Yorğun valideynlər və yorğun uşaqlar

0

Bəzi valideynlərdə narahatlıq doğuran problemlərdən biri də budur “ görəsən evdə yaşanan konfliktləri və ya söz-söhbəti uşaq başa düşürmü?” .
“Biz oğlumuzun (qızımızın) yanında bu problemlərdən heç söz açmırıq. Amma yenə də bu ona təsir edə bilərmi?”
“Əhvalım yerində olmasa da birüzə verməməyə çalışırıq” Amma nə zaman əhvalım korlansa və mən ona bildirməməyə də çalışsam “ana , yaxşısan?” deyə sual verir. Həqiqətənmi anlayır?

 
Gəlin bu primitiv misala diqqət yeirək və o zaman anlamağımızın daha rahat olar.
Təsəvvür edək ki, həyatımız bağçadakı əşyalardan,ağaclardan və s. ibarətdir. Uşaqlarımız üçün isə həyat bağdakı bir neçə güldən ibarətdir. Ancaq bağdakı bütün ağaclar , meyvələr , canlılar və s. valideynlərin həyatıdır.Burdan bunu aydın görə bilərk ki, valideynlərin maraqlanmalı olduğu və qayğılanmalı olduğu çox şey var. Uşaqlar üçünsə əsas olan valideynləridir. Valideynər onların baş qəhrəmanıdır.

 
Əlbətdəki həyatınızda başverən müsbət və ya mənfi hadisələrin sizə olan təsirini uşaqlar anlayırlar. O güllər birazca boyunlarını büksələr onlar anlayacaqlar.
Təbiiki uşaqları qarşınıza qoyub onlarla böyük adam kimi hərşeyi ətraflı danışmağınız doğru deyil .
Bu qayğının digər tərəfi də ağrını və kədəri xəyal etmə tutumunuzdur. Əyər son vaxtlarda bu tutumun artdığını fikirləşirsinizsə yanma sindromundan əziyyət çəkmiş ola bilərsiniz.

 
“yox” deməyə əziyyət çəkirisinizsə və ya hərşeyin qüsursuz olmağını istəyir , tələb edirsinizsə bu da əsaslandırmağa kğmək ola bilər.
Bu sindromdan əziyyət çəkdiyinizi anladınızsa bu problemlə başa çıxmaq üçün əvvəlcə kiçik addımlarla başlaya bilərsiniz.
. Gündə sadəcə 20-30 dəqiqə özünüzə vaxt ayırın. ( Bu sindrom zamanı insanlar adətən özlərinə vaxt ayırmazlar)
Başqalarından , yaxınlarınızdan ya peşəkar yardım istəyin. Bundan əsla çəkinməyin. Çünki güclü insanlar heçvaxt ayaqda sağlam durmaq üçün yardım istəməyən insanlar deyil. Yenidən ayaqda sağlam durmaq üçün yardım istəyənlər və ayağa qalxanlardır.
Gün boyu etməyini lazım olan işləri ardıcıl şəildə yazın.
Qurduğunuz cümlələrə diqqət edin , insanlara hansı mesajı verməyə çalışırsnız?. Bu mövzuda daha yaxşı kömək üçün “şiddətsiz ünsiyyət”( nonviolent communication),( Rosenberg, M) oxuya bilərsiniz.
Özünüzü kiçik fasilələr verməyə öyrəşdirsəniz pis olmaz.

 
Neqativ motivasiya size daha çox motivasiya edirsə bu uşaqlarınızın qayğılarını daha da artıracaq və uşaqlarınızında köməyə ehtiyacı olacaq.
Hərzaman bunu hiss etməsək də biz həyatımızdakı seçimlərin nəticəsini yaşayırıq.
Belə dostlar, seçim sizindir. Özünüzü düşdüyünüz hərhansısa çətinlikdən xilas etmək üçün birşeylər etməsəniz gələcəkdə təkcə sizin yox , uşaqlarınızın da köməyə ehtiyacı olacaq

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin