. Çareva

Mənbə: http://www.belcanto.ru/mozart.html

Lüdviq van Bethoven

“Mənim yazıq, əziyyət çəkən insanlığa öz sənətim ilə xidmət etməyim uşaqlıq illərindən başlayaraq heç vaxt, yalnız daxili məmnunluqdan başqa, heç bir mükafat istəməmişdir…”

L. Bethoven

Avropanın musiqi dünyası dahi uşaq V. A. Motsart haqqında danışdığı bir dövrdə Vyanada kapella tenoristinin ailəsində Lüdviq van Bethoven ( ing. Ludwig van Beethoven ) doğuldu. Onu 17 dekabr 1770-ci ildə hörmətli kapelmeystr olan Flandriyalı babasının şərəfinə adlandırdılar və xaç suyuna çəkdilər. Bethoven ilk musiqi təhsilini atasından və onun əməkdaşlarından öyrəndi. Atası istəyirdi ki, o “ikinci Motsart” olsun, buna görə də, oğlunu hətta gecələr belə çalışmağa məcbur edirdi. Bethoven vunderkind olmadı, amma, özündə olduqca erkən çağlarda bəstəkarlıq istedadını kəşf etdi. Bethovenə kompozisiya haqqında və orqanda çalmağı öyrətmiş mütərəqqi estetik və siyasi görüşləri olan insan K. Nefenin (ing. Christian Gottlob Neefe) böyük təsiri olmuşdur. Ailənin kasıb olmasından Bethoven çox erkən yaşında işləməyə məcbur olmuşdu, 13 yaşında o kapellada orqanist köməkçisi işləyirdi, daha sonra Bonn milli teatrında kapelmeystr işləməyə başladı. 1787-ci ildə o, Vyanaya səyahət etdi və kumiri Motsart ilə tanış oldu, gəncin improvizəsinə qulaq asan Motsart ” Ona diqqət edin, nə vaxtsa o dünyanı özü haqqında danışdıracaq.” demişdi. Motsartın şagirdi olmaq Bethovenə nəsib olmadı, anasının ağır xəstəliyi və ölümü onu Bonna qayıtmağa məcbur etdi. Orada Bethoven xaç ailəsi Breyninqlərdən mənəvi dayaq aldı və proqressiv görüşləri olan universitet əhatəsi ilə yaxınlaşdı. Fransa inqilabının ideyaları Bethovenin Bonn dostları tərəfindən entuziazm ilə qarşılandı və onun demokratik fikirlərinin formalaşmasına böyük təsiri oldu.

Bonnda Bethoven bir sıra kiçik və böyük əsərlər yazdı: solistlər, xor və orkestr üçün iki kantata, 3 forte-piano kvarteti, bir neçə forte-piano üçün sonata (bu günlərdə sonatina adlandırılır). Qeyd etmək lazımdır ki, bütün yeni başlamış pianistlərə tanış olan sol və fa major sonatinaları araşdırmaçıların fikrinə görə, Bethovenə aid deyil, sadəcə onun adına yazılır, lakin, 1909-cu ildə nəşr edilmiş Bethovenin həqiqi fa major sonatası kölgədə qalıb və heç kim tərəfindən çalınmır. Bonn yaradıcılığının böyük hissəsini variasiyalar və həvəskarların ifa etməsi üçün nəzərdə tutulmuş rəqslər təşkil edir. Onların içində hamıya tanış olan “Marmot” mahnısı, təsirli “Pudelin ölümünə elegiya”, üsyankar plakatlı “Azad insan”, xəyalpərvər “Sevilməyənin nəfəsi və xoşbəxt sevgi”, doqquzunucu simfoniyasından gələcək sevinci proobrazı tərkibində olan, “Qurban mahnısı” – Bethoven onu o qədər çox sevirdi ki, onun üzərinə 5 dəfə qayıtmışdır. (son redaksiya – 1824-cü il) Gənclik yaradıcılığının təravətinə və rəngarəngliyinə baxmayaraq, Bethoven bilirdi ki, ona ciddi şəkildə təhsil almaq lazımdır.

1792-ci ilin noyabrında o, Bonnu birdəfəlik tərk etdi və Avropanın ən böyük musiqi mərkəzi Vyanaya yerləşdi. Burada o, kontrapunkt və Y. Haydnın, İ. Şenkin, İ Albrexstbergerin  (ing. Johann Georg Albrechtsberger) və A. Salyerinin (ing. Antonio Salieri) kompozisiyaları ilə məşğul olurdu. Tələbə kimi itaətsizliyi ilə seçilsə də, qısqanclıqla öyrənirdi və müəllimləri haqda yaxşı danışırdı. Eyni zamanda Bethoven həm də pianist kimi çıxış etməyə başladı və beləliklə də, bir rəqibsiz improvizator və parlaq virtuoz kimi məşhurlaşdı. İlk və son uzun qastrol səyahətində (1796) o, Praqa, Berlin, Drezden, Bratislav publikasını heyran etdi. Gənc virtuozun K. Lixnovski, F. Lobkoviç, F. Kinskiy, Rusiya səfiri A. Razumovskiy kimi musiqisevərlər onun pərəstişkarı oldu və onların salonlarında ilk dəfə Bethovenin sonataları, trioları, kvartetləri və hətta, simfoniyaları səsləndi. Onların adlarını bəstəkarın əsərlərinin bir çoxunun ithaf yerində rast gəlmək olar. Lakin Bethovenin öz pərəstişkarlarından uzaq durmaq davranışı o dövr üçün eşidilməmiş bir şey idi. Qürurlu və azad olaraq o, heç kimə onun ləyaqətinə xələl yetirmək cəhdlərini bağışlamırdı. Bəstəkarın onu təhqir edən mesenata dediyi o məşhur sözlər belədir: “Knyazlar olub və olacaq, Bethoven isə yalnız bir dənədir.” Çoxlu aristokrat tələbə qızlar içərisində onun dostu və musiqisinin proqandistləri Ertman, T. və J. Bruns bacıları, M. Erdedi olmuşdur. Dərs deməyi sevməyən Bethoven yenə də K. Çerninin (ing. Carl Czerny) və F. Risin  ing. Ferdinand Ries) fortepiano üzrə müəllimi (hər ikisi də sonralar Avropada şöhrət qazanmışdılar) və Avstriyanın hersoqu Rudolfun bəstəkarlıq üzrə müəllimi olmuşdur. 

Vyanadakı ilk onilliyində Bethoven fortepiano üçün əsərlər və kamera musiqisi yazırdı. 1792-1802-ci illər ərzində 3 forte-piano konserti və 20 sonata yazmışdı. Onlar içində yalnız “8-ci sonatanın” (“Patetik”) müəllif adı vardır. Sonata-fantaziya altbaşlığına sahib olan “Sonata №14-ü” şair-romantik L. Relştab (ing. Ludwig Rellstab) “Aylı sonata” adlandırmışdır. Bu cür adlar  №12-ə (“Matəm marşı”), №17-ə (“Tənqidçi ilə”) və daha sonrakı №21-ə (“Aurora”), №23-ə (“Appassionata”) da yapışmışdır. İlk Vyana perioduna fortepianolardan əlavə, 9 skripka sonatası  buraya №5 “Bahar”, №9 “Kreyserova” aiddir, hər ikisini də bəstəkar adlandırmayıb), 2 violonçel sonatası, 6 simli kvartet, bir sıra fərqli alətlər üçün ansambllar da aiddir.

XIX əsrin başlanğıcından Bethoven bir simfonist kimi fəaliyyət göstərməyə başladı, 1800-cü ildə o, ilk simfoniyasını, 1802-ci ildə isə ikinci simfoniyasını yazdı. Bu vaxt həm də onun yeganə oratoriyası  “Məsih Zeytun dağında” da yaranmışdır. 1797-ci ildə müalicə edilə bilinməyən karlıq xəstəliyinin ilk əlamətlərinin peyda olması və bütün cəhdlərin ümidsiz olduğunu başa düşməsi 1802-ci ildə Bethovendə məşhur “Qeyliqenştad vəsiyətnaməsi” sənədində də öz əksini tapan mənəvi böhran yaratdı. Böhrandan çıxış yolu yaradıcılıq oldu: “Az qalmışdı ki, özümə qəsd edim” – deyə bəstəkar yazırdı – “Yalnız o, incəsənət, o, məni saxladı.” 

1802-1812-ci illər arasında olan dövr dahi Bethovenin çiçəklənmə dövrü idi.  Onun çətinliklə aşıladığı əziyyətləri mənəvi güc ilə aradan qaldırması və  şiddətli mübarizədən sonra aydınlığın qaranlıq üzərindəki qələbəsi fikirləri Fransa inqilabına və XIX əsrin əvvəllərinin azadlıq mübarizəsinə uyğun gəlirdi. Bu ideyalar Üçüncü (“Qəhrəmanlıq”) və Beşinci simfoniyalarına, “Fidelio” operasına, İ. V. Götenin ( ing. Johann Wolfgang von Goethe ) “Eqmont” faciəsinin musiqisinə, №23 sonatasına (“Appassionata”) təcəssüm etmişdir. Bəstəkarı həm də maarifçilik epoxasının fəlsəfi və etik ideyaları da ilhamlandırırdı. Təbiətin dünyası “Altıncı simfoniyada”  (“Pastoral”) simfoniyasında, skripka konsertində, fortepiano (№21) və skripka (№10) sonatalarında tamamilə dinamik harmoniya şəklində idi. “Doqquzuncu simfoniya” xalq və ya xalq musiqisinə oxşar əsərlər “Yeddinci” simfoniyada və №7-№9 kvartetlərində səslənir.    “Dördüncü simfoniya” güclü optimizm ilə, “Doqquzuncu simfoniya” isə yumor və azca ironiya ilə doludur. Epik və monumental şəkildə virtuoz janr “Dördüncü” və “Beşinci” fortepiano konsertlərində və həmçinin, skripka üçün üçlü konsertdə (skripka, violonçel və orkestr ilə fortepiano) təfsir olunur. Bütün bu əsərlərdə Vyana klassizminin bütün və son stili onun ağıla, xeyirxahlığa və ədalətə  olan inancı ilə  yarandı.

1812-1815-ci illər  Avropanın ruhi və siyasi həyatında kritik bir dövr idi. Napaleonun müharibələrini Vyana konqresinin azadlıq hərəkatı izlədi, daha sonra isə Avropa ölkələri xarici və daxili siyasətlərində reaksion-monarxist tendensiyalarını gücləndi. Klassizm XVIII əsrin sonlarına qədər inqilabi ruha, XIX əsrin əvvəllərinə qədər patriotik əhval-ruhiyyəni  ifadə edən qəhrəmanlıq stilinə ya ləngimədən pempez-ofisioz incəsənətinə çevrilməli idi, ya da yerini  ədəbiyyatda öncü hərəkatlarda biri olan və musiqidə də (F. Şubert, ing. Franz Peter Schubert) özünü tanıtmağa macal tapmış romantizmə verməli idi. Bu çətin mənəvi problemləri Bethoven də həll etməli oldu. O, məşhurlaşan cərəyana razı oldu və premyeraları Vyana konqresi zamanı olan və Bethovenə eşidilməmiş şöhrət qazandıran effektiv “Vittoriya döyüşü” simfonik fantaziyasını və “Xoşbəxt an” kantatasını yazdı. Lakin 1813-1817-ci illər arasındakı digər əsərlərində yeni yolların davamlı və bəzən əzablı axtarışı əks olundu. Bu dövrdə violonçel (№4, №5) və fortepiano (№27, №28) sonataları, bir neçə onluq fərqli xalqların mahnılarının ansambl səsləri üçün işlənən əsərləri, vokal sikl janrının ilk nümünəsi olan “Uzaq sevgiliyə” (1815) əsərlərini yazmışdı. Bu əsərlərin stili eksperimental və bir çox dahi tapıntılarla idi, lakin, “İnqilabi klassizm” dövrününkü kimi həmişə tam deyildi.

Bethovenin həyatının sonuncu onilliyi Matternix Avstriyasının çürüyən siyasi və ruhi atmosferinə görə və üstəlik şəxsi çətinliklər və sarsıntılara görə qaranlıq keçmişdir. Bəstəkar tamamilə kar oldu; 1818-ci ildə o həmsöhbətin suallarını yazdığı “danışıq dəftərindən” istifadə etməyə məcbur oldu. Şəxsi xoşbəxtlik haqda bütün ümidlərini itirdikdən sonra (onun vida məktubunda “ölümsüz sevgili” ləqəbi ilə anılan insanın kim olduğu aydınlaşdırılmayıb, bəziləri onun J. Brunsvik-Deym, digərləri isə A. Brentano olduğunu düşünür. Bethoven 1815-ci ildə ölən kiçik qardaşının oğlu Karlın tərbiyəsini öz üzərinə götürdü. Bu tək qəyyumluğun alınması üstündə uşağın anası ilə uzun (1815-1820) məhkəmə prosesinə səbəb oldu.  Bacarıqlı, amma sadəlövh qardaşı oğlu Bethovenin tez-tez kədərlənməsinə səbəb oldu. Kədərli və bəzi yerlərdə faciəvi həyati vəziyyətlər ilə yaradılan əsərlərin ideal gözəlliyi arasındakı kontrast Bethoveni Avropa mədəniyyətinin yeni dövrünün qəhrəmanlarından biri etmişdir.

1817-1826-ci illər arasındakı yaradıcılığı Bethovenin dahiliyinin yeni təsviri və eyni zamanda musiqi klassizmi dövrünün epiloqu oldu. Ömrünün axırıncı günlərinə qədər klassik ideallara sadiq qalaraq, bəstəkar romantizm ilə uyğunlaşan, amma onunla eyni olmayan yeni forma və vəsaitlər tapmışdı. Bethovenin sonrakı stili unikal estetik fenomen olmuşdur. Bethoven üçün mərkəzi ideya kontrastların dialektik qarşılıqlı əlaqəsi, aydınlıq və qaranlığın mübarizəsinin sonrakı yaradıcılığında vurğulanan fəlsəfi mənası olmuşdur. İztirablar üzərində qələbə artıq qəhrəmanlıq davranışları ilə deyil, ruhun və düşüncənin hərəkəti sayəsində edilir. Sonata formasının böyük ustadı  Bethoven daha sonrakı yaradıcılığında əvvəllər dramatik konfliktlərinin  yarandığı ümumiləşdirilmiş fəlsəfi düşüncələrin tədricən formalaşmasının təcəssümü üçün ən uyğun olan tuqa formasına tez-tez üstünlük vermişdir. 5 sonuncu fortepiano sonataları (№28-№32) və 5 sonuncu kvarteti (№12-№16) ifaçıdan böyük sənətkarlıq, dinləyicidən isə nüfuz edən qavrayış tələb edən xüsusilə mürəkkəb və incə musiqi dili ilə seçilirlər. “Diabelli valsındakı” 33 variasiya  və “Baqateli op. 126” miqyaslarındakı fərqə baxmayaraq, əsl şedevr sayılırlar. Sonralar Bethovenin yaradıclığı çoxlu mübahisələrə səbəb olub. Müasirlərindən yalnız bir neçəsi onun yaradıcılığını başa düşə və dəyərləndirə bilirdilər. Belələrindən biri N. Qolisin olmuşdur,  № 12, 13 və 15 kvartetləri onun sifarişi ilə yazımışdır. “Evin həsrəti” (1822) uvertürası da ona ithaf edilmişdir.

1823-cü ildə Bethoven özünün ən böyük əsəri saydığı “Təntənəli messa”nı bitirdi. Bu messa dini ifadan  daha çox konsert üçün nəzərdə tutulmuşdu və alman oratorial ənənəsində (Q. Şyuts – ing. Heinrich Schütz; İ. S. Bax – ing. Johann Sebastian Bach; Q. F. Qendel – ing. George Frideric Handel;  V. A. Mozart; İ. Haydn) etap hadisələrdən biri oldu. İlk messa (1807) Haydnın, Motsartın messalarından geri qalmırdı, amma, Bethovenin simfonist və dramaturq kimi bütün ustalığının əks olunduğu “Təntənəli” kimi janrın tarixində yeni bir söz olmamışdı. Kanonik latın yazılarına müraciət edən Bethoven onda insanların  xoşbəxtliyi  adına özünü qurban vermə ideyasını və müharibəni ən böyük pislik kimi görən və onu inkar edən sülh haqqında pafoslu final duanı əlavə etmişdir. Qolisinin yardımı ilə “Təntənəli messa” ilk dəfə 1824-cü il 7 apreldə Peterburqda ifa edilmişdir. Bir ay sonra Vyanada messadan hissələr və F. Şillerin “Xoşbəxtliyə odasının” sözlərindən ibarət xor əlavəsi ilə “Doqquzuncu simfoniyası” ifa edildi. İztirabların üstəsindən gəlmək ideyası və aydınlığın təntənəsi ardıcıl olaraq  bütün simfoniya boyu davam edir və sondakı Bethovenin hələ Vyanada musiqiyə əlavə etmək istədiyi poetik mətn vasitəsilə vurğulanır. “Doqquzuncu simfoniya” final müraciəti “Qucaqlaşın milyonlar!” ilə Bethovenin insanlığa ideal vəsiyyəti oldu və XIX və XX əsrlərin simfonizminə böyük təsiri oldu.

Bethovenin ənənəsini Q. Berlioz (ing.  Louis-Hector Berlioz), F. List (ing. Franz Liszt), İ. Brams (ing. Johannes Brahms), A. Brukner (ing. Anton Bruckner), Q. Maler (ing. Gustav Mahler), S. Prokofyev, D. Şostakoviç qəbul etdilər və bu və ya digər yollarla davam etdirdilər.  Yeni Vyana məktəbinin  yetirmələri “dodekafoniyaların atası” A. Şenberq (ing. Arnold Franz Walter Schoenberg), ehtiraslı humanist A. Berq (ing. Alban Berg), novator və lirik A. Vebern (ing. Anton Webern) Bethoveni öz müəllimləri sayırdılar. 1911-ci ilin dekabrında Vebern Berqa yazırdı: “Milad bayramı kimi gözəl çox az şey var… Bethovenin ad gününü da elə qeyd etmək lazım deyilmi?”. Bir çox musiqiçilər və musiqisevərlər bu fikirlə razı olardılar, çünki minlərlə (bəlkə də milyonlarla) insan üçün Bethoven yalnız bütün dövrlərin və xalqların ən dahi insanların biri deyil, həm də məzlumları, ilhamlandıran, əzab çəkənləri təsəlli edən, kədərdə və sevincdə sadiq dost kimi yanında olan səmimi, etik idealın təzahürü kimi qalıb.

Müəllif: L. Kirillina

Mənbə: http://www.belcanto.ru/beethoven.html

Sonda bu dahi bəstəkarların yaradıcılığından nümunələr qeyd edirəm:

Haydnın “Paris simfoniyaları” – https://www.youtube.com/watch?v=eSxzCGjU7Dk&list=PLciE6A14wlZ3T5bxgRNOpUTvVt9FD6xqY

Motsartın “Rekviemi” – https://www.youtube.com/watch?v=sPlhKP0nZII

Bethovenin “Təntənəli messası” – https://youtu.be/Tff_8D_flLQ

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin