Əxlaq // Fəlsəfə lüğəti

0
5

AMORALİZM [yun. A-inkar və lat. Moralis – əxlaqi, və ya
immoralizm] – əxlaqsızlıq, əxlaqdan kənar davranış tərzi
deməkdir. Fəlsəfi anlamda isə hər cür əxlaqın inkarı, əxlaq
qanunlarından imtina, ―xeyir və şərin fövqündə durmağa cəhd‖
olunmasıdır.

BİHEVORİZM [ing. Behaviour+ism] – düzgün davranış.
Müasir psixologiyada geniş yayılmış cərəyanlardan biri. Əxlaqdan
qaynaqlanan və əxlaqi davranışları önə çəkən fəlsəfi təlimdir

ETHOS [etos]: Kosmosa qarşı insanın əxlaqi varlığı

EMOTİVİZM [lat. emovere – oyatmaq, həyəcanlandırmaq] –
məntiqi pozitivizm metodologiyasının ardıcıl tətbiq olunduğu
subjektivist əxlaq nəzəriyyəsi.

EUDOMANİZM [alm. Eudämonismus; fr. Eudèmonisme;
ing. eudomonism; yun. Eudaimonismos; osm. tr. istisadiye] –
həyatın mənasını xoşbəxtlikdə görən, insanın bütün fəaliyyətlərinin
son elementi olaraq xoşbəxliyi görən əxlaqi təlim

ƏRDƏM [alm. Tugend; ing. Virtue; fr. Vertu; yun. Arete;
osm. tr. fazilet; ər. خٍٍفض – [İnsanın mənəvi və ruhani yetkinliyi,
istəyin əxlaqi yaxşılığa yönəlməsi. Fəlsəfə tarixində ərdəmə və
ərdəmliyə müxtəlif mövqelərdən münasibət bildirilmişdir.
Ümumiyyətlə isə ərdəmi – fəziləti əxlaqi yaxşılıq kimi
qiymətləndirmişlər.

ƏXLAQ [ər. قُأخ -[ictimai şüur formalarından biri. [alm. –
Moral, ing. Morals]. 1. Müəyyən bir zaman ərzində məlum
ictimai qrup, yaxud insan kütləsi tərəfindən mənimsənilən,
şəxslərin bir-biri ilə əlaqələrini sistemə salan, nizamlayan ənənəvi
davranış qaydalarının, qanunlarının cəmi; yaxud müxtəlif
cəmiyyətlərdə və zamanlarda əhatə dairəsi və məzmunu dəyişən
əxlaqi dəyərlər məcmusu. 2. Eyni zamanda fəlsəfənin bir qoludur.
Ərəbcədəki xulq [خهك [sözünün cəmidir.

İMMORALİZM [alm. Immoralismus; fr. Immoralisme; ing.
Immoralism; tr. Töre tanımazlık; ər. osm. tr. gayr-i ahlakiye; ər.
خٍّلُأخ شٍغ – [əxlaqi dəyərlərə, adət ənənələrə və ideyalara qarşı
qeydsizlik, fikir verməmək. Ümumiyyətlə əxlaqi dəyərləri və
ideyaları qəbul etməmək, onlarla mübarizə aparmaq.

HEDONİZM [yun. Hedone – həzz] – əxlaqi tələblərin
əsaslandırılması prinsipi; qədim dövrdə meydana gəlmişdir;
xeyirxahlıq [xeyir] həzz gətirən və iztirablardan azad edən, şər isə
iztiraba səbəb kimi qiymətləndirilir.

KONSEKVENSİAL [lat. Consequentia – nəticələr] – etik
nəzəriyyələrin bir tipi; burada əməlin əxlaqi qiyməti bu əməlin
səbəbləri və ümumi əxlaqi prinsipləri nəzərə alınmadan onun
praktiki nəticələrindən asılı olaraq müəyyən edilir.

MAKSİM [alm.=fr. Maxime; ing. Maxim; lat. Maxima regula
– ən böyük, ən yüksək qayda; osm. tr. kaide-i külliyye, mesel; ər.
لبئذح خٍٍَّو – [əxlaq ideyası yaxud Kanta görə bir insanın öz istək və
fəaliyyətlərini müəyyən etmək üzrə qoyduğu əxlaq ideyası.

UTİLİTARİZM [lat. utilitas – fayda] – davranışın faydalılığını
onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə.

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here