Ən böyük ulduz hansıdır?

Post date:

Author:

Category:

Günəş bizə ən yaxın olduğuna görə göydəki ən böyük ulduz kimi görünə bilər,lakin digər ulduzlarla miqyasda olduqca orta səviyyədədir. Kainatdakı bilinən ulduzların təxminən yarısı ya çox böyük, ya çox kiçikdir. Kainatda ən böyük ulduz kimi tanınan UY Scuti, günəşdən 1700 qat böyük radiusa malikdir.

1860-cı ildə Bonn Rəsədxanasında alman astronomlar ilk dəfə UY Scuti-ni (BD -12 5055) adlandırdılar. Bu ulduz Süd Yolunun mərkəzində, bizə təxminən 9,500 işıq ili məsafədə yerləşir. Bürc Scutum-da yer alan UY Scuti hipergiqantdır. Hipergiqantlar olduqca parlaq nadir ulduzlardandır. Sürətlə hərəkət edən ulduz küləkləri ilə kütlələrinin çox hissəsini itirirlər.

Əlbətdə ki, bütün ulduz ölçüləri uzaqdan alınan ölçmələrə əsaslanaraq hesablanır. Sussex Universitetinin astronomu Jillian Scudder sözlərinə görə ”Ulduzların mürəkkəbliyi onların dağınıq kənarlarına sahib olmasıdır”. Həmçinin onun müşahidələrinə əsasən bildiri ki “Əksər ulduzlarda ulduzun bitdiyi yeri göstərən marker və kəskin ayrılma xətti, yəni qazın bitdiyi və vakuumun başladığı yerlərdə kəskin sərhədlər seçilmir.”

Bunun  yerinə , bunun yerinə astronomlar ulduzun işığa şəffaflaşdığı və işıq hissəcikləri və ya fotonların ulduzdan çıxa biləcəyi təbəqəyə güvənirlər. Astronomların narahat olduğu qədəri ilə bu fotonun ulduzu tərk edə bildiyi nöqtə həm də ulduzun səthidir.

Scutterin sözlərinə görə “Bu ulduzun səthidir, çünki bu fotonun ulduzdan çıxa biləcəyi nöqtədir.”

UY Scuti Günəşi əvəz etsəydi onun sərhədi Yupiterin orbitindən kənara qədər uzanacaqdı. Ulduzdan çıxan qaz dumanı isə Plutonun orbitindən kənarda, Yer-Günəş məsafəsindən 400 dəfə daha uzaq məsafədə olardı. UY Scutinin radiusu günəş radiusundan təxminən 1700 dəfə böyükdür.

Lakin UY Scuti durğun qalmır. Scudder, ulduzun radiusunun dəyişdiyinə görə parlaqlığının da dəyişdiyini və təxminən 192 günəş radiusuna bərabər  olacağını vurğuladı . Qeyd etmək lazımdır ki, UY Scutinin ən kiçik hesablanmış ölçüsünə uyğun gələn 30 ulduz var, buna görə ən böyük ulduzun UY Scuti olduğunu hesab etmək düzgün olmaz.

UY Scutinin böyük radiusu onu ən böyük kütləvi ulduz halına gətirmir. Beləki Günəş kütləsindən təxminən 300 dəfə çox olan R136a1 ulduzu 30 Günəş radiusuna bərabərdir. Adətən R136a1 olaraq qısaldılmış RMC 136a1 qalaktikamızın kənarında yerləşir və Yerdən təqribən 163,000 işıq ili uzaqlıqdadır.  Cənubi Afrikadakı Radcliffe Rəsədxanasında çalışan astronomlar ilk dəfə 1960-cı ildə RMC 136 adlandıran  ulduz çoxluğunu təsbit etdilər və ən böyük kütləsi olan isə RMC 136a1 adlandırılıb. Qeyd etmək lazımdır ki, bu ulduzlar çox parlaqdır və səthi temperaturları 53.000 ilə 340.000 dərəcə faranheyt (30.000 ilə 200.000 dərəcə Selsi) arasında dəyişir. Bunun əksinə olaraq, günəşin səthi yalnız 10.000 dərəcəyə çatır (4500 dərəcə Selsi).

UY Scutinin kütləsi isə Günəşlə müqayisədə cəmi 30 dəfə daha çoxdur.

NASA-nın “Hubble” kosmik teleskopu, ən böyük tanınmış ulduzlardan birinin evi olan “Westerlund 1” superklasterini aşkar edib. Qırmızı supergigator olan Westerlund 1-26, günəşdən 1500 dəfə çox radiusa malikdir.

Beləliklə, UY Scuti’i 1.708 günəş radiusu olmasa idi ən böyük ulduz hansı olardı?  Budur, aşağıda qeyd etdiklərimiz UY Scutidən sonra gələn digər böyük ulduzların siyahısıdır.        

  • WOH G64, 1.504 ilə 1.730 günəş radiusuna bərabərdir. Böyük Magellanic Buludundakı (Süd Yoluna peyk qalaktikası) qırmızı hipergiqant ulduzdur. UY Scuti kimi, parlaqlığı dəyişir. Bəzi hesablamalara əsasən isə onun radiusunu 3000 günəş radiusuna bərabər olduğu qeyd olunmuşdur. Dəyişikliklər qismən ulduzun parlaqlığına və onunla əlaqəli radiusa təsir edən tozun olması ilə əlaqədardır.
  • RW Cephei, 1,535 günəş radiusuna bərabərdir. Bu ulduz Cepheus bürcündəki narıncı hipergigantdır və eyni zamanda dəyişən ulduzdur.

1,530 ilə 2550 günəş radiusuna bərabər olduğu qeyd olunmuşdur.  Qiymətləndirmə düzgündürsə, ulduz Günəş sisteminin mərkəzində yerləşsəydi, onun xarici təbəqəsi Saturunun orbitini əhatə edərdi. Ulduz parlaqlığını dəyişməsə də temperaturunu dəyişir.

  • KY Cygni, 1420-2850 günəş radiusuna bərabərdir. Bu bürc Cygnus’un da yerləşən qırmızı rəngli supergigantıdır. Astronomlar tərəfindən müşahidə səhvinə görə hesablamalar şübhəli hesab olunur.
  • Sonuncu isə 1300 ilə 1540 günəş radiusu arasında dəyişən VY Canis Majoris. Bu qırmızı hipergigant ulduzun əvvəl 1800 ilə 2200 günəş radiusu olduğu təxmin edilirdi.Yeni ölçülərdə bu ulduzun daha kiçik olduğu hesablanıldı. (Bəzi mənbələrdə hələ də onu  böyük ulduz kimi göstərirlər.)

Mənbə: https://www.space.com/amp/41290-biggest-star.html

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...