Xərçəngin fotodinamik müalicə üsulu

0

İllərdir istifadə olunan xərçəng müalicə üsulları arasında hamımızın bildiyi; cərrahi, kemoterapiya və radioterapiya vardır. Lakin, bu üsulların çoxu əks təsirə malikdir. Son 30 ildir elm insanları, tədqiqatçılar yeni və təsirli bir xərçəng müalicə üsulu olmağa namizəd; lazer müalicəsi üzərində işlər icra edir.

 

Bu ana qədərki nəticələr lazerlə müalicənin, ənənəvi müalicə üsullarını kölgədə qoyduğunu və qalıcı bir müalicə üsulu ola biləcəyini işarə edir. Lazerlə müalicə üsullarının ən təsirlisi və ən gələcək vəd edəni isə; ‘Fotodinamik Müalicə’dir (Photodynamic Therapy ). Bu proses lazer işığı və xüsusi olaraq bu işığa reaksiya verən bir molekuldan (photosensitizer) meydana gəlir. Bu müalicə üsulunun Prostat xərçəngi, kiçik hüceyrəli ağciyər xərçəngi və cinsi orqan xərçənglərində istifadə edilməsi mümkün görünür.

 

Şəkildə göstərilən Fotodinamik müalicənin iş prinsipi belədir: işıqla reaksiyaya girən xüsusi molekul (photosensitizer) olduğu hüceyrədəki oksigenlə birləşərək bir yanma reaksiyası meydana gətirir və bu da xərçəng hüceyrəsində ölümcül bir nəticə yaradır. Xərçəng hüceyrələri üçün istilik sərhədi 42.5 ° C və bu istiliyin dərəcəsi yüksəldikdə xərçəng hüceyrələri hüceyrə ölümünə (apoptosis) uğrayır. Yuxarıda bəhs etdiyimiz kimi xüsusi molekul spesifik olaraq seçilmiş bir dalğa boyundakı işıqla qarşılıqlı təsirə keçdiyi zaman kimyəvi bir reaksiya baş verir. Bu reaksiya, təməl olaraq ekzotermik reaksiya; yəni, ətrafdakı oksigeni yandıraraq istilik ortaya çıxarır. Bu istilik artımı kiçik ölçüdə olduğunda xərçəng hüceyrələri çox sürətli bir şəkildə struktur pozulmasına uğrayıb, ölməyə başlayır.

 

Qaynaqlar :

1. Dolmans D, Fukunura D, Jain R. Photodynamic Therapy for Cancer. Nat Rev Cancer 3:380-387.2003

2. Gollnick S, Brackett C. Enhancement of anti-tumor immunity by photodynamic therapy. Immunol Res 46: 216-226. 2010

3. Hall EJ: Hyperthermia In: Radiobiology for the Radiobiologist. 5th edition.

 

Şaiq Abdulla

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin