Yel çıxartma zamanı xaric olunan qazlar od tutub yana bilərmi?

0

Yel çıxarmaq; bağırsaqlarımızda yığılan hər cür qazın xaric olunmasıdır. Ağzımızdan başlayan və həzm kanalımızın hər pilləsində qazlar yığılır, hətta udqunarkən udduğumuz hava belə ən sonda bir çıxış nöqtəsi tapmalıdır. Ancaq çıxardığımız qazın böyük bir qisimi bağırsaqlarımızdakı bakteriyaların reallaşdırdıqları kimyəvi fəaliyyətlərin bir məhsulu olaraq istehsal edilir. Adi bir yel çıxarma zamanı, yəni qazınız çıxdığı zaman insanlardan 59% azot, 21% hidrogen, 9%karbondioksid, 7% metan və 4% oksigen xaric olunur. Bəzən çıxarılan qazın 1% qədəri hidrogen və sulfatdan meydana gəlir. Bunların daxilində sulfid mövcud olduğuna görə o məşhur qoxunun yaranmasına səbəb olur.

 

Bağırsaqlarımızda sıxışan və xaricə doğru itələnilən qaz, boğucu əzələlərimizi, yəni bağırsaqların sıxılmasını təmin edən əzələlərin sıxılma miqdarına və sıxışmış qazın təzyiqinə bağlı olaraq çıxış zamanı bağırsaq divarlarını titrədir. Bu titrəmə həmin o “pırt” səsinə səbəb olur.Yoxsa qazlar heç bir səsə sahib deyil, sadəcə orqanlarımızla qarşılıqlı əlaqədə müəyyən səsə səbəb olur. Eyniylə hava verən bir borunun ağzına barmağınızı qismən basdığınız zaman çıxan səs kimi.

 

Bəs yaxşı yel çıxartma zamanı xaric olunan qazlar od tutub yana bilərmi?

Bəli yana bilər. Xüsusilə metan və hidrogenin sıx olduğu bir qazın yanması mümkündür. Əgər ki, güclü bir qaz çıxarma sisteminiz varsa, o “zarafatlı” videolarda olduğu kimi özünüzə aid kiçik bir alov başlada bilərsiniz. Ancaq hesab edirəm ki, bunun nə qədər təhlükəli olduğunu deməyimə ehtiyac yoxdur? Çünki əgər ki qazınız kifayət qədər sürətli çıxamazsa, asanca alovlanar və haranızı yandıracağınızı özünüz təxmin edin. Əgər ki, bu alov içəridə yığılan, yəni gözləyən qazlara çatsa, ki bu çox nadir reallaşır, ciddi yanıqlara səbəb ola bilər.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin