Aksiya, Akt, Aktivizim, Aktual, Aktuallaşdırma nədir? // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

AKSİYA [alm. Aktion, Handlung; fr. Action; ing. Action,
activity; ər. فؼم – [hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki,
insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən
qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya
kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda
işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda
planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada
da işlədilir.

AKT [alm. Akt; fr. Acte; ing. Act; lat. Actus; yun. Energia; ər.
مًػ osm. tr. fiil, amel] Hərəkət, iş. Sxolastik fəlsəfədə Aristotelin
anergia = reallaşdırma, aktlaşdırma, həyata keçirmə mənaları ilə
üst-üstə düşür

AKTİVİZM [alm. Aktivismus; fr. Activisme; ing. Activism;
ər. خٍٍفع -[ fəallıq, yaxud qətiyyət. İnsanın həyatının və fikirlərinin əsas reallığının təsirdən, iş və fəaliyyətlərdən ibarət olduğunu önə
sürən nəzəriyyə yaxud dünyagörüşü tərzidir. Aktivizm kəlməsinin
kökü act-dir. İzm prefiksi sufiksi isə nəzəriyyələrin və müddəaların
sonuna artırılan şəkilçidir

AKTUAL [alm. Aktuell; fr. Actual; osm. tr. bilfiil; tr. Güncel;
ər. ً
ٍفع – [içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası,
əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan
deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artırılmışdır.
Aktual sözü dilimizdə müxtəlif anlamlarda işlənməkdədir.
Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazımlılıq,
vaciblik dərəcəsini bildirmək üçün işlədilir. Yaxud da həqiqi
olan, təsirli olan və ya ola bilən vəziyyətdə olmaq deməkdir.

 

AKTUALLAŞDIRMA [alm. Aktualiserung; fr. Actualisation;
ing. Actualizing; lat. Actualis – fəal, təsirli] – anlam olaraq
varlığın dəyişkənliyini bildirən məfhumdur. Bu dəyişkənlik
əsasən var olan şeyin zərurətini üzə çıxartmaqdan ötrü istifadə
edilir.

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

19,733FansLike
2,188FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....