3800 il öncə yaşayan qadın qalıqlarında yüksək alkoqol tolerantlığı tapılıb / News

Post date:

Author:

Category:

Araşdırmaçılar Yaponiyanın Hokkaido adasında tapdıqları insan qalıqlarının DNT-sini 20 il sonra deşifrə edə bildilər.

3800 il öncə yaşamış Jomon qadınına aid üz rekonstruksiyası.  C: Nation Museum of Nature and Science, Tokio

Rekonstruksiya edilmiş şəkilə baxdıqda günümüz Yaponiya xalqından çox fərqli bir sima görürük.

Daha da qəribəsi isə, genetik analizlərin nəticəsinə görə ölərkən yaşlı olan Jomon qadını adlandırılan bu insanın müasir yaponlardan daha çox alkoqola tolerant olduğu ortaya çıxıb. Həmçinin daha əsmər dəri rənginin olması, gözlərinin forması və ehtimalən çilli olması müasir yapon simasından xeyli fərqlənir.

 

Başqa bir təəccüblü tapıntı isə odur ki, antik qadının genlərində ancaq şimal qütbündən tapılan 70% qalıqlarda müşahidə edilən yağlı məhsullarının (qütb insanları adətən yağlı dəniz məhsulları ilə qidalanırlar) həzmində rol oynayan genlərə rast gəlinib.

Tokio Milli Təbiət və Elm  muzeyindən Hideyaki Kanzavanın (Hideaki Kanzawa) sözlərinə görə bu antik yaponların yağlı dəniz və quru heyvanlarını ovlaması və balıq tutmasına dair ciddi tapıntıdır.

Jomon qadını kimdir? 

Jomon qadını Yaponyanın Neolitik dövrü olaraq bilinən təqribən e.ə 10.500-300 illəri arasında yaşanmış bir zaman dilimi olan Jomon dövründə yaşanmışdı. Təqribən 3000 il öncə yaşayan (radiokarbon izotopu ilə tarixləndirməyə görə, 3550 və ya 3960 il öncə yaşayıb) bu qadının qalıqları 1998-ci ildə tapılmışdı.

Ötən müddət ərzində bu qadının genetikası öyrənilməyə çalışıldı. Qadının azı dişindən götürülən DNT nümunəsi üzərində aparılan işlər ötən il sonlandırıldı və bu il ərzində rekonstruksiya olunmuş şəkili ictimaiyyətə təqdim edildi.

İçərisində Yaponiyanın Milli Genetika İnstitutundan olan populyasiya genetiki prof. Naruya Saitounun da olduğu geniş bir komandanın parçası olan Kanzavanın sözlərinə görə, bu nəticələr Uzaq Şərqdəki antik insan populyasiyasının tarixi və görünüşü (rekonstruksiya) haqqında proqnozlar verir.

Araşdırmalarını növbəti həftələr ərzində Nippon Antropologiya Cəmiyyətinin ingiliscə yayımlanan jurnalında çap edəcək olan komanda, indilərdə də araşdırmalarının bir qismini ictimaiyyətlə paylaşırlar. Məsələn, Jomon qadının DNT-si göstərir ki, Jomon xalqı Asiya qitəsində yaşayan insan populyasiyasından  38000 – 18000 il öncə ayrılıb.

Kanzavanın sözlərinə görə Jomon xalqı təqribən 50000 il öncə ovçu-toplayıcı qruplar şəklində yaşamışdı. Hətta Jomon qadının qulaqlarında nəm şəklində kirin olduğu da diqqət çəkir. Bu təəccüblü bir tapıntıdır, çünki quru qulaq geni Şimal-şərqi Asiyada tapıldı və bu gündə şərqi asiyalıların 95 %-də quru kirə rast gəlinir. (Qulaqlarında quru kir olan insanların qoltuq nahiyyəsində tərlədikləri zaman qoxu olmur, çünki tər vəzilərində belə molekullar yaranmır)

Jomon qadını nə qədər müasir yaponlardan fərqlənsə də, Çin ərazisində yaşayan toplumlarla yox, Yapon, Ulçi (Şərqi Rusiya ərazisində yaşayan toplum), Koreya, Tayvan və Flippin xalqları ilə daha yaxından əlaqədə olub.

 

Tərcümə: Ziya Mehti
Mənbə: ArkeoFiili

STAY CONNECTED

19,095FansLike
2,042FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Atmosferin Quruluşu Sxemi

Atmosfer - Yerin cazibə qüvvəsi ilə onu əhatə edən qaz təbəqəsinə deyilir. Tərkibinin əsas hissəsi 78% azot, 21% oksigen, 0.93% arqon, 1%-i...

Əgər iybilmə və dadbilmə duyğularınızı itirmisizsə, koronavirusun “gizli daşıyıcısı” ola bilərsiz.

İngiltərənin öndə gələn rinologlarının yığdığı dəlillərə görə iybilmə duyğusunu birdən itirən şəxs, digər simptomları göstərməsə belə koronavirusun "gizli...

Banklar yoxdan necə pul qazanır?

Banklar əsrlər boyu cəmiyyətlərin sosial quruluşunun mühüm rola malik hissəsi olmuşdur. Bank sözü bizə italyan dilidən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı...