Anri Russo və “İlan oynadan” əsəri

Post date:

Author:

Category:

19-cu əsrin Fransasında ibtidai mədəniyyətlərə və xalqların həyatına olan maraq rəssamları, əsasən də, Anri Russonu izləyicinin “ekzotik” hesab edəcəyi rəsmlər çəkməyə sövq edirdi.

“Primitivizm” cərəyanının meydana çıxmasına kömək edən bu ibtidailik Russonun əsərlərində təbiətin, bitkilərin, heyvanların və ibtidai həyat yaşayan insanların təsviri ilə yer tapır.

Russo “İlan oynadan” əsərində tropik cəngəlliyi təsvir edib.

Arxa planda gördüyümüz çayın və səmanın qarşısını kəsən bitkilər dərhal diqqəti cəlb edir. Əsərə adını verən ilan oynadan əsərin mərkəzində yer alan qara rəngli obrazdır. Qara dərili, yerli bir qadın çılpaq şəkildə rəsm edilib. İlan oynadan olan bu qadının ilk baxışda yalnız bədən quruluşunu görmək mümkündür. Əlində ağacdan hazırlanmış fleyta var və diqqətlə baxdıqda qadının sinəsini və gözlərini də görmək mümkün olur. Uzun qara saçları diz qapaqlarına qədər uzanan bu “ekzotik” ilan oynadıcısı fleytası ilə ətrafındakı ilanları hərəkətə gətirir. Boynuna dolanmış olan ilana ətrafında sürünən və ağacdan sallanan ilanlar müşayiət edir.

“Cənnət baxçasındakı Həvva” mənasına gələn bu obraz, vəhşi təbiəti sehirləyən və ondan qorxmayan insan olaraq əsərdə öz əksini tapıb.

Əsərdəki sehirli abu-hava bir çox başqa detalda da nəzərə çarpır. Səmadaki Ay ətrafa işıq saçaraq əsərə əsrarəngizlik qatır. Sol tərəfdəki flaminqo, sanki musiqinin tərsiri altında məst olmuş kimi dayanıb. Əsərin böyük hissəsini təşkil edən qaranlıq meşə bir çox fərqli ağac və bitkinin bir araya gəlməsi ilə meydana çıxıb. Xüsusilə də Russonun tipik laylar halındakı rəngləmə texnikası, bu bitkilərdə özünü daha qabarıq şəkildə büruzə verir. Əvvəlcə, arxa plandakı obyektləri rəngləyərək rəngin qurumasını gözləyən rəssam daha sonra ön plandakı obyektləri rəngləyir. Bu üsulla rəssam obyektləri bir-birinin üstünə yerləşdirərək dərinlik effekti yaradır.

Rəssamın bu cür təsvirləri belə ustalıqla rəsm edə bilməsinin səbəbi “ekzotik” mənzərələri görməsi deyildi.

Əksinə, rəssam həyatı boyunca Fransadan kənara çıxmamışdı. Ancaq günlərini Parisdəki “Jardin des Plantes” adlı botanika bağında keçirərək bitkilərin görüntülərini kopyaladığı ehtimal edilir. Russo əksər hallarda akademik təhsil almadığına görə və yaxud sadə rəsmlər çəkdiyinə görə ağır tənqidlərə məruz qalıb. Lakin əsərlərindəki ritmik formaların tarazlığı və parlaq rənglərin ahəngi əsərlərinin nə dərəcədə ustalıqla ərsəyə gəldiyini göstərir. Russo sadə görüntülər ilə təsirli xəyali mühitlər yaratmağı bacarıb və izləyicini cəlb edən şahəsərlər meydana çıxarıb.

Mənbə:

YILAN OYNATICISI “THE SNAKE CHARMER” – ROUSSEAU

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...

Diffuz toksik ur (Bazedov) xəstəliyi nədir?

Diffuz toksik ur xəstəliyini ilk dəfə 1786-ci ildə ingilis həkimi Pyeri təsvir etmişdir. Bundan sonra xəstəliyi italyan alimi Falyani, sonralar ingilis alimi...