Yerin ölçüsü və forması.

0

Kosmosdan çəkilən fotoşəkillərdə Yer  Günəş işığı ilə işıqlanmış kürə şəklində görünür və Ay kimi səfhələrə malik olur.

Yerin forması və ölçüsü barədə daha dəqiq nəticə dərəcə ölçmələrindən alınır, yəni Yer səthinin müxtəlif yerlərində 1°-lik qövsün uzunluğunu kilometrlərlə ölçməklə alınır. Bu üsulu hələ b.e.ə. III əsrdə Misirdə yaşamış yunan alimi Eratosfen tədbiq etmişdi. İndi bu üsuldan Yerin forması və onun səthinin əyriliyini nəzərə almaqla Yerdə ölçmələr haqqında elm olan geodeziyada istifadə olunur.

Düz yerdə eyni bir meridian üzərində yerləşən iki məntəqə seçirlər və onların arasındakı qövsün uzunluğunu dərəcələrlə və kilometrlərlə təyin edirlər. Sonra 1°-lik qövsün uzunluğunun neçə kilometrə uyğun gəldiyini hesablayırlar. Aydındır ki, seçilmiş nöqtələr arasındakı meridian qövsünün dərəcələrlə uzunluğu bu nöqtələrin coğrafi enlikləri fərqinə bərabərdir: ∆φ=φ1-φ2 .   Əgər bu qövsün kilometrlərlə ölçülmüş uzunluğu I olarsa, onda Yerin kürəşəkilli formasında, qövsün bir dərəcəsinə (1°) uyğun gələn uzunluq kilometrlərlə n=l/∆φ  olar. Onda Yer meridianı  çevrəsinin uzunluğu l, kilometrlərlə l=360°*n olar. Bu qiyməti 2π-yə bölməklə Yerin radiusunu tapırıq.

XIX əsrin ortalarında  Pulkovo rəsədxanasının direktoru V.Y.Struvenin (1793-1864) rəhbərliyi altında Rusiyada və Skandinaviyada, Buzlu okeandan Qara dənizə qədər, meridianın ən böyük qövsünü ölçmüşlər.

Dərəcə ölçmələri göstərir ki, 1°-lik meridian qövsünün uzunluğu qütb oblastında ən böyük (111,7 km), ekvatorda isə ən kiçikdir (110,6 km). Deməli, ekvatorda Yer səthinin əyriliyi qütblərindəkindən böyükdür, bu isə onu göstərir ki, Yer kürəşəkilli deyildir. Yerin ekvatorial radiusu polyar radiusundan 21,4 km böyükdür. Ona görə Yer (və onun kimi də başqa planetlər) fırlanmaları nəticəsində qütblərdə basıq olur.

Bizim Yer böyüklükdə olan kürənin radiusu 6373 km-ə bərabərdir. Bu qiymət Yerin radiusu qəbul edilmişdir.

 

 

Mənbə: B.A.Vorontsov-Velyaminov – Astronomiya 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin