Əksiklərin vəhdəti və mübarizəsi qanunu

Post date:

Author:

Category:

Əksiklərin vəhdəti və mübarizəsi qanunun özü haqqında danışmazdan öncə görək marksist dialektika “əksikliyi” və əksikliklərin “vəhdətini” necə başa düşür.

Bizim hər birimiz dəfələrlə ən adi maqniti görmüşük və yaxşı bilirik ki, onun başlıca fərqləndirici əlaməti onun şimal və cənub qütbləri kimi bir-birini rədd edən , lakin bir-birilə qırılmaz surətdə bağlı olan tərəflərinin mövcud olmasıdır. Biz maqnitin şimal qütbünü cənub qütbündən ayırmağa çalışsaq da bunu edə bilmərik. Maqnit ikiyə, dördə, səkkizə bölünükdə , yenə həmin iki qütbə malik olacaqdır. Əksikliklər predmeti məhz elə daxili tərəfləri, meylləri qüvvələidir ki, bunlar bir-birini rədd edir, eyni zamanda bir-birinin olmasını tələb edir. Bu tərəflərin qırılmaz qarşılıqlı əlaqə münasibəti əksiklərin vəhdətini təşkil edir.

Məsələn, orqanizmdə assimilyasiya və dissimilyasiya, irsiyyət və uyğunlaşma( irsiyyət orqanizmin irsən əldə etdiyi xassələri saxlamaq meylidir, uyğunlaşma isə onun dəyişilmiş şəraitinə müvafiq olan yeni xassələr hazırlamaq qabiliyyətidir.), beyin qabığında baş verən oyanma və ləngəmə və.s. bir-birinə əks olan proseslər baş verir.

Ziddiyətli tərəflər idrak prosesinə də xasdır. İnsan induksiya və deduksiya, təhlil və sintez və.s. kimi bir-birinə əks və bir-birilə əlaqadar olan tədqiqat üsullarından istifadə edir. Əksikliklər bir-birini nəinki rədd edir, habelə onu tələb edir.

Engels yazırdı ki,

Almanın yarısı yeyiləndən sonra onun bütövü əldə qalmadığı kimi ziddiyyətin də bir tərəfi olmadan digər tərəfi olmaz.

Bəs bu vəhdətin xarakteri necədir? Bu vəhdətdə əksikliklər dinc, yanaşı mövcud olur mu, yoxsa bir-birlərilə ziddiyyətlərə, mübarizəyə girir?.

Gerçəkliyin ən müxtəlif predmetləri və hadisələrinin inkişafı göstərir ki, bir-birinə əks tərəflər vahid predmetdə dinc yanaşı mövcud ola bilməz: əksikliyin ziddiyətli, bir-birini rədd edən xarakteri zəruri olaraq bunların arasında mübarizə doğurur. Əksikliklərin ziddiyəti , mübarizəsi məhz materiyanın və və şüurun inkişafının əsas mənbəyini təşkil edir.

V.İ.Lenin yazırdı:

” İnkişaf əksikliklərin “mübarizəsidir”.”, həm də o xüsusi bir qüvvə ilə qeyd edirdi ki, inkişaf, hərəkət mütləq olduğu kimi bu mübarizə də mütləqdir.

İnkişafın mənbəyi, hərəkətverici qüvvəsi yalnız mübarizədir. İctimai inkişafın da tərəqqisi əksiklərin vəhdəti və mübarizəsi əsasında baş verir. İctimai inkişafın ziddiyyətləri içərisində maddi istehsaldakı ziddiyətlər və hər şeydən əvvəl , məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlər xüsusilə böyük rol oynayır. Məhsuldar qüvvələrlə instehsal münasibətiləri arasındakı ziddiyyət antaqonist sinifli cəmiyyətlərdə düşmən siniflərin mübarizəsində öz ifadəsini tapır və bu mübarizə ictimai inqilaba, köhnə ictimai quruluşun yerini yeni ictimai quruluşun tutmasına gətirib çıxarır.

Beləliklə, predmetlər və hadisələr bir-birinə əks tərəflərə bölünür, bunlar əksiklərin vəhdətindən ibarətdir. Əksiklər sadəcə yanaşı mövcud olmaq deyil, bir-birilə daimi ziddiyyət, mübarizə haqqında olur. Əksiklərin mübarizəsi gerçəkliyin inkişafının daxili məzmunu, mənbəyini təşkil edir.

Əlavə oxu: https://rezonanss.com/dialektik-materializm/

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....