Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Post date:

Author:

Category:

Jak-Lui David tərəfindən çəkilən bu məşhur “Sokratın ölümü” rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

Qərb fəlsəfəsinin nəhənglərindən biri olan Sokrat (MÖ 470 – 399) eyni zamanda tarixin ən müəmmalı xadimlərindən biridir. Ardında heç bir nəşr yazısı buraxmadı, ona görə də əlimizdə olanları, tələbələri və müasirləri tərəfindən yazılmış qulaqdan dolma məlumatlardır, – ən məşhuru Platonun dialoqlarıdır.

Alimlər Sokratın fəlsəfəni əbədi olaraq dəyişdirdiyini qəbul edərkən, eyni zamanda onun kim olduğu və əslində nəyə inandığı barədə də hiddətlə mübahisə edirlər. Miçiqan Dövlət Universitetinin təqaüdçü fəlsəfə professoru Debra Nails ilə Sokrat metodunun təhsildə necə baş tacı olduğunu və Sokratın mühakimə olunmasının və edamı akademik fəlsəfənin “qurucu mifi” olaraq qalmasının səbəbini öyrənmək üçün söhbət etdik. Sokrat ilə tanış olmağınıza kömək edəcək bəzi faktlar.

1. Sokratın çıxışı

Bütün məlumatlara görə, Sokrat Afinada 1 alışılmamış bir seçim etdi. Parlaq zəka, pul, güc və ya şöhrət dalınca deyil, “narahatçılıq törədən” bir küçə filosofu olaraq acınacaqlı yoxsulluq içində yaşamağı seçdi. Tələbəsi Platon və dramaturq-komedioqraf Aristofan tərəfindən zahiri görünüşü ilə bağlı açıqlamalara inansaq, Sokrat çirkin bir adam idi.

Birincisi, Sokrat kirli və səliqəsiz idi, saçları uzun və yağlı, yuyulmamış yataq paltarında küçələrdə gəzirdi. Nails deyir ki, Sokratın cəlbedici görünməməsi, yəqin ki, tənqidçiləri üçün sorğu tərzi qədər təhqiramiz idi.

“Yunanlar özlərini gözəlliyə həsr etmişdi və bu gözəllik memarlıqları və heykəlləri ilə paraleldir” – Nails deyir, – “və bəlkə də Sokrat qurbağa və ya ulaq ağızlı birisi idi, qabarıq və bir yerə istiqamətlənməyən gözləri vardı, o Yunan idealına uyğun gəlmədi və əminəm ki, bu onları narahat etdi”.

Görünüşlərinə rəğmən, Sokrat çox gənc, Ksantippa adlı bir qadınla evləndi, onu tez-tez deyingən və davakar kimi qələmə verirdilər.2 Ancaq bütün vaxtını pul qazanmaqdan çox fəlsəfəyə sərf edirdi, bəlkə də şikayət etmək üçün çox şey var idi. Cütlüyün iki oğlu oldu.

2. O bir müəllim deyildi

Platona bəzən “ulduz şagird” deyilməsinə baxmayaraq, Sokrat “müəllim” adını ya da ən azından yunanların başa düşdüyü müəllim rolunu qəti şəkildə rədd edirdi.

Nails deyir ki, Sokratın dövründə təlim məlumatı ötürmək və qəbul edicinin onu qəbul etməsi idi. Sokrat, müəllim olmadığını söyləyərkən onun ötürəcək bir məlumatı olmadığını və həmişə də buna görə sual verdiyini nəzərdə tuturdu. Əhəmiyyətli olan şey hər bir fərdin nəticəyə gəlməsi üçün tələb olunan əqli əməklə məşğul olmasıdır.

Sokrat ən kəskin fikirlərindən bəzilərini, müdrikliklərini və biliklərini Afinanın zəngin və güclülərinə təsir edən sofistlər, pullu filosoflar üçün saxladı.

3. Sokrat metodu iş yerləri üçün dahiyanədir

Quru fəlsəfi traktatlar yazmaq və ya tələbələrə biliklərin mahiyyəti barədə mühazirələr oxumaq əvəzinə, tikanlı suallar vasitəsilə idrak etmək kimi əyləncəli üsulu seçdi. Bütün gün Afinanın səs-küylü açıq bazar yerləri olan Aqorada dolaşır və insanlara suallar verirdi.

Heç kim; gənc, qoca, kişi, qadın, siyasətçi və ya fahişə, Sokratın bu məzhəkəli suallarından sığortalanmamışdı və gənc afinalılar intellektual guşələrdə qurbanlarını çətin vəziyyətə salan Sokratın kəskin zəkasını və sarsılmaz məntiqini necə işlətdiyini görmək üçün izdiham yaradardılar. Qurban nə qədər təmtəraqlı və təkəbbürlü olsa bir o qədər yaxşıdır.

Nails deyir ki, bu gün Sokrat metodu adlanmasına baxmayaraq, Sokrat, hüquq fakültəsi kimi yerlərdə bu metodun tətbiqini görsə tanımazdı. Çünki professorlar əvvəlcədən müəyyən olunmuş suallarla tələbələrdən qane edici cavab alana qədər sıxışdırırlar.

Sokrat  verilən hər hansısa suala, – biliyin mahiyyətindən həyatın mənasına qədər, onun cavabı bilindiyini heç vaxt iddia etməyib. Onun üçün Sokrat metodu, saxta fərziyyələri yıxmaq və cahilliyi ifşa etmək üçün bir tətbiq idi ki, sual verilən şəxs – Sokrat deyil – doğru bir şeyə çata bilsin.

Nails deyir: “Həqiqi Sokrat metodu fərdlərdən dediklərini niyə dediklərinin səbəbini araşdırmağı tələb edir və bu səbəbləri aşkar etdikdə, düşünmələri lazım olan uyğunsuzluqlar olduğunu daha tez tapırlar.”

Sokratik sarsıntılar keçirən bəzi insanlar qəzəblə uzaqlaşarkən, bəziləri dəyişildi. Aristokl adlı gənc bir şair evə getdi və bazarda Sokratın nümayişinə şahid olduqdan sonra bütün tamaşalarını və şeirlərini yandırdı. O gənc Platon kimi tanınan filosof olacaqdı.

4. “Həqiqi” Sokrat haqqında çox şey bilmirik

Tarixi İsa (red. tarixi şəxsiyyət) kimi Sokratı da tarixi olaraq bilmək mümkün deyil. Bəzi mətnlərdə baş qəhrəman olmalarının xaricində hər iksinin də doğru xarakterizə edildiyi mətnlər yoxdur. Əsas mövzumuz Sokrat olduğuna görə, bu mənbələr Sokratın necə yaşadığını və ətraf dünyanı dərk etmək üçün hansı fəlsəfədən istifadə etdiyini bildirmir.

Həqiqi Sokratı bilməyin mümkünsüzlüyünə “Sokratik problem”3 deyilir və Sokrat haqqında üç əsas tarixi mənbənin oxunmasını çətinləşdirir. Məsələn, dramaturq Aristofanın “Buludlar” adlı komediyasında Sokrat obrazı vardır, lakin obraz, obyektiv bir portretdən daha çox bütün ziyalıların – pərişan, məkrli və gənclərin şüurunu dəyişmək niyyətində olan bir karikaturadır.

Aristofan və Sokrat eyni dövrün insanları idi, amma bir-birlərini görməmişdilər. Aristofan, afinalı gənclərin fikirlərini qarışdırdıqları üçün sofistləri və təbiət filosoflarını günahkar hesab etdi və “Buludlar”daki Sokrat karikaturası o qədər məşhurlaşdı ki, başına bəla oldu (red. Sokratın). Bu səbəbdən də, Sokrat məhkəməsi zamanı Aristofanın komediyalarının münsiflərin zehinlərini ona qarşı zəhərlənməsində günahlandırdı.

İkinci bir mənbə, Platon kimi Sokratdan 45 yaş kiçik bir əsgər-tarixçi Ksenofondur. Ksenofon, Afinanın etibarlı bir tarixçisi kimi güclü nüfuza sahib, lakin praktik qayğıları olan təcrübə adamı idi. Bu səbəbdən, Sokratdan öyrəndikləri əmlak idarəçiliyi və pul qazanma kimi dünyəvi mövzularda istifadə üçün lazımlı idi və öz fikirlərini Sokratın özündən daha çox əks etdirmiş ola bilər.

Platonun dialoqları Sokrat haqqında ən zəngin və ən məşhur mənbələrdir, Sokrat demək olar ki, bütün mətnlərin əsas xarakteridir. Platon, Sokratın əsl Afinalılarla birlikdə yaşayıb yaşamadığını dramatizasiya edən və bəziləri məlum olan oyun tipli dialoqlar yazdı. Dialoqlarda Sokratın xarakteri, əxlaq və təbiət haqqında fəlsəfi açıqlamalarla yoldaşlarını inandırarkən və lağa qoyarkən öz cahilliyini etiraf etmək üçün sürətli, peşəkar və ümumilikdə zarafatcıl sorğu-sual edirdi

Bəs dialoqlar tarixən doğrudurmu? Sokrat mühakimə olunaraq edam edildikdə Platon 25 yaşında idi. Platon, şübhəsiz ki, Sokratdan ilhamlanıb, lakin Sokratdan hansı fəlsəfi biliklərin gəldiyini və hansılarının Platona aid olduğunu müəyyən etmək mümkün deyil. Sokratik problemi daha da çətinləşdirən odur ki, Platon kimi qədim yazarlar bioqrafiya, dram, tarix və fiksiya arasında fərq qoymurdular.

5. Sokrat əxlaq filosoflarının ən yaxşısı kimi tanınır

Sokratın fəlsəfələrini tək bir açıqlamayla ifadə etmək asan iş deyil, ancaq dialoqlarda təkrar-təkrar ortaya çıxan vacib bir əsas varsa o da budur: səhv etmək əsla doğru deyil.

Bunu, “Səhv etməyin, sizə vurulan zərərin belə qarşılığını verməyin” – deyə Nails açıqlayır, “Həyati təhlükə belə olsa ya da ailənizi xilas etmək üçün də bunu etməyin. Səhv etməyə haqqımız yoxdur. Bu ən böyük əxlaqi prinsipdir”.

Sokratın ən məşhur sitatı məhkəmə zamanı, həyatını qurtarmaq üçün niyə yalnız sürgünə getmədiyini və susmadığını soruşan tərəfdarlarına xitab etdiyi dediyidir: “Sorğulanmamış həyat yaşamağa dəyməz”.

Sokrat metodu, Sokratın fəzilətə aparacağına inandığı özünü dərketmənin bir hissəsi idi. İnkişafın yeganə yolu daha böyük müdrikliyə və buna görə də daha böyük fəzilətə çatana qədər hər şeyi sorğulamaq idi.

6. Sokrat daxili “səsinə” qulaq verdi

Sokrat ağılın və rasionallığın şiddətli bir müdafiəçisi idi, ancaq fövqəltəbii cəhətdən tamamilə məhrum olmadı. Bir dəfə, Sokrat, bütün afinalıların ruhlarını qorumaq üçün Delfidəki Apollon kahini tərəfindən çağrıldığına və Aqoradakı qarşıdurma səhnələrini ilahi əsərlərinin bir hissəsi halına gətirdiyinə inanırdı. Ancaq Sokrat, bəzi şeylər etməsinə mane olan bir daimonion yəni daxili səs eşitdiyinə inanırdı. Bu bir vicdana bənzəyirdi, ancaq əxlaqi seçimləri izləməklə məhdudlaşmırdı.

Sokrat Platonun “Apologiya”sında deyir: “Tez-tez mənə gələn kihanət və ya işarətdən bəhs etdiyimi eşitdiniz. Bu uşaqlıqdan bəri sahib olduğum bir işarətdir. İşarət mənə gələn və hər zaman edəcəyim bir şeyi etməyimi qadağan edən, ancaq heç vaxt bir şey etməyimi əmr etməyən bir səsdir”.

Bəs, Sokrat şizofrenik idi? Nails elə düşünmür. Psixoloji və fövqəltəbii bir şey olmadığını söyləyən alimlərə işarə edir, lakin Sokratın bəzən müəyyən bir mövzuya fokuslanıb öz zehnində ilişdiyini deyir Nails, “həmin zaman saatlarca ayaqüstə durub heç hərəkət etməz, küçənin ortasında birdən dayanıb və dostlarıyla davam etməzdi”.

Fövqəltəbii olub-olmamasından asılı olmayaraq, Sokratın Afinadakı məhkəmə prosesinə qatılmasının səbəblərindən biri də daxili səsinin ona getməməsini söyləməməsidir.4 Beləliklə, yaxşı və ya pis nəticənin son mənfəətinə çatacağını bilirdi.

7. Sokrat yaşadığı şəkildə öldü, kompromissiz

Peloponnes müharibələrində Spartanın5 qalibiyyətindən sonra Afinanın əhval-ruhiyyəsi pis idi və Afinalılar günahlandıracaq bir şey və ya kimsə axtarırdılar. Bəziləri tanrıların Afinaya filosoflarının və sofistlərinin hörmətsizliklərinə görə qəzəbləndiyini düşünürdülər. Beləliklə, coşğun gənc izləyiciləri olan tanınmış  filosof 70 yaşlı Sokrat, iki maddə ilə ittiham olundu: Afina tanrılarına qarşı sayğısızlıq və Afina gəncliyinin korlanması. (Bu vəziyyət iki tələbəsinin şəhər hökumətini qısa müddət ərzində devirməsinə kömək etmədi.)

Daha əvvəl də qeyd edildiyi kimi, Sokrat Afinanı tərk edərək sürgünə getməklə məhkəmədən tamamilə qaça bilərdi. Nails deyir ki, bu onun tərzi deyildi. Bunun əvəzinə, Sokrat “vətəndaş itaətsizliyini” sözün əsl mənasında tətbiq etdi.

Nails “Bu müqavimət deyil. Bu inqilab deyil. Bu, vətəndaş itaətsizliyidir” deyir. “Etməli olduğuma inandığımı edirəm və nəticələri varsa, qəbul etməliyəm.”

Sokrat, məhkəmə və hökm zamanı son müdafiəsinə dair bir qeyd olaraq yazılan “Apology” hissəsində deyir:

Çünki mən, hamınızı, cavan və yaşlıları ilk öncə mülkləriniz və şəxsiyyətiniz barədə düşünməyə deyil, ümdə mərtəbə hesab etdiyim ruhun ən böyük inkişafına diqqət yetirməli olduğunuza inandırmaqdan başqa heç nə etmirəm! Sizə fəzilətin, aqilliyin pulla verilmədiyini deyirəm, ancaq aqillikdən ictimai və fərdi bütün yaxşılıqlar törəyir. Bu mənim təlimimdir, əgər bu gəncliyi pozan bir doktrinadırsa, mənim təsirim həqiqətən dağıdıcıdır. Ancaq kimsə bunun mənim təlimim olmadığını deyirsə, yalan danışır. Buna görə, ey Afinalılar, sizə deyirəm… ya bəraət qazandırın, ya da qazandırmayın, nə istəyirsiz edin, dəfələrlə ölsəm belə, heç vaxt yolumu dəyişdirməyəcəyimi bilin”.

Sokrat günahkar hesab olundu və Afina edam üsulu olan baldırğanlı zəhəri içərək ölümə məhkum edildi. Ölümündən əvvəl tərəfdarlarına özünəməxsus şəkildə kinayəli son nəsihətini verdi:

“Ayrılıq vaxtı yetdi və hamımız yollarımıza gedirik – mən öləcəm və siz yaşayacaqsız. Hansının daha yaxşı olmasını – orasını artıq Allah bilər”.

Mənbələr:

7 Facts About Socrates, the Enigmatic Greek Street Philosopher

Esrarengiz Sokak Felsefecisi Sokrates Hakkındaki 7 Gerçek

  1. How Greek Traditions Work
  2. Xanthippe
  3. Early Attempts to Solve the Socratic Problem
  4. Socrates’ Divine Sign: Religion, Practice and Value in Socratic Philosophy
  5. How Sparta Turned Its Men Into Super-Soldiers – and Dancers

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.