Aktuariat nədir? / Ensiklopedik Bilgi

0
7

Aktuariat

Aktuariat (en. Actuariat) – Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi,
statistika və riyazi üsulların tətbiqi sahəsi. Əvvəllər aktuariatdan yalnız həyat sığortasında istifadə olunsa
da, sonralar bu üsullar sığortanın digər növlərinə də tətbiq olunmağa başladı. Hazırda qiymətli kağızlar
ba zarında investisiya risklərinin qiymətləndirilməsi başda olmaqla, bir sıra maliyyə əməliyyatlarında da
aktuariatdan istifadə olunur. Aktuariat maliyyə riyaziyyatının əsasını təşkil edir. Aktuariat istiqrazların
nə zəri əsaslandırılması və praktiki tətbiqində də öz əksini tapmışdır. Bundan əlavə, ehtimalın hesablanması əsasında seçim edilən maliyyə əməliyyatlarında da aktuariat tətbiq edilməyə başlanmışdır: birja siyasətinin formalaşması, likvid vəsaitlərdən istifadə edilməsi yollarının müəyyənləşdirilməsi, gəlirlərin aktuallaşdırılmasına əsas lanan investisiyaların seçilməsi bu qəbildəndir.

 

Aktuar hesablamalar

Aktuar hesablamalar (en. Actuarial calculations) – Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi ilə aparılan hesablamalar sistemi. Əvvəllər, həyat sığortası və pensiya məqsədləri üçün sığorta fondunun əmələ gəlməsi və xərclənməsi mexanizminin qurulmasında riyazi düsturların köməyi ilə aparılan hesablamaları əhatə edirdi (bu zaman aktuar hesablamalar sığorta olunanın yaşından asılı olaraq sığorta hadisəsi ehtimalının müəyyən edilməsi əsasında aparılır). Sonradan aktuar hesabla malar əlillik zamanı sığorta, əmlak sığortası daxil olmaqla bütün sığorta növləri üzrə tariflərin hesablanmasını əhatə etdi. Aktuar he sablamanın köməyilə sığorta fondunun yaradılmasında hər bir sığortalının iştirak payı müəyyən edilir, yəni tarif dərəcələrinin ölçüləri müəyyən edilir. Aktuar hesablamalar metodologiyasında ehtimal nəzəriyyəsindən, demoqrafik məlumatlardan, uzunmüddətli statistik məlumatlardan, maliyyə hesablamalarından istifadə edilir.

 

Aktuar mənfəət və zərər

Müəyyən dövr ərzində şirkətin aktuar qiymətləndirmələrə nəzərən yaranan əlavə mənfəəti və ya zərəri.
Bunlar aşağıdakılarla əlaqədar yaranır: (i) təcrübə əsasında dəqiqləşdirmələr aparılması (gələcək hadisələr haqqında ilkin aktuar fərziyyələrlə həqiqətdə baş verənlər arasındakı fərqə əsasən);
(ii) aktuar fərziyyələrdə dəyişiklər baş verməsi. Aktuar mənfəət və zərərlər müəyyən olduqları dövrlərin mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir.

Aktuar risk

Aktuar hesablamaların xətası ilə əlaqədar yaranan risk. Aktuar risk sığorta hadisəsinin baş verməsinin riyazi gözləməsi ilə ölçülür. Bu risk müəyyən sığorta mükafatının ödənilməsi əvəzinə örtülür.

 

mənbə: http://unec.edu.az/application/uploads/2015/12/maliyye-sozluk.pdf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here