Nəyə görə ətyeyən bitkilər mövcuddur?

Post date:

Author:

Category:

Dünyadakı bir çox bitki qrupu qismən , ya da tamamilə ətyeyən xüsusiyyəti daşıyır. Heyrətamiz böcək tutma qabiliyyəti olan bu canlıların özünəməxsus ov üsulları hər zaman maraqla izlənilir.

Böcək yeyən bitkilər olaraq da adlandırılan bu bitkilərin yarpaqları, böcəyi tutub həzm edə bilən bir quruluşa malikdir. İbrik otu(Nephentes) və milçək qapan ən çox tanınan böcək yeyən bitkiləridir. Bəs nə üçün bu bitkilər böcək yemək ehtiyacı hiss edirlər? Xüsusilə müşahidə edildikdə bu tip bitkilərin adətən qeyri-münbit torpaqlarda yaşadığı görülür. Yaşadıqları mühitdən ala bilmədikləri azotu tutulan böcəyin zülallarını həzm edərək əldə edirlər.Bəs bu bitkilər böcək ovlamadan yaşaya bilərmi? Yaşaya bilərlər, lakin böcəklə ovlanmaqları ilə müqayisədə inkişafları çox yavaş gedər.

Ətyeyən termininin daha çox heyvanlar üçün istifadə olunmasına baxmayaraq, günümüzdə 600-ə qədər ətyeyən  bitki növü vardır. Ətyeyən bitkilər eynilə digər bitkilər kimi bütün xüsusiyyətlərə  malikdirlər, fotosintez prosesindən ala bilmədikləri mineral maddələri böcək ovlamaqla əldə edirlər.

Milçəktutan bitkisi

Milçək qapan (Dionaea muscipula) bitkisi ətyeyən bitkilər arasında ən çox tanınanıdır. Yarpaqları saniyənin onda biri sürətində açılıb bağlanma xüsusiyyətinə malikdir. Çanaq şəklində yarpaqları olan, cəzbedici qoxuya sahib bir bitkidir. Yarpaqlarının səthi tükcüklərlə örtülüdür və canlı bu səthə qonduğu anda sürətlə yarpaqlar bağlanır və böcək içəridə həbs olur.

Şeh çiçəyi

Şeh çiçəyi (Drosera) bitkisinin də milçək qapan kimi yarpaqlarının xarici səthində tükcükləri vardır. Dairəvi şəklində olan bu yarpaqlar canlı səthə qonduğu an yapışqan bir maye ifraz edir və canlının qaçmasının qarşısını alaraq içəriyə doğru  qıvrılır. Yarpaqlarının üzərindəki tükcüklərdə nektar, maye və yapışqan maddə yaranır, hansı ki, ağcaqanadları, böcəkləri və hətta, kəpənəkləri asanlıqla tələyə salır. Təhlükə qaçınılmazdır, çünki şeh çiçəyinin yarpaqları hər istiqamətə qıvrıla bilmə xüsusiyyətinə malikdir.

Ətyeyən bitki qrupları

  • Sürahi şəklində olan bitkilər, eynən sürahi kimi üstdə uzun bir boyuna , altda isə şar şəklində su xəzinəsinə sahibdirlər. Üst qismə gələn böcək nə qədər çırpınsa da boyundan aşağıya doğru sürüşər və şar şəkilli xəzinədə həzm olunar. Daha çox kiçik böcəkləri yeyə bilən bu qrup bitkilərin içində Raja adlı bir sakin vardır ki, kiçik kəsəyən və bəzi kərtənkələlərlə də qidalanır.
  • Böcək kağızı bitkilər, yarpaqları üzərində tükcüklərə sahibdir və bu tüklər böcəkləri cəzb edən parlaq, yapışqan maye ifraz etməkdədir.
  • Venera tələsi bitkiləri, kənardan rəzəli bir dişliyə bənzəyə bilər. Orta qismdə olan tükcüklərə toxunan böcək bitkini xəbərdar edir və bitki sürətlə bağlanaraq arada böcəyi sıxır. Bu böcəyin həzmi bir neçə həftə çəkə bilər.
  • Kisə şəklindəki bitkilər, kisə şəklində bir quruluşa malikdirlər.Böcək açıq kisə ucuna toxunduğu anda bir təzyiq yaradaraq böcəyi özünə doğru çəkir.
  • İlbiz evi bitkiləri, Y hərfi şəklində olan bir böcək tutandır. Ağız qismindəki tükcükləri böcəyi çırpınsa belə aşağıya doğru çəkir. Y-nın alt qismi deyə biləcəyimiz mədə hissəsində sürətlə həzm prosesi gedir.

Tərcümə: Nərgiz Əliyeva

Mənbə:Bilgi Ustam

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...