Aeroterapiya (hava ilə müalicə}—müalicə və profilaktika məqsədilə açıq havadan istifadə edilməsidir. İqlimlə müalicənin əsas metodlarından biridir. Aeroterapiyanın xüsusi növlərinə uzun müddət (o cümlədən yuxu) açıq şüşəbəndlərdə, balkonlarda, xüsusi iqlim pavilyonlarında gecəgündüz olmaq, hava vannaları qəbul etmək aiddir.
Hava vannaları dərinin tənəffüsünü yaxşılaşdırır, onun reseptorlarını oyadır, çünki bayırdakı havanın temperaturu dərinin üzərindəki temperaturdan həmişə aşağı olur. Havanın hərəkəti soyuducu təsiri artırır. Bütün bunlar mərkəzi sinir sisteminə, reflektor olaraq tənəffüs, ürək-damar sistemlərinin funksiyasına, əzələ tonusuna, maddələr mübadiləsinə və orqanizmin istilik tənziminə təsir edir.
Mənbə:
Tibb bacısının məlumat kitabı (2008)