Əgər iybilmə və dadbilmə duyğularınızı itirmisizsə, koronavirusun “gizli daşıyıcısı” ola bilərsiz.

Post date:

Author:

Category:

İngiltərənin öndə gələn rinologlarının yığdığı dəlillərə görə iybilmə duyğusunu birdən itirən şəxs, digər simptomları göstərməsə belə koronavirusun “gizli daşıyıcısı” ola bilər.


İngiltərədəki QBB (Qulaq, Burun, Boğaz) hesabatına görə C. Koreya, Çin və İtaliyadakı koronavirus xəstələrinin üçdə biri anosmiya və ya hipozmiya olaraq bilinən iybilmə duyğusunu itirmə simptomlarını yaşadıqlarını bildirdilər. İngilis Rinologiya Dərnəyi professoru Clare Hopkins və İngilis Otorinolarinqologiya Dərnəyi prezidenti professor Nirmal Kumar ortaq olaraq belə deyirlər:


“Testlərin daha geniş olduğu C. Koreyada test nəticələri pozitiv çıxan xəstələrin 30 faizində, başqa sözlə desək, yüngül vəziyyətli xəstələrdə, ana simptomun anosmiya olduğu görülüb.”


Professorlar: dünyanın dörd bir yanından koronavirus xəstələrinin daha çox görülən yüksək hərarət və öskürək simptomları yerinə sadəcə iybilmə və dadbilmə duyğularını itirdiyi yayımlanan ortaq bir yazıda belə bildirirlər:


“Digər simptomlar olmadan, yalnız anosmiya göstərən xəstələrin sayında sürətli artış olur. İran da Amerika, Çin, C. Koreya və İtaliyadakı kimi anosmiya göstərən xəstələrin sayında sürətli artış olduğunu bildirdi.”


Digər simptomların görülməməsi, bu halların böyük ehtimalla test edilə bilməyəcəyini, beləcə karantinaya alınmayacağını və yoluxma hallarının dünya miqyasında daha çox yayılacağı mənasına gəlir.

Gənclər koronavirusun yayılmış simptomlarını göstərməyə bilər.

Professor Kumar Sky News‘a xüsusilə gənc xəstələrin öskürək və yüksək hərarət simptomları yerinə iybilmə və dadbilmə duyğularını itirmiş ola biləcəyini dedi:


“Gənc xəstələrdə öskürək və yüksək hərarət kimi bilinən simptomlar yoxdur, ancaq gənclər yalnız iybilmə və dadbilmə duyğularını itirə bilərlər ki, bu da virusun burunda olduğunu göstərir.”


Professorlar, iybilmə və dadbilmə qabiliyyətlərini itirənlərin xəstəliyin daha da yayılmasını önləmək üçün özlərini yeddi gün boyunca izolyasiya etməli olduqlarını deyir.

Evrim Ağacı
Business Insider

STAY CONNECTED

19,724FansLike
2,186FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....