Açıq Devalvasiya (ensiklopedik məlumat)

Post date:

Author:

Category:

AÇIQ DEVALVASİYA – milli valyutanın stabilliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları tərəfindən milli valyutaların məzənnəsinin digər ölkələrin möhkəm valyutalarına və beynəlxalq hesablaşma vasitələri vahidlərinə nisbətdə rəsmən endirilməsi, həmçinin milli valyuta vahidinin real qızıl məzmununun azaldılması. Açıq devalvasiya daxili bazarda əmtəə qiymətlərinin azalmasına, ixracın ucuzlaşmasına, idxalın isə bahalaşmasına səbəb olur. Açıq devalvasiya zamanı milli valyutanın məzənnəsinin qaldırılması məqsədi ilə dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcmdə dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanlarının yeniləri ilə əvəz olunması kimi müxtəlif mexanizmlərdən istifadə edilir.

Mənbə: Böyük İqtisadi Ensiklopediya (Z.Səmədzadə)

STAY CONNECTED

19,727FansLike
2,187FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....