Xarici aksent sindromu

0

 

2016-ci ilin oktyabr ayında bir futbol matçında başından aldığı zərbədən sonra komaya girən 16 yaşındakı Reuben Nsemoh’un komadan çıxdıqdan sonra “axıcı bir şəkildə ispan dilində danışmağa başlaması” bir çox xəbər kanalında şok edici bir hadisə olaraq təqdim edildi.

Lakin Reubenin başına gələn bu hadisə nə ilk, nə də son idi. Buna bənzər hadisələrə rast gəlmə halları 1907-ci ilə qədər gedib çıxsa da, rəsmi qeydə alınan ilk hal 1941-ci ildə norveçli bir qadının başına gəldi. Bu qadın Almaniya Norveçi bombalayarkən başına düşən dəmir parçasına görə travma aldı. O özünə gələn zaman artıq alman dilində danışırdı! 2013-ci ildə ABŞ-ın Şimali Karolina əyalətində bir donanma əsgəri huşunu itirmiş halda tapıldı. O oyandığı zaman isveç dilində danışırdı! Avstraliyada bir avtobus sürücüsü ciddi bir yol qəzası keçirdikdən sonra çənəsi və onurğası qırıldı. O, oyandığı zaman ingiliscə danışırdı, amma bir fransız ləhcəsi(aksenti) ilə! 2016-cı ilin əvvəllərində teksaslı bir qadın çənəsindən əməliyyat edildi. Həkimlər əməliyyat zamanı bir əks-təsirin qarşısını almağı bacarsalar da, qadın , oyandığı zaman ingilis ləhcəsi (aksenti) ilə ingiliscə danışmağa başladı!
Bəs bu insanlara travma ucbatından “bilmədikləri”  bir dilmi yüklənirdi? Necə oldu ki, 16 yaşlı Reuben Nsemoh başından aldığı travma sonrası ispan dilində danışmağa başladı?

Yuxarıdakı  paraqraflarda işarələdiyimiz  sözlər açar sözlərdir. Xəbər mənbələrinin inadkarlıqla səhv şəkildə çatdırdıqları nöqtə də budur. Məsələn, Reuben Nsemoh; sanki gənc başından travma alıb, komaya girib çıxdıqdan sonra ispan dilini yoxdan öyrənmiş kimi çatdırırlar (qələmə verirlər). Lazımi vurğuları doğru bir şəkildə etmirlər. Bu da, ictimaiyyət arasında ciddi fikir qarışıqlığı yaradır.

Halbuki bu günə qədər görülən hər bu cür halda xəstələrin danışmağa başladıqları dillər və ya aksentlər, ya hal-hazırda bildikləri dillərdir, ya da tanış olduqları ləhcələr. Onlardan heç biri birdən-birə yeni bir dil danışmağa başlamamışdı. Belə bir şeyin baş verməsini gözləmək onsuzda məntiqdən kənar olardı; çünki biliyin yoxdan var olub beynə işləməsi kimi bir şey yoxdur, ola bilməz. Buna görə də, bu hallarda ya əvvəlcədən bilmək, ya da müəyyən bir biliyə malik olmaq vacibdir. Məsələn, Reuben qəzadan öncəsini danışır:

“Dostlarım mənlə həmişə ispan dilində danışdılar və mənə öyrədərdilər”.

Üstəlik, bu mövzudakı xəbərlərə xarici mənbələrdən belə baxsanız, şəxsin ispan dilində axıcı danışmağı haqqında bir dəlil göstərilmədiyini görə bilərsiniz. Biz insanların yalançı olduğunu iddia etmirik; əlbəttə ki,  ispan dili gözlənilməz şəkildə inkişaf etmiş ola bilər; lakin belə bir iddia ortaya atıldıqda bilmədiyini iddia etdiyi bir dildə dəqiqələrcə danışdığı bir qeydi görməyi gözləyirik. Ancaq təqdim edilən videolarda Ruben ispan dilində yalnız 4-5 söz danışırdı.

Bəs bu vəziyyətlərdə baş verən nədir?

Bu həddindən artıq nadir görülən, (ilki 1907-ci ildə olmaqla, 1941-2009-ci illər arasında 62 adamda görülüb.) amma yenə də əlimizdə diqqətə layiq miqdarda görülən bu hadisənin adı xarici aksent/ dil sindromudur. Hal-hazırda tam olaraq həll edilə bilməmiş olsa da, travma sonrasında beyində baş verən dəyişikliklər səbəbindən bir adamın ana dili və aksenti, başqa bir ana dil və ya aksenti əvvəlkinə nisbətən daha rahat istifadə etməsiylə xarakterizə edilən bir sindrom.
Əlimizdəki ən ehtimal olunan izahlardan biri budur: Bizim beyinimiz olduqca mürəkkəb bir iş sisteminə sahibdir və sürətli işləmək üçün bəzi “öncəlikləri” (önyarğıları) vardır.

.

Əlbəttə, bu öncəlik dil baxımından ana dilimizə aiddir. Məsələn, ikinci bir dili öyrənməyə başladığınız zaman, özünüzlə işləyərkən danışmağa çalışdığınızda, başqası ilə çalışdığınızdan daha yaxşı bildiyinizi hiss etmisiniz . Çünki stress altında, beyniniz avtomatik olaraq, özünüzü tamamilə rahat hiss etdiyiniz ana dilinə yönəlir. Bu məntiqlidir, çünki sonradan öyrənilmiş və şəxsi güvəndə hiss etdirməyən dili  “çətin şərait”də istifadə etməyə çalışmaq əlavə bir yükdür. Bunun başqa bir cəhəti  bir çoxlarının əslində ətrafa göstərməyi bacardıqlarına nəzərən bir dili çox daha yaxşı bildiyini düşünmələridir. Ancaq bu məlumatları “nümayiş etdirməyə” gəldikdə, onlar çətinlik çəkirlər; çünki beynin müvafiq bölgələri stress altında bu axıcılığın önünə keçirlər. Bu, çox güman ki, beyin siqnallarının bir-birinə öncəlikli olmasına görədir.
Ancaq beyin travması və koma kimi çox ciddi hallarda beynin siqnal axınında ləngimələr ola bilər. Bu halda, hal-hazırda bildiyiniz və ya öyrənməyə başladığınız ikinci bir dil sizə  bir anda normalda olduğundan daha axıcı  gələ bilər. Eynilə, hal-hazırda eşitdiyiniz bir aksent sizə daha çox tanış və təbii gələ bilər. Çünki beynin daxili mexanizmində problemlər yaşanır və beyin normal edəcəyi kimi “öncəliklərini” saxlaya bilmir.
Nsemohun vəziyyəti bir az daha spesifik ola bilər, çünki “onun iddiasına görə” qəzadan əvvəl ispan dilini çox az bilirdi, qəzadan sonra isə axıcı danışa bildi. Bu iddianın nə qədər doğru olduğunu bilmək üçün  bir yol yoxdur, lakin mütəxəssislər belə travmalardan sonra fərqli dil və ya aksentin eşidilməsinin beynin o bilgini “bir süngər kimi əmərək mənimsəməyinin” qarşısını aça biləcəyi düşünülür . Başqa sözlə, beyin travma sonrası normal işinə birdən birə davam edə bilmədiyi üçün “lazımsız” məlumatları “süzmədən” öyrənir. Ancaq şəxsin beyni normal funksiyasına qayıtdıqda məlumatlar yenidən süzülməyə başlayır. Həqiqətən, Reubenin ispan dili qəzadan sonra bir həftə içində sürətlə pisləşməyə, ingilis dili isə normallaşmağa başladı. Bu da, bu cür halların dilin beyinin nəzarətində olması ilə əlaqəli olduğunu təsdiqləyir. Dr. Karen Croot deyir:
“Bu vəziyyət bir növ motor nəzarət pozğunluğudur. Danışmaq – etdiyimiz ən kompleks işlərdən biridir və beynin bir çox bölgəsi, danışmaqla əlaqədar prosesləri nəzarət etmək prosesinə qoşulur. Əgər bu bölgələrdən bir və ya bir neçəsi zədələnərsə, danışmaqla əlaqədar zamanlama, melodika və gərginlikdə dəyişikliklər baş verə bilər. ”
Nəhayət, bu mövzuda mövcud olan az sayda insanlar üzərində aparılan araşdırmalar beynin serebellum (beyincik) adlanan bölgəsinin bu halla bağlı olduğunu göstərir. Bu çox məntiqlidir, çünki beyincik beynimizdə motor funksiya cavablarının bədənə göndərilməsinə, yerinə yetirilməsinə cavabdeh olan beyin bölgəsidir (əlbəttə, bir çox başqa vəzifələri də var). Buna görə də o beyin və bədən arasında “nəzarət körpüsü” kimi çıxış edir. Travma və ya beyni zədələyəcək başqa hadisələr bu bölgəyə təsir edərsə, belə problemlərin dil və danışma prosesində də baş verəcəyi gözlənilir.
Təəssüf ki, bu cür hallarda xəstənin sözündən başqa etibar edəcəyimiz bir mənbə yoxdur. Bir şəxs qəzadan əvvəl bir dili bilmədiyini iddia edirsə və ya bu dil haqqında təməl biliyi olmadığını deyirsə, bunu etibarlı şəkildə sübut etmək olduqca çətindir. Bunun təhlili çətinləşdirməyinə baxmayaraq, bizim əsas nevroloji  bilgimiz bu halın təqdim olunduğunu kimi “sirli” olmadığı; lakin əlbəttə ki, hər nadir xəstəlik kimi olduqca maraqlı və beynin iş prinsipləriylə əlaqədar məlumatlar vermə potensialı olan vəziyyətlərdən biri olduğunu söyləyə bilərik

 

 

 

Mənbə:
http://evrimagaci.org/photo/tr/yabanci-aksan-dil-sendromu-travma-geciren-insanlar-nasil-yeni-bir-dil-konusmaya-baslar-

 

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin