Xəstə dahilər və Gattaca filmi

0

 

 

“Gattaca” filmi gələcəkdə mükəmməl DNT-yə sahib mükəmməl insanların süni üsullarla doğulduğu bir dünyadan bəhs edir. Hansı ki, bu dünyada valideynlər gələcək uşaqlarının sağlam, mükəmməl fərdlər olaraq, gələcəyini öncədən seçir, doğulmadan onlar üçün taleh təyin edirlər. Qəhrəmanımız Vincent isə normal yolla dünyaya gəlmiş adi bir insandır – bizim kimi biri. Bu film onun mükəmməl insanlar arasında mübarizəsindən, onun digərləri ilə olan qeyri-bərabər şəraitdə davam edən yarışından bəhs edir. Qəhrəmanımız o dövrdəki dünyaya, üstün DNT-ləri ilə mükəmməl yaradılmış insanlara iradənin,əzmin gücünü isbat edir. Bizlər dünyaya qeyri-bərabər şərtlərdə gəlsək də, həyat yarışına qeyri-bərabər şərtlərlə başlasaq da, finişə çatmağı özümüzün təyin etdiyini göstərir bu film.
Yaxşı, bəs, həqiqətən, dünyanın elə mükəmməl DNT-lərə sahib insanlara ehtiyacı varmı? Gələcəkdə DNT-siylə oynanmış insanlar daha mükəmməl bir dünya şəraiti yarada biləcək gücdə olacaqmı? İnsanların fiziki gücləriylə müqayisə edilməsi nə dərəcədə düzgündür? Dünyaya kim olaraq gələcəyimizi seçə bilmiriksə irqimizə, fiziki gücümüzə, milliyətimizə, fiziki qüsurumuza görə fərqli insanmış kimi davranılmağa layiqikmi?…

Gəlin, indi də  müəyyən xəstəlikləri olan,  “dünyaya bir addım geridə başlamış” , amma tarix boyu milyonlarla insanlardan bir neçə metr öndə olmuş insanlar haqqında danışaq:

Məşhur “oyun teoremi”-nin yaradıcısı olan John Nash şizofren idi.

 

Image result for John Nash
Həyatı boyu 860-dan çox rəsm çəkmiş və rəsm əsərləri dünyanın ən bahalı portretləri arasına daxil olmuş rəssam Vincent Van Gogh-un “sarışan hallar nevrozu”, şizofreniya kimi xəstəlikləri olduğu deyilir.

Image result for van gogh
“Guernica” və bir çox rəsm əsərinin müəllifi Pablo Pikasso miqren və disleksiya xəstəliyindən əziyyət çəkirdi.

Image result for pablo pikasso
Sürrealizm cərəyanının məşhur banilərindən sayılan Salvador Dali Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Image result for salvador dali
“Moonlight sonata”  kimi əsrarəngiz əsərin bəstəkarı Bethoven ” 9. Simfoniya”-sını bəstələdikdə qulaqları eşitmirdi.

Image result for bethooven

Qara dəliklər  (Black hole)  haqqında apardığı araşdırmalar və kəşflərdən tanıdığımız Stephan Hawking iflicdir və s…

Image result for stephan havking

Bu siyahını uzatmaq olar, ancaq bu zaman məqalə öz məqsədindən uzaqlaşar. Bu misallar elə yuxarıdakı suallara cavab olaraq kifayətdir məncə.

Bəzən oyuna başlayarkən həyatın bizə verdiyi mövqe bizi üsyan etməyə, pessimistliyə sövq etsə də, son nəticənin öz əlimizdə olduğunu unutmamalıyıq. “İstəsək hər şey mümkündür ” şablonunu yazmayacam, çünki istəməklə mümkün olan nəsə yoxdur. İstəmək –  sadəcə, etməyə doğru bir addımdır, yarış isə  yalnız əzm və iradə ilə qazanılır.

Mənbə : Gattaca filmi

Redaktə etdi:   Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin