Jan Pol Sartrın insan azadlığı haqqında düşüncələri

Post date:

Author:

Category:

Jan Pol Sartr (fr.: Jean-Paul Charles Aymard Sartre) 21 iyun 1905-ci ildə anadan olmuşdur. Donanmada kapitan olan atası Sartr hələ körpə ikən ölmüş və Sartr anasına  yaxın böyümüşdü. Bu yaxınlıq Sartr 12 yaşında olanda anasına qarşı çıxmasına baxmayaraq anasının yenidən evlənməsinə qədər davam etmişdir. Sartr ömrünün əksər hissəsini Parisdə yaşamışdır. Parisdə tez-tez “Left Bank”dakı kafelərə gedər və “Jardin du Luxemburg”dakı skamyalarda oturardı. Sartrın çəpliyi, maraqlanan baxışları, böyük eynəkləri və özünə məxsus bir geyimi var idi. 1964-cü ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülmüş, lakin o mükafatı kapitalist və burjua işi olduğu üçün rədd etmişdir. Sartrın boyu  çox kiçik  idi (1.60 m) və tez-tez özünü çirkin olaraq xarakterizə edərdi. Saçlarını arxaya darayardı. 15 aprel 1980-ci ildə, 74 yaşında öldüyü zaman, tabutuna Paris küçələri boyunca 50 000 adam yoldaşlıq etmişdir.
Sartr Ekzistensializm  fəlsəfi cərəyanın əsas adı olaraq şöhrət qazanmışdı. O, düşünməyi və fəlsəfəni fərqli bir yerə gətirmişdi. Sartr “Varlıq və Heçlik” (eng.: Being and Nothingness) adlandırdığı, anlaşılması  xeyli çətin olan bir kitab nəşr etmişdi. Bu kitabın Sartrın şöhrətinə olan qatqısı, onu oxuyanların onu anlamasından deyil, daha çox onu anlamamasından qaynaqlanmışdır. XX əsrin ikinci yarısında olduqca geniş yayılmış bir arzu var idi – Yazıçının kitabını yüksəltə bilməsi üçün tezisini açıq bir şəkildə təqdim etmək yerinə, oxucuya onun çata bilmədiyi bir sirrə çata bildiyinin təəssüratını verə bilmək idi. Sartr da bu arzuya qapılanlardan biri idi.
Ekzistensializm bir neçə əsas anlayış üzərinə qurulmuşdur.
Bir: Əşyalar, faktlar fikirləşdiyimizdən daha əsrarəngizdir.
Sartr, dünyanın özünü qəbul etdiyimizdən çox daha yad və daha sirli olaraq ortaya qoyduğu hadisələrə; ona təlqin etdiyimiz məntiqliliyin gündən-günə itdiyi, hər şeyin böyük ölçüdə təsadüfi, hətta axmaq və narahatlıq verici olduğunu göstərən hadisələrə qarşı olduqca diqqətlidir.
Sartrın ilk romanı – 1938-ci ildə nəşr olunan Ürəkbulanma (fr.: La Nausèe) – bu cür hadisələrə edilən çağırışlarla doludur. Romanın bir hissəsində, qəhrəman, uydurma bir Fransız qəsəbəsində yaşayan, 30 yaşlarında bir yazıçı olan Roquentin, tramvaydadır. Əlini kreslonun üzərinə qoyar amma birdən geri çəkər. Romanın bu hissəsi fantastikanın təməl və açıq bir parçası olmasına baxmayaraq diqqət çəkməli olduğumuz  bir andır. Kreslo birdən Roquentinə çox qəribə görünər. “Kreslo” sözü mənasını itirər, qarşılıq gəldiyi obyekt çox primitiv bir nümunəsi kimi eləcə gözünün önünə gələr və kreslonun materialı azacıq qabarıq quruluşu olduğundan  ona ölü bir eşşəyin şişmiş göbəyini xatırladır. Roquentin qarşısında duran şeyin insanların oturmaq üçün istifadə etdiyi bir şey olduğunu xatırlamaq üçün özünü məcbur edər. Ancaq bir an üçün, qorxunc bir an, Sartrın “dünyanın axmaq üzü” olaraq xarakterizə etdiyi tərəfini görmüşdür.
Belə anlar, Sartr fəlsəfəsinin əsasını meydana gətirər. Sartrçı olmaq; mövcudluğu, gündəlik həyatımızdan qaynaqlanan sabit qəbul etdiklərimizdən və hər cür ön mühakimədən sıyrılmış olaraq başa düşə bilməkdir. Öz həyatımızda bir çox baxımdan Sartrçı dünyagörüşünü yoxlaya bilərsiz. “Həyat yoldaşınızla bir axşam yeməyi” olaraq bildiyiniz şey haqqında bir az düşünün. Belə ad altında hər şey tamamilə məntiqli görünür. Ancaq bir Sartrçı səthi normallıqlardan sıyrılaraq, səthi anlayışın  altına gizlənmiş incə qəribəliklər göstərməlidir. Axşam yeməyi gerçəkdə bu deməkdir; kainatın səni təşkil edən parçasının uzaqdakı bir helium və hidrogen partlamasından uzaqlaşmış, dizlərini doğranmış bir ağacın dilimləri altında sürüşdürərək ölü heyvan və bitki parçalarını ağzına qoymaq və çeynəmək, dərhal yanında bəzən cinsi orqanına toxunduğun başqa bir məməlinin də eyni şeyi etməsi və ya Sartrçı bir gözlə işini düşün; sən və digər bir çox adam bədənlərini paltar ilə qucaqlayır və bir-birinizə qarşı həyəcanlı səslər çıxartdığınız bir qutunun içində toplaşırsız, kağız parçaları qarşılığında mükəmməl bir ardıcıllığda bir çox plastik düyməni basırsınız. Sonra dayanır və gedirsiniz. Səma təkrar aydınlandıqda isə geri gəlirsiniz.

İki: Biz Azadıq
Bu qəribə anlar həqiqətən baş qarışdırıcı və çox qorxuducudu. Amma Sartr tək bir əsas səbəblə diqqətimizi (bu cür) anlara çəkmək istəyir. Sartrın səbəbi bu anların azadlaşdırıcı ölçüsüdür. Həyat düşündüyümüzdən daha qəribədir (ofisə get, bir dostunla axşam yeməyi ye, valideynlərini ziyarət et. Bunların heç birisi açıq və ya az da olsun normal deyil), amma həyat eyni zamanda ehtimallar cəhətdən olduqca zəngin bir nəticədir. Heç bir şeyin olduğu kimi olması vacib  deyil. Öhdəliklər və öhdəliklər arasında özümüzə xəyal etmə fürsəti tanıdığımıza görə daha azadıq. Yalnız gecə gec saatlarda və ya bəlkə xəstə olanda və ya bilmədiyimiz bir yerdə uzun bir qatar səfərində ikən zehnimizə ənənəvi məhdudiyyətlərdən xilas olaraq xəyal qurma icazəsi verərik. Sartrın diqqətimizi çəkmək istədiyi anlar bax bu nizamı pozaraq zehinimizi azadlaşdırır. Evdən çıxa bilər, əlaqəmizi sonlandıra bilər və birlikdə yaşadığımız adamı bir daha heç vaxt görməyə bilərik. Bu vəziyyətə işimizi də daxil edə bilərik, başqa bir ölkəyə köçüb və tamamilə fərqli bir şəxsiyyətə bürünərək orada yaşaya bilərik. Ümumiyyətlə bunların heç birini həyata keçirə bilməyəcəyimizə dair bir çox səbəbimiz var. Amma bu xəyal qurma ənənəmizi pozan anların təsbit etdiyinə görə  Sartr bizim fərqli düşünməmizi təmin etmək istəyir. O bizi normal olandan uzaqlaşdırmaq və xəyal gücümüzün azad olmasını istəyir: Hər gün işə getmək üçün avtobusa minmək, sevmədiyimiz insanlara qarşı yalançı səmimiyyətə bürünmək və ya özümüzü sözdə etibarlı hiss etmək üçün yaşam enerjimizdən imtina etmək məcburiyyətində deyilik.
Azadlığımızı tam mənasıyla fərqinə varış dönəmində Sartrın var olma “iztirabı” olaraq xarakterizə etdiyi şeylə üzləşəcəyik. ( Üstəlik qorxunc bir şəkildə) Hər şeyehtimal daxilindədir , çünki heç bir şeyin metafizik dəyəri  və ya mesajı yoxdur. İnsanlar var olan nizam içərisində həmişəki kimi  yaşamağa davam edirlər , ancaq istədikləri an bu əasarətdən xilas ola bilərlər. Antropogen amillərdən kənar qalan dünyada iş və ya evlilik kimi heç bir şey yoxdur. Bunlar sadəcə bizim anlayışlara verdiyimiz etiketlerdir və ( əsl ekzistensialist kimi) bu etiketləri  təkrar dağıtmaqda azadıq.
“İztirab” səbəbilə  bu vəziyyət qorxuducudur , ancaq Sartr iztirabı yetkinliyin, tam mənasıyla canlılığın və həqiqətin bir işarəsi olaraq görür.
Üç: Qəflət (mauvaise foi) içində  yaşamamalıyıq
Sartr, insanın azadlığını lazım olduğu kimi əlində tutmadan yaşamağına  mauvaise foi olaraq adlandırır.
Hər nə vaxt özümüzə hadisələrin qəti bir şəkildə reallaşacağını desək və digər variantlara gözlərimizi bağlasaq,o zaman qəflət içində olarıq. Öz-özümüzə bizə xas bir işimizin olması, bizə xas bir insanla həyatımızı paylaşmamız və ya bizə verilən yerdə evimizi qurmağımız lazım olduğunu inad etməyimiz qəflətdir. Sartr, qəfləti  “Varlıq və Heçlik” əsərində sanki azad fərd olmaqdan çox ilk və ya ən əhəmiyyətli xidmətçi kimi  özünü vəzifəsinə həsr etmiş bir ofisiantın simasında təsvir edir: “Hərəkətləri ardıcıl və davamlıdır, çox qəti və çox silsilədir. Müştərilərin yanına gələrkən addımları bir az çox tələsəndir. Müştərinin yanına gəlib yüngülcə əyilməsi belə çoxca həvəs doludur. Səsi və gözləri müştərinin sifarişini alarkən çox arzu doludur. ”
Sartr ofisantın qəflət içində olduğu qənaətindədir. Adam, (bəlkə Saint-German Cafe də Flore’de çalışan bir ofisiantı təsvir edən) özünü əslində bir caz pianisti  və ya  Şimal  Buzlu okeanda üzən bir  gəmidə balıqçı görə biləcək qədər azad  fərd deyil, güman ki özünü bir ofisiant kimi lazım olduğuna razı salmışdır. Eyni sabit, istəksiz hərəkətlərdən ibarət olan münasibət  uşağını məktəbdən çıxardan  istənilən bir işçidə və ya hər hansı bir valideyndə müşahidə edilə bilər. Bu kəslərin hamısı yəqin ki, belə hiss edirlər: Etməkdə olduğum şeyi etmək məcburiyyətindəyəm, başqa bir seçimim yoxdur, mən bu mövzuda azad deyiləm, etməkdə olduğum şeyi mənə etdirən mənim buradakı rolumdur.
Ekzistensialist  yanaşma birinin azadlığını anlamaq, qavramaq (Hər hansı bir şey etmək və ya olmaq üçün, hər hansı bir cəza və ya fədakarlıq lazım olmadan azad olduğumuzu göstərən) Amerikan xeyirxahlığı ilə qarşılaşdırılmamalıdır. Sartr bundan çox daha tutqun və kədərlidir. O yalnız normalda inandığımızdan daha çox variantımız olduğunu göstərmək istəyir. Hətta bəzi vəziyyətlərdə önə çıxan  variant intihar da ola bilər.
Dörd: Kapitalizmi dağıtmaqda azadıq
İnsanların özlərini azad bir şəkildə sınamağının önünü kəsən ən əhəmiyyətli faktor puldur. Bir çoxumuz, qarşımıza çıxan (ölkə xaricinə köçmək, həyat yoldaşımızdan ayrılmaq, yeni bir karyera sınamaq kimi)  variantları, “Pul üçün narahat olmasam, olardı,” deyərək geri çeviririk.
Pulun təsir gücü Sartrı siyasi mənada qəzəbləndirmişdi.  O, kapitalizmi, gerçəkdə heç də lazımlı olmayan şeylərə istək yaratmaq  üçün nəzərdə tutulan nəhəng bir maşın olaraq görür. Kapitalizm sayəsində hər gün  öz-özümüzə hər gün müəyyən bir vaxt ərzində işləmək məcburiyyətində olduğumuzu, xüsusi bir məhsul və ya xidməti pulla satın almaq məcburiyyətində olduğumuzu və işçilərə az maaş ödəməli olduğumuzu təlqin edirik. Lakin  bütün bu düşüncələr  azadlığımızı inkar edir və istədiyimiz kimi yaşama haqqımızı əlimizdən alır. Bu düşüncələri nə görə Sartr (SSRİ və Fransız Kommunist Partiyasını tənqid edən biri olmasına baxmayaraq) həyatı boyunca marksist olmuşdur.
Marksizmi  maddi məsələlərin, pulun və mülkiyyətin insanların həyatlarındakı rolunu azaldaraq, insanların öz azadlıqlarını kəşf etmələrini  təmin edən bir nəzəriyyə olaraq görmüşdür.
Bir çoxlarına görə bunlar utopiya kimi görünür və ardınca suallar verilir:

Azadlığımıza yenidən qovuşmaq üçün siyasi quruluşu dəyişdirə bilərikmi? Sərmayəyə qarşı olan mövqeyimiz necə dəyişdirilə bilər? Bir adam həftədə neçə saat işləməlidir? Televiziya verilişləri, insanların tətillərdə getdikləri yerlər və ya məktəb dərslikləri necə daha yaxşı edilə bilər? Beynimizi zəhərləyən, təbliğat içinə batmış media necə dəyişdirilə bilər?
Çox yazmış olmasına baxmayaraq (yetkin olduqdan sonra təxminən gündə 5 səhifə yazdığı təxmin edilir), Sartr sadəcə bu düşüncələr üzərində dayanmadı. O fürsətlərə gözümüzü açdı, ancaq bizlər üçün vəzifələrlə yüklənmək , azadlıqdan uzaq qalmaq hələ də aktualdır.
Nəticə
Sartr heç bir şeyin düşünüldüyü kimi olmaq məcburiyyətində olmadığına aid düşüncələri ilə insana ilham verir. O,  bir fərd, bir növ olaraq tamamlanmamış potensialımızın tamamilə fərqindədir. Bizə  ekzistensializmin axıcılığını qəbul etməyimizi , yeni vərdişlərə , yeni baxışlara sahiblənməyizi və yeni fikirlər irəli sürməyimizi  tələb edir Həyatın planlı bir mexanizmasının olmadığını və həyatın təbiətən mənasız olmasının  qəbulu, ənənənin və mövcud vəziyyətin ağırlığı ilə təzyiq altında hiss etdiyimiz zamanlarda bizim  rahat olmağımızı təmin edər. Sartr, xüsusilə gənclik çağında – valideynin və cəmiyyətin  bizi əzdiyi zaman, orta yaşın tutqun anlarında, bir şeyləri dəyişdirmək üçün hələ bir az vaxtımız olduğunu fərqinə vardığımız , amma çox da zamanımızın qalmadığını dərk etməyimizin bizim üçün olduqca faydalı olduğunu deyir.

 

Tərcümə : Məhəmməd Ağakişiyev

 

 

Mənbə: The Book of Life 

STAY CONNECTED

20,400FansLike
2,280FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...