5G Texnologiyası nədir?

Post date:

Author:

Category:

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.

5G nədir?

5G 5-ci nəsil mobil şəbəkəsidir. 1G, 2G, 3G və 4G şəbəkələrindən sonra yeni bir qlobal simsiz standartdır. 5G, maşınlar, əşyalar və cihazlar daxil olmaqla hər kəsi və hər şeyi bir-birinə bağlamaq üçün hazırlanmış yeni bir şəbəkəyə imkan verir.

5G simsiz texnologiyası daha çox istifadəçiyə daha çox etibarlılıq, kütləvi şəbəkə tutumu, artan mövcudluq və daha vahid istifadəçi təcrübəsi təqdim etmək üçündür. Daha yüksək performans və inkişaf etmiş effektivliklə yeni sahələri birləşdirir.

5G nə qədər sürətlidir?

İndi istifadə etdiyimiz texnologiya zamanı internetin gecikmə ortalaması 100/200 ms aralığındadır. Bəs 5G ilə bu gecikmə nə qədər olacaq deyə düşünürsünüzsə cavab 1 ms.

Bir müqayisə ilə aradakı fərqi anlayacaqsınız. Əgər indi 4G istifadə edirsinizsə, bu o deməkdir ki, əldə edə biləcəyimiz maksimum sürət 10 Mbit ilə 100 Mbit arasında dəyişir (yəni 10 mbit sürətlə saniyədə 1.25 Mb olan məlumatı yükləyə bilərsiniz). 1Gb olan məlumatı 14 dəqiqədə yükləmək mümkündür. 5G texnologiyası üçün bu sürət 4G x 10/100 (1Gbit ilə 100 Gbit arasında dəyişən sürət). Minimum 1 Gbit bağlantınız olsa 1Gb olan sənədi təxminən 8 saniyədə yükləyə bilərsiniz. Təbii ki, daha yüksək sürət çox yaxşıdır. Məsələn 2160p videoları rahatlıqla izləyə bilər, hər cür sənədi anında yükləyə biləcəyik.

5G, IMT-2020 tələblərinə əsasən 20 Gbps-ə qədər pik məlumat dərəcələrini təmin etmək üçün nəzərdə tutulmuşdur. Qualcomm Technologies-in qabaqcıl 5G həlləri olan Qualcomm Snapdragon X55 və Snapdragon X60 Modem-RF Sistemləri, aşağı istiqamətli pik məlumat dərəcələrində 7,5 Gbps-ə qədər əldə etmək üçün dizayn edilmişdir.

Eyni zamanda bu texnologiya daha yüksək pik məlumat dərəcələrinə əlavə olaraq, 5G, mmwave kimi yeni spektrdə genişlənərək daha çox şəbəkə tutumu təmin etmək üçün nəzərdə tutulmuşdur.

Mobil şəbəkələrin əvvəlki nəsilləri ilə 5G arasında hansı fərqlər var?

Mobil şəbəkələrin əvvəlki nəsilləri 1G, 2G, 3G və 4G-dir.

Birinci nəsil – 1G
1980-ci illər: 1G analoq səs təqdim etdi.

İkinci nəsil – 2G
1990-cı illərin əvvəlləri: 2G rəqəmsal səsi təqdim etdi (məsələn, CDMA).

Üçüncü nəsil – 3G
2000-ci illərin əvvəlləri: 3G mobil məlumatlar gətirdi (məsələn, CDMA2000).

Dördüncü nəsil – 4G LTE
2010-cu il: 4G LTE mobil genişzolaqlı dövrü açdı.

1G, 2G, 3G və 4G əvvəllər mövcud olduğundan daha çox əlaqə təmin etmək üçün hazırlanmış 5G-yə gətirib çıxardı.

5G yeni nəsil istifadəçi təcrübələrini təmin etmək, yeni yerləşdirmə modellərini gücləndirmək və yeni xidmətlər təqdim etmək üçün genişləndirilmiş qabiliyyətlə dizayn edilmişdir.

5G qlobal iqtisadiyyata necə və nə vaxt təsir göstərəcək?

• 13,2 Trilyon dollarlıq qlobal iqtisadi məhsul


• 22,3 milyon yeni iş yeri yaradılması


• 2,1 Trilyon dollarlıq ÜDM artımı

5G  tədqiqatı nəticəsində, 5G-nin tam iqtisadi effektinin 2035-ci ilədək bütün dünyada reallaşacağını, çox sayda sənayeni dəstəkləyəcəyini və potensial olaraq 13,2 trilyon dollar dəyərində mal və xidmət təmin edəcəyini göstərir.

Bu təsir əvvəlki şəbəkə nəsillərindən daha çoxdur. Yeni 5G şəbəkəsinin inkişaf tələbləri, ənənəvi mobil şəbəkə oyunçularından kənarda, avtomobil sənayesi kimi sahələrə də genişlənir.

Tədqiqat 5G dəyər zəncirinin (OEM-lər, operatorlar, məzmun yaradıcıları, tətbiqetmə inkişaf etdiriciləri və istehlakçılar daxil olmaqla) yalnız 22.3 milyon işi və ya Pekində hər bir insan üçün birdən çox işi dəstəkləyə biləcəyini ortaya qoydu. Və gələcəkdə hələ müəyyənləşdiriləcək bir çox yeni tətbiqetmə var. Dəqiqliklə 5G -nin iqtisadiyyata təsirini zaman göstərəcək.

5G harada istifadə olunur?

Geniş şəkildə desək, 5G, kritik infrastrukturun, nəqliyyat vasitələrinin və tibbi prosedurların uzaqdan idarə edilməsi kimi son dərəcə etibarlı, mövcud, aşağı gecikmə əlaqələri olan sahələri dəyişdirə biləcək yeni xidmətləri təmin edə bilər.

Məsələn, hal-hazırda sürücüsüz avtomobillər heç də pis vəziyyətdədir deyə bilmərik. Amma indiki bağlantı ilə 200 ms gecikmə ola bilər. Buna görə tam olaraq etibarlı olduğunu da deyə bilmərik. 5G ilə bu fərq aradan qalxır.

Digər bir üstünlüyü uzaqdan əməliyyatları mümkün hala gətirməsidir. Bu 8 yanvar 2019 –cu il tarixində ilk dəfə olaraq həyata keçirildi. Çində cərrah 50 Km uzaqdakı laboratoriyada olan heyvanının qaraciyər əməliyyatını həyat keçirdi və əməliyyat uğurlu nəticələndi. İndi isə bunun insanlar üçün də mümkün olacağını düşünün. Bağlantı sürəti çox olduğu üçün gecikmə sürəti minimuma düşür və uzaqdan idarə ilə əməliyyat mümkün olur. Başqa bir ölkədə olan həkim  asanlıqla digər ölkədə olan xəstəsini əməliyyat edə bilir.

5G indi mövcuddur?

Bəli, qlobal operatorlar 2019-cu ilin əvvəlində yeni 5G şəbəkələrini istifadəyə verməyə başladılar. Artıq bir çox ölkə ümummilli 5G mobil şəbəkələrini gözləyir. Ayrıca, bütün əsas Android telefon istehsalçıları 5G telefonlarını kommersiyalaşdırır və tezliklə daha da çox insan 5G istifadə edə biləcək.

5G, 35-dən çox ölkədə yerləşdirilib. 4G ilə müqayisədə 5G daha sürətli yayılma və mənimsəmə görür.

5G istəsəm yeni bir telefona ehtiyacım varmı?

Bəli, şəbəkədən istifadə etmək istəyirsinizsə, 5G-i dəstəkləyən yeni bir smartfon əldə etməlisiniz. Məsələn, Snapdragon X55 və ya Snapdragon X60 Modem-RF Sistemi ilə işləyən smartfonlar 5G ilə uyğundur.

5G-ni dəstəkləmək üçün hazırlanmış bir neçə yeni mobil telefon mövcuddur və dünyanın bir çox operatoru 5G simsiz şəbəkəsini dəstəkləyir. 5G əhatəsi irəlilədikcə, 5G texnologiyası və 5G uyğun cihazlar daha çox yayılmağa başladığı üçün daha çox smartfon və daşıyıcı abunəliyi mövcud olacaq.

Həmçinin oxu: Texnologiya və incəsənətin vəhdəti: Rəqəmsal incəsənət və 7 uğurlu örnəyi

Mənbə:

https://www.qualcomm.com/invention/5g/what-is-5g

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,458FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...