Yanılmalar-Psixoanaliz

1

Dəyərli xanımlar və bəylər! Gəlin, indi də fərziyyələr yürütməkdən əl çəkib birbaşa araşdırmalar aparmağa başlayaq. Bu araşdırmalarımızın məzmunu hamıya bəlli olan , insanların sıx-sıx qarşılaşdığı , ancaq çox az baş qoşduğu hadisələrdir. Bu hadisələr birbaşa xəstəliklərlə bağlı deyil və istənilən sağlam adamın da başına gələ bilər. Belə hadisələr insanın yanılması adlandırmaqla aşağıdakı növlərə bölünür :

  1. Sözdə yanılma – kimsə demək istədiyi bir sözün yerinə yanlış olaraq başqasını deyir
  2. Yazıda yanıma-kimsə yazmaq istədiyini bir sözün yerinə başqasını yazır və sonradan bu yanlışını duya da duymaya da bilir.
  3. Oxuda yanılma –burada kimsə verilmiş mətndəki hansısa sözü yazdığı kimi yox , başqa cür oxuyur
  4. Eşitmədə yanılma- bu durumda quağı çox yaxşı eşidən birisi ona deyilən hansısa sözü yanlış eşidir.

Bu tipli hadisələrin başqa nümunəsi isə unutqanlıqdır. Ancaq burada daimi yox ötəri olan unutqanlıqdan söz açılır, belə vəziyyətdə insanlaar bildikləri hansısa adları , yaxudda niyyətlərini ötəri olaraq unudur və sonradan xatırlayırlar. Buna uyğun gələn 3-cü qrup hadisələrdə artıq ötərilik olmur , bu vəziyyətdə nəyisə gizlədib unudursan, yaxud itirib tapa bilmirsən. Belə vəziyyətdə qarşılaşdığımız br ayrı unutqanlıqdır ; biz başqa tipli unutqanlıqlara təbii baxırıq, ancaq bu dediyimiz qısa davam edən unuqanıq bizə təəccüblü gəlir, habelə buna görə qanmız qaralır. Ötəri olaraq baş verən və çaşqınlıq adlanan hadisələr də bu sıradandır. Belə durumlarda qısa bir müddətdə nəyinsə dğru olduğuna inanırsan, ən qəribəsi isə, bu inandığın nəyinsə doğruluğuna öncədən də və ona inanmağa başlayandan hansısa vaxt keçəndən sonra inanmırsan. Yaşamın gedişndə belə vəziyyətlərlə kifayət qədərüzləşdiyimiz, məncə hamınıza bəllidir.

Alman dilində bu sözlərin hamısı “ bununla bağlı” , yaxud “ buna görə” anlamı verən “ ver” söz önü ilə başlayır. Bu hadisələrin demək olar hamısı önəmsizdir, ötəri və keçicidir və insanın yaşamında gözəçarpacaq bir rol oynamır. Çox az hallarda , tutalım nəyisə itirməklə bağlı olan hadisələrin neçəsi önəmli ola bilər. Ona görə də dediyimiz bu hadisələrə böyük önəm ermirlər və onlar baş verəndə də insanları çox az qıcıqlandırır. Mən indi baxışlarınızı belə hadisələrə yönəltmək istəyirəm. Siz isə mənim istəyimə qarşı çıxıb deyə bilrsiniz : “ Bu dünyada və onun ən başlıca bölmələrindən biri olan mənəvi aləmdə saya gəlməz , bilinməzliklərlə örtülü böyük gizlinlər varsa , psixi pozuntularla bağlı öz yozumunu gözləyən bir qədər önəmli işlər qalırsa , biz nədən öz dəyərli vaxtımızı belə kiçik məsələlərə sərf etməliyik? Siz ndi bizə eşitmə və görmə orqanları yaxşı işləyən hansısa bir insanın günün işıqlı vaxtında gerçək olmayan nəyisə görməsi və eşitməsi ilə bağlı danışıb , bnun nədən baş verdiyini desəydiniz , bir başqasının isə biraz öncə hamıdan artıq sevdiyi bir kəsin indi onu izlədiyini deməsinn nədən yarandığını aydınlaşdırmağa çalışsaydınız, yaxud birisinin şağa belə inandırıcı görünməyən qarabasmalarla üzləşdiyini deməsinin necə yarandığından danışsaydınız onda biz psixoanalizin doğurdanda, önəmli işlərlə məşğul olduğunu düşünə bilərdik. Siz isə , bütün bunların yerinə, hansısa natiqin niyə bir sözü demək yerinə yanılıb başqasını deməsindən, yaxud da evdar qadının öz açarını haradasa gizlədib sonra tapa bilməməsindən, bir sözlə , belə boş və mənasız işlərdən danışmaq istəyirsiniz. Elə isə bizim burada itirdiyimiz vaxtı gedib başqa ,daha maraqlı və dəyərli işlərə sərf etdiyimiz yaxşı olmazdımı?”  Onda mən də sizə belə bir cavab verərdim “ Bir az dözümlü olun , dəyərli xanımlar və bəylər!” Mənə elə gəlir ki, sizin bu qınaqlarınız heç də yerinə düşmür. Doğurdan da , psixoanaliz çox kiçik nəsnələrlə məşğul olmadığı ilə qürurlana bilməz . Tərsinə, başqa elmlərin önəm vermədiyi kiçik, gözəçarpmayan , necə deyərlər, hadisələr dünyasının qırıntıları onun başlıca araşdırma obyektləridir. Ancaq deyin görək, siz hansısa problemin dəyərinin onun parlaq görüntülərindən asıl olması ilə bağlı olan baxılarından danışaq istəyirsinizmi? Olduqca önəmli hadisələrin müəyyənvəziyyətlərdə və müəyyən zaman kəsiyində özünü güclə sezilən əlamətlərlə göstərdiyi ilə bağlı faktlar sizə tanış deyilmi? Mən belə hallarla bağlı sizə çoxlu nümunələr gətirə bilərəm. Üzümü burada oturan gənc kişilərə tuturam : siz vurulduğunuz xanımın ürəyini ələ aldığınızını olduqca kiçik  görüən hansısa əlamətlərdən sezirsinizmi? Doğurdanmı , vurğunu olduğunuz hansısa xanı öz dili ilə “sevirəm” deməyincə ,sizə qucaq açmayınca onun sizi sevdiyini bilmirsiniz?  Ötəri bir baxışdan, ürkək bir davranışdan , əlinizi öz əlndən birazca gec buraxmağından bu sevgini sezmirsinizmi?  Yaxud tutalım , siz bir kriminalist olaraq hansısa cinayət işini araşdırmada ölüm törədən caninin buraxdığı ən kiçik önəmsiz izlərə dayanaraq onu tapmağa çalışırsınız? Ona görə də biz önəmsiz sayılan əlamətləri lazıınca dəyərləndirməmək vərdişindən biryolluq əl çəkməliyik.  Əksər hallarda elə bu gərəsiz saydığımız əlamətlər bizi ən önəmli nəticələrə aparıb çıxarmağa yardımçı olur. Yeri gəlmişkən, məni düzgün anlaya bilməyiniz üçün deyim, mən də elə sizin kimi, ilk növbədə, yaşadığımız dünyanın və onu araşdıran elmlərin ən gərəkli problemləri ilə məşğul olmağın tərəfdarıyam. Ancaq burası da var ki, kiminsə uca səslə hansısa böyük problemlə məşğul olmaq istədiyini deməsi hələ heçnə demək deyildir. Çox vaxt belə durumlarda araşdırmalara nədən başlamağı tutuzdura bilmirlər. Elmi işlərdə uğur qazanmaq üçün ilk olaraq , gərək yan –yörəndə gözə çarpan   və araşdırmaq üçün əlçatan olan şeyləri öyrənməkdən başlayasan. Bu işi dərinliyə vararaq , götürqoy edərək , gözüaçıq və dözümlü olaraq yerinə yetirsəniz ,bir də uğur sizinlə olarsa onda ən kiçik sayıla biləcək bir araşdırma ilə çox böyük problemərin həll olunmasına aparan yolu aça bilərsiniz; dünyadakı bütün nəsələr qarşılıqlı olaraq bir-biri ilə bağlı olduğundan , bütün kiçik nəsnələr hansısa tellərlə böyük nəsnələrdən asılı olduğundan , belə araşdırmaların faydalı nəticələrə gətirib çıxara biləcəyi də gözləniləndir.

Bax belə bir məntiqə arxalanmaqla mən sizlərdə , sağlam insanlarda üzə çıxan və ilk baxışda olduqca kiçik və önəmsiz görünən yanılmalara maraq oyatmağa çalışıram. İndi isə psixoanalizlə heç bir tanışlığı olmayan birisini göz önünə gətirib , onun belə yanılmaları necə aydınlaşdıra biləcəyini araşdırmağa çalışaq.

Beləbirisi söz açdığımız mövzu ilə bağlı , ilk öncə , bunları deyəcəkdir : “ Ah , bilirsiniz, bu yanılmaların nə olduğunu aydınlaşdırmaq üçün baş sındırmağa dəyməz, bu hamının başına gələ biləcək bir gözlənilməzlikdir”  Gəlin görək bu sözlərlə nə demək istəyir? Onun deməyindən belə çıxırmı: dünyada baş verən hadisələrin hamısını özündə saxlayan zəncirin halqalarından qopub ayrılan olduqca önəmsiz hadisələr də vardır . Və onlar baş verə də , verməyə də bilərlər? Ancaq elmi baxışların özülündə dayanan səbəb-nəticə bağının hansı bir yerdəsə beləcə qırılması elmi dünyagörüşünün bütünlüklə çökməsi demək olardı. Elə isə “ Allahın istəyi olmdan insanın başından bir tük də düşə bilməz “ deyən dini baxış elmi baxışdan daha ardıcıl və daha üstün görünməzdimi? Elə bilirəm ,bizim bu dediyimiz argumenti eşidincə psixoanalizi bilməyən tanışımız sözünü dəyişəcək və belə hadisələr daha dərindən öyrənilərsə , onların da səbəbsiz olmadığının üzə çıxacağını deyəcəkdir. Onun dediyi bu yeni yozuma görə ,belə halların ortaya çıxmasının səbəbi hansısa bir vəziyyətdə psixi funksiyada baş verən kənaraçıxmaların yaratdığı qeyri-dəqiqliklər ola bilər. Yəni düzgün danışan insanın sözünün yanıltmasının aşağıdakı səbəbləri ola bilər :

  1. O, xəstə yaxud yorğun ola bilər
  2. O, həyəcanlı ola bilər
  3. Onun başı bərk qarışıq ola bilər. Latter yu

Bütün bu deyilənlərin doğruluğunu asanlıqla sübut etmək olar. Freydə görə sağlam insanlarda da yorğun olduğu zaman , baş ağrıları və ya migrendən əziiyyət çəkən zaman tez-tez yanılma halları baş verir.Və bu hallarda insanlar əşyaların yerini tez-tez unuda bilər və ya adları dəyişik sala bilər. Yəni diqqətimiz başqa nəsnənin üzərində toplanıbsa o zaman çoxlu yanlışlar edə bilərik. Buna ən yaxşı nümunə kimi ,Almaniyada çıxan Fliegende Blatter yumoristik jurnalında təsvir olunan professorun  davranışlarını göstərə bilərik. O, gələcək kitabı ilə bağlı problemlər üzərində baş sındırdığından çətirini götürməyi unudur , başqasının şlyapasını geyinib gedir.

Dediklərimiz yetərincə aydın olduğundan , məncə kiminsə bunlara qarşı çıxacağını gözləməyə dəyməz.  Doğurdan da , axtardığımız hansısa sualın cavabı tapılanda onun düşündüyümüz qədər maraqlı olmadığı hallar da çox olur. İndi isə gəlin bu yanılmalara biraz da diqqətlə baxmağa çalışaq. Ortalıqda olan fərziyyələrə görə , onların baş verməsinə gətirib çıxaran çoxlu səbəblər vardır. İnsanın bədənində onu incidən hanısa ağrıların olması və qan dövranının pozulması onun normal iş qabiliyyətini itirməsinə gətirib çıxaran fizioloji səbəblər sayıla bilər ; həyəcan, yorğunluq, fikir dağınıqlığı-normal iş qabiliyyətinin itirilməsinin psixofizioloji səbəbləri ola bilər. Bütün bunları nəzəri baxımdan aydınlaşdırmaq çox asandır. Yorğunluqda, eləcə də fikir dağınıqlığında yaxud da həyəcan içində olduqda insanın diqqəti çoxlu başqa yönlərə dağıldığından onun əlində gördüyü işə yönələn diqqəti çox zəif olur. Ona görə də o bu durumda gördüyü işdə yanlışlığıa yol verir, yaxud bu işi dəqiqliklə görə bilmir. İnsanın bədənində ağrılar varsa , ya da beyninə axan qanın miqdarında dəyişiklik yaranıbsa , bu durumda da onun diqqəti zəifləyə və yanlışa qapıla bilər. Beləliklə də, baxığımız b vəziyyətlərin hamısında hansısa üzvi , ya da psixi kökü olsn səbəbdən insanın diqqəti zəifləyir və o, gördüyü işdə yanlışlığa yol verr.

Deyəsən, bu deyilən sözlərdən psixoanalizin işinə yaraya biləcək nələrsə tapmaq çox çətindir. Bu isə bizi başladığımız buaraşdırmanı yarımçıq qoymağa yönəldə bilər. Ancaq məsələyə birazca dərindən yanaşanda , yanılmaların heç də hamısının diqqəttin yayınması nəzəriyyəsi ilə yozula bilmədiyi üzə çıxır, hərhalda burada təkcə elə diqqətin yayınması faktorunun rol oynamadığı aydın olur. Aparılan sınaqların göstərdiyinə görə, yanılmalar və unutmalar yorğun olmayan, diqqəti yayınmayan, həyəcanlanmayan adamlarda da baş verir və yanılmalardan sonra onların adına yorğunluq , həyəcan kimi durumların yazılması yanlışdır, çox vaxt onlarözləri də heçbir fiziki gərginlik olmadan yanıldıqlarını boyunlarına alırlar. Doğrudan da , bütün bu olayların səbəblərini ancaq diqqətin üstünə yükləmək, diqqətin güclü olduğunda işlərin düz, zəif olduğunda isə yanlış görüldüyünü deməyn özü də gerçəkliyə uyğun deyildir. Bəlli olduğu kimi , çoxsaylı elə işlər vardırki, onlar avtomatik olaraq görülsə də, inamla və yanılmadan  yerinə yetirilir , habelə onların baş tutması üçün çox az diqqətli olmaq da yetərlidir. Tutalım, gəzməyə çıxanda düşünmədən yeriyirsən, ancaq azıb eləmədən istədiyin yerə gəlib çıxırsan . Hər halda, çox hallarda bu belə olur. Yaxşı pianoçu hansı anda pianinonun  hansı dilini basacağını düşünmədən çalır. Düzdür , o da hansısa halda yanıla bilər, ancaq barmaqlarını hansı dillərə toxundurmağa diqqət yetirmədən çalmaq , elə çalmağa yönələn diqqətin zəifliyi kimi dəyərləndirilə bildiyindən, onda gərək belə virtuoz çalğıçılar yanılmağın başlıca səbəbi sayılan bu “ diqqət zəifliyi”ndən daha çox yanlışlara yol verəydilər. Biz isə gerçəklikdə bunun büsbütün tərsii görürük : görülən çox işlər onları diqqəti gərginlədirmədən yerinə yetirəndə daha asan başa gəlir, onları düzgün yerinə yeirmək üçün diqqəti gərginləşdirmək isə çoxlu yanılmalara gətirib çıxarır. Bu halı “ həyəcanlanmaq” la əlaqələndirmək istəsək , onda bu “ həyəcan” ın nə üçün ürəkdən görməək istədiyimiz bir işdə diqqətli olmağımıza yardım etmədiyi anlaşılmaz qalır. Əyər hansısa çox önəmli bir nitqdə , yaxud da ciddi bir danışıqda yanılaraq demək istədiyinin büsbütün tərsi olan bir sözü deyirsənsə ,bunun psixofizioloji , yaxud da diqqətin yayınması səbəbi ilə necə baş verdiyini tapmaq olmur.

Tutalım, hansısa sözü unutduğun zasman qanın bərk qaralır , necə olursa olsun, o sözü xatırlamağa çalışırsan və bu istəyindən ayrıla bilmirsən. Onda nəyə görə belə bir sıxıntı keçirən insan bütün diqqətini toplayıb o sözü tapmağa çalışsa da , özünün dediyi kimi “ dilinin ucunda olan” bu söz yadına düşmür, ancaq birdən kimsəbu sözü deyəndə o andaca bu sözü xatırlayır? Yaxud birdən bir yanılmanın ardınca başqaları da gəlir, onlar bir-birinə qoşularaq artmağa başlayır. Tutalım, birinci dəfə hansısa görüşə gedəcəyini unudursan, soruşandan bu görüşə 2-ci dəfə gedəndə onu unutmayacağına bərk söz versən də görüş baş tutmur, sən demə, indi də görüşün vaxtını qarışdırmısan. Yaxud unutduğun sözü dolayı yolla xatırlamaq istəyəndə bu dəfə həmin sözü xatırlamaq üçün gərəkli olan ikinci bir sözü unudursan. Bu ikinci sözü xatırlamaq istəyəndə isə üçüncü bir söz yaddan çıxır və s. Yazıdakı yanılmalarda da mətni yazan, yaxud kitab çapı üçün  şirifləri yığan insanla da buna oxşar hadisələr baş verir. Deyilənə görə, belə bir yazı yanılması çox adlı-sanlı bir sosial –demokrat qazetini olduqca pis bir duruma salıbmış. Bu qazetdə, hansısa çox təntənəli mərasimlə bağlı yazıda belə bir bildiriş varmış: “ Mərasimə qatılanlar arasında əlahəzrət korprins də var idi “ burada taxt-tacın varisi, “vəliəhd” anlamında olan “ kronprins” yerinə “ qarğıdalı prins “ anlamıı verən “ korprins” yazılmışdır. Sonrakı gün qəzet buraxdığı yanlışa görə üzr istəyərək bu cümlədəki “ kornprins”sözünün “ knopprins “ ( düymə prins) kimioxunmalı olduğunu yazmaqla daha bir yanlışa yol vermişdi. Adətən,belə hallarda mövhumi qara qüvvələrin rolundan danışır, qəzetin mətbəə şiriftlərinin şər ruhların təsirinə düşdüyünü deməyi sevirlər, bunlar artıq psixoanalizin araşdırma mövzusu olmayan şeylərdir.

Mən bilmirəm, siz insanları sözdə yanılmağa şəkməyin, başqa sözlə desək, bunu onlara aşılamağın mümkünlüyünü bildirirsinizmi? Bununla bağlı indi lətifə kimi söylənən bir hadisə də danışılır: “ Səhnədə yeni olan bir aktyora “ Orleanlı bakirə” dramında baş rollardan birini verirlər; O, bir yerdə kralın yanına gəlib konnetablin öz qılıncını göndərdiyini deməli di. Məşq zamanı baş rolu oynayan aktyor bu , yeni olduğu üçün sıxılan və utanan aktyorla zarafat edir , bir neçə dəfə bu sözü dəyişib “ konfortabl” öz atını göndərdi şəklində deyir. Tamaşa zamanı bu qaragünlü aktyor doğrudan da çaşıb , bu sözü baş rolu oynayan aktyorun ona aşıladığı kimi deyir, baxmayaraq , tamaşadan öncə ona zarafatla deyilən bu sözü dilinə gətirməməklə bağlı xəbərdarlıq da olmuşdur “

Yanılmaların belə kiçik özəlliklərini yalnız elə diqqətin yayınması ilə aydınlaşdırmaq mümkün deyildir. Ancaq bu deyilənlər diqqətlə bağlı olan nəzəriyyənin yalan olduğunu da göstərə bilmir.

 

mənbəə : Z.Freyd -psixoanaliz , bölüm- yanlmalar 1

1 ŞƏRH

  1. Məqalə kifayət qədər yaxşı alınıb amma sıx-sıx buraxılmış orfoqrafik xətalar oxuyucunun fikrini yayındırır.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin