Qlaukoma xəstəliyi

Post date:

Author:

Category:

Qlaukomanın tarixi haqqında

Qlaukoma yunan termini olub yaşıl deməkdir. Keçmişdə yunanlar korluğa gətirib çıxaran xəstəliyi belə adlandırıblar. Hal-hazırda qlaukoma anlayışı altında gözdaxili təzyiqin daima və ya vaxtaşırı qalxmasından və optik neyropatiyadan; ekskavasiya ilə görmə sinirinin atrofiyası, görmə funksiyasının və xüsusən görmə sahəsinin özünəməxsus dəyişikliklərindən ibarət qlaukoma sindromu ilə olan xəstəliklərin böyük bir qrupu birləşir. Qlaukoma dünyanın bütün ölkələrində demək olar ki, eyni yayılmışdır. Qadınlarda qapalı bucaqlı qlaukomaya, kişilərdə isə, açıqbucaqlı qlaukomaya rast gəlinməsi barədə məlumatlar var.

Bəzi tayfalar və xalqlar, ümumiyyətlə, qlaukoma ilə xəstələnmirlər (Avstraliyanın yerli əhalisi və Yeni Zelandiyanın maori tayfası).

Qlaukoma orta və yaşlı nəsillərdə daha çox rast gəlinir. Ancaq onun tezliyi qocaldıqca proqressiv artır.

Belə ki, əhalinin birincili qlaukoma ilə xəstələnməsi həyatlarının üçüncü dekadansında, 0.35% dördüncü dekadasında, 0.65% beşinci, dekadasında 1.455%, altıncıda 2.8%, yeddincidə 4.48% təşkil edir. Xüsusən, bu simptom 75 yaşdan yuxarı kəskin şəkildə artır. Avropalılarda açıq bucaqlı qlaukomaya nisbətən qapalı bucaqlı qlaukoma 11.4 dəfə daha çox rast gəlinir. Qlaukoma probleminə ənənəvi maraq isə bundan ibarətdir ki, bu xəstəlikdən korluq faizinin yüksək olması ilə izah olunur. Qlaukomanın öyrənilməsində və müalicəsində son üç on illikdə əhəmiyyətli nailiyyətlər əldə olunmasına baxmayaraq, bu xəstəlikdən kor olanların sayı artmaqdadır.

Qlaukomanın təsnifatı:

“Qlaukoma” qrupunda birləşmiş gözün patoloji vəziyyətləri ümumi simptomlara malik olduğu kimi, fərqli xüsusiyyətlərə də malikdir. Özünəməxsus qlaukoma simptomları kompleksinə gözün hidrodinamikasının pozulması, gözdaxili təzyiqin dəyişməsi və onun dayanıqlı yüksək olması, ekskavasiya ilə görmə sinirinin atrofiyası və görmə funksiyalarının zəifləməsi daxildir.

Göz hidrodinamikasının pozulma mexanizmi müxtəlif ola bilər, ancaq belə pozğunluğun nəticəsi hər zaman gözdaxili mayenin axınının çətinləşməsi olacaqdır.

Hal-hazırda hipersekretor qlaukomanın mövcudluğu qəbul olunmur. Gözdaxili mayenin artıq ifrazı müvəqqəti oftalmohipertenziyanın səbəbi ola bilər, lakin gözün drenaj zonası mükəmməl işlədikdə spesifik qlaukamtoz dəyişikliklər törənmir. Bəzi hallarda uzun müddət davam edən hipersekresiya anatomik meyilli gözlərdə qlaukomanın formalaşması üçün işəsalma mexanizmi ola biləcəyi göstərilmişdir. Gözdaxili təzyiqin dəyişkən olması sutkalıq dəyişmə amplitudasının artması ilə özünü biruzə verir. Oftalmotonusun sutkalıq dəyişməsinin orta amplitudası nəzarət qrupuna nisbətən birincili qlaukoma olan xəstələrdə 2 dəfə, ikincili qlaukoma olan xəstələrdə isə 1.9 dəfə çox olmuşdur. 80 yaşlı sağlam insanlarda saat 7:00 və 19:00- da oftalmotonusun iki dəfə ölçülməsi zamanı dəyişmə normativləri 1.6mm civə sütunundan 5.7 mm civə sütununa qədər təşkil edir.

Qlaukoma gözdaxili təzyiqin artması

Gözün daxili mayesinin gözdən axmasının çətinləşməsi kimi təzahür edir. Qlaukomalı xəstələrdə gözdaxili təzyiqin dəyişməsi normal göstəricilərdən 60-70 mm civə sütununa qədər olur. Görmə funksiyasının pozğunluqları, bir qayda olaraq, tolerant gözdaxili təzyiq yüksək olduqda başlayır. Normal təzyiqli qlaukomaya gözdaxili təzyiqin qalxmasına heç rast gəlinməyə də bilər.

Ekskavasiya ilə görmə sinirinin atrofiyası

Gözün daxili qlaukomatoz zədələnməsinin ayrılmaz simptomudur. Proses görmə sinirinin daxili hissəsini tədricən əhatə edərək ləng gedir. Yalnız sinir lifləri deyil, həm də görmə siniri diskinin dayaq sturukturları da dağılır ki, bunun da nəticəsində onların arxaya yerdəyişməsi baş verir. GSD solğun bozumtul rəngdə görsənir və ekskavasiya geniş olur. Görmə itiliyi pozulur, qaranlığa adaptasiya pisləşir, parasental zonalarda və burun yarısında görmə qüsurları əmələ gəlir.

Gözdaxili təzyiqin yüksəlməsi və görmə sinirinin atrofiyası görmə funksiyasının zəifləməsi ilə təzahür edir. Görmə itiliyi pozulur, qaranlığa adaptasiya pisləşir, parasental zonalarda (Byerrum zonası) və burun yarısında görmə sahəsinin qüsurları əmələ gəlir.

Qlaukomanın 3 əsas tipi- birincili qlaukoma, ikincili qlaukoma və anadangəlmə tipləri fərqləndirilir.

Birincili qlaukoma tez-tez, bir qayda olaraq, yaşı 40-dan yuxarı olan şəxslərdə rast gəlinir. Əvvəllər sağlam hesab olunan gözlərdə təzyiqin artması gözün drenaj zonasında distrofik proseslər nəticəsində baş verir. Göz almasının ön kəsiyindəki toxumaların belə üzvi dəyişiklikləri sərbəst əhəmiyyət kəsb etməsə də, onlar qlaukomatoz prosesin patogenezində bir mərhələ hesab olunur.

İkincili qlaukoma gözdə olan hər hansı bir xəstəliyin nəticəsində baş verir.

Anadangəlmə qlaukoma isə ön kamera bucağının və ya drenaj zonanın disgenezi ilə şərtlənmişdir. Əgər xəstəlik uşağ dərhal anadan olan kimi və yaxın 3 ildə təzahür edirsə, infantil qlaukoma adlanır. Bu mürəkkəb bir anlayışdır.

Oftalmohipertenziya

Gözün daxili mayesinin ifrazı və axımındakı yaşla əlaqədar disbalans tərəfindən törədilə bilər. Bir çox hallarda yaş ilə əlaqədar olan disbalans tədricən bərabərləşir. Əsas xəstəliyin sağalması gözdaxili təzyiqi normallaşdırır. Gözün hipertenziyası intoksikasiyalarda, diensefal, endokrin pozğunluqların da, böyük doza hormonların uzun müddət qəbulu zamanı əmələ gəlir. Hipertenziyanı qlaukomadan fərqləndirən xoşxassəli gedişi, görmə sinirinin zədələnməməsidir. Eyni zamanda uzun müddət davam edən hipertenziya tam qlaukoma simptomkompleksinin inkişafı üçün təkan verən an ola bilər. Ona görə də oftalmohipertenziyanın qlaukoma amillərinə aid edirlər.

Mənbə;

E.M. Qasımov və V.Ə. Aslanova-“Göz xəstəliklərinin diaqnostikası”

Famil Minaxanov

Redaktə etdi: Çinarə Soltanova

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...