Açıq kosmosda ölüm necə baş verəcək ?

Post date:

Author:

Category:

Açıq kosmosda insan orqanizmini nə gözləyir ? İnsanın ölməsinin başlıca səbəbi nə olacaq ?
Geniş yayılmış fikirlər arasında damarlarda qanın qaynamasından tutmuş bədənin donmağına kimi əfsanələr yer alır.
İnsan orqanizminin kosmosdakı dəyişiklikləri bir çox əfsanələrlə bürünüb.Geniş yayılmış fikrə baxmayaraq ,xeyr,nə qan 5 saniyəyə qaynamayacaq,nə insan buza dönməyəcək,nə də orqanizm partlamayacaq.Məktəb kursu fizikasından bildiyimiz kimi isti maddə soyuyarkən öz istiliyini(enerjisini) daha soyuq maddəyə verir.Lakin,kosmik vakuumda maddə olmadığından orqanizm heç bir maddəyə öz istiliyini verə bilməyəcək.Şüalanma ilə orqanizmdən istilik verilir,hətta vakuumda belə,ancaq 36.6°C temperaturun şüalanma yolu ilə bir dərəcə belə enməsi üçün tələb olunan müddət insanın ölümünə kimi vaxtdan çox olacaq.
Dəri və damarların möhkəmliyi qanın qaynamasına imkan yaratmayacaq. Bundan başqa,orqanizmdəki selikli qişadakı selik,həmçinin göz yaşı buxarlanmağa başlayacaq.Yerin atmosferindəki ultrabənövşəyi şüalardan qoruyan ozon qatı açıq kosmosda olmadığından ulduzlara müəyyən qədər yaxınlıqda dəri yanığları təhlükəsi də var.
Bütün bunlarla belə insan üçün ən böyük təhlükəni boğulma təşkil edəcək.Təxminən 14-20 saniyədən sonra oksigen yoxluğundan insan huşunu itirəcək və 1.5-2 dəqiqəyə öləcək.Lakin buna kimi insanı xilas etsələr onun yaşama şansı var.

 

STAY CONNECTED

20,186FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ali Babazade
Süni İntellekt

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...