Hazırda marketinqin rəqəmsal marketinq, neyromarketinq və digər növləri geniş istifadə olunmağa başlamışdır. Bununla da, istehsal mərkəzli marketinq anlayışından müştəri mərkəzli marketinqə doğru istiqamətlənmə olduğu görülməkdədir. Bu mənada ortaya çıxan ən önəmli yanaşmalardan biri əlaqəli marketinqdir.
Əlaqəli marketinq ənənəvi marketinqdən fərqli olaraq daha qalıcıdır və davamlı olaraq daşıdığı rahatlıqla ifadə edilir. Beləliklə, istehlakçılara əmtəə və ya xidmət satdıqdan sonra onları unudan yanaşmanın əksinə, onlara davamlı və qalıcı bir dəyər təqdim edən yanaşmanın uğurlu olması mübahisəsiz olaraq daha yüksəkdir. Heç təsadüfi deyildir ki, müştəri münasibətlərinin idarəedilməsinin təməli əlaqəli marketinq sahəsindən keçir.
Əlaqəli marketinq və ənənəvi marketinqin fərqli cəhətlərini daha aydın anlamaq üçün onların əlamətlərinə nəzər yetirmək lazımdır. Aşağıda ənənəvi və əlaqəli marketinqin xüsusiyyətləri verilmişdir:
Ənənəvi Marketinqin xüsusiyyətləri:
- Tək satış üzrə fokuslanmaq
- Hadisələrə görə kəsintili müştəri münasibətləri
- Əmtəənin xüsusiyyətləri üzərində fokuslanmaq
- Qısa dövrlük baxış bucağı
- Müştəri xidmətlərinə ciddi diqqət etməmək
- Müştərinin gözləntilərini qarşılamaq üçün məhdud vəd vermək
- Sadəcə istehsal prosesində iştirak edən işçilərin keyfiyyətilə maraqlanılması
- Bütün müştərilər üzərində eyni dərəcədə fokuslanmaq
Əlaqəli Marketinqin xüsusiyyətləri:
- Müştərini əldə tutmaq və davamlılığını təmin etmək
- Davamlı olaraq müştəri münasibəti
- Uzun dövrlü baxış bucağı
- Müştəri xidmətlərinə daha çox diqqət yetirmək
- Müştərinin gözləntilərini qarşılamaq üçün yüksək vəd vermək
- Bütün işçilərin keyfiyyət ilə maraqlanması
- Mövcud müştərilər və dəyər əsasına görə şirkətə ən çox gəlir gətirən müştərilərə fokuslanmaq
Ənənəvi və əlaqəli marketinqin xüsusiyyətləri demək olar ki, bir-birinə tam ziddir. Ənənəvi marketinqin çatışmazlıqlarını əlaqəli marketinqdə görmürük. Bu da əlaqəli marketinqin ənənəvi marketinqə nəzərən daha doğru seçim olduğunu göstərir. Əlaqəli marketinq ənənəvi marketinqin əksi olaraq müştəri mərkəzlidir və müştəri münasibətlərinə mühum önəm verir.
Ənənəvi marketinqdə 4P qanunu vardır. Yəqin ki, bəzilərimiz bu qanuna bələdik. Əlaqəli marketinqdə isə bunun əksi olaraq 4C qanunu var. Aşağıdakı cədvəldə 4P və 4C-nin tərkib hissələri verilmişdir:

Mənbə:
Satışda ve pazarlamada Müşteri ilişkileri yönetimi, Doç. Dr. Metin Arslan
Müştəri İlişkileri Yönetimi, Anadolu Ünv. Yayını No:3001, 2013
Redaktə etdi: Nisə Qulizadə