Açıq Faktorinq (ensiklopedik məlumat)

Post date:

Author:

Category:

AÇIQ FAKTORİNQ – faktorinq əməliyyatının formalarından biri. Açıq faktorinq zamanı kreditor tərəf faktor-banka və ya faktor-şirkətə borc sənədləri haqqında məlumat təqdim etdikdən sonra ikinci tərəf borc məbləğinin 80%-ni ona kredit formasında ödəyir. Kreditor tərəf borcalan tərəfdən bütün borc məbləğinin ödənişini əldə etdikdən sonra (bir qayda olaraq, 60 gün ərzində) faktorsubyektdən əldə etdiyi məbləği və ona hesablanmış faiz məbləğini qaytarır. Borclu tərəf borc məbləğini kreditora ödəmək imkanında olmadıqda kreditor bütün borc sənədlərini faktor-subyektə təqdim edir və bununla da borc öhdəliyinin tələb edilməsi hüququ sonuncuya keçmiş olur.

AÇIQ FOND – hər iş günündə investisiya paylarının mənimsənilməsi, ödənilməsi və mübadiləsi üçün açıq olan investisiya fondu.

Mənbə: Böyük İqtisadi Ensiklopediya (Z.Səmədzadə)

STAY CONNECTED

19,741FansLike
2,189FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....