Eduard Hopper : (ing. Edward Hopper) – amerikan incəsənətinin öncüllərindən olan realist rəssam. Önəmli əsərləri: “Nyu -yorkda kinoteatr”, “Dəmiryolunda günbatımı”, “Yuxusuzlar”, “Dənizə açılan otaq”, “Otel otağı”
1882 və 1967-ci illər aralığında yaşayan məşhur amerikalı rəssam, adəən, təkliyi, kimsəsizliyi və ya insanın yadlaşmasını çəkirdi. Üstəlik təsvir etmək istədiyi mövzuları qadınların daxili dünyasını əks etdirməklə ortaya çıxarırdı. Bu rəsmlərinə açıq tünd rənglərlə bir fon yaradırdı və bəlkə də, onu buna görə realist rəssam adlandırdılar.
O, 1901-1906-cı illər aralığında “Ashcan School” adlı dövrünün 8 məşhur amerikan rəssamının yaratdığı (bax:səkkizlər) rəssamlıq məktəbində məşhur amerikan realisti olan Robert Henridən dərs aldı. Daha sonra dəfələrlə Avropaya səyahət etdi, amma istədiyini biraz da olsa Fransada tapa bilmişdi. Bütün bu səyahətlərə və avropa ilə tanışlığa baxmayaraq, Hopper heç vaxt dövrünün öncül cərəyanlarını bəyənmədi və demək olar ki, heç birinə qatılmadı. Yaradıcılığının elə ilk illərindən göz önündə oldu və hətta əsərləri məşhur “Armory Show“ sərgisində yer aldı.
Hopperin yaradıcılığında mənzərə rəsmləri belə bir melanxolik ab-hava içərisindədir. Amerikanların Hopperə olan heyrətinin səbəbi öz gözləri ilə gördükləri yerləri rəssamın qələmindən eyni formada görüb, amma fərqli hisslərlə qavramaları idi. Bu əsərlər insanı fokuslayırdı.
“Dövrümün amerikasını deyil, özümü təsvir etdim”.
Doğrudan da, belə idi. Öz daxili iztirablarını rəsmə çevirməyi ustalıqla bacarmışdı. “Yuxusuzlar”, “Otel otağı”, “Nyu-yorkda kinoteatr” kimi əsərlərinin adını çəkməklə biz artıq dərin bir melanxoliyanın içinə düşmüş olarıq.
Aşağıdakı rəsmin adı “Yuxusuzlar“dır. Rəsmi yaxınlaşdırıb diqqətlə baxdıqda əsərin 1920-ci illərdə məşhurlaşan “diner”lərdən birini təsvir etdiyi görünür. Bu kiçik kafe o dövrlərdə insanların rahatlıqla həmsöhbət tapacağı və əylənəcəyi bir yer idi, amma Hopperin rəsmində isə ciddi baxışlarla müşayiət olunan bir səssizlik hökm sürür. Diqqətinizdən qaçmasın: Kafenin çölə açılan bir qapısı yoxdur…
Bir başqa rəsm daha – “Otel otağı“.
Pəncərədən görünən zil qaranlıq. Ağzı açılmamış, tələsik yerə atılmış çamadanlar. Yorğunluqla kənara atılmış ayaqqabılar. Növbəti səfərin vaxtını göstərən dispetçer cədvəli. Və bu otel otağında yalnızlıq hökm sürür, çünki otaqda dövrünün amerikan insanını təsvir etməyə çalışmışdı. Onlar da beləcə – öz həyatında bezmiş və bu otel otağı qədər tənha idilər.
Biz bu rəsmdə Hopperin dənizə baxan studiosunu görürük. Studioda qapı bir başa dənizə açılır.
Hopperin digər əsərləri;
Mənbələr:
Tərcümə və əlavələr: Ziya Mehdiyev
Redaktə etdi: Pəri Abbaslı