Zamanı qabaqlayan dahi – Leonardo da Vinçi

0

Leonardo da Vinçiyə (Leonardo da Vinci) aid kiçik bir qeyd dəftərçəsində daha öncə sadəcə mənasız bir qaralama kimi görünən qeydlərin təkrar incələnməsi ilə dahi alimin sürtünmə qüvvəsi qanunlarını hələ kəşf olunmamışdan 200 il əvvəl aşkar etdiyi aydın oldu. Kembric universitetindən prof. Lan Hatçinqs (Ian Hutchings) da Vinçinin sürtünmə ilə bağlı bu məlumatları 20 il ərzində düzəltdiyi cihazlarda necə məharətlə tətbiq etdiyini göstərdi.

1493-cü ildə da Vinçiyə aid kiçik qeyd dəftəri (92 mm x 63 mm) bu gün hələ də Viktoriya və Albert Muzeyində saxlanılır. 1920-ci illərdə muzeyin əvvəlki direktoru bu cizgiləri mənasız qaralama kimi xarakterizə etmişdi. Daha çox səhifənin üstündə troyalı Helen olduğu düşünülən yaşlı qadın rəsminin altında yazılan “ölümlü gözəllik keçicidir və davam etməz – mortal beauty passes and does not last” yazısına fokuslanmışdı.

Ancaq prof. Hatçinqs bu cizgiləri diqqətlə tədqiq etdi və əvvəllər mənasız görünən qırmızı cizgilərin tribologiya (sürtünməni öyrənən elm) ilə əlaqəli ola biləcəyi  qənaətinə gəldi. Sürtünmə, aşınma və yağlanma ilə əlaqəli olan bu cür sürtünmə qanunlarına bağlı ən erkən yazılı mənbə trolma özəlliyini daşıyır. Bu cizgilərdə asqıda bir blok və bir-biri üzərində sürtünən bir neçə blok görünür ki, bu da sürtünməni göstərməyə kifayət edir.

davincisürtünme yasaları

“Bu cizgilər və yazı Leonardonun 1493-cü ildə sürtünməni anlayıb dərk etdiyini göstərir. O, iki səth arasındakı sürtünmə qüvvəsinin səthlər arasındakı yüklə düz mütənasib və sürtünmənin iki səth  arasındakı görünən sahədən aslı olmadığını bilirdi. Bu gün sürtünmə qanunları fransız alim Gilame Amontonsun (Guillaume Amontons) Leonardodan 200 il sonrakı tədqiqatları ilə anılır” deyə prof. Hatçinqs qeyd edir. Yenə də təbii ki, Amontons da bu təriflərə layiq deyil demək olmaz. Belə ki, Amontons tədqiqatlarını müstəqil olaraq aparmış və nəticə əldə etmişdir. Həqiqətən də, da Vinçi sürtünmə ilə bağlı ilkin sistematik araşdırmalarını burada sərgiləmişdir. İxtiraçı 20 illik araşdırmasında təkərlər, disklər və müxtəlif cür silindrlər arasındakı əlaqələri analiz edərək sürtünmənin necə yararlı ola biləcəyinə aydınlıq gətirmişdir. “Leonardonun cizgiləri və etdiyi qeydlər, şübhəsiz, bəzi təcrübələrin nəticəsi idi” deyə prof. Hatçinqs qeyd edir. Araşdırma Wear jurnalında yayımlanmışdır .

Mənbə :

http://www.gizmag.com/da-vinci-laws-friction/44518/?li_source=LI&li_medium=default-widget
http://www.gercekbilim.com/leonardo-da-vincinin-surtunme-kanunlari-not-defteri/

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin