Aleksis Tokvil – Demokratiya Amerikada / Sosiologiya

Post date:

Author:

Category:

Fransız filosofu Aleksis Tokvil (Alexis de Tocqueville, 1805-1859) xüsusən, ona müasir olan amerikan demokratiyası barədə dördcildlik əsəri (“Demokratiya Amerikada”, De la Democratic en Amerique, 1835-1840) ilə məşhurdur.
Tokvil güman etmişdir ki, həm davranışda, həm də siyasətdə (institutlarda) bərabərliyin artmasına yönəmli olan qarşısıalınmaz tendensiya mövcuddur. Demokratik bərabərliyin belə bir inkişaf planında ən irəliyə gedən ölkə isə ABŞ olmuşdur. Avropa onun ardınca getməlidir.
Mənşəyinə görə aristokrat olan Tokvil siyasi və hüquqi demokratiyadakı bu tendensiyaya ikili münasibət göstərmişdir. Amma intellektual olaraq ona yaxın olan Monteskyö kimi o da, realist idi və qabaqcadan əmələ gəlmiş yanlış fikirlərə malik olmayan mütəfəkkir idi.

Bir tərəfdən, Tokvil bu demokratiyanı köhnə rejimə nisbətən dahaədalətli kimi nəzərdən keçirmişdir. Digər tərəfdən isə, o, cəmiyyətdə “eyniləşdirmənin” təhlükəsini görürdü. Hər bir kəs bu və ya digər dərəcədə başqasına oxşamağa başlayır və bu da, bir çox hallarda, orta səviyyə ilə eyniləşməyə gətirib çıxarır. Tokvilə görə, amerikanları hər şeydən öncə, pula olan ümumi maraq və effektivlik birləşdirir. Burada o, kütləvi cəmiyyət adlandırılanın müasir mədəni tənqidini sanki, qabaqcadan duyur.
Amma Tokvilin fikrinə görə, təhlükə altında olan yalnız aristokratik və ali intellektual dəyərlər deyildir. O, individualizmi və azadlığı demokratik bərabərliklə barışdırmağın çətinlikləri barədə də düşünmüşdür. O zaman ki, cəmiyyətin bütün sferalarında hakimiyyət demokratik əksəriyyətə məxsusdur, onda razılaşmayan azlıqlar və
fərdlər sıxıntı hiss edirlər. Söhbət burada yalnız açıq fiziki zorakılıq barədə getmir. Daha təhlükəli olan odur ki, o, ictimai rəyə dissident nöqteyi-nəzərlərə sakit və nəzərə çarpmayan üsulla təzyiq göstərir.

Məlumdur ki, Fransız inqilabının şüarı azadlıq, bərabərlik və qardaşlıq idi. Amma Tokvil belə hesab edirdi ki, azadlıq və bərabərlik demokratiya ilə bir araya sığmır və bərabərlik azadlığın hesabına
qələbə çalmağa çalışır.

Bundan başqa, Tokvil güman etmişdir ki, bərabərliyə əsaslanmış demokratiya güclü dövlət hakimiyyətinə gətirib çıxaracaq, dövlət isə insanların mövcudluğu üçün eyni maddi şəraiti yaradacaqdır.
Tokvil yalnız bərabərliyin artma tendensiyasını deyil, həm də yeni “sinfi” təbəqələşmə tendensiyasını da görürdü. Bu təbəqələşmə industrializasiyadan doğurdu. Bir tərəfdən, Tokvil belə hesab edirdi ki, demokratik bərabərlik industrializasiyaya yardım göstərir.

Əvvəla, hər bir kəsin maddi rifah halının yüksəldilməsinə yönələn meyli sənaye əmtəələri üçün artmaqda olan bazar yaradacaqdır. İkincisi, artmaqda olan bərabərlik qabiliyyətli adamların ticarətə və sənayeyə
yolunu sadələşdirir. Digər tərəfdən, Tokvil bərabərsizliyin artımına olan tendensiyanı da görürdü. Müstəqil sənətkarlar monoton və darıxdırıcı işlə məşğul olan fabrik fəhlələrinə çevrilirdilər. Sahibkarlar iri kompaniyalar yaradırlar ki, burada da onların fəhlələrlə ünsiyyəti muzd və əmək haqqının verilməsi proseslərinə gətirilib çıxarılır.
Aristokrat və onun nökərləri arasında mövcud olan məsuliyyət hissi yox olur. Burada Tokvil sahibkarlar və onların işçiləri arasındakı münasibətlərdə bərabərsizliyin yeni növünə doğru aparan tendensiyanı
görürdü.
Beləliklə, Tokvil həm siyasi bərabərliyə, həm də iqtisadi bərabərsizliyə doğru yönələn tendensiyanı proqnozlaşdırır.
Qeyd etmək lazımdır ki, Tokvil tərəqqiyə inama şübhə ilə yanaşan və XIX əsrin birinci yarısının ictimai inkişafının üstünlükləri və çatışmazlıqları arasında balans tapmağa çalışan ilk mütəfəkkirlərdən biri idi.

 

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

 

STAY CONNECTED

19,697FansLike
2,177FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...