Zambiyadakı şimpanzelər səbəbsiz qulaqlarına ot salmağa başladı

0

Zambiyadakı bəzi şimpanzelər, heyvanlar üçün moda anlayışına nümunə ola biləcək şəkildə qulaq aksesuarları yaratmağa başlayıb.Hər şey 2010-ci ildə Julie adında Zambiyalı bir şimpanze ilə başladı. Julie, bir parça otu qulağına saldı və  otu qulağından çıxarmadı. Daha sonra bu davranışını dəfələrlə təkrarladı. Araşdırmaçılar, Julie’nin niyə belə bir davranış sərgilədiyini öyrənməyə çalışdı. Otu sonraya saxlayırdı yoxsa yalnız əylənmək üçün edirdi? Daha sonra bu qulağa ot salma davranışının heç bir məqsədə xidmət etmədiyi aydın oldu. Lakin maraqlı olan budur ki, Julie etdikdən sonra digər şimpanzelər də qulaqlarına ot salmağa başladı.

 

 

Şimpanzelərin bir “mədəniyyətə” sahib olması sürpriz deyil, çünki fərqli qruplar fərqli davranışlar və vasitələr də daxil olmaqla fərqli ənənələr inkişaf etdirir. Lakin Heyvan Şüuru Jurnalında dərc edilən araşdırmaya görə, ümumiyyətlə bu nümunələrdə ənənələrin konkret bir funksiyası olur. Niderland Max Planck İnstitutundan primat mütəxəssisi və araşdırmaçısı  Edwin Van Leeuwen, araşdırmalarının olduqca qeyri-adi bir şey ortaya qoyduğunu deyir.
Araşdırmaçılar qulağa ot salan davranışın yalnız sıravi bir hadisə olmadığından əmin olmaq üçün Zambiyadakı dörd fərqli şimpanze qrupunu bir il ərzində müşahidə etdi. Qulaqlarına ot salan  və bu davranışı edən birini gördükdən sonra digərlərinin də etməyə başladığı yalnız tək bir qrupa aid olduğu aydınlaşdı. Müşahidə nəticələri, elm adamlarında bir növ “şimpanze modası”  mövzusunda sual işarələri yaradıb.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin