Yağlı boyanı ixtira etdi: Jan Van Eyck və sənəti

0

Yan van Eykin (Jan Van Eyck) doğum tarixi və həyatının ilkin illəri ilə bağlı dəqiq məlumatlar yoxdur. Yalnız Hollandiyanın Almaniya sərhəddi yaxınındakı Limburg bölgəsinin Maaseyck şəhərində doğulduğu təxmin edilir. Beləliklə, sənətçinin Eyk adını da bu şəhərin adının son hecasından aldığı düşünülür.

Margaret Van Eyck

Yan Van Eyk əvvəlcə 1422-1424 -cü illər arasında Bavyerada John ilə sonra da 1425-1441-ci illər arasında Burgoniya hersoqu Filip(Good Philip) ilə birlikdə saray rəssamı olaraq çalışıb karyera qazanmışdır. Bu perspektivli yerlər, qazandığı sabit maaş sayəsində ona müəyyən bir sənət müstəqilliyi qazandırmışdır. Eykin prestiji rəsmlərdə yaratdığı mücərrədlik bacarığına görədir.

Öz portreti

“Çarmıxa çəkilmə” əsərində qayalıqlar, çatlamış torpaq, buludların yaranması və mavi səmanın üfüqə doğru hamarlaşması ilə sistematik bir əsər yaratmışdır.

Üç Mary məzar başında

Van Eykin bu tip təsirləri həyata keçirə bilməsində boyaya yağ əlavə etməsi də əhəmiyyətli bir rol oynamışdır. Yağlı boyanı onun kəşf etdiyi, Corci Vazarinin (Giorgio Vasari) isə bu kəşfi daha da inkişaf etdirməsi qəbul edilir.

Kardinal Nikolas Albergati

XV əsrdən etibarən, tənqidçilər reallığı bu dərəcədə yaxşı təqlid etməsini və işığın fərqli səthlərdə əks olunmalarını, xüsusilə də metal üzərində sürüşən işıqlı nöqtələri yaratma bacarığına heyranlıqlarını ifadə etmişdirlər.

Müjdə

Eyk “Virgin Canon van der Paele” adlı əsərində Müqəddəs Donatianın cübbəsindəki parıltılı qızıl parçasını, müqəddəs fiqurları, qızılları, geyimlərindəki dairəvi inciləri və bu kimi detalları göstərə bilməsi ilə yüksək bacarığını ortaya qoymuşdur. İşığın təsirləri mövzusundakı bu ətraflı və dəqiq incələməsi ilə Van Eyk, səhnənin mütləq sükutunu parlayan enerji ilə inandırıcı bir şəkildə birləşdirmiş və məntiqi bir rəsm dünyası yarada bilmişdir. Bu əfsanəvi obyektivliklə birlikdə, Van Eykin əsərlərindəki boyalı aynalar rəsm sahəsinin kənarında ortaya çıxan, görünməyən, xəyali hadisələri göstərir.

Qız və uşağı

 

Ən məşhur rəsmi “Arnolfinin evlənməsi”dir. Bu rəsmdə kilsə və zadəganlar mövzusunun işlənməsindən başqa rəssam, rəsmə imzasını da əlavə etmişdir. Rəsmin 1434-cü ildə çəkildiyini düşünsək, o zamanlar üçün bunun bir ilk olduğunu deyə bilərik. Kilsə, rəssamların rəsmlərinə imzalarını çəkmələrindən heç xoşlanmırdı. Səbəb isə “Tək yaradıcı Tanrıdır”. düşüncəsi idi. Bu baxımdan Eykin bir inqilab etdiyini deyə bilərik. Əsərin bu qədər əhəmiyyətli olmasının bir səbəbi də rəsmin dinlə əlaqəli olmamasıdır. Digər bir məqam isə rəsmin olduqca həqiqi bir şəkildə rəsm edilməsidir.

Arnolfinin evlənməsi

Rəsmdə güzgünün üzərində görülə bilən möhtəşəm yazı isə, Jan Van Eykin imzasıdır.Yazı tam olaraq belədir: “Johannes de Eyck fuit hic 1434”, yəni Jan Van Eyk burada idi, 1434.

Müasir Van Eyk ədəbiyyatı 1800-cü illərin ortalarında başlayıb günümüzədək gəlib çatmışdır. Sənətçi haqqında Baldass(1952),Valentin Denis (1954) və Giuseppe Faggin’in (1961) tədqiqatları vardır.

Təbliğ
Madonna və uşağı

 

Mənbə : 1.http://www.istanbulsanatevi.com/sanatcilar/soyadi-e/eyck-jan-van/jan-van-eyck-biyografi-1390-1441/

2.http://www.ressamlar.gen.tr/jan-van-eyck-kimdir-hayati-biyografisi/

3. http://kitaplikkedisi.com/sanat/jan-van-eyck-buradaydi/

Tərcüməçi :Bənövşə Su

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin