Yadplanetlilər və Fermi paradoksu

0

Biz onları tapmaq istəyirik, ancaq onlar bizi istəməmiş ola bilərlər. Hamımız bilirik ki, ‘yadplanetli’ kəlməsi işlədiləndə Yerdən kənar həyat nəzərdə tutulur.

Çoxumuz xəyallar qurub düşünəndə “ucsuz-bucaqsız bu kainatda yalnızıqmı?” sualına cavab tapmağa çalışırıq. Narahat olmayın, nəzəri olaraq da mövcud ola biləcək mədəniyyət sayını təxmin edən Dreyk tənliyi də bunu deyir.

Buradakı hər bir dəyərin qarşılığı aşağıdakı kimidir:

N = R * fp * ne * fl * fi * fc * L

N— əlaqəyə girməyə hazır olan sivilizasiyaların sayı;

R— il ərzində bizim qalaktikada yaranan ulduzların sayı;

fp— planetləri olan ulduzların xüsusi çəkisi;

ne — sivilizasiyanın yaranması üçün müvafiq şəraitə malik olan planetlərin və peyklərin sayı;

fl  — müvafiq şəraitə malik olan planetdə həyatın yaranması ehtimalı;

fi — həyat olan planetdə şüurlu varlıqların yaranma ehtimalı;

fc— əlaqəyə hazır olan və əlaqəyə girmək istəyən şüurlu sakinlərə malik planetlərlə, şüurlu sakinləri olan planetlərin sayına nisbəti;

L— bu sivilizasiyaların ömür müddəti.

Əlbəttə ki, bu dəyərlərə qarşılıq olan məlumatları araşdıra biləcək texnologiyaya  ehtiyacımız var. Dreyk tənliyi belə bir araşdırmada yer alan faktorların təyin edilməsi ilə bərabər kainat haqqındakı intellektual marağımızı hərəkətə keçirən, həyatın kosmik tərəqqinin təbii bir məhsulu olduğunu bilib, kainatın necə bir parçası olduğumuzu dərk etməkdə yardımçı olan bəsit bir tənlikdir. SETI İnistitutunun (The Search for Extraterrestrial Intelligence) ilkin hədəfi bu ecazkar formulun dəyişənlərindən hər hansı biri haqqında dəqiq bilgi verə biləcək daha üst səviyyəli araşdırma aparmaqdır.

Fermi Paradoksu

Related image

Enriko Fermi

Enriko Fermi (Enrico Fermi) (1901-1954) kifayət qədər raket texnologiyasına sahib hər hansı bir sivilizasiyanın və az miqdarda imperial təşviqin bütün qalaktikanı sürətlə fəth edəcəyini düşünmüşdü. On milyon il içində hər ulduz sistemi “imperatorluğun” qanadları altına alına bilərdi. On milyon il qulağa uzun bir müddət kimi gələ bilər, ancaq qalaktikamızın yaşı ilə müqayisədə çox az müddətdir. Buna görə də, Süd yolunun fəth edilməsi sürətli şəkildə baş verməli idi (Süd yolu təqribi olaraq 13.2 milyard yaşındadır; qalaktikamızda kəşf edilən ən qocaman ulduz olduğu güman edilən HE 1523-0901 adlı ulduzun yaşının müəyyənləşdiyi minimum limit ilə bu dəyər verilmişdir).

Beləliklə, Ferminin əsas düşündüyü şey yadplanetlilərin qalaktikada varlıqlarını bizlərə bildirmələri üçün kifayət qədər zamana sahib olmaları idi. Ancaq ətrafa baxdıqda varlıqlarına dair sübut yox idi. Fermi öz-özünə sual verdi: “Bəs hamı haradadır?”

Enriko Ferminin ortaya atdığı bu uyğunsuzluğa “Fermi Paradoksu” deyilir. “Var olması gərək olan, Yerdən kənar bu həyat haradadır? Əgər vardırlarsa, niyə indiyə qədər bütün qalaktikanı fəth etmədilər?”

Əvvəl bir az qəribə gəlir, düzdür. Belə çıxır ki, heç bir şey planetimizdə ya da qalaktikamızın bizə məlum yerlərində gəzib-dolaşmır. Bir çox tədqiqatçılar da bunu belə bəsit bir müşahidədən çıxarmağın çox radikal bir nəticə olduğunu düşünür. Əlbəttə ki, Fermi paradoksunun bir açıqlaması var.

Diqqət edilən ilk məqam, Fermi paradoksunun olduqca güclü bir arqument olmasıdır. Bir yadplanetli kosmik gəmisinin sürətinin işıq sürətinin 1%-i, yoxsa 10%-i olduğunu söyləyə bilərsiniz. Önəmli deyil. Yeni bir ulduz koloniyasının öz koloniyalarını yarada bilməsinin nə qədər zaman alacağı mövzusunda da mübahisə edə bilərsiniz. Bu da önəmli deyil. Koloniyanın nə qədər sürətlə gerçəkləşə biləcəyi haqqında hərhansı bir məqbul fərziyyə qalaktikanın yaşından daha qısa zaman fasiləsi ilə nəticələnəcəkdir. Bu eynilə XVI əsr İspaniya gəmilərinin 2 yoxsa, 20 dəniz mili ilə gedə biləcəklərinə dair qızğın mübahisəyə girmək kimidir. Nəticədə, hər iki halda da Amerikanı sürətli şəkildə koloniyalaşdırdılar.

Briyan Koksa (Brian Cox) görə, kainatda mədəniyyətlərarası əlaqə qurma bacarığına sahib bir sivilizasiya uzun bir ömür gözləntidə olmaya bilər, çünki belə bir sivilizasiya, eyni zamanda, öz-özünü yox etmə bacarığına da sahib olacaqdır. Eyni zamanda, elm və texnologiyadakı inkişafın, zamanla özlərini nəzarətdə saxlaya biləcək qurumların inkişafını sürətlə aşacağını və siyasi cəhətdən mədəniyyətlərin öz-özünü yox etməsinə yol açacağını açıqladı.

B.Koks ilə həmfikir olan Stiven Houkinq (Stephen Hawking) “Hörmətli planetimizi tərk etmədən 1000 il daha həyatda qalacağımızı düşünmürəm” deyir. Bu fikir ən məşhur cavablardan biridir, ancaq insanlıq olaraq hələ də bunun üstündə düşünməkdən çox da məmnun deyilik.

Eyni zamanda, Houkinq 2010-cu ildən bu yana inkişaf etmiş yerdənkənar sivilizasiyaların insanların qarışqaları silib süpürə biləcəyi kimi, onların da insan irqini ortadan qaldırmaq üçün heç bir problem yaşamayacağını ictimaiyyətə bildirir.

Əlbəttə, digər mümkün həllər də var. Sivil yaşayış bizim düşündüyümüzdən də nadir ola bilər ya da kainatın bizə məlum hissəsində nadirdir. Bəlkə də, bizimlə əlaqəyə keçə biləcək texnologiyaları yoxdur ya da uyğun bioloji formada deyillər. Ən son H.P. Lovkraftın (H.P. Lovecraft) “The Space Out Colour” adlı hekayəsində olduğu kim kosmosdakı başqa həyat “elə sivilizasiyalardır” ki, onları görəndə fərqində olmaya bilərik.

Bəlkə də, bizdən daha üst səviyyədə mədəniyyətə sahib olan yadplanetlilərin heç də marağını çəkməyə bilərik. Ən sadəsi, insanlıq sadəcə ona ən yaxın olan obyektə – Aya enərək ilk dəfə Yerdən ayrıla bildi və Ford Model T avtomobil ixtira olunandan bu yana 108 il oldu. Kosmik uğurlardan bəhs edəsi olsaq, sivilizasiyamız hələ ki, çox-çox gəncdir deyə bilərik. Onları bu qədər tapmaq istədiyimiz qədər onlar da bizi bəyənməyib istəməyə bilərlər. Kim bilir, bəlkə də, onlar üçün sadəcə təcrübəyik… Yenə də bilirsiniz ki, Dünya xarici ağıllı bir yaşam tərəfindən tapılması ümidilə onlara “Voyacer qızıl plastinkası (Voyager Golden Record)” göndərdik.

Nil Taysona (Neil de Grasse Tyson) görə isə planetimiz axmaq insanları izləmək istəyən yadplanetlilər tərəfindən yaradılan bir heyvan baxçası belə ola bilər.

Bəs sivilizasiya özünü məhv etməyə məhkumdurmu? Yoxsa Fermi paradoksu tamamən başqa bir şeyə işarə edir? Bəlkə də, kainatın nə qədər ömrü qaldığına dair anlayışımız da səhvdir və bizlər sadəcə kosmik yalnızlığa məhkum edilmişik. Hər nə isə, çoxlu sayda ssenari var hələ ki. Biz Houkinqin bizə verdiyi nəsihətə qulaq asaq: “Yuxarıya, ulduzlara baxın, aşağıya – ayaqlarınıza yox.”

Mənbə:

https://www.fizikist.com/nerede-bu-uzaylilar/

Redaktə etdi: Fatimə Əliyeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin