Əşyalar kiçilir? – Alisa möcüzələr ölkəsində sindromu

Post date:

Author:

Category:

Alisa möcüzələr ölkəsində

Öz otağınızda, çarpayıda uzanmısınız. Birdən-birə əlləriniz böyüyür, otaqdakı əşyalar isə kiçilməyə başlayır. Belə ki, siz artıq otağa yerləşməkdə çətinlik çəkirsiniz. Bu mümkünsüzdür və sadəcə, “Alisa möcüzələr ölkəsində” əsərində ola bilərdi, elə deyil? Amma sözü gedən sindromdan əziyyət çəkənlər üçün yetəri qədər real və mümkün birşeydir!

“Alisa möcüzələr ölkəsində” sindromu birbaşa idraka təsir göstərən və adətən, 5-13 yaşlı uşaqlarda rast gəlinən nevroloji problemdir. Nevropatoloq Dr. Qrant Lyunun dediyinə görə, bu sindrom həkimlərin düşündüklərindən daha çox yayğındır.

Adını Luis Kerolun (Lewis Carroll) “Alisa möcüzələr ölkəsində” əsərindən alan sindrom, ilk dəfə psixiatr Con Todd tərəfindən müşahidə edilib. Simptomları sözü gedən əsərdəki hadisələrə bənzətdiyindən məhz belə adlandırıb.

Maraqlı bir təfərrüat; yazıçı Kerol özü də miqrendən əlavə, bu sindromdan əziyyət çəkirdi. Buna görə də, əsəri sözün əsl mənasında öz xəyal dünyasından götürdüyü düşünülür.

İndi isə gəlin, sindrom zamanı insanların nə yaşadığını təsəvvür edək

• Xəstəlik ilk növbədə görmə probleminə səbəb olur. Xəstə müxtəlif hallüsinasiyalar görməyə başlayır. Özünü aldadıcı və qorxulu bir dünyanın içində hiss edir.

• Ölçülərdəki koordinasiyanı itirir. Belə ki, əl və ayaqları bədəninə görə daha nəhəng görünür. Həmçinin, otaqdakı mebellərin ölçüsü, ya da qarşıdaki yolun nə qədər uzaq olmasını təyin edə bilmirlər.

• Daha sonra, sindrom toxunma hissiyatına təsir edir. Məsələn, yeridikləri asfalt kimi sərt səthləri yumşaq, hətta süngərvari hiss edirlər.

• Həmçinin, əşyaları görmədən, sadəcə toxunaraq nə olduğunu təyin etməkdə çətinlik çəkirlər.

• Yaranacaq bir başqa problem isə eşitmə ilə bağlıdır. Belə ki, xəstələr səs hallüsinasiyalarına da məruz qalırlar.

• “Alisa möcüzələr ölkəsində” sindromuna sahib insanlarda zaman anlayışı yoxdur. Beləcə, günlər bəzən çox sürətli, bəzən çox yavaş keçə bilər. Zamandaki qeyri-müəyyənlik normal olaraq sürətdə də qeyri-müəyyənlik yaradır. Şəxslər hadisələrə cəld reflekslər göstərmir, sürətli hərəkət etmir.

Qeyd edim ki, xəstəliyin əlamətləri gecə saatlarında, yatacağınız vaxt özünü daha çox büruzə verir. Belə ki, ətrafdaki səs və işığın azalması, həmçinin beynin gecə perioduna uyğun hormonlarını ifraz etməsi xəstəlik üçün bir növ başlama siqnalı olur.

“Alisa möcüzələr ölkəsində” sindromu qısaca, aşağıdaki 4 növün kombinasiyasıdır :

Makropsiya – xəstənin gözündə ətrafdaki əşyaların ölçüsünün hədsiz böyüməsi;
Mikropsiya – xəstənin gözündə, ətrafdaki əşyaların hədsiz kiçilməsi (Kiçik ölçülü hallüsinasiyalara, Liliput hallüsinasiyaları da deyilir. Bu ad isə Conatan Sviftin “Qulliverin macəraları” kitabındakı, Kiçik İnsanlar imperatoru Liliputdan götürülüb);
Teleopsiya – obyektləri özündən çox uzaqda görmək;
Pelopsiya – obyektləri özünə çox yaxın görmək.

Sindromun konkret müalicəsi var mı?


Əgər hələ ilkin mərhələdədirsə, miqren xəstəliyinin müalicə üsulları ilə qarşısı alına bilər. Amma xroniki hallar üçün çarə təəssüf ki, yoxdur.

Azyaşlı uşaqlarda daha çox rast gəlindiyini qeyd etsək də, 20, 30 yaşında bu sindromu yaşamağa başlayan insanlar da kifayət qədərdir. Təbii ki, onlar üçün bu daha çətin prosesdir. Çevrəsini yanlış anlamaq və görmək, səs hallüsinasiyaları yaşamaq, onlarda panik ataklara səbəb olur. Zaman keçdikcə əgər tibbi dəstək almazlarsa, hətta depressiya və şizofreniya formalaşır.

Sindromun kökündəki səbəblər nədir?

Bu barədə dəqiq məlumat yoxdur. Tədqiqatçı alimlərə görə miqren və epilepsiya bu sindromla bağlı ola bilər. Belə ki, görmənin pisləşməsi, əşyaların olduğundan böyük ya da kiçik görünməsi həmçinin, miqren ağrılarının da siqnalıdır.
Şizofreniya kimi psixi pozğunluqlar da istisna edilmir. Bir qrup alimlər isə sindromun genetik olmasından şübhələnir.

Qeyd edək ki, alimlərə görə, yetkin insanların böyük əksəriyyəti, həyatlarında ən azı 1 dəfə də olsa, bu sindromun özünü göstərdiyi situasiya ilə qarşılaşıb. Güman ki, məqaləmizin oxucularının çoxu da buna daxildir.

Ancaq təəssüf ki, bu barədə geniş araşdırma aparmaq mümkün olmur.

Siz də razılaşarsınız ki, yetkin insanların bir çoxu, otağındaki mebelin böyüyüb-kiçildiyini gördüyünü etiraf etmək istəməyəcəkdir.

Mənbə :
Alice Harikalar Diyarında Sendromu

Harikalar diyarında Alisa sendromu

Bazen eşyalarınız küçülüyor mu: Alice Harikalar Diyarında sendromu

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...