Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Post date:

Author:

Category:

Kokain

Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4

Kokain əsasən, koka bitkisinin (Erythroxylum coca) və Cənubi Amerikanın tropik zonalarında yayılmış Eritroksilum bitkisinin (Erythroxylum) yarpaqlarından əldə edilən bir alkaloiddir. Adətən toz şəklindəki, suda həll ola bilən kokain hidroxlorid şəklində əldə edilir. Ancaq küçələrdə satılarkən, çox vaxt talk tozu, laktoza və oxşar maddələrlə qarışdırılır.

“Krek” isə saf alkaloidin kokain hidroxloridindən kristallaşdırılması yolu ilə əldə edilir (qızdırıldıqda çırtıltı və partlama səsi verdiyi üçün “crack” adı verilmişdir). Kokain və “krek”in farmakoloji təsiri bir-birinə bərabərdir. Ancaq “krek” in təsiri daha güclüdür. Hər ikisinin də bütün bölgələrdən absorbsiyası mümkün olduğu üçün, qoxlayaraq, tütünlə qarışdırılmış şəkildə çəkərək və dərialtı və ya venadaxili yollarla yeridərək istifadə etmək olur. Kokain aşkar bir eyforiya və bir oyanıqlıq halı yaradır buna görə də ən çox asılılıq yaradan xüsusiyyətlərə sahib dərmanlardan biridir.

Təcrübə heyvanlarının kokain əldə etmək üçün qidadan və su içməkdən imtina etdikləri aşkarlanmışdır. Kokain istifadəçilərində fiziki asılılıq olmasa da, psixoloji təsirlərinin nəticələri olduqca ağır və müalicəsi çətindir.

Kokain törəməsi olan “krek” ilə kokain istifadəsində əhəmiyyətli bir artım vardır. ABŞ-da 2 ilə 6 milyon arasında kokain istifadəçisi olduğu düşünülür. Hər ay aparılan bir araşdırmada kokain istifadəçilərinin orta məktəblərdə təxminən 1,1%, yuxarı siniflərdə (liseylərdə) isə 2,3% olduğunu bildirildi.

Kokain istifadəsini dayandırdıqdan sonrakı ilk bir neçə aylıq müddətdə, istifadə etdikdə yaranan eyforiya hissinə qarşı istək çox şiddətlidir və bu istək illər sonra da təkrarlana bilər. Həddindən artıq dozada koma, ürək aritmiyaları və respirator tutma və ani ürək durması baş verə bilər.

Kokain toksikliyinin vacib əlamətləri bunlardır:

Ürək-damar sisteminə təsir

Kokain istifadəsində ən ciddi fiziki təsir simpatomimetik təsirin səbəb olduğu ürək-damar sistemindəki kəskin toksik təsirlərdir. Kokain, adrenergik sinir uclarında stimullaşdırıcı presinaptik neyroepinefrini stimullaşdırmasına baxmayaraq, epinefrin və norepinefrinin təkrar sorulmasını və mərkəzi sinir sistemində dopamin reabsorbsiyasını blokada edərək sinir impulsunun ötürülməsini asanlaşdırır. Bu iki neyrotransmitterin adrenergik sinir uclarında toplanmasının xalis təsiri taxikardiya, hipertoniya və periferik vazokonstriksiya ilə özünü büruzə verən həddindən artıq oyanıqlığın nəticəsidir.

https://www.verywellmind.com/what-does-cocaine-high-feel-like-21988

Kokain müəyyən müddət ərzində çox faktorlu miokard işemiyasına səbəb olur. Kokain, trombositlərin aqreqasiyasını asanlaşdırır və koronar arteriyaların spazmınatrombların meydana gəlməsinə səbəb olur. Siqaret aludəçiliyi də koronar vasospazmı daha da artırır. Beləliklə, kokain, bir tərəfdən, simpatomimetik təsiri səbəbiylə miokardda oksigen aclığı yaradır, digər tərəfdən, koronar damarlarda qan axışının sürətini azaldaraq miokard infarktına yol aça bilər. Həmçinin, miokarddakı ionların (K +, Ca2 +, Na +) keçiriciliyini pozaraq simpatomimetik aktivliyi artırır və ölümcül aritmiyaya səbəb olur. Bu toksiki təsirlər dozadan asılı deyil və ən aşağı dozada belə ölümcül bir hadisə baş verə bilər.

Mərkəzi sinir sisteminə təsiri.

Ən çox rast gəlinən MSS-nə olan təsirləri, hiperpireksiya (yüksək hərarət) və qıcolma tutmalarıdır.

Dölə təsirləri

Kokain plasentanın qan dövranına təsir edərək dölün hipoksiyasınaspontan abortlara səbəb ola bilər. Xroniki xəstə olan hamilə qadınların dölündə nevroloji inkişaf pozula bilər.

Xroniki kokain istifadəsinin nəticələri;

1. Kokaini nəfəslə alanlarda burun septumunun perforasiyası (deşilməsi),

2. Kokaini tənəffüs edənlərdə ağciyərlərin diffuziya qabiliyyətinin azalması,

3. Genişlənmiş kardiyomiyopatiya.

Heroin

Heroin və ya Diasetilmorfin (diamorfin)

Formulu: C21H23NO5

Həşiş qətranının şirəsindən alınan ağ rəngli toz halında bir narkotik vasitədir. XIX-XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növüdür. Heroin asılılıq yaradan opioid və morfinlə çox bənzərdir. Təsiri kokaindən daha təhlükəlidir. Küçələrdə satıldığı üçün toz və ya kinin kimi bəzi maddələrlə qarışdırılır. Buna görə də içindəki dozanın miqdarı dəyişkən olur və istifadə edən şəxs həqiqi dozanı bilmir. Heroin qarışdırıldığı maddələrlə birlikdə ya venadaxili ya da subkutan (dərialtı) olaraq tətbiq olunur.

https://www.livescience.com/59452-why-opium-is-grown-outside-us.html

Təsirləri; Eyforiya, ürəkbulanma, halüsinasiya, hissləri cilovaya bilməmək, yuxulama halı və sedativ təsir daxil olmaqla çox müxtəlifdir.

Heroinin zərərli fiziki təsirləri:

  1. Farmakoloji təsir,
  2. çirklənmə və ya kəsici maddələrlə reaksiya,
  3. heroin və onunla qarışan maddələrə qarşı həssaslıq reaksiyaları (məsələn, təkcə kinin nevroloji, renal və eşitməyə toksik təsir göstərir ) və
  4. nyeksiya vasitəsilə ötürülən xəstəliklərə münasibətdə dəyişir.

Heroinin ən vacib arzuolunmaz təsirlərindən bəziləri:

Ani ölüm

Ani ölüm ümumiyyətlə yüksək dozajla əlaqədardır və hər zaman bir riskdir, çünki istifadə olunan dərmanın saflığı dəqiq bilinmir. Ölüm nisbəti 2-90% arasında dəyişə bilər. ABŞ-da illik ölüm nisbətinin 1 ilə 3% arasında olduğu güman edilir. Zamanla inkişaf edən tolerantlıq yox olduqda qəfil ölüm baş verə bilər. Ölüm səbəbi, tənəffüs çatışmazlığı, aritmiya, ürək tutması və ağır ağciyər ödemidir.

Ağciyər problemləri

Ağciyər ağırlaşmaları, orta və ya aşkar ödem, septik emboliya, ağciyər absesi, opportunist infeksiyalar, tozlar və bənzər xarici maddələrin yaratdığı xarici cisim qranulomaları. Qranulomaların adətən ağciyərdə rast gəlinməsinə baxmayaraq, mononuklear faqositar sistemdə, məsələn, dalaqda, qaraciyərdə və yuxarı ətraflara axan limfa düyünlərində ola bilər. Polyarizasiya edilmiş işıq altında araşdırdıqda bəzən talk kristallarının xarici cisim olaraq nəhəng hüceyrələrin daxilində aşkar edilə bilər.

İnfeksiyalar

Yoluxma nəticəsində baş verən ağırlaşmalar geniş yayılmışdır. Ən çox təsir göstərdiyi dörd orqan; dəri və dərialtı toxumalar, ürək damarları, qaraciyər və ağciyərlərdir. Xəstəxanaya yerləşdirilən narkomanların 10% -dən çoxunda sağ ürək qapaqcıqlarında, xüsusən də, üçtaylı qapağa təsir edən endokarditə rast gəlinmişdir. Əksər hallarda infeksiya mənbəyi Staphylococcus aureusdur. Ancaq bəzi göbələklər və bir çox digər mikroorqanizmlər də buna səbəb ola bilər. Hepatit virusu, narkotik istifadəçilərində yayılmış bir infeksiyadır və daha çox çirkli iynələri paylaşmaqla ötürülür. Narkomanlarda bu cür istifadəyə görə ABŞ-da qazanılmış immun çatışmazlığı sindromunda (AİDS) ciddi bir artım vardır.

https://www.wamc.org/post/heroin-found-faculty-restroom-ny-school

Dəri

Kutanoz lezyonlar, heroin asılılarının ən çox görülən simptomudur. Abses, selülit və xora kimi kəskin dəyişikliklər dərialtı inyeksiyalar nəticəsində inkişaf edir.

Böyrək problemləri.

Böyrək xəstəlikləri nisbətən ümumi bir təhlükədir. Şiddətli proteinuriya və nefrotik sindroma səbəb ola bilən amiloidoz (adətən, xroniki dəri infeksiyalarına ikincili olaraq) və fokal qlomeruloskleroz ən yayılmış iki növdür.

Marixuana

Marixuana və ya kannabis.

Formulu:C21H30O2

Marixuana ən çox istifadə edilən qanunsuz dərmandır. Əsasən yaşıl və qəhvəyi rəngdə olur. “Cannabis sativa” (çətənə) bitkisinin yarpaqlarından əldə edilir. Bu bitkidə psixoaktiv bir maddə olan tetrahidrokannabinol (THC) vardır. THC-nin təxminən 5-10% -i siqaret kimi çəkildikdə udulur. Müxtəlif araşdırmalara baxmayaraq, marixuananın bədənə funksional və ya fiziki yan təsirinin olub-olmaması məsələsi tam həll edilməmişdir. 

Cannabis sativa
https://www.medicalmarijuanainc.com/everything-need-know-cannabis-sativa/

İstifadəçilər görmə, iyləmə, dadbilmə və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Dərmanın bəzi arzuolunmaz təsiriləri allergik və ya idiosinkrazik reaksiyalardır. Bunlar, marixuananın farmakoloji təsirindən daha çox, preparatın hazırlanmasında istifadə olunan zərərli maddələrdən qaynaqlanır. THC, qlaukomada göz içi təzyiqi azaltmaq və xərçəng kimyaterapiyasından sonra bulantıların qarşısını almaq kimi iki faydalı təsir göstərir.

Ən çox bilinən təsirləri; Eyforiya, yuxululuq, susuzluq, yaddaş itkisi, ağız quruluğu, paranoya.

Marixuananın funksional və üzvi mərkəzi sinir sisteminə təsirləri daha çox öyrənilmişdir. Aydındır ki, marixuana istifadəsi hissi qavrayışı və motor koordinasiyasını pozur. İlkin olaraq istifadəçilərin fiziki və intellektual hərəkətlərində, məntiqi təfəkkürün idarə olunmasında çətinliklər yaradır. Ancaq bu təsirlər adətən 4-5 saat ərzində yox olur. Davamlı istifadə ilə bu dəyişikliklər vaxt, sürət və məsafəni qavramaq kimi idrak və psixomotor pozğunluqlara səbəb olur. Yeniyetmələr arasında bu dəyişikliklər tez-tez avtomobil qəzalarına səbəb olur.

https://stock.adobe.com/images/cbd-for-anxiety-the-effects-of-marijuana-elements-infographics-symptoms-effects-of-cannabis-health-and-medical-vector-illustration/284453667

Marixuana ürək döyüntülərinin və bəzən qan təzyiqinin artmasına səbəb olur. Koronar arteriya xəstəliyi olan insanlarda anginaya səbəb ola bilər. Xroniki olaraq siqaret kimi çəkdikdən ağciyərlərə təsir edir; Yüngül, lakin ciddi tənəffüs yolu xəstəlikləri olan laringit, faringit, bronxit, astma və boğuq səs kimi problemlər təsvir edilmişdir. Marixuana siqaret kimi çəkilərsə, normal siqaretlə müqayisədə ağciyərlərə alınan və qalan qatranın miqdarı 3 dəfə çoxdur. Bunun səbəbi, daha böyük tənəffüs həcmi, dərin nəfəs almaq və uzun müddət dumanın ağciyərlərdə tutulmasıdır.

https://www.verywellhealth.com/does-smoking-marijuana-cause-lung-cancer-2248991

Mənbə:

Basic Pathology, Stanley L Robbins

drugabuse.gov

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,764FansLike
2,449FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.