Amneziya nədir? Amneziyanın növləri və yaranma səbəbləri

Post date:

Author:

Category:

Amneziya tarixi

1957-ci ildə iki alim Scoville və Milner H.M adlı xəstə üzərindəki müşahidələrində medial temporal lobunun amneziya ilə əlaqəli olduğunu kəşf etdi. Beyinin temporal lobu hipokampusu özündə saxlayan və beynin hər iki yarım kürəsində var olan lobdur. H.M adlı xəstənin beyninin hər iki tərəfindəki temporal loblar aldırıldıqdan sonra xəstədə şiddətli yaddaş pozğunluqları yaranmağa başladı və bunun sayəsində Amneziya xəstəliyi öyrənildi. Son Nobel mükafatlarından biri də entorhinal kortekshipokampus arasındakı əlaqənin öyrənilməsinə verilmişdi. Günümüzdə talamusun bir hissəsinin zərər görməsinin yaddaşa nə dərəcədə zərər verəcəyi sualı üzərində də araşdırmalar aparılır.

Hipokampus- temporal lobda yer alan dəniz atına oxşayan lobdur və hipokampusun zədələnməsi amneziya xəstəliyini əmələ gətirir.

Amneziya xəstəliyi dedikdə bir çox insanın ağlına tipik unutqanlıq sindromu gəlir. Amneziyanın ən dərin-xarakteristik xüsusiyyəti dərin unutqanlıq vəziyyətidir. Bunun nəzdində beyinin zərbə alması,ürək damar xəstəlikləri və Altsheymer xəstəliyinin irəli dövrlərində yaşanan unutqanlıq vəziyyəti amneziyaya gətirib çıxarır.

Amneziya xəstələri zəka testlərində normanın çox üstündə müşahidə edilən müvəffəqiyyət əldə edə bilər.

Bir insanın indiyə gələcəyə və ya keçmişə dair hər hansı bir məlumatı yadda saxlaya bilməməsi bir zəkasının deyil, yaddaşının qüsurlu olmasından qaynağlanır. Bununla birlikdə amneziya xəstələri sosial bacarıqlarını itirmir və inkişaf etdirmək qabiliyyətinə sahibdirlər. Amneziya xəstələri günlük danışıqlarda çox da problem çəkməzlər lakin, yaxın keçmiş yaddan çıxa bilər uzağ keçmiş isə hələ də yadda saxlanıla bilər, buna səbəb isə xatirələrin qısa müddət hafizəsindən uzun müddət hafizəsinə keçid etməsi- göndərilməsidir.

Amneziya səbəbləri təbii və ya funksional ola bilər. Funksional səbəblər sırf psixoloji faktorlar ilə əlaqəlidir. Post-travmatik amneziya buna misal olaraq göstərilə bilər. Hər hansı bir xəstəlik sonrası müşahidə edilən amneziya və yaxud narkotik maddənin istifadəsi sonrası müşahidə edilən amneziya təbii xarakterli amneziya hesab edilir.

Amneziya üzərində edilən son araşdırmalar ilə aydınlandı ki, yaddaş birdən çox sistem ilə işləyir və bu sistemlərdən hər hansı birinin zərər görmə xarakterinə görə amneziya xəstəliyi növ və xarakterə görə dəyişir. Kodlama növünə görə iki cür yaddaşımız var. İşarət yaddaşı (yenidən xatırlatma) və örtülü yaddaş.

>Məsələn: Azərbaycanın paytaxtı haradır?-Sualını veririk və suala cavab “Bakı” gəlir, məhz bu bizim işarət yaddaşımızın işi ilə əlaqəlidir.

Örtülü yaddaş isə biz hiss etmədən məlumatları qeyd edən yaddaşdır.

>Məsələn: Biz yeriyərkən bir ayağ 60 sm irəli atılır, daha sonrasında düşünülmür ki digər ayağ da eyni ölçü ilə irəli atılmalıdır və ya tam əksi geriyə hərəkət ediriksə geri çəkilməlidir məhz bunun aftomatik baş verməsi örtülü yaddaşın işi ilə əlaqəlidir.

Şəkildəki dəftər amneziya xəstəsi olan ingilis musiqiçi Clive Wearingə aiddir. Wearing də herpes virusunun mərkəzi sinir sisteminə iniqal etməsi səbəbindən amneziya müşahidə edilmişdi.

Dəftər qarışıq yazılar ilə doludur və çox yazı da səbəbsiz kimi görünür. Belə ki, Clive elə bir amneziya xəstəsi idi ki, onun beynində yeni məlumatlar əmələ gəlmirdi və O, bu səbəbdən gələcəktə baş verəcək hadisələri (xatirələri) xatırlamayacaqdır. Həm də Clive-də keçmiş yaddaş çox qısa period ərzində silinir. Qəribə vəziyyət yaşayan Clive dəfələrlə komadan yeni ayıldığını fikirləşir və öz yanında daima bir not dəftəri ilə dolaşır.

Dəftərin bizə görüntülənən hissəsində bəzi yazılar:

07:46- İndi oyandım

07:47- Bu xəstəlik ölümə bənzəyir ilk dəfə hiss edirmişəm kimi, sevgilim Deborah’ı həmişəlik sevəcəm

07:51 – İlk dəfə gəzirəm

08:07 – İndi tamamilə mükəmməl olarağ oyandım

08:21 – İndi tamamilə gerçəktən oyandım

09:06 – İndi tamamilə enerjili oyandım

Amneziyanın növləri

Travmatik amneziya – Kəlləyə dəyən zərbələrdən yaranmış amneziya travmatik amneziya adlanır, əksər hallarda müvəqqəti yaddaş pozulmasına səbəb olur. Lakin yaranmanın şiddəti önəmlidir. Yaralanmadan yaranan amneziyanın müddəti dəyişə bilər.

Anteroqrad amneziya – Yeni hadisələrin və ya məlumatların uzun müddətli yaddaşa həkk olunmamasına anteroqrad amneziya deyilir. Bunun əksinə amneziya əvvəlki dövrü xatırlaya bilməyə də retroqrad amneziya adı verilir. Beynin deklarativ yaddaş ilə bağlı hissələrin zərər görməsi nəticəsində yaranır.

Dissosiativ amneziya – Psixoloji və ya duyğusal travmalar nəticəsində yaranan yaddaş pozuntularıdır. Stress və gərginlik yaradan hadisələrin yaddaşda itməsinə deyilir.

Korsakov sindromu –  Həddən artıq alkoqol qəbulundan yaranan B1 vitamini çatışmazlığı beyində amneziya yarada bilər.

Laküner amneziya – Spesifik bir hadisə haqqında yaranan yaddaş itkisinə laküner amneziya adı verilir.

Dissosiativ füg –  Psixoloji travmalar nəticəsində yaranan müvəqqəti yaddaş itkisinə deyilir.

İnfantil amneziya – Uşaqlıq dövründəki xatirələrin xatırlanmamasına deyilir.

Qlobal amneziya – Travmatik bir hadisə nəticəsində yaranan tam yaddaş itkisidir.

Postipnotik amneziya – Hipnoz zamanı hadisələrin unudularaq təkrar xatırlanmasının mümkün olmamasına deyilir.

Psixogenik amneziya – Amneziya səbəbi olaraq psixoloji faktorlar göstərilməkdədir.

Qaynaq amneziya – Bir xatirənin özünün yox,qaynağının bilinməməsinə deyilir.

Mənbələr:

Baldo. J, Shimamura A. 2002 “Frontal lobes and memory”

https://sinirbilim.org/amnezi-nedir/#Amnezinin_Tarihi

http://pcc.az/blog/?p=332

Müəllif: Famil Minaxanov

Redaktor: Yaqubov Şəhriyar

STAY CONNECTED

18,748FansLike
1,989FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.